Məhkəmə qərarları › İş №1(102)-511/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-511/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-511/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1448/2021 nömrəli, 06 sentyabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 12 iyul 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmuş, işləməyən, x2 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşamışdır. 2. 26 aprel 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1075/2021 nömrəli, 09 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 03 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmişdir.

4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilsə də, ilkin məhkəmə baxışı zamanı o, apellyasiya şikayətindən imtina etməsi barədə ərizə ilə müraciət edib apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1448/2021 nömrəli, 06 sentyabr 2021-ci il tarixli qərarı ilə Məhkum ərizəsi təmin edilmiş, verdiyi apellyasiya şikayətinin baxılmasına xitam verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1448/2021 nömrəli, 06 sentyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-920/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərarı ilə Məhkum cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olduğundan, onun sonu 03 fevral 2032-ci il tarixədək müəyyən edilmiş cəzasını çəkməkdən azad edilməsi, yaxın qohumu (oğlu) X2 himayəsinə verilməsi qərara alınmışdır. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Məhkum kassasiya şikayətində onkoloji xəstəlikdən əziyyət çəkdiyini, kimyaterapiya aldığından səhhəti ilə bağlı apellyasiya şikayətindən imtina etdiyini, lakin hazırda apellyasiya şikayətinə yenidən baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 1.3-cü maddəsində Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaratdığı təsbit edilir.

11. Həmin Məcəllənin 8.0 və 8.0.3-cü maddələrinin ümumi məzmununa görə, digərləri ilə yanaşı cinayət mühakimə icraatının vəzifələri cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmasına yönəlmişdir.

12. Azərbaycan Respublikası CPM-nin 12.1-ci maddəsi ilə cinayət prosesini həyata keçirən orqanların üzərinə cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasının təmin edilməsi vəzifəsi qoyulmuşdur.

13. Məhkəmə kollegiyası baxılan cinayət işinin materiallarını nəzərdən keçirərək qeyd edir ki, məhkum edilmiş şəxs məhkəməyə təkrar müraciət etməsinə dair konstitusion hüququndan istifadə edərək birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti versə də, daha sonra öz iradəsi ilə qanunvericiliklə təsbit olunmuş digər hüququndan istifadə edib hökmdən verdiyi apellyasiya şikayətindən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə onun təqdim etdiyi apellyasiya şikayətindən imtinasına dair ərizəsini, eləcə də cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətlərinin olmadığını nəzərə alib, verdiyi həmin apellyasiya şikayətinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarmışdır.

14. Təsvir edilən halla bağlı məhkəmə kolle giyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 390.4-cü maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir.

15. Həmin Məcəllənin 391.3.7-cü maddəsində müəyyən edilmiş qaydaya görə, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar qəbul edir.

16. Azərbayca n Respublikası CPM-nin 396-cı maddəsinə əsasən isə apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır.

17. Göründüyü kimi, qanunverici apellyasiya şikayətini vermiş şəxsin öz tələbindən imtina etdiyi halda apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərarın qəbul edilməsini imperativ vəzifə olaraq müəyyən etmişdir. Baxılan cinayət işində də apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarını qəbul edərkən hər hansı maddi və prosessual cinayət-hüquqi normaların pozuntusuna yol verməmiş, həmin qərarın qəbul edilməsi ilə nəticələnmiş məhkəmə iclasında məhkumun müdafiəçisi də iştirak etməklə, məhkumun imtina barədə ərizəsini müdafiə etmişdir.

18. Digər tərəfdən, baxılan cinayət işinin materiallarından görünür ki, Məhkum hökmdən verdiyi apellyasiya şikayətində hökm üzrə ona təyin edilmiş cəzanı mübahisələndirmiş, lakin daha sonra ağır xəstəliyə tutulması ilə bağlı cəzasını çəkməkdən azad edilmişdir. Bu isə o deməkdir ki, hazırki kassasiya müraciətinin baxılması, hətta, mümkün olub məhkumun xeyrinə olan qərarla yekunlaşdıqda belə qərarın qəbul edilməsi artıq hüquqi əhəmiyyətini itirdiyindən o, istənilən halda ədalətli məhkəmə araşdırması təminatı hüququndan məhrum olmur.

19. Nəticə etibarilə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız old uğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1448/2021 nömrəli, 06 sentyabr 2021-ci il tarixli ilkin baxış qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1448/2021 nömrəli, 06 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar