Məhkəmə qərarları › İş №1(102)-509/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-509/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-509/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və müdafiəçisi Müdafiəçi Əsgər oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4- cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Z.B.Qasımov (sədrlik edən), F.N.Mahmudov və D.H.İmanovdan ibarət tərkibdə) 21 fevral 2018-ci il tarixli hökmü ilə xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8-ci binada qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3, 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-in 177.2.3-cü maddəsi ilə 02 il müddətə, CM-in 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplanılmaqla ona qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, habelə cəzasının əvvəlinin xx.xx.2016-cı il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Həmçinin həmin hökmlə, X6 və X7 Azərbaycan Respublikasının CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşlar. Gəncə Apellyasiya Məhkəməsinin 29 may 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), T.A.Muxtarov və Ə.G.Abdullayev) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Gənc ə Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: T.L.Kazımov (sədrlik edən və məruzəçi), H.Q.Nəsibov və Ə.S.Seyfəliyevdən ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 29 may 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni məhkəmə baxışına təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Kərimov (sədrlik edən və məruzəçi), Ş.Y.Yusifov və Ə.Ə.Novruzovdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni məhkəmə baxışına təyin edilmişdir. X6 və X7 məhkəmə baxışı iclaslarına gəlməkdən qəsdən boyun qaçırdığından Gəncə Apellyasiya Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, axtarış elan edilərək, cinayət işi üzrə icraat dayandırılmışdır. X6 və X7 uzun müddət keçməsinə baxmayaraq həbs edilmədiklərindən Gəncə Apellyasiya Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərarı ilə Məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən veril miş apelyasiya protestinə baxılması üçün icraat təzələnmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü, X3 və X5 isə Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə icraat ayrılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərarı ilə X3 və X5 Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə icraat yenidən dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: A.H.Hüseynzadə (sədrlik edən), L.S.Süleymanov və R.Z.Mamedov) apellyasiya protesti Məhkum münasibətdə təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018ci il tarixli hökmü Məhkum münasibətdə ləğv edilmiş və ona münasibətdə yeni hökm çıxarılmış, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona CM-in 177.2.3-cü maddəsi ilə 02 il müddətə, CM-in 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələri ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinin tələbinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq Məhkum 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmə klə, cəzaçəkmə müddətinin əvvəlinin 16 noyabr 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Məhkum özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 24 aprel 2016-cı il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi 23 saylı binanın qarşısında yerləşən, işləməyən kompüter salonuna nəfəsliyin üzərində olan dəmir barmaqlıqları çıxarıb pəncərəni daş parçası ilə sındırmaqla qanunsuz daxil olub, oradan hər birinin qiyməti 60 manat olan 11 ədəd "LG" markalı 48 sm diaqonal ölçülü monitoru, hər birinin qiyməti 60 manat olan 02 ədəd "Samsung" markalı 48 sm diaqonal ölçülü monitoru, hər birinin qiyməti 5 manat olan 11 ədəd "Genius" markalı kompüter "sıçanı"nı, hər birinin qiyməti 6 manat olan 11 ədəd "Genius" markalı klaviaturanı, hər birinin qiyməti 250 manat olan 5 ədəd kompüter keyslərini, hər birinin qiyməti 05 manat olan 11 ədəd kompüter qulaqcığını, hər birinin qiyməti 60 manat olan 04 ədəd "Sony Playstation 3" markalı oyun konsulunun joystiklərini, hər birinin qiyməti 35 manat olan 10 ədəd "Sony Playstation 3" markalı oyun konsulunun disklərini, qiyməti 25 manat olan 01 ədəd elektrik tənzimləyicisini gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2821 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra Məhkum, təkrarən, talama cinayəti törətmək üçün 02 noyabr 2016-cı il tarixdə saat 13 radələrində Bakı şəhərinin, Nizami rayonu ərazisində yaşayan tanışları X6, X7 və qeyrisi ilə qeyrisinin təklifi ilə Goranboy rayonun un Azad kəndində yaşayan sonuncunun qohumu Zərərçəkmiş şəxs2 xeyli miqdarda- 10000 manat məbləğində əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, razılaşmaya əsasən qeyrisi tanınmaması və ev sahiblərini müşahidə etmək məqsədilə evə girməyərək axırıncıların da iştirak edəcəyi Göygöl rayonunda olan yas mərasiminə getmiş, o, İlqar Xeyrişli və Sadiq Bayramov isə 03 noyabr 2016-cı il tarixdə saat 05:00 radələrində "Bakı şəhər avtovağzalından 40 manat müqabilində şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü ilə Goranboy rayonu, Azad kəndinə gələrək qeyrisinin verdiyi istiqamətə uyğun olaraq saat 09:30-da Rəhman Qəhramanovun evini müəyyən etdikdən sonra saat 10:00-da İlqar Xeyrişli və Sadiq Bağırovla birlikdə qaz borularının üstündən hasara çıxıb o radan isə Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə düşüb, binanın arxası ilə yaşayış sahəsinin qarşı tərəfindəki pilləkənlərdən eyvana keçib açıq vəziyyətdə olan qapıdan evin zalına qanunsuz daxil olarkən ev sahibi Zərərçəkmiş şəxs2 onları görüb üzərilərinə gələn zaman onlar Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə X10 Qəhrəmanovu sifət nahiyəsindən yumruq zərbəsi ilə vuraraq yerə yıxdıqdan sonra özgənin əmlakını ələ keçirmək məqsədilə onu otuzduraraq ondan evdə olan qızıl və pulların yerini soruşmuşdur. Zərərçəkmiş şəxs2 pul və qızıl olmadığını bildirdikdə X10 Qəhrəmanovun yanında durmuş, o və Sadiq Bağırov isə evləri axtarmış, həmin vaxt zərərçəkmiş Zərərçəkmiş şəxs2 İlqar Xeyrişlinin ayaq nahiyəsindən tutub yıxmaq istəsə də, bunu bacarmamış, ona g örə də o və İlqar Xeyrişli birlikdə Zərərçəkmiş şəxs2 sifət və baş nahiyəsindən yumruq və sillə ilə vuraraq qapalı kəllə beyin travması, hər iki göz ətrafının qançırı, ağlı qişaya qansızma, burun yəhərinin qançırı, burun sümüyünün sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül bədən xəsarətləri yetirdikdən sonra yenidən otaqlarda pul və qızılzinət əşyalarının axtarışını davam etdirmiş, Sadiq Bayramov özləri ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən dəmir açar ilə yataq otağında saxlanc yeri olan sandığın qıfılını sındırıb orada olan Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs3 məxsus 1600 manat məbləğində nağd pulu, 3100 manat dəyərində qızıl-zinət əşyalarmı və Rəhman Qəhraman ova məxsus 40 manat dəyərində 1 ədəd "Nokia 1600" markalı mobil telefonu, cəmi 4740 manat dəyərində özgə əmlakını ələ keçirdikdən sonra, zərərçəkmiş Zərərçəkmiş şəxs2 əlini və ayaqlarını bağlayaraq Bakı şəhərinə qayıtmış, həmin puldan 900 manatını qeyrisinə verdikdən və qızıl zinət əşyalarını isə 1600 manata sataraq hər birinə 350 manat məbləğində nağd pul götürüb qalan pulu isə ev kirayəsi və yeyib içməklərinə sərf etməklə soyğunçuluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, həmin hökmlə ona əsassız və qanunsuz olaraq ağır cəza təyin edilmişdir. Məhkum həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı müdafiəçisi olmamış, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ona dövlət büdcəsi vəsaiti hesabı ilə təyin olunmuş müdafiəçi onun fikrini bilməmiş, ona özünün təklif və iradlarını söyləməmişdir. Öz hesabına müdafiəçi ilə müqavilə bağlaması üçün vaxt verilməmiş və dövlət büdcəsi vəsaiti hesabı ilə təyin olunmuş müdafiəçi onunla görüşmədən, onun fikrini dinləmədən formal iştirak etmişdir. Bununla da, onun hüquqlarının pozulduğu və onun barəsində qanunsuz hökm çıxarıldığını qeyd edir. Məhkum kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli hökmünün ləğv olunması və yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiə tərəfinin, kassasiya şikayətinin tə min edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və ci nayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai t əhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ict imai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqs irli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın əd alətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yüngülləşdirən halları, o c ümlədən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ondan heç bir şikayət və tələblərinin olmamasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum ittiham olunduğu maddənin sanksiyasının həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında t ətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəl ilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Kassasiya məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddi ədalətli, qanuni və əsaslıdır. Kassasiya şikayətində digər mübahisələndirilən məsələ məhkumun müdafiə hüququnun pozulması barədədir. Məhkəmə kollegiyası həmin dəlillə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət işinin materiallarından görünür ki, Gəncə Apellyasiya Məh kəməsinin 19 fevral 2021-ci il tarixli qərarı ilə Məhkum hüquqlarını müdafiə etmək üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Qərarın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyası Gəncə şəhəri 1 saylı Vəkil Bürosuna həvalə edilmiş, Gəncə şəhəri 1 saylı Vəkil Bürosu məhkəmənin sözügedən qərarını icra edərək, vəkil X1 Məhkum müdafiəçisi təyin etmişdir. Cinayət işinin materiallarında olan Gəncə Apellyasiya Məhkəməsində keçirilmiş xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məhkəmə iclaslarının protokollarından görünür ki, Məhkum müdafiəçisi X4 Cinayət-Prosessual Məcəllənin 92 və 312.1-ci maddələrinin tələblərinə əməl etmiş, məhkəmə kollegiyasının iclaslarında çıxış edərək apellyasiya protestinin təmin olunmaması və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiə hüququnun pozulması ilə bağlı irəli sürdüyü dəlillər əsassızdır və yuxarıda göstərilən hallarla təkzib olunur. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021-ci il tarixli hök mü qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, hökmün dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar