Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-510/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 2024-cü il 27 avqust tarixli, 1(105)-534/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (X3 (sədrlik edən və məruzəçi), Elçin Məmmədov və Nurəddin Hüseynlidən ibarət tərkibdə) 2024-cü il 6 iyun tarixli, 1(124)310/2024 nömrəli hökmü ilə xx xxx 1975-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Sumqayıt şəhəri 9- cu mikrorayon ev 78 mənzil 37-də qeydiyyatda olan və Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi ərazisində yerləşən fərdi evdə yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çə kən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 17 may 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Məhəmmədəli Rzayevdən ibarət tərkibdə) 2024-cü il 27 avqust tarixli, 1(105)-534/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmü nə əsasən Məhkum ona görə təqsirləndirilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 6,574 qram çəkidə külli miqdarda xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olan narkotik vasitə heroini satış məqsədi olmadan əldə edib daşıyaraq üzərində saxlamış, 17 may 2023-cü il tarixdə saat 18:15-də Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən "Ülvi” şadlıq sarayının yaxınlığında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis idarəsinə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynindəki qara rəngli idman gödəkcəsinin sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofana qablaşdırılmış, 08 (səkkiz) ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,750 qram, 0,643 qram, 0,842 qram, 0,665 qram, 0,913 qram, 0,873 qram, 0,924 qram, 0,964 qram, ümumi təmiz çəkisi 6,574 qram külli miqdarda, xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olan qəhvəyi rəngli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkum tutulduğu gündən narkotik maddələrin ona aid olmadığını bildirmiş, tutma protokolunda da təyinatla işə çıxan vəkil bu barədə qeydiyyat aparmışdır. İstintaqın gedişi zamanı da Məhkum cinayət etməsinə dair heç bir şübhəli hal mövcud deyil. O, nədən ittiham olunduğunu b aşa düşmür. Bütün ittihamları rədd edir. İstintaq orqanı faktiki olaraq Azərbaycan Respublikası kimi bir hüquqi dövlətdə yaşayan vətəndaşının azadlığını heç bir səbəb olmadan məhdudlaşdırmışdır. Onun həbsdə saxlanması tam qanunsuz və əsassızdır. Məhkum barəsində əldə edilmiş məlumatın heç bir hüquqi əsası yoxdur. Əməliyyatda iştirak etmiş Şahid1 Zellabdin oğlu istər istintaq dövrü, istərsə də məhkəmə istintaqı zamanı ifadə verərək bildirmişdir ki, guya Məhkum barəsində əməliyyat məlumatı daxil olmuş, o narkotiklərin əldə edilməsi, saxlanması, qəbulu, eləcə də satışı ilə məşğul olmuşdur. Lakin nə istintaq dövrü, nə də məhkəmə istintaqı dövrü "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş əməliyyat-axtarış fəaliyyətinin heç birinə əməl etmədən şəxsi aşkar edib (günorta saat 15 radələrində) guya saat 18:15-də saxlanması barədə ifadə vermişdir. Həmçinin bildirmişdir ki, o Məhkum qarşı hər hansısa bir fiziki təzyiq göstərməmişdir. Digər şahid də oxşar ifadə vermişdir. Lakin Məhkum çəkilişdən öncə vəkil dəvət edərkən, vəkillə təkbətək görüşdə vəkilə bildirmişdir ki, ona ağır fiziki və psixi təzyiq göstərilmiş, o da çəkilişdə məcburdu ki, polis əməkdaşlarının dediklərini təkrar etsin. Vəkil də öz növbəsində bu barədə xx.xx.2023-cü il tarixdə verdiyi izahatın arxasında qeydiyyat apararaq göstərmişdir ki Məhkum ilə video çəkiliş istintaq hərəkətindən əvvəl keçirdiyi konfidensial görüş zamanı narkotik vasitənin ona məxsus olmasa da, çəkiliş zamanı boynuna alacağını, buna məcbur olduğunu ona bildirilmişdir. Vəkil imzasının altında xx.xx.2023-cü il saat 20:16-nı göstərmişdir. Günorta saatlarında tutulmuş (əməliyyat qrupunun rəhbəri Elşən adlı şəxs və digər şahid Seymurun günorta saatlarında tutulduğunu bildirmişlər) şəxsin video-çəkilişi təqribən saat 20:30-da başlamışdır. Məhkum xx.xx.2023-cü ildə müstəntiqə şübhəli şəxs kimi ifadə verərkən həmin narkotik vasitənin, ümumiyyətlə, ona məxsus olmadığını açıq-aşkar göstərmiş, ilkin ifadənin fiziki təzyiqlər altında verdiyini göstərmişdir. Elə həmin tarixdə Məhkum təkrar öz xətti ilə yazdığı ifadəsində narkotik vasitənin ona məxsus olmadığını bir daha bildirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından verdiyimiz apellyasiya şikayətində də Məhkum təzyiq göstərilməsi, həmin narkotik vasitəsinin ona məxsus olmaması hallarını apellyasiya şikayətinizdə göstərmişlə r. İş üzrə tələbnamədən görünür ki Məhkum heç vaxt məhkum edilməyib, narkotik vasitələrdən heç vaxt istifadə etməyib. Onun barəsində əsas şübhə doğuracaq sübutların aşkar edilməsi istintaq orqanına təqdim etdikləri telefon da ola bilərdi ki, həmin telefonu bu gün də istintaq orqanına verib, istəməmişlər, geniş yoxlanmasının da tərəfdarıdırlar. Mobil telefonuna baxış keçirilməsinə dair protokoldan da görünür ki, həmin telefonda iş üçün əhəmiyyətli hər hansısa bir məlumat yoxdur, hətta "digər və axtarılan məlumatlar" da yoxdur. Yəni indiyə qədər sadaladığı sübutların hamısı təsdiq edir ki, Məhkum saxta məlumat əsasında həbs edilib. Müdafiəçi bildirmişdir ki, təhqiqatçı şəxsin üzərində baxış keçirilməmişdən öncə üzərindəki "narkotik vasitəni stolun üstünə qoy" deyir. Bu o deməkdir ki artıq Mə hkum üzərindəki əşyanın nədən ibarət olduğunu təhqiqatçı əvvəlcədən bilir. Məhkum üzərində nə olduğu bəlli olmasa da, təhqiqatçıya bəllidir. Diskin təqribən 13 dəqiqə 20 saniyəsindən etibarən vəkil Məhkum sual-cavab etməyə başlayır. Həmin sual-cavabda da Məhkum əvvəl söylədiyi kimi narkotik vasitənin ona aid olmadığını bildirir, narkotik vasitənin onun üzərinə qoyulduğunu göstərir. Bu səbəbdən də diskdəki çəkiliş 13 dəqiqə 28-ci saniyədə dayanır və çəkilişin davam etdiyi 14 dəqiqə 47 saniyədə heç nə göstərilmir. Yəni, 1 dəqiqə 19 saniyə aparılmış çəkiliş mövcud deyil. Bu da ona dəlalət edir ki, Məhkum oğunun ən elementar hüquqları pozulub, onun Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan hüquqları və müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərilə nlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(105)-534/2024 nömrəli qərarının ləğv edilməsi və məhkuma bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 avqust tarixli qərarının dəyişdimədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məs ələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansi yası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxı mından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin mat eriallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Cinayət işinin materiallarından da görünür ki, mə hkum ibtidai istintaq zamanı təqsirini etiraf etmiş və baş vermiş cinayət hadisəsini məntiqi ardıcıllıqla müfəssəl şəkildə təsvir etmişdir. Müdafiə tərəfi məhkumun zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, lakin bu məsələ də məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmış və işgəncə faktı öz təsdiqini tapmamışdır. Bundan əlavə, müdafiəçi məhkumun üzərinə baxış keçirilərkən videonun yarıda kəsildiyini iddia etsə də, lakin həmin məsələ birinci instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırılmış və cinayət işinin materiallarına əlavə edilmiş videodiskdən görünür ki, həmin diskdə şəxsin üzərinə baxış keçirilərkən tam videoyazı aparılmış, keç bir kəsintiyə yol verilməmişdir və müdafiəçinin bununla bağlı bildirdiklərinin heç faktiki əsası yoxdur. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 6 iyun tarixli, 1(124)-310/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 27 avqust tarixli, 1(105)-534/2024 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-510/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-510/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver