Məhkəmə qərarları › İş №1(102)-509/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-509/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-509/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 125 və 128-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 sentyabr tarixli, 1(107)-29/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Göyçay Rayon Məhkəməsinin (X13) 23 may 2023-cü il tarixli, 1(046)-10/2023 nömrəli hökmü ilə, xx.xx.1992-ci il tarixdə İsmayıllı rayonu, Gideyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, İsmayıllı rayonu Gideyli kəndində qeydiyyatda olmaqla, İsmayıllı rayonu Kürdeldarbəyli kəndində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinib 5 il müddətinə, CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, az ciddi cəza daha ciddi cəza ilə CM-in 66.2-ci maddəsinə əsasən əhatə olunmaq yolu ilə Məhkum qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X12 (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürovdan ibarət tərkibdə) 2024-cü il 12 sentyabr tarixli, 1(107)-29/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs Məhkum xx.xx.2014-cü il tarixdə nikahları rəsmi olaraq dövlət qeydiyyatına alınmış və həmin vaxtdan ər-arvad münasibətlərində olduğu ondan maddi və sair asılılıqda olan arvadı X4 birgə yaşadıqları müddətdə istintaqla dəqiq günü müəyyən edilməyən vaxtlarda bir neçə dəfə döyüb onunla amansız rəftar edərək, habelə dəfələrlə onu və valideynlərini nalayiq formada söyüb təhqir edərək ləyaqətini mütəmadi olaraq alçaltmış, Münəvvər Məmmədovanı 2021-ci ilin aprel ayından Göyçay rayonu Şahsoltanlı kəndinin ərazisində yerləşən fermada uşaqlarından ayrı, qayını Şahid8 ilə tək, səhhətində olan problemlərə baxmayaraq şəraitsiz halda olan həmin fermada saxlamış, sonuncu dəfə 2022-ci ilin yanvar ayının 4-dən 5-nə keçən gecə həyat yoldaşının başqa şəxslə mesaj vasitəsilə danışmasını öyrəndikdən sonra, Münəvvər Məmmədovanı döyərək ona qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran alın-təpə və sol gicgah nahiyəsinin geniş ölçülü hematoması və sağlamlığa zərər vurmamaqla dərəcəsi təyin edilməyən burunun sağ yan səthinin sıyrıqları, alın nahiyəsinin, burun belinin və sağ qulaq seyvanının qançırları xəsarətləri yetirmiş, həmçinin Münəvvər Məmmədovanı boşamaq, atasının evinə göndərmək və uşaqlarını əlindən almaq ilə bağlı hədə-qorxu gəlməklə onu özünü öldürmə həddinə çatdırmış, nəticədə X5 xx.xx.2022-ci il tarixdə səhər saatlarında istintaqla dəqiq müəyyən edilməyən vaxtda Göyç ay rayonu Şahsoltanlı kəndinin ərazisində yerləşən yaşadığı fermanın ərazisində olan tövlənin tavanındakı taxta tirdən özünü pres ipi ilə asaraq intihar etmişdir. Bununla da Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci və 125-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Apellyasiya instansiya məhkəməsi işin halları əsasında düzgün nəticəyə gəlməmişdir. Belə ki, müdafiə tərəfinin fikrincə apellyasiya instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş və düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Məhkum 3 azyaşlı övladı var, hazırda onun azyaşlı övladlarının ata qayğısına ehtiyacı vardır. Belə ki, X1 tam orta məktəbinin 3-cü sinifində oxumaqla bibisi və nənəsinin yanında qalmış, digər bacı və qardaşı fermada yaşamış, atası onu şənbə günü fermaya aparmış və bazar günü dərsləri olduğu üçün kəndə qaytarmış, onu, bacısını və qardaşını heç kim anasından ayırmamışdır. Müdafiəçi CM-in 125-ci maddəsinin müddaları ilə qeyd etmişdir ki, qeyd olunan cinayət hüquq normasının Məhkum tərəfindən törədilməsi barədə "təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında" xx.xx.2022-ci il tarixli Qərarda əsaslandırılmışdır ki, guya hüquqlarını müdafiə etdiyi şəxs mərhum Münəvvər Məmmədovanı "istintaqa dəqiq günü müəyyən edilməyən vaxtlarda bir neçə dəfə döyüb onunla amansız rəftar etmişdir", İlk əvvəl, təqsirlə ndirilən şəxslə mərhum ər-arvad olmuşlar və onlar arasında baş vermiş bütün münasibətlər (növündən asılı olmayaraq) ailə daxili münasibətləri özündə əks etdirmişdir. Bu isə onu bildirir ki, əgər Məhkum belə bir hərkətləri, yəni amansız rəftar etmiş olsa idi, bununla bağlı heç olmasa bir dəfə də olsun mərhum və ya onun ailəsindən (ata evindən olan şəxslərdən) hər hansı bir şəxs hüquq mühafizə orqanlarına müraciət etmiş olardılar. İkinci tərəfdən, amansız rəftar olunma o halda bu cinayətin tərkib əlamətinə çevrilə bilər ki, burada həmin amansız rəftarı özündə göstərən fəal hərəkətlər daimi xarakter daşımalıdır. Yəni, qeyd olunan hərəkətlər mütamadi olaraq mərhum Münəvvər Məmmədovanın barəsində törədilməklə yanaşı, həm də zərərçəkmiş bu hərəkətlərə daim düçar olmaqla, yaşamalı idi. Bu da is tintaqda sübut olunmalıdır, ancaq belə bir sübut yoxdursa və ya sübut olunmursa, deməli bu fakt ümumilikdə ibtidai istintaqda, eləcə də hazırki məhkəmə istintaqında da təsdiq olunmamışdır. Məqsəd də bəllidir, heç bir əsas və ya sübutla özünün təsdiqini tapmayan və təqsirləndirilən şəxsin barəsində yalan və uydurma olmaqla, mərhumun barəsində belə bir hərəkətlərin törədilməsi sadəcə söz olaraq göstərilir. Ancaq bir neçə dəfə mərhumun döyülməsini təsdiq edəcək nə konkret bir dənə də olsun mötəbər sübut olmamış, nə də ki bunu təsdiq edəcək hətta şahid ifadəsi belə olmamışdır. Eyni zamanda, bu barədə bir dəfə də olsun hüquq mühafizə orqanlarında məlumat belə olmamışdır. Əgər Məhkum Münəvvəri bu qaydada bir neçə dəfə döyərək amansız rəftar etmiş olsaydı, ən azından cinayət işinin içərisində ola n vatsap proqramı üzərindən olan yazışmalarında bu bir mənalı şəkildə açıq bilinərdi. Qeyd olunan normanın törədilməsinin digər "əsası" kimi, xx.xx.2022ci il tarixli qərarda təqsirləndirilən şəxsin mərhumun özünü və onun valideynlərini nalayiq formada söyüb təhqir edərək ləyaqətini mütəmadi olaraq alçatdığı qeyd olunur. X11 sağ olmuş olsaydı və Məhkum da belə bir hərəkət etmiş olsa idi belə, yenə də heç kəsin ixtiyarı yox idi ki, Məhkum Münəvvərin təhqir etdiyini irad tutsun (və ya onu bu barədə məsuliyyətlə nəticələnə biləcək hərkətlər etsin). Çünki belə bir hüquq ancaq Münəvvər Məmmədovaya aid olmuş və bununla da bağlı heç zaman hansısa bir məhkəmə və ya hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Bəllidir ki, təhqir özü cinayət hüquq norması ilə əhatə olunur və bu əməlin törədilməsi barədə isə özünü təhqir olunmuş şəxsin ərizəsi ilə cinayət işi başlaya bilər (CPM-in müddəlarına əsasən, xüsusi ittiham qaydasında). Müdafiəçi bundan əlavə CM-in 128-ci maddəsinin müddəaları ilə bağlı onu qeyd etmişdir ki, ibtidai istintaq zamanı, xx.xx.2022-ci il tarixli qərarda elan olunmuş ittihamdan biri də CM-in 128-ci maddəsində göstərilən əməlin Məhkum tərəfindən törədilməsinin gösətərilməsidir. İşdə olan eskpert rəyinə istinad etməklə, eləcə də istintaqın nəticəsi kimi yalnız müstəntiqin daxili inamına əsasən belə bir ittiham verilmişdir. Qərarda haqqında danışılan əməlin törədilməsi 2022-ci iln yanvar ayının 4-dən 5-nə keçən gecə Münəvvər Məmmədovanın başqa kişi ilə danışdığını öyrəndikdən sonra sonuncunun Məhkum tərəfindən döyülməsinin göstərilməsidir. Bunun da səbəbi kimi, eksp ert rəyindən Münəvvər Məmmədovanın bədənində bəzi xəsarətlərin olmasının istinad etməsi və dedikləri kimi, müstəntiqin daxili inamı əsas götürülmüşdür. Hamı bilir ki, Azərbaycan cəmiyyətində ərli qadının yad kişi ilə telefonla sevgi dolu mesajlaşması, danışması və s., bu kimi digər arzuolunmaz hərəkətlərin edilməsi mental dəyərlərdən uzaqdır. Heç bir azərbaycan kişisi bunu arzulamaz və belə bir halı qəbullana bilməz. Burada da Məhkum mərhum arvadı Münəvvər Məmmdovanın başqa (yad) kişi ilə yazışmasını yanvar ayının 4-dən 5-nə keçən gecə müəyyən edərkən əsəbi halda onun üstünə qışqırmış, hətta Münəvvər telefonu Sahilin əlindən almağa çalışsa da, onu itələmiş və o da yatdıqları döşəyin üstünə yıxılmışdır. Sonradan səs-küyə otaqda Sahilin anası, qardaşı və uşağı yuxudan oyanmışlar. Və daha son ra aralarında mübahisə baş vermiş hadisə ilə bağlı mübahisəli şəkildə danışaraq məsələnin sabahkı günə saxlanılmasını qeyd etdikdən sonra, yenidən yatmışlar. Digər tərəfdən, əgər Münəvvərə Sahil xəsarətlər yetirmiş olsa idi, ümumiyyətlə, Münəvvər yerindən nə qalxa bilrədi, nə də ki sabahı gün Münəvvərin halı olmazdı ki, gedib özünü assın! Çünki qeyd olunan xəsarətlərə görə onun hərəkət etməsi həm qeyrimümkündür, həm də ümumiyyətlə agılagəlməzdir. Həmçinin, ekspert Şahid3 rəyində mərhumun bədənində olan xəsarətlərin kənardan olmasının daha inandırıcı olması bildirilir. Və hətta təqsirləndirilən şəxsin dindirilməsi zamanı bununla bağlı sual verərək, əgər Münəvvəri Sahil döyməmişdirsə, bu xəsarətləri mərhum necə alması Sahildən soruşulur? Buradan da görünür ki, hələ sübut olunmur ki, həmin xəsartərlər necə yaranıb? Ümumiyyətlə, belə bir xəsarətlərin olmasına baxmayaraq, bu xəsarətlərin kim tərəfindən törədilməsini sübut etmək vəzifəsi istintaqın üzərinə düşür. Əgər bu sübuta yetirilmirsə və ya edə bilmirlərsə, harda görünüb ki təqsirləndirilən şəxs daxili inam adı altında məsuliyyətə cəlb olunmalıdır? Bunun özü elə təqsirsizlik prezumpsiyasının kobud pozulmasıdır (həm Konstitusiyion, həm də cinayət prosessual hüquq norması baxımından). Müdafiəçi hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən məsələlərə baxmadan Məhkum təqsirliliyi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iş üzrə əldə olunmuş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verilməli və CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində ara dan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkum CM-in 125 və 128-ci maddələri ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 sentyabr tarixli, 1(107)-29/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Zaur Bayarmov kassasiya şikayətinin təmin edilməs ini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 125 və 128-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 sentyabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protest inin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciəti nin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşd irilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıd ır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sü rmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməllərin in xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respu blikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 1(046)-10/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 128-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 sentyabr tarixli, 1(107)-29/2024 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar