Məhkəmə qərarları › İş №1(102)-511/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-511/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-511/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üz rə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Ə.Əliyev) Məhkum Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum Biləsuvar Rayon Məhkəməsinin 22 may 2018 -ci il tarixli hökmündən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək, hökmdən apelyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmiş, Biləsuvar Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli qərarı ilə vəsatət təmin edilməmiş, məhkumun apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən E.Ə.Camalov, hakimlər, R.M.Cəfərov və K.S.Bəşirovdan ibarət tərkibdə) 06 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 11 avqust 2020-ci il tarixli q ərarı apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətində Biləsuvar Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli hökmü elan olunduqdan sonra keçirdiyi ağır psixoloji durumla əlaqədar olaraq apellyasiya şikayəti vermə müddətini buraxdığını bildirmiş və göstərilənləri nəzərə alaraq, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi nin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən isə həbsdə sa xlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli hökmü həbsdə olan məhkuma 11 iyun 2018-ci il tarixdə təqdim edilmiş, bu barədə qəbz məhkum tərəfindən imzalanmışdır. Odur ki, qanunvericiliyin tələbinə əsasən həmin hökmdən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı 12 iyun 2018-ci il tarixdən başlamış və 02 iyul 2018-ci il ildə başa çatmış, 03 iyul 2018-ci il tarixdə hökm qanuni qüvvəyə minmişdir. İş materiallarından isə görünür ki, məhkum tərəfindən apellyasiya şikayəti 14 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən 17.06.2020-ci il tarixdə, qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürməklə, hökm elan olunduqadan təxminən 2 il keçdikdən sonra göndərilmişdir. Vəsatətdə məhkumun səhhəti ilə əlaqədar, yəni, hökm elan olunduqdan sonra keçirdiyi ağır psixoloji sarsıntı nəticəsində vaxtında apellyasiya şikayəti verə bilməməsinə istinad edilsə də, vəsatətə məhkumun uzun müddətli ağır psixoloji xəstəliyə düçar olmasını və xəstəliyin onun vaxtında şikayət vermə imkanından məhrum etməsini təsdiq edən sənədlər əlavə olunmamışdır. Məhkəmə kollegiyası bunu, apellyasiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında iştirak etmiş məhkumun və onun müdafiəçisinin yuxarıda göstərilən müddətdə kassasiya şikayəti vermək imkanının olmamasının inandırıcı olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti vermə müddətinin bər pa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 411 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə məhkum olunmasın a dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar