Məhkəmə qərarları › İş №1(102)-508/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-508/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-508/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci mad dələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X3 (sədrlik edən), X1 və X4 ibarət tərkibdə) 02 oktyabr 2019-cu il tarixli hökmü ilə xx xxxx 1993-cü ildə Azərbaycan Respublikası, Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Şəki rayonunda pasport qeydiyyatında olan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum e dilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli 30 aprel 2019-cu il tarixdən hesablanması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər: X7 (sədrlik edən), X5 və X8 ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 30 aprel 2019-cu il tarixdə saat 08:01-də 26 aprel 2019-cu il tarixdən etibarən işlədiyi "TTT” marketlər şəbəkəsinin ünvan 1 ünvanda yerləşən filialına gələrək həmin marketin binasında olan işçi heyətinin sərbəst daxil ola biləcəyi və marketin pul ehtiyatının saxlandığı seyfin yerləşdiyi müd ir otağına daxil olub özgənin əmlakını tamah niyyəti ilə qəsdən ələ keçirmək məqsədilə oradakı seyfi açmaq icazəsi olan Zərərçəkmiş şəxs üzərində seyfi açmaq üçün açarların onda olmasını əvvəlcədən bildiyi üçün oraya çağırmış və sonuncu onun yanına gəldikdə orada Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə həmin gün saat 08:03- də silah qismində istifadə edilən əşya olan kağız kəsici ülgücü Zərərçəkmiş şəxs tuşlayaraq basqın edib, həmin seyfi açmasını məcbur etmiş, əks halda öldürəcəyi və sağlamlığına xəsarət yetirəcəyini deyib hədələməklə sonuncuya əli ilə bir sillə zərbəsi vuraraq seyfi hücuma məruz qalmış Zərərçəkmiş şəxs üzərində olan açarla açmağı tələb etmiş, Zərərçəkmiş şəxs onun tərəfindən olan həyat və sağlamlıq üçün zorakılıq, habel ə zorakılıq hədələrindən qorxub seyfi açarla açmış, seyfin Zərərçəkmiş şəxs açmasının ardınca həmin gün saat 08:06-da saxlanc yeri olan seyfə qanunsuz olaraq girməklə seyfdəki 2442 manat nağd pulu ələ keçirib Zərərçəkmiş şəxs mənəvi və fiziki, zərərçəkmiş hüquqi şəxs "TTT” marketlər şəbəkəsinə isə 2442 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək əməlinin düzgün tövsif olunmadığını qeyd etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hökm çıxarılarkən, demək olar ki, ibtidai istintaqın nəticələrinə uyğun məhkəmə istintaqı aparılmışdır. İş düzgün araşdırılmamış, məh kəmə işin hallarını düzgün qiymətləndirmədən əsassız olaraq onu CM-nin 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum etmişdir. Cinayət törədərkən heç bir saxlanc yerinə daxil olmamışam, soyuq silahdan istifadə etməmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkum qeyd olunanların nəzərə alınmasını, əməlinin düzgün tövsif olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir k i, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları s übuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun əməlinin əsassız olaraq CM-ni n 181.2.3 və 181.2.5-ci maddələri ilə tövsif edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun əməlinin düzgün tövsif edilməməsi ilə bağlı qeyd edilən hallarla razıl aşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir CM-nin 181.1-ci maddəsində Quldurluq, yəni özgənin əmlakını ələ keçir mə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın cinayət əməli nəzərdə tutulmuşdur. Məhkum həmin Məcəllənin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinmiş, yəni, özgənin əmlakını ələ keçirmək məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olmaqla silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq cinayətini törətməyə görə cinayət məsuliyyəti cəlb olunmuşdur. İş materiallarında olan, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 2018-ci ilin avqust ayından Nəsimi rayonu yerləşən "TTT” marketdə satıcı-kassir vəzifəsində çalışır. İşlədiyi ma rketin qapısını hər gün səhər saat 08 radələrində özü açır. 30 aprel 2019-cu il tarixdə səhər saat 08 radələrində həmişə olduğu kimi işə gəlmiş, qapını açıb marketə daxil olduqdan 5 dəqiqə sonra marketə təzə təyin olunmuş satıcı Məhkum işə gəlib onunla salamlaşmışdır. G G G onunla salamlaşdıqdan təxminən 2-3 dəqiqə sonra onunla müdir otağına gəlməsini, orada ona söz deyəcəyini bildirmişdir. O, G G Gla birlikdə müdir otağına keçmiş, müdir otağında G G G sağ əlində tutduğu qırmızı rəngli kağız kəsicisini ona nümayiş etdirərək demişdir ki, "mənim 26 yaşım var 2-3 dəfə həbsdə yatmışam, ya seyfin qapısını aç, ya da səni burda doğrayıb gedib həbsdə yataram vecimə də deyil”. Əvvəlcə qorxmuş, qorxudan nə deyəcəyini bilməyib açmayacağını demiş, ona «Sənə nə lazımdır de bilim» demişdir. G G G ona demişdir ki, "özümdə seyfi aça bilərəm, amma istəyirəm ki, sən açasan, seyfi aç diyəcəm nə istədiyimi”. O, G G Gın fikrindən dönmədiyini görüb mobil telefonu ilə müdiri Bəhruz İsmayılova zəng etmək istəmiş, G G G telefonla nömrə yığdığını görüb onu itələyərək mobil telefonunu əlindən almış və cibinə qoymuşdur. Telefonu geri verməsini tələb etdikdə ona demişdir ki, "seyfi aç telefonu özünə qaytaracam, mən gedəndən sonra kimə istəsən zəng edərsən”. O, qışqıraraq mobil telefonunu geri verməsini dedikdə G G G mobil telefonu cibindən çıxarıb masanın üzərinə qoymuş və demişdir ki, "mobil telefona toxunma seyfi aç”. Seyfi nəyə görə açmağını soruşduqda G G G əsəbi halda və söyüşlə əlində tutduğu qırmızı rəngli kağız kəsicini ona tərəf yaxınlaşdırıb üzərinə gələrək demişdir ki, "səni doğrayıb öldür ərəm”. Bu sözlərdən çox qorxmuş və düşünmüşdür ki, G G G ona dediklərini həyata keçirə bilər. Sonra çox qorxduğu üçün, başqa çarəsinin olmadığını görüb məcbur qalıb seyfin qapısını açmış, seyfin qapısını açdıqda G G G onu əli ilə itələyərək, kənara çəkilməsini demiş, aşağı əyilib seyfdə olan kağız pul əskinaslarını götürmüş, qəpiklərə isə toxunmamışdır. Kağız pul əskinasları plastmas materialdan olan qutunun içərisində olmuş, G G G qutunu masanın üzərinə qoyub içərisində olan pulları götürmüşdür. G G Gdan pulları almaq istədikdə sonuncu onu itləyərək nalayiq sözlərlə təhqir etmiş və demişdir ki, "müdirinə deyərsən, pulları götürdüm, görüm nə edəcək”. G G G marketdən çıxarkən onun arxası ilə gəlmiş, G G G marketin içərisində olarkən onu təqib etdiyini görüb geri çevrilərək əlində tutduğu ka ğız kəsici ilə onu qorxutmuş və "arxamca gəlmə, əgər arxamca gəlsən səni doğrayaram” demişdir. Marketin qapısından çıxarkən G G G əlində tutduğu qırmızı rəngli kağız kəsicini marketin girişində olan dondurma soyuducusunun üzərinə tullamış və marketi tərk etmişdir. Mobil telefonu ilə müdiri Bəhruz İsmayılova zəng edib məlumat vermiş, müdirə məlumat verdikdən 5 dəqiqə sonra marketə polis əməkdaşları gəlmişdir. Baş vermiş hadisəni danışaraq ərizə yazmışdır. Seyfdə kağız pul əskinasları ilə bərabər qəpiklər də olmuş, lakin G G G qəpikləri götürməmiş, kağiz pul əskinaslarının hamısını götürmüş, seyfdə qəpiklərdən başqa 2442 manat kağız pul əskinası olmuşdur. G G G ona heç bir xəsarət yetirməmiş, lakin kağız kəsən kəsicini göstərərək onu qorxutmuşdur. Məhkum qarşı hər hansı bir şikayəti və tələb i yoxdur. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş materiallarında olan, hadisə yerindən götürülümüş ünvan 2 ünvanda yerləşən "TTT” marketin müdir otağında quraşdırılmış müşahidə kamerasında qeydə alınmış diskə köçürülmüş video görüntüyə təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi X2 iştirakı ilə baxış protokolundan görünür ki, diskdə olan 10 dəqiqəlik video görüntünün 01 dəqiqə 30cu saniyəsindən başlayaraq 03-cü dəqiqə 23-cü saniyə qədər davam edən müddət ərzində bir nəfər qırmızı rəngli köynəkdə, qara şalvarda, qara rəngli baş örtüyündə olan alçaq boylu qadın görünür. Həmçinin çins şalvarda qurşağa qədər olan bir nəfər görsənir ki, həmin şəxsin əlində qırmızı rəngli kağız kəsən ülgüc vardır. Lakin şəxsin üzü görsənmir. Video görüntünün 03-cü dəqiqəsi 24-cü saniyəsində həmin şəxs in üzü görsənir. Video görüntünün 3-cü dəqiqə 24-cü saniyəsindən başlayan müddətdə əynində hündürboylu əynində qara rəngli pencək, göy rəngli köynək və göy rəngli cins şalvar olan şəxs qarşısında dayanmış qırmızı rəngli köynəkdə, qara şalvarda, qara rəngli baş örtüyündə olan qadının əlində tutduğu mobil telefonu əlindən almağa çalışır və video görüntünün 03-cü dəqiqəsinin 40-cı saniyəsində qadının mobil telefonunu əlindən alaraq cibinə qoyur. Hündür boylu əynində qara rəngli pencək, göy rəngli köynək və göy rəngli cins şalvar olan şəxs mobil telefonu alarkən qadına görüntünün 3-cü dəqiqəsinin 25-ci saniyəsindən başlayaraq 03-cü dəqiqə 40-cı saniyə qədər fiziki güc və zor tətbiq tətbiq edir, görüntünün 3-cü dəqiqəsinin 25-ci saniyəsində isə sağ əli ilə bir dəfə qadının üzünə şillə vurur. Mo bil telefonu aldıqdan sonra görüntünün 3-cü dəqiqəsinin 40-ci saniyəsində isə əlində tutduğu kağız kəsən ülgücü qadına tərəf tuşlayıb nümayiş etdirərək üzünə vurmaqla hədələyir. Video görüntünün 4-cü dəqiqə 15-ci saniyəsindən başlayan müddətdən 06-cı dəqiqə 26-cı saniyə qədər olan müddət ərzində hündürboylu əynində qara rəngli pencək, göy rəngli köynək və göy rəngli cins şalvar olan şəxs qadını əlində tutduğu dəstəyi qırmızı rəngli kağız kəsən ülgüclə hədələyir və hədələdiyi müddətdə davamlı olaraq əli ilə otağın günc tərəfini göstərir. Görüntünün 04-cü dəqiqə 40-cı saniyəsində qadın qorxudan divara söykənir lakin oğlanın hədəsi davam edir. Görüntünün 06-cı dəqiqə 15-ci saniyəsində həmin cavan hündürboylu oğlan arxa cibindən qadına məxsus qara rəngli mobil telefonu çıxarır və 06-cı dəqiq ə 17-ci saniyədə masanın üzərinə qoyur. Qadına məxsus qara rəngli mobil telefonu masanın üzərinə qoyduqdan sonra yenidən 06-cı dəqiqə 20-saniyədə hündürboylu əynində qara rəngli pencək, göy rəngli köynək və göy rəngli cins şalvar olan şəxs əlində tutduğu dəstəyi qırmızı rəngli kağız kəsən ülgüclə qadını üzünə vurmaqla hədələyir. Video görüntünün 6-cı dəqiqə 23-cü saniyəsində qadın sağ cibindən açarı çıxarır və 6-cı dəqiqə 29-cu saniyəsində başlayan müddətdən 6-cı dəqiqə 34-cü saniyə qədər olan müddətdə otağın küncündə olan seyfin qapısını açır. Video görüntünün 06-cı dəqiqəsi 36-cı saniyəsində hündür boylu oğlan aşağı seyfə doğru əyilir və yanında dayanmış qadını kənara itələyir. Video görüntünün 06- cı dəqiqə 38-ci saniyəsində hündürboylu əynində qara rəngli pencək, göy rəngli köynək və g öy rəngli cins şalvar olan şəxs əlini seyfin içərisinə soxaraq seyfdən içərisində pullar olan plastmas qutunu götürür 06-cı dəqiqə 42-ci saniyəsində masanın üzərinə qoyur, bundan sonra həmin cavan oğlan yenidən 06-cı dəqiqə 45-ci saniyəsində 2-ci dəfə əlini seyfə salır və seyfin içşərisində olan pulları götürür. Video görüntünün 06-cı dəqiqə 50-ci saniyəsində masanın üzərinə qoyulmuş plastmas qutunu və sonradan seyfdən götürülmüş pulları bir yerə toplayır və qutunu 06-cı dəqiqə 54-cü saniyədə masanın üzərinə qoyur. 06-cı dəqiqə 56-cı saniyədə isə otağı tərk edir. Baxışda iştirak edən təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, qırmızı rəngli köynəkdə, qara şalvarda, qara rəngli baş örtüyündə olan alçaq boylu qadın onun iş yoldaşı Zərərçəkmiş şəxsdır. Müşahidə kamerasında qeydə alınmış vi deo görüntüdə ki, Zərərçəkmiş şəxs qarşısında olan hündürboylu əynində qara rəngli pencək, göy rəngli köynək və göy rəngli cins şalvar geymiş şəxs isə onun özüdür. Məhkum bildirdi ki, müdir otağında sağ əlində tutduğu qırmızı rəngli kağız kəsicisini Zərərçəkmiş şəxs tuşlayaraq ondan seyfi açmağı tələb etmiş, bundan sonra Zərərçəkmiş şəxs qorxudan məcbur qalıb seyfi açmışdır. Seyfi açdıqdan sonra Məhkum seyfdə olan "TTT” marketlər şəbəkəsinə məxsus 2442 manat pulu seyfdən götürmüş və marketi tərk etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum CM-nin 181.2.3 və 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun ola raq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və hadisə yerinə dair video görüntülər və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işi nin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəm üvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar