Məhkəmə qərarları › İş №1(102)-511/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-511/2020

03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-511/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxx 1991-ci ildə Quba rayonu Birinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan qeydiyyatda olan və yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan s onra CM-in) 2631.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Sumqayıt şəhər 01 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: İ.Mahmudov (sədrlik edən), M.Xankişiyev və S.Hüseynov) Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin x x xxxxx 2019-cu ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi və zərərçəkmişin hüquqi varisinin nümayəndəsi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), N.R.Mövsümov və V.C.Cəfərov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 avqust 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində "BC" kateqoriyalı AB N-285419 nömrəli vəsiqə ilə təsdiq olunmuş sürücülük hüququ əsasında həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus, “VAZ-21121” markalı, 0855AE163/rus dövlət qey diyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs2 da həmin avtomobildə olmaqla razılığı ilə alkoqol sərxoşluğu vəziyyətində idarə edərkən, Quba-Qonaqkənd yolunun 4-cü km-də Quba rayonu Birinci Nügədi kəndi ərazisində Qonaqkənd qəsəbəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin is tifadə edilməsi nəticəsində sərxoş halda nəqliyyat vasitəsini idarə etməməli, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə sürməli olduğu halda bütün bunlara cinayətkarcasına etinasızlıq edib qanunun qeyd olunan tələblərinə əməl etməyərək həmin tələbləri kobud şəkildə pozmaqla idarə etdiyi avtomobili 80-90 km/saat sürətlə hərəkət etdirərkən idarəetməni itirib qəflətən yolun qarşı hərəkət zolağına çıxaraq avtomobilin sağ yan tərəfi ilə əks istiqamətdə öz hərəkət zolağında hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs4 idarə etdiyi, "Mercedes Benz E 320” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön tərəfinə çırpılmış, nəticədə avtomobildə qabaq sağ oturacaqda olan sərnişin Zərərçəkmiş şəxs1 başının və bədəninin çoxlu sıyrıqları, başın yumşaq toxumalarının al t səthində təpə nahiyəsində məhdud qansızma, boyun, döş və qarın hissəsində yumşaq toxumalar altında qansızma, sol və sağ tərəfdən qabırğaların çoxlu qapalı sınıqları, sol ağciyərin toxumasının cırılıb dağılmasından və sol ağciyərin toxumasına qansızma, qara ciyərin toxumasının dağılması, döş və qarın boşluğunda sərbəst qan kütləsinin yığılması, döş qəfəsinin küt travmasından qabırğaların hər iki tərəfdən çoxsaylı sınması nəticəsində sol ağ ciyərin toxumasının cırılıb dağılması kimi və qaraciyərin və dalağın toxumalarının cırılıb dağılmasından törənən kəskin daxili qanaxmasından ibarət həyat üçün təhlükəli olan ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq xəstəxanaya aparılarkən yolda ölümünə, avtomobilin arxa oturacağında olan sərnişinlər Zərərçəkmiş şəxs2 baş beyin s ilkələnməsi ilə müşayiət olunan alnında ortada sıyrıq, sağ göz orbiti ətrafında qançır-hematoma, sağ almacıq sümüyünün cüzi yerdəyişmiş basılmış sınığından ibarət dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər və Zərərçəkmiş şəxs3 baş beyninin orta dərəcəli əzilməsi ilə müşayiət olunan alnında və alt çənədə əzilmiş-cırılmış yaralardan ibarət dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almasına, bundan başqa "Mercedes Benz E320" markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 başın təpə nahiyəsində alnında ortada, sifətində sağda sıyrıq, sağ dizin iç səthində qançırdan ibarət sağlamlığa zərər vurmayan xəsarətlər almasına, həmin avtomobildə qabaq sağ oturacaqda olan sərnişin Zərərçəkmiş şəxs5 alnında solda, sifətində solda, sol dizin iç səthində hərəsində bir yerdə sıyrıqdan ibarət sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər almasına və "VAZ-21121" markalı 0855AE163/rus dövlət qeydiyyat nişanlı avtomaşını texniki cəhətdən yararsız vəziyyətə salaraq avtomaşının sahibi Zərərçəkmiş şəxs2 4534 (dörd min beş yüz otuz dörd) manat "Mercedes Benz E 320" markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomaşını texniki cəhətdən yararsız vəziyyətə salaraq avtomaşının sahibi Zərərçəkmiş şəxs4 5312 (beş min üç yüz on iki) manat maddi ziyan vurulmasına səbəb olaraq alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda yol-hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və ədalətsizdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı bildirmişdir ki, avtoqəza hadisəsi zamanı avtomobili o deyil, avtomobilin sahibi olan Zərərçəkmiş şəxs2 idarə etmişdir. Məhkəmə isə təqsirləndirilən şəxsi bunu sübut etmək imkanından məhrum etmişdir. O cümlədən, Məhkum sükan arxasında olmadığını təsdiq edə biləcək şahidlər – X8 və X2 müdafiə tərəfinin vəsatətlərinin olmasına baxmayaraq dindirilməmişlər. Bundan başqa, məhkəmə qərarlarında avto mobilin qabaq oturacağının səthi üzərində Məhkum məxsus olan şalvarın liflərin tərkibinə uyğun liflərin və ağız suyu nümunələrinin tapılmasına istinad edilir ki, bu da onun təqsirli olmasının sübutu üçün kifayət deyildir. Çünki ibtidai araşdırma orqanı və məhkəmələr avtomobildə olan digər şəxslərin paltarlarının və ağız suyunun uyğunluğunu yoxlamamışlar. Müdafiəçi hesab edir ki, Məhkum sükan arxasında olması barədə ifadə verən şahidlər Zərərçəkmiş şəxs3 və Qoşqar Mirzəyevin ifadələrinə tənqidi yanaşılmalıdır. Çünki onlar hər ikisi Zərərçəkmiş şəxs2 qohumudurlar. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edər ək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüqu quna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar