Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-509/2021 08.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum və onun müdafiəçisi – Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Ci nayət Kollegiyasının 09 iyul 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim B.M.Məmmədov, hakimlər N.N.Mirzəyev və R.İ.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxx 1995-ci ildə ünvan2ndə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan2ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müdd ətinin 09 noyabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim G.Q.Abbasov, hakimlər M.M.Hüseynov və E.Ş.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə 08 noyabr 2019-cu il tarixdə saat 06 radələrindəünvan3 yolunun ü nvan4 ərazisindən keçən hissəsində yerləşən yol qovşağında quraşdırılmış körpünün altında ünvan5 sakini 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən zərbələr vuraraq sonuncuya sol əlin ovuc səthinin, İV və V barmaqlarının, dırnaq falanqasının ovuc səthinin, sol əlin kəsilmiş yaraları, sol kürəkaltı nahiyənin daxilə keçməyən yaralarından ibarət sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, habelə sağ qabırğaaltı nahiyənin daxilə keçərək böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə sonuncuya məxsus 120 manat dəyərində "Samsung J2 Pr ime markalı" mobil telefonu tamah məqsədi ilə ələ keçirib quldurluq cinayətini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan cinayət işi üzrə əhəmiyyətli hallar ibtidai istintaqda və məhkəmələr tərəfindən düzgün araşdırılmamış, o, özünü qismən təqsirli bildiyi və özgə əmlakını quldurluqla ələ keçirmədiyi halda, onun əməli əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən barəsində qanuni və əsaslı qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətindən və kassasiya şikayəti ilə bağlı çıxışından aydın olur ki, o, ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əsassız olaraq təqsirli bilindiyini, yəni məhkəmələrin gəldikləri nəticələrin əsasına qoyduqları sübutları cinayət-prosessual qanununun tələblərinə müvafiq surətdə tədqiq edib-qiymətləndirmədiklərini, müvafiq olaraq da işin mühüm əhəmiyyətli hallarını tam, hərətəfli və obyektiv araşdırmadıqlarını iddia etmişdir. Bununla əlaqədar kollegiya qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Belə ki, ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiy ası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiya sı məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üz rə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə apellyasiya şikayətləri əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və faktların mübahisələndirilməsindən irəli gələn tələbin irəli sür üldüyü kassasiya müraciəti üzrə nəticəyə gəlməsi, o cümlədən cinayət qanununun tətbiqi məsələlərini yoxlamaq vəzifəsini yerinə yetirməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Belə mülahizə üçün cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi, və ədalətliliyi prinsipi (CPM, maddə 28), cinayət prosesində tərəflərin çəkişməsi prinsipi (CPM, maddə 32), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM, maddə 33), apellyasiya baxışında məhkəmə istintaqının aparılması və sübutların tədqiq edilməs i əsaslarına aid cinayət-prosessual qanunun 392.3, 400.2, 397.3-cü maddələri ilə yanaşı İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu təsbit edən 6-cı maddəsi və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsi də əsas yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığın ı güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər”. Avropa İnsan Hüquqları Məhkəməsinin apellyasiya baxışında araşdırmanın həcmi, xüsusilə də faktların və sübutların yenidən araşdırılması (Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin apellyasiya icraatına tətbiqi) barədə hüquqi mövqeyi “Ekbatani İsveçə qarşı iş” üzrə 26 may 1988-ci il tarixli qərarında və bir sıra başqa qərarlarda əksini tapmışdır. Həmin qərarda Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunu müəyyən edərkən xüsusilə ona əsaslanmışdı ki, apellyasiya məhkəməsi həm fakt, həm də hüquq üzrə məsələlərə baxmaq vəzifəsini daşıyırdı, onun qarşısında mübahisələndirilən əsas məsələ isə ərizəçinin cinayətdə təqs irli bilinməsi idi. Bu səbəbdən həmin məsələ ərizəçinin özünün, eləcə də zərərçəkmiş şəxsin ifadələri bilvasitə tədqiq edilmədən düzgün həll edilə bilməzdi. “Siqbatullin Rusiya Federasiyasına qarşı iş” üzrə 23 aprel 2009-cu il tarixli qərarında isə Avropa Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “Şikayətlər üzrə prosedurlarda hansılarda ki, işlərə faktlar və hüquq nöqteyinəzərindən yenidən baxılır, Konvensiyanın 6-cı maddəsi bütün hallarda işə açıq və şəxslərin bilavasitə iştirakı ilə baxılmasını tələb etmir.... Bu məsələnin həlli zamanı konkret baxışın xüsusiyyətləri və həll edilməli olan məsələlərdən və onların şikayət vermiş şəxs üçün əhəmiyyətindən asılı olaraq müdafiə tərəfinin təmsilçiliyinin və manefelərinin nə dərəcədə təmin olunduğu nəzərə alınmalıdır.... Misal üçün, şikayətə baxa n məhkəmə şəxsin təqsirli olub-olmaması məsələsini araşdırmalıdırsa, təqsirləndirilən şəxsin ona isnad edilən cinayətləri törətməməsini əsaslandırmaq üçün təqdim etdiyi sübutları bilavasitə qiymətləndirmədən həmin məsələni həll etmək mümkün deyil”. Eyni mövqe Avropa Məhkəməsinin “X7rşı iş” üzrə qərarında (27-ci bənd), “Sevastyanov Rusiya Federasiyasına qarşı iş” üzrə qərarında (71-ci bənd), “Nefedov Rusiya Federasiyasına qarşı iş” üzrə qərarında (38-ci bənd) müdafiə olunmuşdur. Yuxarıda təsvir olunanları hazırki işə tətbiq etməklə cinayət işinin müvafiq materiallarına baxdıqda isə aşağıdakılar müəyyən olunur. Məhkum hökmdən apellyasiya şikayəti vermiş və həmin şikayətdə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmasını qəbul etəsə də, quldurluqda – Cinayət Məcəlləsinin 181.3.3- cü maddəsi ilə təqsirli bilinməsini mübahisələndirərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi haqqında tələbini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin 25 iyun 2020-ci il tarixli ilkin baxış qərarı ilə məhkəmə baxşının qismən məhkəmə istintaqı aparılmaqla və əlavə sübutlar tələb edilməklə keçirlməsi haqqında qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum (kassasiya instansiyası məhkəməsinin iclasındakı çıxışında olduğu kimi) ittiham aktında və birinci instansiya məhkəməsinin hökmündə əməlinə verilmiş təsvirin və cinayətin hüquqi tövsifinin həqiqəti əks etdirmədiyini, əslində o, zərərçəkmiş şəxs qismində tanınmış avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hər hansı bir əmlakını ələ keçirmək və bunun üçün ona basqın etmək niyyətində olmadığını, əksinə onu avtomobilində ünvan9ndən ünvan10na gətirdiyinə görə şərtləşdikləri yerdə avtomobildən düşərkən XXX80ə 5 manat pul verdiyini, XXX80lə birlikdə sonuncunun avtomobilində ünvan11ndən ailəsinin yaşadığı ünvan12na gələrkən XXX80ə adı, yaşadığı kənd haqqında məlumatlar verdiyini, məhz Zərərçəkmiş şəxs (o, 5 manat pul verib avtomobildən düşmək istəyərkən) onu bıçaqla hədələdiyini, özünün isə XXX80dən bıçağı alaraq ona xəsarətlər yetirdiyini, XXX80in mobil telefonunu və XXX80ə məxsus bıçağı yalnız aralarında həmin münaqişə baş verdikdən sonra hadisə yerindən ge dərkən özü ilə götürüb daha sonra yaşadığı evin yaxınlığında yandırdığını göstərməsinə və bunların əlavə araşdırma aparılmaqla həmin məlumatların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb etməsinə baxmayaraq, məhkəmə yalnız Məhkum özünü dinləməklə kifayətlənib məhkəmə istintaqını bitirmişdir. Halbuki, Məhkum ifadəsində işin mühüm hallarına aid verdiyi bəzi məlumatlar, xüsusilə XXX80lə birlikdə sonuncunun avtomobilində ünvan6ndən ünvan7na gələrkən özü (adı, yaşayış yeri) haqqında məlumatları XXX80ə bildirməsi, bu halın digər sübutlarla (hətta zərərçəkmiş şəxs XXX80in ifadəsi ilə inkar edilməməsi) onun ünvan8na çatdıqdan sonra XXX80ə əmlakını ələ keçirmək məqsədi ilə basqın etməsinə şübhə yaratmaqla bu xüsusatın zərəçəkmiş şəxs XXX80i məhkəmə iclasında bilavasitə dindirməklə araşdırıl masını və işin digər halları ilə əlaqəli şəkildə qiymətləndirilməsini tələb edirdi. Eynilə, Məhkum ifadəsində qeyd etdiyi avtomobildən düşərkən gediş haqqı kimi XXX80ə 5 manat pul verməsi və münaqişənin bundan sonra yaranması haqqında məlumatlar, eləcə də baxış və götürmə haqqında 08 noyabr 2019-cu il tarixli protokola əsasən XXX80in avtomobilinə baxış keçirlərkən onun salonunda (görünən yerdə) 5 manat pulun aşkar edilməsi, ən azından özgə əmlakını ələ keçirmək məqsədi ilə basqın etməkdə təqsirləndirilən şəxsin nəyə görə həmin pulu götürməməsi barədə sual yaradır və işin hallarını araşdırmaqla, o cümlədən zərərçəkmiş şəxsi bilavasitə məhkəmə iclasında dindirməklə bu sualın, ümumiyyətlə salonda aşkar edilmiş 5 manat pul vəsaiti ilə bağlı digər sualların (xüsusilə də, Məhkum irəli sürdüyü - həmin pulu zərərçəkmiş şəxsə özünün verməsi barədə dəlilin) inandırıcı şəkildə, bu xüsusat üzrə nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusuna əsaslanmaqla cavablandırılmasını tələb edirdi. Lakin, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunduğu kimi qismən məhkəmə istintaqının gedişində müstəsna olaraq Məhkum özünü dindirməklə kifayətlənmiş, ilkin baxış qərarında nəzərdə tutulmasına baxmayaraq, nəinki əlavə sübutlar tələb etməmiş, hətta zərərçəkmiş şəxsi belə bilavasitə məhkəmə iclasında dinləməmişdir. Təsvir edilənlər, yəni apellyasiya instansiyası məhkəməsinin qismən məhkəmə istintaqında yalnız təqsirləndirilən şəxsin ifadəsini dinləyib, bu ifadədə verilən məlumatlardan bir zərurət kimi irəli gələn ətraflı araşdırmanı aparmadan apellyasiya şikayəti (Məhkum qaldırdığı məsələlər) üzrə yekun nəticələrə gəlməsi onu deməyə əsas verir ki, apellyasiya məhkəməsində aparılmış məhkəmə baxışı (qismən məhkəmə istintaqı) yuxarıda gətirilən cinayət-mühakimə icraatının prinsiplərinə, digər cinayət-prosessual normalara, İnsan Hüquqlarının və X4 haqqında Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququna və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə müdafiə tərəfinin irəli sürdüyü iddiaların xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalı, yeni baxışda Məhkum cinayətprosessual qanunun tələblərinə cavab verən sübutların məcmusu ilə təsdiq olunduğu əməli aydın və inandırıcı şəkildə müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi əsası kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində göstərilən halı nəzərə alır. Həmin normaya əsasən məhkəmə sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq etmədikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin təmin edilməsinə, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya ş ikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 09 iyul 2020-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 09 iyul 2020-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-509/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-509/2021
08.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver