Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-51/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mehrəliyev Vüsal Bəhram oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2014-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair Məhkum tərəfindən verilmiş vəsatətə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2014-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.C.Seyidov, hakimlər A.Ə.Məcidov və Z.Q.Ağayevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1973-cü il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan3-da qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, c əzaçəkmə müddətinin 23 aprel 2014-cü il tarixdən hesablanması, qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2014-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Qasımov, hakimlər S.Məhkum və C.C.Ramazanovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2014-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2014-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. İşin halları: Hökmə əsasən Məhkum əvvəllər məhkum edilməklə məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmə diyi dövrdə - 22 aprel 2014-cü il tarixdə saat 21.30 rədələrində yaşadığı ünvan4-da yerləşən XXX55in yaxınlığında alkoqol sərxoşluğu vəziyyətində qonşusu XX80la əvvəllər bir neçə dəfə mübahisə etdiklərinə görə heç bir səbəb göstərmədən ondan məhəlləni tərk etməsini israrla tələb etmiş, axırıncının getmədiyini bəhanə edərək, davranışı ilə ictimai qaydalara və hamılıqla qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək, özünü ətrafdakılara qarşı qoymaqla, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi bıçaqla XX80u vuraraq, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək, xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Müddətin bərpa edilməsinə dair vəsatətin dəlilləri: Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2014-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddəti üzrlü səbəblərdən buraxdığını qeyd edərək, həmin müddətin bərpa edilməsini xahiş etmişdir. Müddətin üzrlü səbəblərdən buraxıldığını göstərən hallar kimi isə məhkum nevroloji xəstəlik keçirməsi ilə əlaqədar dəfələrlə müalicədə olmasına, eləcə də hüquqi savadsızlığı, qanunları bilməməsi və müdafiəçisinin olmaması üzündən apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi müddətini bilməməsinə istinad etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, vəsatətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, hesab edir ki, aşağıdakı səbəblərə görə vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən onun çıxarıldığı gündən 18 ay müddətində kassasiya şikayəti verilə bilər. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2014-cü il tarixli qərarının çıxarılmasından sonra 18 aydan artıq vaxt keçməklə həmin müddət buraxılmışdır. Belə ki, Məhkum kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi haqqında 25 iyul 2019-cu il tarixli vəsatəti və kassasiya şikayəti 30 iyul 2019-cu il tarixdə onun cəza çəkdiyi XXXX90nin 17/26-2170 saylı müşayiətedici məktubu ilə Ali Məhkəməyə göndərilmiş, yəni vəsatət və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin yekun qərarının çıxarılmasından 4 il 9 aydan artıq vaxt keçdikdən sonra verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsində təsbit edilir ki, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti kassasiya şikayəti vermək hüququna malik olan şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda və ya kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə təmin etmək hüququna malikdır. Məhkum vəsatətində onu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən hansısa bir fövqəladə hadisənin baş verməsinə istinad etməmiş, vaxtında kassasiya şikayətinin verilməməsini xəstələnməsi, habelə hüquqi savadı və müdafiəçisi olmadığı üçün qanunları, yəni kassasiya şikayəti vermək hüququna, qaydasına və müddətinə dair prosessual qaydaları bilməməsi ilə izah etmişdir. Lakin, bu hallar barəsində vəsatətdə göstərilənlər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 203.3-cü maddəsinin ehtiva etdiyi, CPM-in 411.2-ci maddəsinin nəzərdə tutduğu əsasların gercəkdən də mövcud olduğunu təsdiq edən dəlillər kimi qiymətləndirilə bilməz. Belə ki, cinayət - prosessual qanu n sözügedən müddətin bərpasını xəstəliyin ağır olması, uzun sürməsi, fiziki və yaxud psixi pozuntulara səbəb olması və məhkumu obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanından məhrum etməsi kimi əlamətlərin mövcudluğu ilə şərtləndirdiyi halda, Məhkum vəsatətində səhhətindəki problemin nə qədər sürməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının çıxarılmasından sonra dörd il doqquz aydan artıq davam edən müddətin hansı dövrlərini əhatə etməsi, hansı müddətlərdə stasionar və yaxud ambulator müalicədə olması (o cümlədən, bu halların kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətə təsadüf edib-etməməsi) barədə konkret faktlar gətirməmiş və bu iddiasını təsdiq edən materialları məhkəməyə təqdim etməmişdir. Məhkum müdafiəçiyə malik olmamasının, pros essual hüquqlarını, kassasiya şikayətinin verilməsinə dair cinayət-prosessual qaydaları bilməməsinin onu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum etməsi barədə iddiasını təkzib edən hallar kimi isə məhkəmə kollegiyası onu qeyd edir ki, cinayət işinin materiallarına əsasən, apellyasiya məhkəməsində Məhkum apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxılmasında Məhkum özü və təyinat üzrə müdafiəçisi kimi – XXXX45nın vəkili X3 iştirak etmiş, məhkəmə iclasında Məhkum Cinayət-Prosessual Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquqları izah olunmuş, həmçinin məhkəmə iclasının sonunda apellyasiya məhkəməsinin qərarı onun və müdafiəçisinin iştirakı ilə oxunduqda, CPM-in 410-cu maddəsinə müvafiq olaraq həmin qərardan kassasiya şikayəti vermək hüququ, müddəti və qay dası sədrlik edən tərəfindən onlara bir daha elan edilmişdir. Bundan başqa, kassasiya şikayəti vermək hüququna və qaydasına dair müddəaları da əks etdirən apellyasiya məhkəməsinin 21 oktyabr 2014-cü il tarixli qərarının surəti 24 oktyabr 2014-cü il tarixdə məhkuma və onun müdafiəçisi Müdafiəçia göndərilmişdir. Lakin, Məhkum kimi onun müdafiəçisi də apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək imkanından istifadə etməmişdir. Göründüyü kimi, vəsatətə baxılması nəticəsində CPM-in 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər üzrlü hallar müəyyən edilmir. Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsində təsbit olunan halların, eləcə də CPM-in 203-cü maddəsinin nəzərdə tutduğu məhkumu ob yektiv olaraq vaxtında məhkəmə qərarından kassasiya şikayəti vermək imkanından məhrum edən digər üzrlü halların müəyyən edilməməsi isə müddətin bərpasına dair vəsatətin təmin edilməsi üçün əsasların mövcud olmadığını göstərir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 203 və 411-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏR A R A A L D İ: Məhkum onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 oktyabr 2014-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Sədrlik edən: Hafiz Nəsibov
Məhkəmə qərarları › İş №1(102)-51/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-51/2020
19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver