Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-508/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkumun müdafiəçisi Cəbrayılov Mehman Hümsi oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2023-cü il tarixli, 1(103)-725/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Qəhrə manov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə, habelə məhkumun müdafiəçisi Cəbrayılov Mehman Hümsi oğlunun verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 1(005)39/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim V.R.Qurbanov) xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2022-ci il ta rixli, 1(002)-132/2022 nömrəli hökmü ilə Məhkum təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 1 (bir) 5 (beş) 29 (iyimi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, Məhkum qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin tutulduğu gündən, yəni 08 aprel 2022-ci-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Cəbrayılov Mehman Hümsi oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.V.Tanrıverdiyev (sədrlik edən), İ.M.Murquzov və Q.X.Babayev) müdafiəçinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hökmü Məhkum təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum barəsində təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, 2 (iki) ilə endirilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 1(002)132/2022 nömrəli hökmü ilə Məhkum təyin olunmuş azadlığın məhdudlaşdırı lması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 08 (səkkiz) ay 28 (iyimi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, Məhkum qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən kassasiya protesti və məhkumun müdafiəçisi Cəbrayılov Mehman Hümsi oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə nömrəsi silinmiş, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş AK-74 modelli Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd avtomatı, zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd darağı və 21 ədədi 1976-cı ildə, 06 ədədi isə 1972-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7.62x39 mm kalibrli ol maqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronu olan, atəş üçün yararlı və döyüş sursatı hesab olunan 27 ədəd patronları qanunsuz olaraq əldə edib istifadəsində olan "X” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsi yaxınlığında yerləşən "Sarvan” kafesinin qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 08 aprel 2022-ci il tarixdə saat 23:00-da yuxarıda qeyd edilən ünvanda idarə etdiyi "X” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq avtomobillə birlikdə BMCMİ-yə gətirilmiş və orada x x.xx.2022-ci il tarixdə saat 01:18-dən etibarən avtomobilə baxış keçirilən zaman avtomobilin arxa yük yerindən odlu silah hesab edilən 01 ədəd avtomat, odlu silahın komplekt hissəsi hesab edilən 01 ədəd daraq və döyüş sursatı hesab edilən 27 ədəd patron aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almayıb, birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum CM 228.1-ci maddəsi ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 2 ilə, qəti cəza müddətini isə 3 il 6 aydan 2 il 6 aya endirməklə Məhkum şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlük əlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin etmiş, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələblərini pozmuşdur. Protest müəllifi iddia edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən CM-nin 66.5 və 68.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-132/2022 nömrəli hökmü ilə təyin edilmiş 2 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 8 ay 28 gün hesablanmaq əvəzinə 8 ay 29 gün hesablanmış, həmçinin cəzaların toplanması zamanı məhkum tərəfindən çəkilmiş cəza yox sonuncuya təyin edilmiş cəza toplanmalı və qəti cəza müddəti müəyyən edilməli, daha sonra əvvəlki hökm üzrə cəzanın çəkilmiş hissəsi həmin qəti cəzadan çıxılmalı olduğu halda apellyasiya m əhkəməsi tərəfində qeyd olunan ardıcıllığa riayət edilməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkumun müdafiəçisi Cəbrayılov Mehman Hümsi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən, eləcə də apellyasiya məhkəməsində verdiyi apellyasiya şikayəti üzrə cinayət işinə baxılarkən Məhkum məsuliyyətini yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkumun müdafiəçisi M.H.Cəbrayılov kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2023-cü il tarixli qərarının dəyişdirilməsini, Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasi ya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum münasibətdə məsuliyyəti yüngülləşdirən hallar əsassız olaraq nəzərə alınmaqla, şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlil ik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu, məhkumun müdafiəçisi isə Cəbrayılov Mehman Hümsi oğlu kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq dövlət ittihamçısı mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini, müdafiəçi isə apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsin də məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xar akterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 61.3-cü maddəsi isə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın cəza t əyin edilərkən təkrar nəzərə alınmasını qadağan edir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalanmış cinayət - hüquqi normalarını baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda kassasiya protestində istinad edilmiş cəzanın həcmi və kassasiya şikayətində istinad edilmiş Məhk um təyin edilmiş cəzanın növü ilə bağlı dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında aşağı həddi 3 ay (CM 55.2-ci maddədən çıxış edərək) olmaqla yuxarı həddi isə 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, eyni zamanda azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza növü olan islah işləri (iki ilədək müddətə), azadlığın məhdudlaşdırılması cə zası (bir ildən üç ilədək müddətə) nəzərdə tutulmuşdur. Məhkum isə CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, yəni sanksiya daxilində və daha ağır növlü cəza təyin edilmişdir. Baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, Məhkum əməlindən səmimi peşman olması, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan və 2 (iki) azyaşlı uşaqlarının olması birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən, apellyasiya məhkəməsi tərəfindən isə məhkumun şəxsiyyətini səciyyələndirməklə - bu xüsusda cəzanın müəyyən edilməsinə təsir göstərən hallar kimi qiymətləndirilmişdir. Qeyd olunan hallardan “cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması” Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində birbaşa nəzərdə tutulmuş və bu üzdən məhkəmə tərəfind ən mütləq şəkildə qəbul edilməli olan cəzanı yüngülləşdirən haldır. Təqsirkar şəxsin cinayəti etiraf edib peşmançılığını bildirməsi də onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə, onu müsbət cəhətdən xarakterizə edən, eyni zamanda onu belə davranış nümayiş etdirməyən cinayət törətmiş şəxslərdən fərqləndirmək üçün ciddi əsasdır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsi isə məhkəmələrə belə halları, onların CM-in 59.1.1-59.1.10-cu maddələrində birbaşa qeyd olunmamasına baxmayaraq, cəzanı yüngülləşdirən hallar qismində nəzərə almağa hüquq verir. Bu səbəbdən apellyasiya məhkəməsinin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə alması qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmənin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaəti də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, qanunverici dövlət ittihamçısının istinad etdiyi - cinayətin xarakteri, ictimai-təhlükəliliyi, obyektin xüsusiyyətləri və s. əlamətlərə görə CM-in sözügedən maddəsinin sanksiyasını cinayət qanununda təsbit edilən qaydada müəyyən etdiyindən, o cümlədən CM-in 228.1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxslərə nəinki azadlıqdan məhrum etmə cəzasını, hətta ondan yüngül cəzanın da (azadlığın məhdudlaşdırılması və islah işləri) təyin edilməsini mümkün bild iyindən, kassasiya protestində istinad edilmiş bu hal məhkumun məsuliyyətinin ağırlaşdırılmasının əsası kimi çıxış edə bilməz. Bundan başqa dövlət ittihamçısı kassasiya protestində qərarın ləğv edilməsi üçün digər bir əsas kimi apellyasiya məhkəməsi tərəfindən Məhkum əvvəllər məhkum olunmasının nəzərə alınmadan ona yüngül cəza təyin etməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 7-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. Apellyasiya məhkəməsi məhz Ali Məhkəmənin qeyd olunan qərarında əks olunmuş hüquqi mövqeyindən çıxış edərək Məhkum cinayəti törətdiyi zaman ödənilməmiş (götürülməmiş) məhkumluğunun olmasını sonuncunun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirmiş və Məhkum CM-nin 228.1-ci maddəsi ilə cəza təyini zamanı cəzanın növünü və həddini müəyyən edərkən qeyd olunan halı nəzərə almışdır. Həmçinin məhkumun müdafiəçisi M.H.Cəbrayılovun kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində i stinad olunan digər halları Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini və cəza növünün dəyişdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür. Təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutduğu cinayətə görə təyin olunmuş cəza növü cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə cavab verən cəza tədbiridir. Göstərilənlərlə yanaşı öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 1(002)-132/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsin ə əsasən onun tutma altında olduğu 01 gün nəzərə alınmaqla sonucunun üzərində qəti olaraq 2 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)1390/2022 nömrəli qərarı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin Məhkum barəsində olan 24 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Apellyasiya instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edərkən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı deyil, cəzasının çəkilməmiş hissəsini hazırkı iş üzrə öz qərarı ilə endirmiş olduğu cəza ilə qismən toplamaqla sonuncuya münasibətdə yekun cəza həddi müəyyən etmişdir. Eyni zamanda, məhkəmə kollegiyası 01 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasını CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutmaqla 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası kimi hesablamaqda da səhv etmiş, belə ki, qeyd olunan müddət 08 ay 29 gün kimi hesa blanmalı idi. Halbuki yuxarıda sadalanmış qanunvericiliyin tələbləri baxımından apellyasiya məhkəməsi Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmü təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun hesablamalı, hasil etdiyi nəticəni hazırkı iş üzrə Məhkum CM-nin 228.1-ci maddəsilə endirdiyi cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun cinayətlərin məcmusu üzrə toplayıb qəti cəza müddəti müəyyən etməli yalnız bundan sonra, birinci hökm üzrə Məhkum tutma altında olduğu 01 günü qəti cəza müddətinə hesablamaqla (cəzadan çıxmaqla) yekun cəza həddi müəyyən etməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin tələbləri baxımından məhkəmələr tərəfindən cəzaların təyini və ya digər cinayət hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi, yaxud da təyin olunmuş cəzaların apellyasiya və ya kassasiya qaydasında yüngülləşdirilməsi və ya ağırlaşdırılması (tətbiq olunmuş cinayət hüquqi xarakterli tədbirin dəyişdirilməsi) zamanı maddi hüquq normalarında nəzərdə tutulmuş əsasların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur. Lakin öyrənilmiş cinayət işi materiallarından apellyasiya instansiya məhkəməsi tərəfindən nə Cinayət Məcəlləsinin 68.1.1-1 və 66.5-ci maddələri ilə, nə də ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə uzlaşan nəticəni, həmç inin cəzanın hesablanması məsələlərinin həllində vahid məhkəmə təcrübəsinə uyğun yanaşmanı müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.2-ci maddəsinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərərçəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər. Qeyd olunan cinayət-prosessual norma faktiki olaraq yeni apellyasiya baxışının hədlərini göstərməklə, qəbul ediləcək qərarı əvvəlki qərarın mübahisələndirilməsinə həsr olunmuş kassasiya müraciətlərinin xa rakterindən və onların kassasiya instansiyası məhkəməsində həllindən asılı etmişdir. Məhkəmə heyətinin fikrincə, həmin normanının mənasına görə apellyasiya instansiyası məhkəməsi yeni baxışda məhkumun vəziyyətinin əvvəlki qərarla müqayisədə pisləşdirilməsi barədə qərarı buna dair verilmiş kassasiya müraciəti təmin olunduğu hissədə çıxara bilər. Göstərilən haldan çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum sonuncunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cəza təyin edərkən, cəza təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə əməl etsə də, cəzaların hesablanmasında o cümlədən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1 və 66.5-ci maddələrini tətbiqində və qəti cəzanın müəyyən edilməsində səhvə yol vermişdir. Təsvir edilənlər dövlət ittihamçısının kassasiya protestinin qismən təmin edilməsi üçün əsasın müəyyən olunduğunu, məhkəmələr tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir. Beləliklə məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının, kassasiya şikayətinin təmin edilməsinə və kassasiya protestinin təmin edilməməsinə dair müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi M.H.Cəbrayılovun kassasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 30 may 2023-cü il tarixli, 1(103)-725/2023 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Müdafiəçi Cəbrayılov Mehman Hümsi oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2023-cü il tarixli, 1(103)-725/2023 nömrəli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-508/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-508/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver