Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-51/2019 22.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)51-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 22 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Rzayeva Gülzar Lətif qızı və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, məhkum Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun, müdafiəçi X2 iştir akları ilə, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs Cəmaləddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim: X8) 14 fevral 2018ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs – xx xxxxxx 1982-ci il tarixdə ************ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ün van 1 ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cəmaləddin oğlu 21 avqust 2017-ci il tarixdə saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətə olan «NAZLİFAN LF7162E-620» minik markalı ** *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Heydər Əliyev prospektinin, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsindən keçən hissəsinin 20-ci kilometrliyində Mərdəkan istiqamətin də 120 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq yolu onun hərəkət zolağında sağdan sola keçən X4 avtomobilin qabaq tərəfi ilə ehtiyatsızlıqdan vurub ona kəllə qapağı və əsası sümüklərinin sınıqları, baş beyin yumşaq qişalarına, qişalaraltına və toxumasına qansızma, alının sol yarısının və burun belinin qançırı, sağ gözün bayır bucağının, döş qəfəsinin sağ-yan səthinin sağ milbilək oynağı nahiyəsinin, qarının sol yarısının, hər iki diz oynağı nahiyəsinin, sağ baldırın, sol açıq-baldır oynağının və pəncənin sıyrıqları, sol əlin və əl barmaqlarının, sol saidin, sağ əlin arxa səthinin qançırları kimi həyatı olub, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan xəsarətlər yetirməklə Elman Nuriyevin ölümünə səbəb olmuşdur. Hökmdən müdafiəçi Əli Ələkbərov və məhkum Təqsirləndirilən şəxs tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət tərkibdə) 06 aprel 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2018-ci il tarixli qərarından məhkum Təqsirlənd irilən şəxs Cəmaləddin oğlu kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hökmü ilə razı deyil. Ona elan olunmuş ittihamla özünü təqsirli bilmir. Bakı Apellyasiya Məhkəməsinin qərarında ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, insan ölümünə səbəb olan bu hadisə onun tərəfindən törədilmiş cinayət əməli yox, zərərçəkmiş şəxsin öz təqsiri ucbatından baş vermiş bədbəxt hadisədir. İbtidai istintaq aparan müstəntiq hadisə yerinin müayinəsi zamanı yanlışlığa yol vermiş, məlumatları dəqiqləşdirməmiş məhkəmə avto-texniki ekspertiza keçirilməsi barədə qərarda ekspertə düzgün olmayan məlumatlar vermişdir. Ekspert də həmin yan lış məlumatlara istinad edərək onun haqqında guya onun hadisənin qarşısını almağa texniki imkanı olması barədə rəy vermişdir. Hadisənin baş verdiyi Bakı-Aeroport magistral yolu hər iki tərəfdən dəmir hasarla çəpərlənmiş dörd zolaqdan ibarət avtomagistral yol statusuna malikdir. Həmin avtomagistralda birinci zolaq 80 km/saat, ikinci zolaq 100 km/saat, iki qoşa xətt və üçüncü və dördüncü zolaq yüksək surət 120 km/saat nəzərdə tutulmuşdur. "Yol hərəkəti haqqında" Qanunun 43-cü maddəsinin 2 hissəsinə müvafıq olaraq avtomagistrallara piyadaların, mal-qaranın, at-araba nəqliyyatının və digər texniki vasitələrin yolu keçmələri qadağandır. Cinayət işinin materiallarından görünür ki, gecə saat 23 radələrində 2 piyada yol üstündə piyada keçidi olmasına baxmayaraq göstərilən maddənin tələbini kobud s urətdə pozaraq dəmir maneələrdən keçərək birinci və ikinci zolaqla hərəkət edən avtomobillərin qarşısından surətlə qaçaraq qoşa xətti keçərək surət zolağına çıxmışdır. Bakı şəhər Suraxanı Rayon Məhkəməsi məhkəmə istintaqında sübut edilmiş faktlara əsasən hökm qəbul etməli olduğu halda, ittiham hökmündə əsaslanmış, mühüm əhəmiyyət kəsb edən işin faktiki hallarını düzgün qiymətləndirməmiş, barəsində qərəzli, qanunsuz hökm çıxarmışdır. Hadisə nəticəsində vəfat etmiş Elmar Nurullayevi əvvəllər tanımamış, görməmişdir. Belə olan halda ona qarşı ədavəti düşmənçiliyi ola bilməzdi. Hadisənin baş verməsində Elmar Nurullayev ona görə günahkardı ki, hadisə baş verən yerin üstündə yerüstü piyada keçidi olduğu halda mərhum avtomagistral yola keçməyi qadağan edən dəmir çəpər səddin üzərindən keçməklə a vtomagistrala daxil olmuş və həmin hadisənin baş verməsinə şərait yaratmışdır. Hadisə baş verəndən sonra avtomobildən enib maşına çırpılmış şəxsə yaxınlaşmış və təsadüfən onun hərəkət etdiyi istiqamətdə təcili yardım maşınının hərəkət etdiyini görüb saxlatdırmış, həkim müayinəsindən sonra E6 vəfat etdiyi məlum olmuşdur. Beş il sürücülük etdiyi müddət ərzində heç bir yol nəqliyyat hadisəsi törətməmiş və yol hərəkəti qaydalarını pozmamışdır. Valideynləri və yaxın qohumları mərhumun Masalı rayonu və Bakı şəhərində keçirilən yas mərasimlərində dəfələrlə iştirak etmiş, maddi cəhətdən köməklik göstərmək üçün müraciət etmişlər. Qarşı tərəf isə külli miqdarda vəsait tələb etdiyindən bu mümkün olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi birinci və apelyasiya instansiyası məhkəmələrində ona maddi v ə mənəvi dəstəyin göstərilmədiyini iddia etmişdir. Halbuki “Atəşgah” sığorta şirkəti ilə bağlanmış sığorta müqaviləsinə əsasən mərhumun ailəsinə 5000 (beş min) manat pul ödənilmişdir. Bütün bunlara baxmayaraq, baş vermiş bu bədbəxt hadisəyə görə özünü təqsirsiz hesab etsə də, təəssüf hissi keçirir və ölüm hadisəsinə görə mənəvi cəhətdən əzab çəkir. İstintaq müddətində dəfələrlə müstəntiqdən hadisə baş verən yerin 20 metrliyində quraşdırılmış kamera görüntülərini və E6 yanında yolu qaçaraq keçməyə çalışan iki nəfərin kimliyinin araşdırılaraq şahid qismində cəlb olunmasını tələb etsə də bu mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Suraxanı Rayon Məhkəməsinin “Yol hərəkəti haqqında” qnunun 43-cü maddəsinə əsaslanmamasına, CPM-nin 125.2.1, 139, 145-ci maddələrinin tələblərini yerin ə yetirməməsinə məhəl qoymamış, nəticədə cinayət prosessual qanunvericiliyin tələblərini pozaraq qanunsuzluğa yol vermişdir. Bundan başqa, ailəlidir, 2 azyaşlı övladı var. Bir gözündən əlil, 2-ci qrup xəstə olan təqaüdçü atası, şəkər xəstəsi, onurğa sütununda yırtıq olan 2-ci qrup xəstə anası, həyat yoldaşı və uşaqları onun himayəsindədir. Ailənin yeganə təminatçısıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası ona qarşı irəli sürülmüş ittihamda ağırlaşdırıcı halın olmamasına, işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları onun təqsirsiz olduğunu sübut etsə də, Suraxanı Rayon Məhkəməsi barəsində CMnin 60-cı maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar olduqda cəza təyin edilməsinə istinad etməməsinə qiymət verməməklə təyin edilmiş cəzanı dəyişdirilmədən saxlamaqla qanun pozu ntusuna yol vermişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə ma hiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilmə sində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, kassasiya şikayətində göstərilir ki, istintaq müddətində dəfələrlə müstəntiqdən hadisə baş verən yerin 20 metrliyində quraşdırılmış kamera görüntülərini və Elmar Nurullayevin yanında yolu qaçaraq keçməyə çalışan iki nəfərin kimliyinin araşdırılaraq şahid qismində cəlb olunmasını tələb etsə də bu mümkün olmamışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq müddətində işin istintaqını aparmış müstəntiq cinayət işinin 1-ci cildinin 58-ci vərəqinə videogörüntülərlə əlaqədar arayış tərtib edib əlavə etmişdir. Həmin arayışda göstərilir ki, cinayət işi üzrə hadisənin videogörüntüsünün göt ürülməsi üçün Azərbaycan Respublikası DİN-nin X6 Xidmətinə 06.09.2017-ci il tarixli 096-16537 1217 məktub göndərmiş və 18.09.2017-ci il tarixli məktubla videogörüntülər olan 06 ədəd diski qəbul etmişdir. Lakin həmin disklərdə olan videogörüntülərə baxış keçirərkən müəyyən etmişdir ki, hadisə ilə əlaqəsi olmayan başqa bir yerin görüntüləri təqdim edilmişdir. Görünür ki, müstəntiq işin həmin halının araşdırılması, hadisə zamanı başqa bir piyadanın da yolu keçib-keçməməsini, zərərçəkmiş şəxsin avtomobilin qarşısına qəfildən çıxıb-çıxmamasını aydınlaşdırmaq vacib olmasına baxmayaraq yalnız arayış tərtib etməklə kifayətlənmişdir. Cinayət işi üzrə hadisənin videogörüntüsünün əldə edilməsi üçün lazımi tədbirləri davam etdirməmişdir. Cinayət işinə baxmış birinci və apellyasiya instansiya məhkəmələ ri də həmin halı araşdırmaq üçün heç bir tədbir görməmişlər. Bundan başqa yol-nəqliyyat sahəsinin məhkəmə ekspertizasının 13.10.2017-ci il tarixli rəyindən görünür ki, aparılmış hesabatla müəyyən edilmişdir ki, saatda 120 km/saat sürətlə hərəkət edən avtomobilin tam dayanma yolu 117,1 metrdir. Hadisə zamanı qəza törətmiş “Naz Lifan” LF7162E-620 markalı ***** dövlət qeydiyyat nişanlı avtomobil isə piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı andan piyadanın vurulma anına qədər 147,3 metr məsafədə olmuşdur. Bununla əlaqədar ekspert nəticəyə gəlmişdir ki, həmin məsafədə sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ekspertin gəldiyi bu nəticə nəzəridir, lakin hadisənin obyektiv vəziyyətinə uyğun olmaya bilər. Çünki ekspert hadisə y erinin relyefini, yolun quruluşunu, sürücünün hadisə yerindən 147,3 metr məsafədə olarkən piyadanın keçdiyi yolu görmək imkanının olub-olmamasını yoxlanmamışdır. Bununla əlaqədar ifadənin yerində yoxlanması və ya istintaq eksperimenti keçirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 05 №-li qərarının 12-ci bəndində izah edilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə y erinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşd ırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 260.1-ci maddəsinə əsasən ifadələrin yerində yoxlanılması şahidin, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxslərin dəqiq məlum olan yerdə baş vermiş hadisə ilə bağlı ifadələrinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədi ilə aparılır. CPM-nin 262.1-ci maddəsinə əsasən cinayət təqibi üçün əhəmiyyətli olan, təcrübə və digər tədqiqat hərəkətlərinin aparılması şərti ilə araşdırıla biləcək məlumatların yoxlanılması və dəqiqləşdirilməsi məqsədi ilə müstəntiq istintaq eksperimenti apara bilər. CPM-nin 336-cı maddəsinə əsasən: 336.1. Məhkəmə baxışı zamanı tanınma üçün təqdimetmə, istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi cinayət prosesi tərəflərinin iştirakı ilə bu Məcəllədə müvafiq istintaq hərəkətlərinin məhkəməyədək icraatı üçün nəzərdə tutulmuş qaydalara riayət etməklə həyata keçirilir. 336.2. Bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş hallarda tanınma üçün təqdim etmə, istintaq eksperimentinin aparılması, tədqiqat üçün nümunələrin götürülməsi qapalı məhkəmə iclasında aparıla bilər. 336.3. Məhkəmə baxışı qaydalarına riayət etməklə tanınma üçün təqdim etməni, istintaq ekspe rimentinin aparılmasını, tədqiqat üçün nümunələrin götürülməsini həyata keçirmək mümkün olmadıqda, məhkəmə cinayət prosesi tərəflərinin razılığı ilə göstərilən hərəkətlərin müəyyən müddətdə həyata keçirilməsini məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşıra bilər. Zəruri hallarda göstərilən hərəkətlərin həyata keçirilməsi müddətində məhkəmə baxışında tənəffüs elan edilə bilər. 336.4. Tərtib edilən tanınma üçün təqdim etmə protokolu, istintaq eksperimentinin protokolu, ekspert tədqiqatı üçün nümunələrin götürülməsi protokolu məhkəmə iclasında elan edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin təqsirsizliyinə dair təqdim etdiyi və tədqiqini xahiş etdiyi sübutlar tam tədqiq edilmədiyindən, həmin sübutların tədqiqi üçün yuxarıda göstərilən prosessual maddələrdə təsbit edilmiş tədbirlər görülmədiyindən məhkəmənin iş üzrə gəldiyi nəticələr qanuni və əsaslı hesab edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.1-ci maddəsinə əsasənməhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə kassasiya instansiyası apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.1-ci və 419.10.2-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2018-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-51/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-51/2019
22.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver