Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-510/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 və 150.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli 1(101)-101/2023 nömrəli (hakimlər: Salmanov Rahib Vaqif oğlu (sədrliyi), Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xxxxxxx-ci ildə Ağdaş rayonunun x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan X10 Azərbaycan Respublikası CM-in 149.2.4 və 150.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə, Cinayət-Prosessual Məcəllənin 42.1, 42.1.1, 42.2.1-ci maddələrinə uyğun olaraq cinayət hadisəsinin baş verməməsi əsası ilə bəraət verilmiş, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilmiş, ona qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunmuşdur. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2023-cü il tarixli 1(103)-1382/2023 nömrəli (hakimlər: İbrahimov Anar Firdovsi oğlu (sədrli yi və məruzəsi ilə), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundаn ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti və şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli 1(101)-101/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, X17 təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsi ölümlə hədələyərək zor tətbiq etməklə onunla cinsi əlaqədə olaraq zorlamış və ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə X sərxoş vəziyyətdə xx.xx.2017-ci il tarixdə, saat 00 radələrində mərhum qardaşı X1 qayınanası Zərərçəkmiş şəxs yaşadığı XXXX, nömrəsiz fərdi yaşayış evinə, sonuncunun tək qalmasından istifadə edib zorlamaq məqsədi ilə gələrək bir qədər yemək yedikdən sonra evin qapısını arxadan kilidləyib, Zərərçəkmiş şəxs çölə çıxmaq istədikdə onun müqavimətini qıraraq evin dəhlizində sağ əli ilə Zərərçəkmiş şəxs sol qolunu sıxıb, ağzını tutaraq fiziki ağrılar yetirməklə qışqıracağı təqdirdə öldürəcəyi ilə hədələyib yerə yıxaraq əynindəki donu cırıb, gərilib-dartılma nəticəsində yaranmış sol yan tikişi üzərində bir ədəd, sağ yan tikişi üzərində bir ədəd, sağ qoltuqaltı tikişi üzərində bir ədəd sökülmə və cırılma nəticəsində yaranmış donun sol çiyin nahiyəsində bir ədəd və tumanın sağ yan nahiyəsində bir ədəd zədələri yetirərək, öz cinsiyyət orqanın ı Zərərçəkmiş şəxs uşaqlıq yoluna salıb zorla təbii-yolla cinsi əlaqədə olaraq, bundan sonra çirkin əməllərindən əl çəkməyərək Zərərçəkmiş şəxs saçından tutaraq dizi üstə oturdub öz cinsiyyət orqanını sonuncunun ağız boşluğuna salıb çıxararaq seksual xarakterli zorakılıq hərəkətlər etmiş, bununla kifayətlənməyib Zərərçəkmiş şəxs ağzı üstə yerə uzadaraq öz cinsiyyət orqanını sonuncunun anus dəliyinə salaraq qeyritəbii yolla cinsi əlaqədə olduqdan sonra Zərərçəkmiş şəxs ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəli təyin edilməyən, qarının ön divarının və sol bazu nahiyəsinin qançırları xəsarətləri yetirib ölümlə hədələyərək zor tətbiq etməklə sonuncu ilə cinsi əlaqədə olaraq zorlamış və seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. K ASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən və bunun nəticəsi olaraq X10 əsassız olaraq bəraət verildiyindən, eləcə də cinayət və cinayətprosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin hökm qanunsuz olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlid ir. Belə ki, x-in cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, CM-in 149.2.4 və 150.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri onun tərəfindən törədilməsi zərər çəkmiş şəxs, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilmişdir. Cinayət işinin materiallarında və apellyasiya protestində birinci instansiya məhkəməsinin gəldiyi qənaətin qanuni və əsaslılığını təkzib edən kifayət qədər mötəbər dəlillər olduğu halda, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərin qiymətləndirilməsindən yan keçərək düzgün təhlil aparmamış, ibtidai istintaq zamanı toplanmış sübutları qeyri-obyektiv qiymətləndirməklə, cinayət prosesi tərəfləri ara sında tarazlığı qorumalı və işə obyektiv baxılmasını təmin etməli olduqları halda, müdafiə tərəfinin təqdim etdiyi əsassız dəlillərə üstünlük verməklə çəkişmə prinsipinin tələblərindən və ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxmışlar. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının 13 iyul 2023-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X10 Cinayət Məcəlləsinin 149.2.4 və 150.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət hadisəsinin olmaması haqqında nəticəyə gəlib, ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şər tləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya in stansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, X8 zərərçəkmiş şəxsi öldürmə hədəsi ilə zorlama və zərərçəkmiş şəxsə zor tətbiq etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. X17 birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 və 150.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki,... Şahid1 anası Zərərçəkmiş şəxs aralarında olan torpaq mübahisəsinə görə onun üzərinə şər atdığını və belə bir hadisənin olmadığını bildirmiş, lakin sözlərinə əhəmiyyət verilmədiyini görüb oradan çıxaraq kioska qayıtmışdır. Bundan sonra artıq onların ailəsindən uzaq gəzməli olduğunu anlay ıb işlətdiyi kiosku bağlamış və Ramana qəsəbəsinə köçərək orada yeni kiosk icarəyə götürərək işlətməyə başlamış, daha sonra bir müddət Lökbatan və digər qəsəbələrdə fəhlə işləyərək özünü dolandırmışdır. Haqqında polis orqanlarına şikayət edilməsi barədə xəbəri olmamışdır. 18 yanvar 2022-ci il tarixdə, axşam saatlarında anasının ad günü ilə əlaqədar zəng vurduğu zaman anası ona 15-ci Polis Bölməsi tərəfindən axtarıldığını demiş, həmin bölmə ilə əlaqə saxladıqdan sonra bölməyə dəvət edilmişdir. Apellyasiya icraatı zamanı dindirilmiş bəraət almış şəxs X17 ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 və 150.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etmişdir. Kassasiya məhkəmə kollegi yası qeyd edilən maddələrin (Cinayət Məcəlləsinin 149.2.4 və 150.1-ci maddə) tərkib əlamətlərinə diqqəti çəkərək nəzərə çatdırır ki, zorlama cinayətinin obyektiv cəhəti iki elementdən ibarətdir: cinsi əlaqə və zorakılıq və ya zorakılıq hədəsi və ya qurbanın köməksiz vəziyyətindən istifadə etmə. Göstərilən obyektiv cəhətin elementlərindən birinin olmaması zorlamanın olmaması deməkdir. Zorlama cinayəti onun nəticəsindən asılı olmayaraq cinsi əlaqə aktı başlayan andan başa çatmış sayılır. Zərərçəkmiş şəxsə fiziki zor tətbiq etməklə onu zorlama dedikdə şəxsin, onun yaxın qohumlarının, habelə zorlama cinayətinin törədilməsinə mane ola bilən hər hansı kənar şəxsin əl-qolunu, ayaqlarını bağlamaqla, döyməklə, bədəninin müxtəlif hissələrinə zərbələr endirməklə, habelə sair fiziki ağrı yetirməklə zə rərçəkmiş şəxslə cinsi əlaqədə olma başa düşülür. Zorlamada fiziki zor tətbiq etmə zərərçəkmişin müqavimətini qırmağa yönəldilir. Zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurmaq hədəsi ilə törədilən zorlama hədənin real olaraq və dərhal həyata keçiriləcəyinin əsasları olduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə cinayət məsuliyyəti yaradır. Öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi dedikdə, təkcə zərərçəkmişin özünə qarşı deyil, eyni zamanda uşaqları, yaxın qohumlarına və ya digər şəxslərə qarşı dərhal fiziki zorakılıq tətbiq etmək niyyətini ifadə edən birbaşa ifadələr, həm də işin halları nəzərə alınmaqla, cinayətkarın silah nümayiş etdirmək kimi hədələyici hərəkətləri (tapança, ülgüc, bıçaq və s.) başa düşülür. Başqa sözlə desək öldürmə və ya sağlamlığa ağır zərər vurma təhlükəsi qurbanın şüurunda ona və ya digər şəxslərə qarşı ölümə və ya sağlamlığa ağır zərər vura biləcək zorakılıq tətbiq edilməsinin mümkünlüyü barədə yaranan söz və ya hərəkətlərlə ifadə edilir. X8 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama görə əməli zərərçəkmiş şəxsə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmədə ifadə olunur. Odur ki, istinad olunan əməlin baş verməsi üçün cinsi əlaqə aktı, seksual xarakterli hərəkətlər və həmin hərəkətlərin zərərçəkmiş şəxsə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə (hazırkı işdə öldürməklə hədələmə) müşayiət olunması faktının eyn i vaxtda mövcud olması sübut edilməlidir. (xüsusilə ekspert rəyi ilə, hansı ki, cinayətin zəruri əlaməti olan “cinsi əlaqə” cinayət-hüquqi anlayış deyil, fizioloji aktdır.) Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət tə qibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını, yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutların təhlil olunması və bir-biri ilə müqayisə edilməsi, yeni sübutların toplanması, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyinin müəyyənləşdirilirməsi, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi kimi müəyyən etmişdir. İş materialları na əsasən müəyyən olunur ki, X17 həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında verdiyi ifadələrin heç birində zərərçəkmiş şəxslə cinsi əlaqədə olmasını təsdiq etməmiş, işin faktiki hallarının düzgün müəyyən edilmədiyini, həmin cinayət əməlini törətmədiyini qeyd etmişdir. İş materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilməklə araşdırılmış məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2017-ci il tarixli 618-2017/MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus xalat və trusik üzərində spermaya şübhəli ləkələr aşkar olunmadı. Bildirilir ki, maddi sübutlar üzərində olan ləkələr yuyulduğu təqdirdə, yuyulduğu suyun dərəcəsi və yuyucu vasitənin tərkibindəki kimyəvi maddələrin təsirini nəzərə alsaq maddi sübutlar üzərin də olan bioloji mənşəli ləkələrin qalma ehtimalı çox azdır. Zorlama barədə məlumatın şübhəli olmasının eyni zamanda zərərçəkənin özünün ifadələrindəki ziddiyyətlərlə təsdiq olunması barədə məhkəmələr gəldikləri nəticəni əsaslandıraraq qeyd olunan hadisələrin zərərçəkmiş şəxsin dediyi formada inkişafı ardıcıllığı ona qarşı real olaraq ölümlə hədələmə faktının mövcudluğu, ümumiyyətlə təqsirləndirilən şəxsin şəxsiyyətinin həmin anda onun üçün təhlükəli olması məhkəmələr tərəfindən haqlı olaraq şübhə doğurması və məntiqə uyğun hesab edilməməsi barədə nəticəyə gəlinmişdir. O cümlədən, cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2017-ci il tarixli 306 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində qarının ön divarının və sol bazu nahiyəsinin qançır ları müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, müddətinə görə qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə, yəni xx.xx.2017-ci il tarixində fiziki qüvvə tətbiq etməklə cinsi əlaqəyə cəhd zamanı əmələ gələ bilərlər və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulub, doğmuş qadına məxsusdur. Zərərçəkmiş şəxs qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanın əlamətləri aşkar olunmamışdır. İşin materiallarından görünür ki, zərərçəkən təqsirləndirilən şəxsin onunla zorla qırx dəqiqəyə yaxın qeyri-təbii yolla cinsi əlaqədə olduğunu israr etmişdir. Məhkəmə-tibbi ekspertizanın xx.xx.2017-ci il tarixli 306 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanın əlamətləri aşkar olunmamışdır. Zərərçəkənin qeyd etdiyi şəraitdə (zor tətbiq etməklə davamlı surətdə 40 dəqiqə müddətində) qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanın əlamətlərinin aşkar edilməməsi, yenə də həmin dəlilin həqiqiliyini şübhə altına alır. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutları prosessual qanunvericiliyin tələbləri baxımından dəyərləndirərək qeyd edir ki, Cinayət Prosessual Мəcəlləsinin 124.1ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əş yaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); -bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdiyinə görə məhkəmənin hökmü, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı əsaslı hesab edilə bilər. Kassasiya məhkəmə kollegiyası X10 v erilmiş ittiham üzrə cinayət hadisəsinin olmamasını təsdiq edən sübutlar kimi məhkəmələr tərəfindən istinad olunan sübutları təkrar sadalamaqla yanaşı hesab edir ki, məhkəmələr Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirmişlər. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarında ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 və 150.1-ci maddələri ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inand ırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14 9.2.4 və 150.1-ci maddələri ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bili nməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci m addəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin ed ilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4 və 150.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-510/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-510/2024
30.01.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver