Məhkəmə qərarları › İş №1(102)-509/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-509/2019

16.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-509/2019 16.04.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-509/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 16 aprel 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, zərərçəkmiş şəxslərin nümayəndəsi X5, məhkumlar Təqsirləndirilən şəxs, X2, X7, Məhkum3 və Məhkum2 və məhkumların müdafiəçisi X1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxslər X19, X20, X9, X16, X26 və X10 tərəfindən birgə verdikləri kassasiya şikayəti, məhkumlar Məhkum1, Təqsirləndirilən şəxs və Məhkum4 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin (sədrlik edən hakim R.Nurullayev) 09 iyul 2018-ci il tarixli hökmü ilə 01 avqust 1972-ci il tarixdə Beyləqan rayonunun İmamverdilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Beyləqan rayonunun İmamverdilər kəndində qeydiyyatda olan və həmin ünva nda yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir, 01 noyabr 1980-cı ildə Laçın rayonunun Malıbəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Beyləqan rayon İmamverdilər kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən, Beyləqan rayonunun İmamverdilər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan; Məhkum1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir, 21 iyun 1969-cu ildə Beyləqan rayonunun İmamverdilər kəndində anadan olm uş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Beyləqan rayonunun İmamverdilər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan; Məhkum2Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir, 30 sentyabr 1987-ci ildə Laçın rayonunun Malıbəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,evli, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Beyləqan rayonunun İmamverdilər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan; Məhkum3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi dövlət nə finə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir, 01 sentyabr 1982-ci ildə Beyləqan rayonunun İmamverdilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Beyləqan rayonunun İmamverdilər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum4 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən məhkumlar bir qrup şəxs halında 12 may 2017-ci il tarixdə saat 17 radələrində Beyləqan rayonunun İmamverdilər kəndində, kənd icra nümayəndəliyinin inzibati binası nın qarşısında ətrafdakılara məhəl qoymayaraq öz üstünlüklərini və müstəsna şəxsiyyət olduqlarını göstərmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə ucadan qışqırıb səs-küy salaraq qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozub cüzi səbəbdən zərərçəkmiş şəxslər X9, X20, X19, X16, X18, X26 və X8 qəsdən yumruq və təpik zərbələri ilə vuraraq onlara yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə bir qrup şəxs halında xuliqanlıq etmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Kamil Bəşirov və Kamran Əkbərovdan ibarət tərkibdə) 16 oktyabr 2018-ci il tarixli qərarı ilə Beyləqan Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxslər, məhkumlar və məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan zərərçəkmiş şəxslər X19, X20, X9, X16, X26, X10 və onların nümayəndəsi X6 birgə verdikləri kassasiya şikayətində xahiş edirlər ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarı məhkumlar Məhkum2, Məhkum3 və Təqsirləndirilən şəxsə aid hissədə ləğv edilsin və onların əməlləri Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə tövsif edilməklə onlara maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilsin, məhkumlar Məhkum1 və Təqsirlənd irilən şəxs verdikləri kassasiya şikayətlərində xahiş edirlər ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarı onlara aid hissədə ləğv edilsin və onlara bəraət verilməsi bərədə qərar qəbul edilsin, məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarı ona aid hissədə ləğv edilsin və barəsində cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini iş üzrə zərərçəkmiş şəxslər X23, X20, X9, X13, X26 və X10 onunla əsaslandırırlar ki, birinci instansiya məhkəməsi məhkumlar Məhkum3, Məhkum4və Məhkum2 əməllərini düzgün tövsif etməmiş, yəni onların əməlləri Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilməli idi. Belə ki, təqsirləndirilən şəxslərlə qohumluq münasibəti olmayan şahidlərin bir çoxu hər iki tərəflə qonşuluq münasibətlərinin pozulmaması üçün hadisə yerində olsalar da belə, kimin-kimi vurdularını dəqiq görmədiklərini bildirmişlər. Lakin şahid X11 bel kəməri ilə X17ni vurulduğunu bildirmişdir. Həmçinin şahidlərin əlavə dindirilmə zamanı vermiş olduğu ifadələri ilə ilkin ifadələri arasında müəyyən ziddiyyətlər mövcuddur. Eyni zamanda, iş materialları arasında olan 18 avqust 2017-ci il tarixli, 255/2017 saylı ekspert rəyindən görünür ki, zərərçəkmiş şəxsin adlığı xəsarətlər bərk-küt əşyanın, o cümlədən də yumruğun təsirindən törənmişdir. Bu isə, o deməkdir ki, zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlər təpik və yumruqla bə rabər, həm də bərk-küt əşya ilə yetirilmişdir. Rəyə əsasən müəyyən etmək olur ki, zərərçəkmiş şəxslərə təkcə təpik və yumruqla deyil, həm də bərk-küt əşya olaraq daş parçası və kəmərlə də xəsarət yetirilmişdir. Qeyd olunmuş ziddiyyətlər Məhkum3, Məhkum4və Məhkum2 əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməsini birmənalı olaraq rədd edir. Həmçinin zərərçəkmiş şəxslər məhkumlara təyin olunmuş cəzaların yüngül olmasını bildirirlər. Kassasiya şikayətinin dəlillərini məhkum Məhkum4onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, tərəflər arasında olmuş dava şəxsi münasibətlər zəminində baş vermişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməli idi. Həmçinin cəza təyin olunarkən onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, özünü qismən təqsirli hesab etməsi və zərərçəkmiş şəxslərdən kiməsə xəsarət yetirmişsə ondan üzr istəməyə cəhd göstərməyi kimi hallar məhkəmə tərəfindən yüngülləşdirici hallar kimi nəzərə alınmamışdır. Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, o, heç bir cinayət hadisəsini törətmədiyi halda təqsirli bilinmiş, onun təqsirli olmasını təsdiq edən kifayət qədər sübutlar yoxdur. Kassasiya şikayətinin dəlillərini Məhkum1 onunla əsaslandırır ki, birinci instansiya məhkəməsində şahidlər X10 və X11in ifadəsi alınmamışdır. Əgər onların ifadəsi alınmış olsa idi, onun hadisə zamanı zərərçəkmiş şəxs X13ü, eləcə də hər hansı başqa şəxsi vurmaması öz təsdiqini tapardı. Həmçinin iş üzrə şahid X12 məhkəmə iclasında vermiş olduğu ifadəsində Məhkum1 heç kimi vurmadığını, dava-dalaş zamanı Məhkum1 Hakim Məmmədov və X8in yanında olmasını bildirmişdir. İş üzrə Məhkum1 əleyhinə ifadə vermiş digər şahidlər və zərərçəkmiş şəxslər Məhkum1la qərəzli münasibətdə olduğundan onların ifadəsi obyektiv qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəm əsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Zərərçəkmiş şəxslərin birgə verdikləri kassasiya şikayətinin başlıca dəlili məhkumlar Məhkum3, Abdullayev Bəhruz Məmmədxan oğlunun və Məhkum2 əməllərinin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə, məhkum Abdullayev Bəhruz Məmmədxan oğlunun kassasiya şikayətinin başlıca dəlili isə əməlinin Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməməsinin əsassız olmasıdı r. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün təqsirkar şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməlidir. Cinayət əməlinin Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilməsi üçün xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozma, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmə, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi həd əsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs halında törədilməsi baş verməlidir. Həmçinin əməlin Azərbaycan Respublikası CM-in 128-ci maddə ilə tövsif edilməsi üçün sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma baş verməlidir. İşin materiallarından görünür ki, məhkumlar bir qrup şəxs halında 12 may 2017-ci il tarixdə saat 17 radələrində Beyləqan rayonunun İmamverdilər kəndində, kənd icra nümayəndəliyinin inzibati binasının qarşısında ətrafdakılara məhəl qoymayaraq öz üstünlüklərini və müstəsna şəxsiyyət olduqlarını göstərmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzəri ndə zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə ucadan qışqırıb səs-küy salaraq qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozub cüzi səbəbdən zərərçəkmiş şəxslər X9, X20, X19, X16, X18, X26 və X8 qəsdən yumruq və təpik zərbələri ilə vuraraq onlara yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişlər. Hadisə zamanı məhkumlar Məhkum3, Məhkum4 və Məhkum2 silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etmələri barədə heç bir sübut müəyyən edilməmişdir. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi məhkumların özlərinin ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq məhkumlar Məhkum3, Məhkum4və Məhkum2 əməlinin tövsifini CM-nin 221.3-cü maddəsindən CMnin 221.2.1-ci maddəsinə dəyişdirmişdir və kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Zərərçəkmiş şəxslərin məhkumlara təyin olunmuş cəzaların yüngül olması barədəki dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən məhkumlar Təqsirləndirilən şəxs, X2, X7, Məhkum3 və Məhkum2 ilk dəf ə olaraq az ağır cinayət törətmələrini, himayələrində az yaşlı və yetkinlik yaşına satmayan uşaqlarının olmalarını, ailələrinə yeganə qazanc gətirən olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını cəzanı yüngülləşdirən hallar kimi və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmə məhkumların barəsində cəzanı yüngülləşdirən halları düzgün nəzərə almış və onlara təqsirli bilindikləri maddəsinin sanksiyaı daxilində ədalətli cəza təyin etmişdir. Belə cəzanı heç yüngül hesab etmək mümkün deyildir. Həmçinin, təyin edilmiş cəzalar məhkumların törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətlərinə uyğundur. İşin materiallarında da təyin olunmuş cəzaların ağırlaşdırılması üçün heç bir qanun i əsas yoxdur. Məhkumlar Təqsirləndirilən şəxs və Məhkum1nun kassasiya şikayətlərinin başlıca dəlilləri barələrində bəraət hökmünün çıxarılmamasının və işin icraatına xitam verilməməsinin əsassız və qanunsuz olmasdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onu n cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İşdən görünür ki, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum1 onlara verilmiş ittiham üzrə özlərini təqsirli bilməsələr də onların Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Bundan başqa, işdən də görünür ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilər kən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətlərinin bu barədəki dəlilləri ilə razılaşmaq mümkün deyildir. Kassasiya kollegiyası hesab edir ki, məhkəmələr məhkumların əməlinə hüquqi qiymət verərkən və onların törətdikləri cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Həmçinin, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müdafiə tərəfinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respub likası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin ed ilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 okty abr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar