Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-510/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-490/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdak ı qərarı qəbul etdi I. İşin halları
1. Məhkum1 xx xxxx 1981-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvələr məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.
2. Məhkum3 xx xxxxxx 1992-ci il tarixdə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvələr məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Bəydili kəndi, ünvan 2 ünvanda yaşamışdır.
3. Məhkum2 xx xxxxx 1995-ci il tarixdə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvələr məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 4. 02 dekabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 32.5,206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü, Məhkum3 Azərbaycan Respublikasının CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü, Məhkum2 Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 5. 24 dekabr 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1, Məhkum3 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
6. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 özünə məlum olan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən bir ədəd bıçaq əldə etmiş, üzərində saxlayaraq gəzdirmiş, habelə, tanışı Məhkum3 və şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı olması güman edilən «Şahin» adı ilə tanıdığı şəxslə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlayıb daşınmış, məlum olmayan vaxtda və yerdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 112-ci kilometrliyində yol nişanının yanında gizlədilmiş ayrıayrılıqda çəkiləri 285,429 qram və 293,435 qram olmaqla ümumilikdə külli miqdarda, 578,864 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etmək üçün 04 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində bu barədə tanışları Məhkum2 ilə qabaqcadan razılığa gələrək sonuncunun idarə etdiyi “VAZ-2106” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə həmin yerə gəlmiş, Məhkum1 və Məhkum3 avtomobildən düşərək “112” qeydli yol nişanının yanını axtarıb qeyd edilən iki ədəd bükümdə külli miqdarda psixotrop maddə metamfetamini gizlədildiyi yerdən götürüb avtomobilə qoyaraq satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlam ış və daşıyaraq, avtomobillə Biləsuvar rayonu Bəydili kəndi istiqamətində hərəkətdə olarkən daxil olmuş məlumat əsasında Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 01:30 radələrində Biləsuvar rayonu Bəydili kəndi ərazisində polis əməkdaşları tərəfindən təqib olunduğunu görərək, aralarındakı razılaşmaya əsasən Məhkum2 avtomobili saxlamış, Məhkum3 isə bir ədəd bükümdə, 293,435 qram psixotrop maddə metamfetamini götürüb avtomobildən düşərək uzaqlaşmış, bundan sonra Məhkum2 yenidən avtomobili idarə etməklə Bəydili kəndinin mərkəzinə doğru hərəkətini davam etdirmiş, həmin vaxtı Məhkum1 qanunsuz olaraq əldə edib üzərində saxladığı bir ədəd soyuq silah hesab edilən bıçağı avtomobilin qabaq şitindəki cibliyə (bardaçoka) q oyaraq saxlamış, kəndin içərisindən keçən “Balharı” çayı üzərindəki körpünün yanında polis əməkdaşları tərəfindən saxlanılaraq, Məhkum1 və Məhkum2 idarə etdiyi avtomobillə birlikdə rayon polis şöbəsinə gətirildikdən sonra baxış keçirilərkən onların əldə etdikləri psixotrop maddə metamfetaminin 285,429 qram hissəsi avtomobilin qabaq sağ ayaqaltı hissəsindən bir ədəd sellofan bükümdə olmaqla, həmçinin qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən bir ədəd bıçaq avtomobilin qabaq şitindəki ciblikdən, eləcə də, Məhkum2 qanunsuz olaraq əldə edib gəzdirdiyi soyuq silah hesab edilən bir ədəd bıçaq avıtomobilin sürətlər qutusunun yanından aşkar edilərək götürülmüş, habelə, davam etdirilmiş tədbirlərlə Məhkum3 həmin tarixdə saat 12:30 radələrində Biləsuvar rayonu Bəydili kəndi ərazi sində yaxalanmış, baxış zamanı əldə etdiyi bir ədəd bükümdə külli miqdarda 293,435 qram psixotrop maddə metamfetamini yaşadığı evin yaxınlığında məişət tullantıları olan ərazidə gizlətdiyi yerdən aşkar edilərək götürülmüşdür.
7. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 1(099)99/2022 nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib ona Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların qismən toplamaqla qəti olaraq üzərində 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 sentyabr 2021-ci il tarixdən hesablanması; Məhkum3 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 7 (yeddi) il 6 (al tı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq üzərində 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 sentyabr 2021-ci il tarixdən hesablanması; Məhkum2 Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası nın təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq üzərində 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 sentyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
8. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum1 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri, həmçinin təqsirləndirilən şəxs Məhkum1 digər müdafiəçisi Müdafiəçi7 tərəfindən apellyasiya şikayətinə əlavə verilmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2022-ci il tarixli, 1(106)-490/2022 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayətləri əlavə ilə qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 1(099)-99/2022 nömrəli hökmü dəyişdirilmiş, təqsirləndirilən şəxs Məhkum1 əməli Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsinə tövsif olunmuş, Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinərək ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza birinci instansiya məhkəməsinin hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 224.4.3-cü maddəsi ilə təyin ol unmuş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təyin olunmuş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 7 il (yeddi) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış; təqsirləndirilən şəxs Məhkum3 əməli Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsinə tövsif olunmuş, Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinərək ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza birinci instansiya məhkəməsinin hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 224.4.3-cü maddəsi ilə təyin olunmuş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təyin olunmuş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 7 il (yeddi) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, birinci instansiya məhkəməsinin hökmü apellyasiya şikayətləri və apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya protestində məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 təyin edilmiş cəzanın yüngül olduğu i ddia edilərək, müraciətdə göstərilənlərin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirməsi, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-490/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir. 12.Məhkum2 kassasiya protestinə qarşı etiraz verərək, kassasiya protestinin dəlillərinin əsassız olduğuna görə təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-490/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Digər məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum3 tərəfindən kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessu al normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsasl ardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Dövlət ittihamçısı kassasiya protestində Məhkum1, Məhkum3 və Məhkum2 təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bununla əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2022-ci il tarixli, 1(106)-490/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığın ı yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail o lmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqə li şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
21. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəx siyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
22. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
23. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa gö stərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
24. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CMnin 61-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
25. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
26. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və m əhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
27. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
28. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslarda n fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəzanın “açıq-aydın” yüngül olduğunu aşkar etdikdə apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
29. Hətta kassasiya instansiyasında bu tələb apellya siya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə onun təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
30. Kassasiya protestində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəz ərdən keçirildikdə müəyyən olunur ki, onlar məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
31. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi, məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına, məhkumlar Məhkum1 və Məhkum3 Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına, həmçinin Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – Azərbaycan Respublikası CMnin 15.2-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilmişdir.
32. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
33. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
34. Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
35. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslər Məhkum1, Məhkum3 və Məhkum2 cəzа təyin edilməsi ilə bağlı kassasi ya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, qəbul edilmiş və hazırda mübahisələndirilən qərar maddi hüquq normalarına uyğundur. Apellyasiya instansiyası məhkəməsi habelə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məhkumlardan Məhkum1 himayəsində azyaşlı uşağın olması və yaşayış yerindən müsbət xarakterizə olmasını, Məhkum3 himayəsində azyaşlı uşağın olması və yaşayış yerindən müsbət xarakterizə olmasını, Məhkum2 himayəsində azyaşlı uşağın olması, yaşayış yerindən müsbət xarakterizə olması və qardaşı X4 X5 zamanı Xocavənd rayonu istiqamətində döyüş əməliyyatlarında iştirak etməsini onların cəzalarını yüngülləşdirən hallar kimi, həmçinin cəzalarını ağırlaşdıran halların оlmamasını, təyin оlunmuş cəzaların islah оlunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, məhkumların təqsirli bilindikləri maddələrin sanksiyasında olan orta həddə cəzalar təyin edərək, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CMnin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələblərinə tam riayət etməklə ədalətli və qanuni qərar qəbul etmişdir. Məhkumlar barəsində ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmədiyinə görə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.
36. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edil mədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
37. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-490/2022 nömrəli, 29 avqust 2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-490/2022 nömrəli, 29 avqust 2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın.