Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-510/2019 24.04.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 510/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "24" aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum iştirakları ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əhmədov Fəqan Rövşən oğlu) xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanındaq yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişlər ona görə ki, o, tamah niyyəti ilə 04 yanvar 2018-ci il saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yeni tikili evin pəncərəsinin dəmir barmaqlığını sındıraraq pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 550 manat dəyərində 1 ədəd 2014-cü il Koreya istehsalı olan "LG" markalı, 42LA6600 modelli televizoru gizli olaraq talamaqla oğurluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Məmmədov Namiq Ey yub oğlu, hakimlər Bayramov Əmir Novruz oğlu və Qasımov Əflatun İbrahim oğlundan ibarət tərkibdə) 23 iyul 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının dəyişdirməklə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qanunvericiliyin tələblərini, onun ailə vəziyyətini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayə tin və tələbin olmamasını nəzərə almayaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Ona görə də qeyd olunanları nəzərə alaraq, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (zərərçəkmiş şəxs qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2018-c i il tarixli qərarı isə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və dig ər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələrin bu məsələlər üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, Məhkum da kassasiya şikayətində həmin məsələləri mübahisələndirmir, yalnız televizorun dəyərinin 240 manat olduğunu (bu məbləğdə oğurluq da CM-nin 177-ci maddəsinin qeydinə görə həmin maddənin tərkibini yaratmır), ona təyin edilmiş cəzanın ağır olduğunu, daha yüngül cəza təyin edilməli olduğunu iddia edir və bununla əlaqədar bir sıra dəlillərə istinad edir. Oğurlanmış əmlakının dəyərinə aid şikayətin dəlilləri ilə əlaqədar olaraq qeyd olunmalıdır ki, həmin əmlakın qiyməti məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmiş və həmin rəyin əsassız olduğu barədə fikir söyləmək üçün əsas yoxdur. Məhkəmə kollegiyası işin hallarını şikayətin cəza təyini məsələsinə aid dəlillər baxımından təhlil edərək və Azərbaycan Respublikası CM-nin 8.1 və 58.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, Məhkum təyin edilmiş cəza təqsirli bilindiyi maddənin sanksiyası həddində endirilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yuxarıda göstərilən normal arın tələblərinə görə təqsirləndirilən şəxsə cəza təyin edilərkən ilk növbədə onun törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsində nəzərdə tutulan cəmi bir tövsifedici əlamətlə cinayət törətmişdir (CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan). Bundan başqa, Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinə görə zərərçəkmiş şəxsə 5.000 manat ziyan vuran şəxsin əməli də bu maddə ilə tövsif edilir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilir. Məhkum əməli nəticəsində zərərçəkmiş şəxsə bu məbləğin demək olur ki, 10 dəfə az miqdarda ziyan vurmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda qeyd olunan hallar Məhkum törətdiyi cinayətin ictimai tə hlükəlilik dərəcəsinin bu qəbildən olan (Azərbaycan Respublikası CM-nin 177.2ci maddəsi ilə nəzərdə tutulan) digər cinayətlərə nisbətdə xeyli aşağı olduğunu göstərir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində qeyd olunanlara əsaslanır. Həmin normada göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası bu normada göstərilən məqsədləri də nəzərə alaraq hesab edir ki, Məhkum təyin edilmiş cəza endirilməlidir (Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində). Məhkəmə kollegiyası həm də "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haq qında" 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının izahlarını da nəzərə alır. Kassasiya şikayətində faktiki olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasının aşağı həddindən də az cəzanın təyin edilməsi xahiş olunur. Belə məsələlər Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində mü əyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İş materiallarından görünür ki, iş üzrə yuxarıda göstərilən normalarda nəzərdə tutulan mənada müstəsna hallar və ya Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Odur ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli (Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə uyğun olaraq), kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası 02 (iki) ilə endirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 iyul 2018-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Ha
Məhkəmə qərarları › İş №1(102)-510/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-510/2019
24.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver