Məhkəmə qərarları › İş №1(102)-51/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-51/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-51/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2022-ci il tarixli, 1(103)-1288/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2şamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına gö rə, Məhkum satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Məhkum məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı, qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, tünd qəhvəyi rəngli qətranabənzər maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda tiryəki, üzərində “F/M40” yazısı həkk olunmuş açıqqəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə hesab edilən metadon preparatını və kustar üsulla hazırlanmış ağ kristallik şəkilli psixotrop maddə olan metamfetamini əldə edərək daşıyıb, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsi, ev 68 ünvanına gətirib gələcəkdə ayrı-ayrı şəxslərə satmaq niyyəti ilə yataq otağında saxlamış, həmin məqsədlə 11 yanvar 2021-ci il tarixdə günorta saatlarında qeyd edilən narkotik vasitələrdən heroinin 1,690 qram hissəsini 1 (bir) ədəd bükümdə, tiryəkin 3,110 qram hissəsini 1 (bir) ədəd bükümdə əynində olan tünd göy rəngli uzunqol qış gödəkcəsinin sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 17:00 dəqiqədə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarı ş keçirilən zaman satış məqsədi ilə əldə edərək daşıdığı 1 (bir) ədəd bükümdə 1,690 qram çəkidə narkotik vasitə olan heroin və 1 (bir) ədəd bükümdə 3,110 qram çəkidə narkotik vasitə olan tiryək əynində olan tünd göy rəngli uzunqol qış gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 19:30 dəqiqədə yaşadığı ünvana baxış keçirilərkən yataq otağında olan divanın küncünə qoyduğu satış məqsədi ilə əldə edərək saxladığı qara rəngli pul kisəsində içərisində 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,943 qram,1,030 qram, 1,020 qram,1,210 qram olmaqla, cəmi təmiz çəkisi 4,203 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, 12 (o n iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 16,153 qram, 35,640 qram, 19,242 qram, 9,585 qram, 4,342 qram, 3,115 qram, 1,130 qram, 1,050 qram,1,025 qram,1,032 qram,1,987 qram, 1,043 qram olmaqla, cəmi təmiz çəkisi 95,344 qram olan tünd qəhvəyi rəngli qətranabənzər kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda tiryək, üzərində “F/M40” yazısı həkk olunmuş açıq-qəhvəyi rəngli, dairəvi formalı cəmi 6 (altı) ədəd həbdən ibarət olmaqla təsiredici maddəsinin ümumi miqdarı 0,240 qram olan narkotik vasitə hesab edilən metadon preparatı, 4 (dörd) ədəd üzəri yapşqanlı lentlə bağlanmış kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,611 qram, 3,698 qram, 3,690 qram, 3,478 qram olmaqla, cəmi təmiz çəkisi 14,477 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çət ənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,430 qram, 0,612 qram, 0,483 qram, 17,425 qram olmaqla, cəmi təmiz çəkisi 18,950 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X4 və X1 ibarət məhkəmə tərkibində) 27 iyul 2021-ci il tarixli, 1(101)-1062/2021 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssi səsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 11 yanvar 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Həmin hökmdən məhkum olunmuş şəxs Məhkum apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş 8 il 6 ay müddətinə azadlıqdan məhrumetm ə cəzasının aşağı həddə endirilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət məhkəmə tərkibində) 7 iyul 2022-ci il tarixli, 1(103)-1288/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 1(101)- 1062/2021 nömrəli hökmünün məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Hazırda, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2022-ci il tarixli, 1(103)-1288/2022 nömrəli qərarından Məhkum tərəfindən kassas iya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Kassasiya şikayətlərinin dəlilləri qismində məhkumun barəsində olan müvafiq hallar (həyat yoldaşının ağır xəstə olması, bacısının, onun ailəsinin və yaşlı anasının onun himayəsində olması) sadalanaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2022-ci il tarixli, 1(103)-1288/2022 nömrəli qərarını dəyişdirərək, barəsində təyin edilmiş cəza həddinin endirilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

9. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. III.Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər.

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kass asiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

15. Məhkum kassasiya şikayətində bi rinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən (ailəsinin həyat şəraiti) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 4 19-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2022-ci il tarixli, 1(103)-1288/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

18. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsas ən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaş a göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

21. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

22. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqs irkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

24. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə n əzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

25. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 1(101)-1062/2021 nömrəli hökmü ilə təyin edilmiş 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar (müəyyən edilməmişdir), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhku m şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.

27. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

28. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

29. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələ lərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

30. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

31. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisinin, həmçinin kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2022-ci il tarixli, 1(103)-1288/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2022-ci il tarixli, 1(103)-1288/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar