Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-509/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2023-cü il t arixli qərarından Dövlət ittihamçısı3 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Fuad Axundov) 20 fevral 2023-cü il tarixli 1(011)-13/2023 nömrəli hökmü ilə xx xxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdən 20 fevral 2023-cü il tarixədək şübhəl i şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 9 (doqquz) ay 13 (on üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 6 (altı) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, CM-in 234.2-ci maddəsi ilə ona bəraət verilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs təqsirli bilinib məhkəməyə verilmişdir məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 09 bükümdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış ümumi təmiz çəkis i 23,03 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 06 may 2022-ci il tarixdə ünvan 3 ünvanının qarşısında həmin narkotik vasitə olan qurudulmuş marixuanadan 05 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 1,711 qram, 1,504 qram, 1,347 qram, 1,588 qram və 0,849 qram olmaqla, 6,999 qram çəkidə olan hissəsini tanışı X5 20 manat müqabilində satmış, 07 may 2022-ci il tarixdə X1 RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi məqsədilə keçirilmiş əməliyyat tədbiri zamanı, Təqsirləndirilən şəxs həmin gün saat 04:40-da Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 21 ünvanının qarşısında saxlanılıb, ünvan 4ləşən Xətai RPİ-nin 34cü PŞ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli idman şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 04 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda çəkiləri 3.723 qram, 3,767 qram, 6,615 qram və 1,926 qram olmaqla, ümumi təmiz çəkisi 16.031 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahimov) 04 iyul 2023-cü il tarixli 1(103)-965/2023 nömrəli qərarı ilə Bakı Şəhə ri Xətai Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 1(011)-13/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Dövlət ittihamçısı3 Ağakərim oğlu verdiyi kasasiya protestində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 Ağakərim oğlu kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəyə görə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi irəli sürülmüş ittiham onun ibtidai istintaq zamanı təsir altında vermiş olduğu etirafedici ifadəsinə və şahid ifadələrinə əsaslandığından, şahid ifadələri isə digər mötəbər sübutlarla təkzib edildiklərindən həmin ittiham əsaslı hesab edilə bilməz. Məhkəmələr belə qənaətə gəlmişlər ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİnin 34-cü PŞ-nin əməkdaşları tərəfindən 06 may 2022-ci il tarixdə saat 22:12 radələrində ünvan 6 ünvanının qarşısında şübhəli şəxs qismində tutulmasına və Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-yə aparılmasına baxmayaraq, şübhəli şəxsin tutulması barədə protokolda onun heç bir əsas olmadan 07 may 2022-ci il tarixdə, saat 04:40 radələrində tutulması göstərilmiş və üzərində şəxsi axtarış və götürmə aparı lmasına dair istintaq hərəkətinə saat 05:50-də, yəni şübhəli şəxsin tutulmasından 7 saatdan artıq müddət keçdikdən sonra başlanmışdır. Məhkəmələr bu xüsusata qiymət verərkən nəzərə almamışlar ki, X3 və Təqsirləndirilən şəxs saxlanılmaları arasında 40 dəqiqə fərq olmuş və onların üzərilərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasında ayrı-ayrı əməliyyat müvəkkilləri iştirak etmiş, Şahid4 ifadəsində göstərdiyi kimi İlqar Yusifovun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmamışdan əvvəl onunla aparılmış söhbət zamanı narkotik vasitəni Natiq adlı şəxsdən alması müəyyən olunmuş və dərhal təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilərək Təqsirləndirilən şəxs saat 04:40 radələrində yaşadığı ünvanın qarşısında saxlamışlar. Məhkəmə Təqsirləndirilən şəxs tutul ması və üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 07 may 2022-ci il tarixli protokollarının sübut əhəmiyyətini, mötəbərliyini ona CM-in 234.2-ci maddəsi ilə verilmiş ittihama münasibətdə şübhə altına almış, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərkən həmin istintaq hərəkəti protokollarını şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmələrin hökm və qərarında da istinad olunan “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci m addəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bundan başqa Təqsirləndirilən şəxs saxlanıldığı andan istintaqın sonuna kimi etirafedici ifadələr verməsinə baxmayaraq məhkəmədə özünü müdafiə xarakterli vermiş olduğu ifadəsində bildirmişdir ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, sadəcə olaraq əməliyyat müvəkkilləri tərəfindən saxlanılarkən döyüldüyündən və işgəncələrə məruz qaldığından ibtidai istintaq zamanı verdiyi ifadələrində məcbur olub törətmədiyi əməli etiraf etmişdir. Burada qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə 34-cü PŞnin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə ibtidai istintaqın gedişində istintaq orqanına şikayətlə müraciət etməmiş, bu barədə yalnız məhkəmə baxışı zamanı məlumat vermişdir. Bakı ş əhəri Xətai rayon məhkəməsindən daxil olmuş sorğularla əlaqədar Bakı şəhəri Xətai rayon prokurorluğunda araşdırma başlanılmış və Təqsirləndirilən şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlərin yaranmasında kənar şəxslərin, o cümlədən Xətai RPİnin 34-cü PŞ-nin əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığından həmin prokurorluğun 27 dekabr 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilmişdir (həmin qərar hazırda da qüvvədədir). Lakin birinci, eləcə də apellyasiya instansiyası məhkəməsi öz yekun qərarlarında göstərmişlər ki, Təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə rayon prokurorluğu vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmişdir. Kassator hesab edir ki, məhkəmələrin in Təqsirləndirilən şəxs guya hüquqlarının pozulması, ona təzyiq edilməsi nəticəsində cinayəti etiraf etməsi kimi dəlilləri əsassız olmuşdur. Məhkəmələr istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara, Təqsirləndirilən şəxs telefon nömrəsinin anten məlumatlarına düzgün hüquqi qiymət verməməklə, təqsirləndirilən şəxsin CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verdiyi ifadələrinə tənqidi yanaşmamış, iş üzrə şahidlərin ifadələrini əsassız olaraq ziddiyyətli ifadələr kimi qiymətləndirilmiş və bununla da əsassız olaraq Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə bəraət vermişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını din ləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələrin Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmaması, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmaması və təqsirləndirilən şəxsə bəraət verilməsinin əsassız və qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və işin halları ilə müqayisə edərək həmin dəlilləri ilə razılaşmır, məhkəmələrin gəldiy i nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar t am, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət işinə əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında və şəxsi axtarış və götürmə aparılması haqqında 07 may 2022-ci il tarixli protokollardan görünür ki, X6 həmin tarixdə saat 04:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismi ndə tutulmuş, saat 04:55-dən 05:15-dək onun üzərində şəxsi axtarış aparılmış və beş bükümdə 8,11 qram qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. X6 bildirmişdir ki, həmin kütlə marixuana, bir gün əvvəl ünvan 8 ünvanın qarşısında “Natiq” adlı şəxsdən 20 manata almışdır. İşdə olan “Şübhəli şəxsin tutulması” haqqında və “Şəxsi axtarış və götürmə aparılması” haqqında 07 may 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:40-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun üzərində 05:50-dən 06:15-dək axtarış aparılmış və 04 kibrit qutusunda 28,62 qram marixuanaya bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o həmin marixuananı tanımadığı İ ran vətəndaşından onlayn şəkildə öz istifadəsi üçün 30 manat müqabilində almış, həmçinin İlqar adlı şəxsə də satmışdır. İbtidai istintaq zamanı məhkum Təqsirləndirilən şəxs, şahid İ.Z.Yusifov, habelə axtarışlarda iştirak etmiş polis əməkdaşları protokollarda göstərilən halları təsdiq etmişlər. Həmin sübutlara əsasən istintaq orqanı Təqsirləndirilən şəxs qarşı CM-in 234.1 və 234.2-ci maddələri ittiham irəli sürmüşdür. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən sübutları tədqiq edib onlara qiymət verərək nəticəyə gəlmişdir ki, məhkum Təqsirləndirilən şəxs İ.Z.Yusifova narkotik vasitə olan marixuananı satması mötəbər sübutlarla təsdiq olunmur, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın CM-in 234.2-ci maddəsinə aid olan hissəsini təsdiq edən sübutlar ziddiyyətlidir və şübhə doğurur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, o İ.Z.Yusifova narkotik vasitə olan marixuananı satmamış, polis əməkdaşları tərəfində əvvəl o, 6 may 2022-ci il tarixdə saat 21-22 radələrində tutulmuş, sonra polis bölməsinə İ.Z.Yusifov gətirilmişdir. Polis əməkdaşları elə görüntü yaratmışlar ki, guya o İ.Z.Yusifova marixuananı satmış, sonuncu polis əməkdaşları tərəfindən saxlanılmış və narkotik vasitənin ondan alması barədə izahat verəndən sonra o da tutulub polis bölməsinə gətirilmişdir. Polis əməkdaşları onu döyərək məcbur etmişlər ki, İ.Z.Yusifova narkotik vasitənin satılması barədə ifadələri imzalasın. Məhkum Təqsirləndirilən şəxs saxlamış və polis bölməsinə gətirmiş polis əməkdaşları Şahid4 və Şahid1 məhkəmə iclasınd a verdiyi ifadələrdə Təqsirləndirilən şəxs saxlanılması barədə ziddiyyətli ifadələr vermişlər. Belə ki, Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə saat 04:40-da saxlanılmış, Şahid1 isə göstərmişdir ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə saat 21-22 radələrində saxlanılmış və polis bölməsinə gətirilmişdir. Həmçinin Şahid1 göstərmişdir ki, saxlanılan şəxsin müdafiəçisinin iştirakını təmin edə bilmədiyindən Təqsirləndirilən şəxs bir neçə saat bölmədə saxlanılmış və müdafiəçinin gəlməsindən sonra səhər saatlarında Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-in 34-cü PB-in əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 məhkəmə iclasında verdikləri ifadələrdə göstərmişlər ki, İ.Z.Yusifov narkotik v asitələrin qəbul edilməsi məlumatına əsasən onlar tərəfindən saxlanılmış və bölməyə gətirilmişdir. Bölmədə İ.Z.Yusifovun üzərində videoçəkilişlə axtarış aparılmış və narkotik vasitə aşkar edilmişdir. İ.Z.Yusifov bildirmişdir ki, narkotik vasitəni məhkum Təqsirləndirilən şəxs almışdır. Bundan sonra digər polis əməkdaşlarından əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs bölməyə gətirilmiş və üzərində axtarış keçirilmişdir. Yuxarıda qeyd edilən tutma və şəxsi axtarış haqqında protokollar şahidlər Şahid2, Şahid3 və Şahid4 ifadələri ilə ziddiyyət yaradır. Belə ki, həmin protokollardan aydın görünür ki, məhkum Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən şahid İ.Z.Yusifovin üzərində axtarış aparılanadək saxlanılmışdır. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş İ.Z.Y usifov da ifadəsində göstərmişdir ki, o məhkumdan narkotik vasitə almamış, bu barədə ifadəni polis əməkdaşlarının təzyiqi altında vermiş, 06 may 2022-ci il tarixdə saat 23-dən sonra öz mobil telefonundan Təqsirləndirilən şəxs zəng etmiş, başqa adam zəngə cavab verərək, Təqsirləndirilən şəxs yaşadığı binanın yanına gəlməsini ona demiş, həmin yerdə 07 may 2022-ci il tarixdə saat 1:30-2:00 arasında polis əməkdaşları onu saxlamış və bölməyə gətirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs artıq polis bölməsində olmuş və polis əməkdaşları tərəfindən döyülmüşdür. Qeyd edilməlidir ki, məhkum Təqsirləndirilən şəxs və şahid İ.Z.Yusifovun birinci olaraq Təqsirləndirilən şəxs tutulması və polis bölməsinə gətirilməsi barədə ifadələri məhkəmənin sorğusuna əsasən əldə edilmiş və cinayət işinə əlavə edilmiş "xxxx" MMC mobil rabitə operatorunun məhkum Təqsirləndirilən şəxs və şahid İ.Z.Yusifovun istifadəsində olan mobil telefon nömrələrinə daxil olmuş və çıxan zənglərin cədvəli və dislokasiya haqqına məlumatları ilə üst-üstünə düşür. Həmçinin cinayət işinin materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olanda tibbi müayinədən keçirilmiş və onun sağ göz ətrafı nahiyədə qançır aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon prokurorluğunda verdiyi izahatından göstərmişdir ki, 06 may 2022-ci il tarixdə Xətai rayon Polis idarəsinin 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını etiraf etmədiyi üçün döyülmüş, göz nahiyəsindən qançır xəsarəti almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsinin 02 dekabr 2022-ci il tarixli 1372 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ gözətrafı nahiyənin qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 06 may 2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilir. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin onun özü-özünə yetirməsi az inandırıcıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, m əhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq etmək üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdim edilmiş sübutları həm ziddiyyətlidir, həm cinayət işi üzrə digər sübutlarla təkzib olunur. Ona görə də məhkəmələrin həmin sübutlara şübhə ilə yanaşaraq onları Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirli olmasını təsdiq etmək üçün mötəbər olmayan sübutlar kimi qəbul etməsi əsaslı və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin cinayət mühakimə icraatı h əyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə əməlinin sübuta yeririlməməsi barədə nəticəyə gələrək, bütün sübutları hərtərəfli, tam və obyektiv araşdırmış, sübutların qiymətləndirilməsini CPM-in normaların a uyğun həyata keçirmişdir. Məhkəmələr sübutların qiymətləndirilməsi ilə bağlı mövqeyini hökm və qərarında kifayət qədər əsaslandırmışlar. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin mötəbər sübutlarla təsdiq edilməsi və məhkəmələr tərəfindən sübutlara düzgün qiymət verilməməsi barədə dəlilləri əsaslı hesab etmir. Dövlət ittihamçısının birinci instansiyası məhkəməsinin hökmündən verdiyi apellyasiya protestindən görünür ki, protestdə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə bəraət hökmün əsassız və qeyri-qanuni olması bildirilməklə ləğv olunması, onun əməlində Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələrinin tərkib hissələrinin olması və təqsirləndirilən şəxsin əməlinin həmin maddələrlə təqsirli bilinib məhkum olunması xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ittiham tərəfinin sübutları və apellyasiya protestinin dəlilləri ilə bağlı işin halları tədqiq etməklə, gəldiyi nəticəni əsaslandıraraq Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmamışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2 023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-509/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-509/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver