Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-510/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas X9, məhkum olunmuş Məhkum və onun müdafiəçisi-vəkil X3 iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx x 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər X10 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə) Məhkum- xx xxxxx 1981-ci ildə Beyləqan rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, O ktyabrın 70 İlliyi küçəsi, 1 saylı evin, 19 saylı mənzilində yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlaqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxxxx 2017-ci il tarixdən hesablanması, Cinayət Məcəlləsinin 93.1. 2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması qərara alınmışdır. X1 da məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum X2 ilə satış məqsədi ilə qanunsuz olaraq küllli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə Azərbayca Respublikasına keçirmək barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə hər ikisi xx xxxxxxxx 2017-ci il tarixdə Astara Gömrük İdarəsindən keçərək İran islam Respublikasının Kərəc şəhərinə getmiş, orada Məhkum külli miqdarda - 197,964 qram tiryək narkotik vasitəsini və 47,789 qram metamfetamin psixotrop maddəsini ümumi niyyətlə satın almaqla satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, 4 ədəd bükümlərdə qablaşdıraraq, malların aşkar edilmə sini çətinləşdirən üsullardan istifadə etməklə Məhkum tiryəkin 106,480 qramını bir bükümündə ayaqlarına geyindiyi ayaqqabının bir tayının, 91,484 qramını bir bükümdə digər tayının içliyini altında-daban hissəsindəki boşluqda, Surac Ələkbərov isə 47,789 qram metamfetami psixotrop maddəsinin 25,217 qramını bir bükümdə ayaqlarına geyindiyi ayaqqabının bir tayının, 22,572 qramını isə bir bükümdə digər tayının içliyinin altındadaban hissəsindəl boşluqda yerləşdirmiş, hər ikisi saxlayıb daşımaqla xx xxxxxxxx 2017-ci il tarixdə saat 1 radələrində Astara Gömrük idarəsinin Sərnişin şöbəsində Azərbaycan Respublikasını gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə birgə keçirmişlər. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyası (sədrlik edən hakim R.M.Cəfərov, hakimlər Ə.Ə.Novruzov və E.Ə.Camalovdan ibarət tərkibdə) xx xxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək ailə vəziyyətini, ilk dəfə məhkum olunmasını, müsbət xarakterizə edilməsini nəzərə alınmaqla ona təyin edilmiş cəzanın aşağı həddə endirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməmə si barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanmış, məhkəmə iclasında tədqiq edilmiş və qiymətləndirilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübu tların məcmusuna əsaslanmaqla məhkumun cinayət əməlini hüquqi tövsif etmişdir. Kassasiya şikayətində yalnız cəzanın yüngülləşdirilməsi məsələsi xahiş edildiyindən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünün cəza təyininə aid hissəsini kassasiya şikayətinin dəlilləri üzrə yoxlamışdır. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmünda Məhkum himayəsində azyaşlı uşaq olmasını onun cəzanı yüngülləşdirən hal kimi müəyyən etmiş, cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən həm də Məhkum törətdiyi əməllərin ictimai təhlükəliliyini xarakterizə edən halları, qabaqcadan əlbir olub bir qrup şəxs halında, Azərbaycan Respublikasını gömrük sərhədindən gömrük nəzar ətindən gizli, qaçaqmalçılıq yolu ilə, qanunla müəyyən edilmiş küllli miqdar həddindən dəfələrlə çox miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə Azərbayca Respublikasına keçirmə hallarını da nəzərə allmışdır. Məhkum kassasiya şikayətində göstərdiyi eyni dəlillər apellyasiya şikayətində də göstərilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin halların əsaslılığı cinayət işinin materialları üzrə yoxlanılaraq hüquqi qiymət verilmiş və həmin dəlillər öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyaları məhkəm ə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum ka ssasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-510/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-510/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver