Məhkəmə qərarları › İş №1(102)-512/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-512/2019

24.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-512/2019 24.04.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 512/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "24" aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – fərdi fəaliyyət göstərən vəkil fəaliyyət göstərən vəkil N uriyev Tofiq Tapdıq oğlunun iştirakları ilə Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə bəraət almış Məhkum1, Azərbaycan Respublikası CM-nin 32.5, 308.1 və 32.5, 313-cü maddələri ilə bəraət almış, Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Qazax rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Səmədov Ağarza Hacırza oğlu) xx xxxxx 1991-ci il tarixdə Qazax rayonunun Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, “xxxx” ASC-nin Qazax fil ialında işləyən, Qazax rayonu, Çaylı kəndində yaşayan Məhkum1 Azərbaycan Respublikası CM-nin (19 iyul 2017-ci il tarixədək qüvvədə olmuş) 308.1-ci maddəsi ilə təqsirli bilinərək 1.000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş; xx xxxxxx 1973-cü il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Qazax şəhəri, ünvan 1 ünvanında yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-nin (19 iyul 2017-ci il tarixədək qüvvədə olmuş) 32.5,308.1 və 326.1ci maddələri ilə təqsirli bilinərək, CM-nin 32.5,308.1-ci maddəsi ilə 1.000 manat miqdarında cərimə cəzasına, CM-nin 326.1-ci maddəsi 500manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CMin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 1.100 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Qazax rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qərarı ilə Məhkum1 və Məhkum2 barələrində CM-nin 75-ci maddəsi tətbiq edilərək Məhkum1 CM-nin 313-cü maddəsi ilə, Məhkum2 CM-nin 32.5,313-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə barələrində cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı onlar cinayət məsuliyyətindən azad edilmişlər. İŞİN HALLARİ: Qazax rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli hökmündən və qərarından göründüyü kimi, Məhkum1 vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxsin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuş, sair şəxsi niyyətlə rəsmi sənədlərə biləbilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o 12.08.2014-cü il tarixdən 06.01.2017-ci il tarixədək Qazax şəhəri, ünvan 2 ünvanında yerləşən «xxxx» ASC-nin Qazax filialının kredit şöbəsinin mütəxəssisi vəzifəsində işləyərkən, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün üstünlük əldə etmək məqsədilə, Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Banklarda kreditin verilməsi» qaydaları, 12.08.2014-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilə və vəzifə təlimatına əsasən bankın daxili qaydaları və tarifləri üzr ə kredit, əmanət, cari hesabların açılması, kreditin rəsmiləşdirilməsinə, kreditin verilməsi ilə əlaqədar tələb olunan sənədlər paketinin hazırlanmasına və digər səlahiyyətlərə malik məsul şəxs kimi, həmin normativ sənədlərin tələblərini yerinə yetirməyərək, öz qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib 29.03.2010-cu ildən 09.12.2016-cı il tarixədək qeyd olunan filialın kredit şöbəsinin mütəxəssisi vəzifəsində işləmiş Məhkum2 adına 27.08.2015-ci il tarixdə 136GTUM152390101 saylı krediti rəsmiləşdirərkən, sonuncunun xahişi və maneələri aradan qaldıraraq köməkçiliyi ilə həmin gün filialdan özünə kredit götürmüş Zərərçəkmiş şəxs məlumatı olmadan, sonuncunun adından zaminlik müqaviləsi, MKR razılıq ərizəsi, MKR-dən çıxarışı və zaminlik üçün razılıq ərizəsini, yəni hə min rəsmi sənədlərə sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatların daxil edilməsi ilə tərtib edib Məhkum2 götürdüyü kredit vəsaiti üzrə Zərərçəkmiş şəxs qanunsuz olaraq zamin kimi rəsmiləşdirdiyi və həmin məlumatları elektron qaydada mərkəzləşmiş kredit reyestrinə işlədiyi üçün, müştəri Məhkum2 kredit üzrə öhdəliklərini yerinə yetirməyib əsas və faiz ödənişləri üzrə gecikdirmələrə yol verərkən, 2017-ci ilin müvafiq ayları üzrə Zərərçəkmiş şəxs əmək haqqı kartı üzrə bankda olan hesabından 1303.35 (min üç yüz üç manat otuz beş qəpik) manat vəsait məcburi qaydada tutulmuş və nəticədə həmin əməli ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sair şəxsi niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Həmç inin həmin hökm və qərardan göründüyü kimi, Məhkum2, «xxxx» ASC-nin Qazax filialında kredit mütəxəssisi işləyən Məhkum1 vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxsin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurulmasında, sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsində köməkçi kimi iştirak etmiş və rəsmi sənədi sair şəxsi niyyətlə məhv etmişdir. Belə ki, o, 29.03.2010-cu ildən 09.12.2016-cı il tarixədək Qazax şəhəri, ünvan 2 ünvanında yerləşən «xxxx» ASC-nin Qazax filialının kredit şöbəsinin mütəxəssisi və zifəsində işləyərkən həmin filialda işləyən digər kredit mütəxəssisi Məhkum1 27 avqust 2015-ci il tarixdə həmin filiala kredit götürmək üçün müraciət etmiş və şəxsən adma kredit rəsmiləşdirdiyi Zərərçəkmiş şəxs rəsmi sənədlərindən istifadə etməklə, göstərilən tarixdə özünün adma götürmək istədiyi kredit üzrə zamin kimi sənədləşdirməsini xahiş edərək, həmin məlumatları Məhkum1 təqdim etdikdən sonra, sonuncunun vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün üstünlük əldə etmək məqsədilə, müvafiq normativ sənədlərin tələblərini yerinə yetirməyərək, öz qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, özünün (Məhkum2) adına kredit rəsmiləşdirərkən, Zərərçəkmiş şəxs adından zaminlik müqaviləsi, MKR razılıq ərizəsi, MKRdən çıxarışı, z aminlik üçün razılıq ərizəsi tərtib etməklə, həmin rəsmi sənədlərə sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatların daxil edilməsi ilə 27 avqust 2015-ci il tarixli 136GTUM152390101 saylı kredit müqaviləsi üzrə 9300 ( doqquz min üç yüz) manat məbləğində götürdüyü kredit vəsaiti üzrə Zərərçəkmiş şəxs qanunsuz olaraq zamin kimi rəsmiləşdirdikdən sonra, müştəri kimi həmin kredit üzrə gecikdirmələrə yol verdiyindən 2017-ci ilin müvafiq ayları üzrə Zərərçəkmiş şəxs əmək haqqı kartı üzrə filialdakı hesabından 1303.35 (min üç yüz üç manat otuz beş qəpik) manat vəsaitin məcburi qaydada tutulması və bununla da həmin qanunsuz əməli ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və sair şəxsi niyyətlə vəzifə saxtakarlığı cinayətlərini törətməsində qeyd olunan əməlləri ilə yardım göstərməklə köməkçi kimi iştirak etmiş, işdən azad olunarkən həmin saxta rəsmi sənədləri törətmiş olduqları cinayət əməllərini gizlətmək və məsuliyyətdən yayınmaq üçün sair şəxsi niyyətlə istintaqa məlum olmayan şəraitdə naməlum yerdə məhv etmişdir. Hökmdən Məhkum1 müdafiəçisi T.T.Nuriyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Abdullayev Əlizamin Gülzalı oğlu, hakimlər Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 31 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi və Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.5,308.1 və 326.1-ci m addələri ilə məhkum olunmalarına dair Qazax rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli hökmü, Məhkum1 barəsində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi və Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 32.5,313-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilmələrinə dair Qazax rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, Məhkum1 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə bəraət verilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.5,308.1 və 32.5,313-cü maddələri ilə bəraət verilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, apellyasiya şikayəti təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti verərək həmin hökmü ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən 31 oktyabr 2018-ci il tarixdə yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, nəticədə Məhkum1 və Məhkum2 irəli sürürlmüş ittihamlar üzrə bəraət verilmişdir. Belə ki, 29.03.2010-cu il tarixli 9 nömrəli əmrdən görünür ki, Məhkum2 “xxxx” ASC-nin Qazax filialında aparıcı mühasib vəzifəsindən azad edilərək, kredit şöbəsinə mütəxəssis vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan 08.12.2016-cı il tarixli 798 f-k saylı əmrdən görünür ki, Məhkum2 ilə bağlanmış əmək müqaviləsinə 09.12.2016-cı ildən xitam verilmişdir. İş materiallarında olan 12.08.2014-cü il tarixli 39 saylı əmrdən görünür ki, Məhkum1 “xxxx” ASC-nin Qazax filialının kredit şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. Məhkum2 adma olan 27.08.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, o bank üzrə “C” kateqoriyalı müştəridir. 10.07.2015-ci il tarixli “xxxx” ASC-nin İdarə heyətinin 52 nömrəli iclas protokolundan görünür ki, “gündəlik tələbat” kredit məhsulunun verilməsi üçün “C” kateqoriyalı müştərilər üzrə 3001 manat və daha art ıq məbləğdə pul və zamin tələb olunur. İş materiallarında olan kredit şöbəsinin mütəxəssisinin vəzifə təlimatından da görünür ki, o bankda müştəriyə kreditlərin verilməsi ilə əlaqədar tələb olunan sənədlər paketini hazırlamağa, kreditin rəsmiləşdirilməsinə və digər səlahiyyətlərə malik məsul şəxsdir. Məhkum1 ilə 12.08.2014-cü il tarixdə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilədən də görünür ki, işçi tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmçinin protestdə qeyd olunmuşdur ki, Məhkum2 adına olan 27.08.2015-ci i l tarixli 136GTUM152390101 saylı kredit müqaviləsindən görünür ki, Məhkum2 adına olan 27.08.2015-ci il tarixli kredit müqaviləsini Məhkum1 rəsmiləşdirmişdir. Zərərçəkmiş şəxs ödəniş kartı üzrə 19.02.2018-ci il tarixli çıxarışının surətindən görünür ki, onun əmək haqqı kartından Məhkum2 27.08.2015-ci il tarixli kreditinə görə 14.09.2017ci ildə 319,24 manat, 12.10.2017-ci ildə 445,86 manat, 15.11.2017-ci ildə 450,96 manat, 27.12.2017-ci ildə 0,61 manat, 14.02.2018-ci il tarixdə 86,68 manat olmaqla ümumilikdə 1.303,35 manat pul tutulmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs adına olan mərkəzi kredit reyestrində olan çıxarışdan və Məhkum2 adına olan kredit qovluğunun üz qabığından görünür ki, onun adı Məhkum2 adına olan 27.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə zamin kimi sənədl əşdirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Zərərçəkmiş şəxs Məhkum2 kredit verilməsinə zamin durmaması, zaminlik müqaviləsini və zamin durması barədə ərizəni imzalamaması, Məhkum1 şəxsiyyət vəsiqəsini təqdim etməməsi ilə bağlı verdiyi ifadələr ziddiyyətli olmaqla həmin ifadələrdə verdiyi məlumatların həqiqiliyinə şübhə salır. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs zaminlik müqaviləsini və zaminlik üçün ərizəni imzalamaması və Məhkum2 ümumiyyətlə zaminlik müqaviləsinin olmaması ilə bağlı ifadələrində göstərdikləri xüsusatların ziddiyyətli olması, bu ifadələrin bir-biri ilə uzlaşmaması, təqsirləndirilən şəxs Məhkum1 tərəfindən həmin xüsusatların təkzib edilməsi, iş üzrə yeganə şahid P.Mərdalıyevin ifadəsində göstərdiyi xüsusatların zaminlik müqavil əsinin və zaminlik üçün razılıq ərizəsinin Zərərçəkmiş şəxs tərəfindən imzalanmasını inkar etməməsi, saxtalaşdırıldığı iddia edilən zaminlik müqaviləsinin və zaminlik üçün razılıq ərizəsinin sübut kimi ortada olmaması, iş materiallarında olan sənədlərdə isə zaminlik müqaviləsinin və zaminlik üçün razılıq ərizəsinin Məhkum1 tərəfindən saxtalaşdırılmasmı təsdiq edən hər hansı bir məlumatın olmaması Zərərçəkmiş şəxs və Məhkum2 ifadələrinin həqiqəti əks etdirib-etdirmədiyini, yəni onların verdiyi məlumatların həqiqiliyini şübhə altına alır. Əvvəla Məhkum2 və Zərərçəkmiş şəxs ifadələrindən görünür ki, onların ifadələri bir-birini tamamlayır və heç bir ziddiyyət təşkil etmir. Yeganə şəxs Məhkum1 həmin xüsusatları təkzib etməsi həmin ifadələrdəki xüsusatlar ziddiyyətli olması mənasına gətirib çıx ara bilməz. Həmçinin şahid Paşa Mərdəliyev ifadə verərkən zaminlik müqaviləsinin mövcudluğu və müqavilədə imzanın olmasını bildirmişdir. Həmin sənədlərin yalnız düzgünlüyü onun tərəfindən yoxlanılmışdır. Həmin zaminlik müqaviləsi Məhkum2 tərəfindən oğurlandığından və məhv edildiyindən har-hazırda həmin müqavilə maddi sübut kimi tanınmamışdır. Lakin Zərərçəkmiş şəxs Məhkum2zamin durmadığından birinci bank filialına və onun baş ofisinə, sonradan isə hüquq-mühafizə orqanlarına şikayətlər etmişdir. Bu da onu göstərir ki, bir neçə dəfə kredit götürmüş və kredit götürən şəxslərə zamin olduğundan Zərərçəkmiş şəxs bu proseduru çox gözəl bildiyindən və Məhkum2 kreditinə görə zamin olduğunu bilən kimi buna rəsmi olaraq öz etirazını bildirmiş, həmin şikayətlər əsasında da hazırki cinayət işi başlanıl mışdır. Bundan başqa Məhkum2və Zərərçəkmiş şəxs ifadələrinə görə Zərərçəkmiş şəxs Məhkum2 götürdüyü kreditə görə zamin durmasını öyrəndikdən sonra sonuncu ilə görüşəndə Məhkum2 ona zaminlik müqaviləsinin oğurladığı barədə heç bir söz deməmiş, yalnız Zərərçəkmiş şəxs ona zamin olmadığı halda onun adına zaminlik müqaviləsi tərtib olunması qeyri-mümkün olmasını demişdir. Belə olan halda iş üzrə ittihamı təsdiq edən kifayət qədər mötəbər sübutlar olmasına baxmayaraq, məhkəmə kollegiyası yalnız mülahizəsinə əsaslanaraq, ittihamı təsdiq edən sübutları nəzərə almadan bəraət hökmü çıxarmışdır. Belə ki, CPM-nin 125.1 -ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Mə hkəmə kollegiyası göstərilənlərlə bağlı CPM-nin 28 və 33-cü maddəsində təsbit olunmuş “Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi” və «Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi" prinsiplərini pozmuşdur. Belə ki, CPM-nin 28.1-ci maddəsinə görə Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. CPM-nin 33.1 və 33.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəal arının pozulması yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. Lakin məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin həmin normalarının tələblərini pozaraq yuxanda qeyd olunan işin obyektiv hallarına uyğun olan birinci instansiya məhkəməsində əldə olunmuş sübutları düzgün qiymətləndirməmişdir. Ona görə dövlət ittihamçısı apellyasiya məhkəməsinin hökmünü ləğv e tməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, müdafiəçinin isə kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci madd əsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normaya uyğun olaraq, kassasiya protestinə mahiyyəti üzrə baxıb, belə qənaətə gəlir ki, protestin dəlilləri apellyasiya məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini hökmdə işin hallarına, qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarının müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. H əmin hökmdə aşağıdakılar göstərilmişdir: “...İş materiallarında olan, Qazax RİHB Qazax şəhər İƏD üzrə nümayəndəliyinin verdiyi 22 fevral 2018-ci il tarixli 11-21/608 saylı arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki. Məhkum2 ailə üzvləri-arvadı 1976-cı il təvəllüdlü X8, oğlu 1998-ci il təvəllüdlü X11 və qızı 2003-cü il təvəllüdlü X4 ibarət olmaqla ünvan 4 ünvanda yaşadığı müddətdə Məhkum2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN BƏSİİ-nin verdiyi 22 yanvar 2018-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Məhkum1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Qazax RİHB Çaylı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 22 fevral 2018-ci il tarixli 11-21/479 saylı arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Məhkum1 ailə üzvləri-atası 1961-ci il təvəllüdlü X5, anası 1969-cu il təvəllüdlü X7 və bacısı 1994cü il təvəllüdlü X2 ibarət olmaqla Qazax rayonunun Çaylı kəndində yaşayır. Həmin kənddə yaşadığı müddətdə Məhkum1 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya pr otestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən Məhkum1 müdafiəçisi Tofiq Nuriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 24 aprel 2018-ci tarixli hökmü və həmin tarixli cinayət təqibinə xitam verilməsinə dair qərarı ləğv edilməli, iş üzrə yeni hökm çıxarılmalıdır. Cinayət-Prosessual Qanunun 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.3-cü maddəsinə ə sasən məhkəmə hökmü şəxsin təqsirli olub- olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr cə onun xeyrinə həll olunmalıdır. CPM-in 2.1.4-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 351.1-ci maddəsində əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Hamin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmən in ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». CPM-in 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayətprosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəl lənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci madd əsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair CMP-in 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət-prosessual qanunun 353.2.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir. Təsvir olunan normaların kontekstində məhkuma bəraət verilməsinə dair dəlilləri baxılan işin materialları, o cümlədən iş üzrə qəbul edilmiş hökm və qərarla müqayisə etməklə yoxladıqda aşağıdakılar müəyyən olunur: Məhkum1 zərərçəkmiş Zərərçəkmiş şəxs zaminlik müqaviləsinin bağlanması ilə bağlı sənədləri imzalamadığına dair ifadəsində göstərdiyi xüsusatları nəinki təsdiq etmir, hətta dəlillər gətirməklə həmin xüsusatları təkzib edir. Zərərçəkmiş şəxs Məhkum2 kredit verilməsinə zamin durmaması, zaminlik müqaviləsini və zamin durması barədə ərizəni imzalamaması, Məhkum1 şəxsiyyət vəsiqəsini təqdim etməməsi ilə bağlı verd iyi ifadələr isə ziddiyyətli olmaqla həmin ifadələrdə verdiyi məlumatların həqiqiliyinə şübhə salır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, «xxxx» ASC-nin Satış Kanalları Departamentinin telekollektor qrupunun kiçik mütəxəssisi X6 30 avqust 2016-cı il tarixdə telefon vasitəsi ilə Zərərçəkmiş şəxsla danışdığı zaman ona «Siz Məhkum2 zamin durmusunuzmu?»-deyə sual vermiş, lakin sonuncu susaraq cavab verməmiş, ümumiyyətlə həmin suala cavab verməkdən yayınmışdır. Həmin xüsusat araşdırılarkən Zərərçəkmiş şəxs ona verilmiş suala cavab verməməsini kah sualı başa düşməməsi, kah da çaşıb qalması ilə izah edərək ziddiyyətli ifadədər vermişdir. Zərərçəkmiş şəxs həmçinin göstərmişdir ki, bank işçisi ilə bu danışıqdan sonra bir müddət Məhkum2 axtarmış, nəhayət onun harada işlədyini öyr ənib onun iş yerinə gedərək nə üçün başına bu oyunu açdığını soruşmuş, Məhkum2 isə ona narahat olmamasını, heç bir zaminlik müqaviləsi olmadığını, ondan pul tutulmasının mümkün olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs yalnız Məhkum2la görüşəndən və zaminliklə bağlı sənədlərin ortada olmadığını öyrəndikdən sonra «xxxxın» Qazax filialına gedib heç bir zaminlik müqaviləsini imzalamadığını və ondan əsassız olaraq pul tutulduğunu bildirmişdir. Qeyd edilənlər, eləcə də Zərərçəkmiş şəxs ifadəsində şəxsiyyət vəsiqəsinin üstündə olub- olmadığını xatırlamadığını, kreditin rəsmiləşdirilməsi ilə bağlı sənədləri oxumadan imzaladığını bildirməsi də zaminlik müqaviləsini imzalamaması ilə bağlı ifadəsində göstərdiyi məlumatların ziddiyyətli olmasını təsdiq edir. Digər təqsirləndirilən şəxs Məhkum2 ifad əsində göstərdiyi yuxarıda qeyd edilən xüsusatlar da ziddiyyətli olmaqla zaminlik müqaviləsinin və bununla bağlı digər sənədlərin Zərərçəkmiş şəxs tərəfindən imzalanmamasını şübhə altına alır. Məhkum2 bankda müəyyən edilmiş qaydalara görə 6.000 manatdan artıq Kredit verilməsi üçün zaminliyin tələb olunduğunu bildiyi və Məhkum1 ona zamin durmasını xahiş etsə də sonuncunun ona durmayacağını dediyi halda 27.08.2015-ci il tarixdə adına rəsmiləşdirilmiş kredit üzrə ona heç kəsin zamin durmaması və Məhkum1 da ona bu barədə heç bir söz deməməsi, həmin vaxt Zərərçəkmiş şəxs orada olmaması və Zərərçəkmiş şəxs ona zamin durması üçün Məhkum1 müraciət etməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar inandırıcı görsənmir. Halbuki, həmin tarixdə Məhkum2 və Zərərçəkmiş şəxs kreditlərin paralel rəsmilə şdirildiyi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin ona və Məhkum1 təqdim edib- etməməsi ilə bağlı xüsusat araşdırılarkən Məhkum2 Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin ona təqdim edib-etməməsini xatırlamadığını, Zərərçəkmiş şəxs sənədlərinin əvvəlcə Məhkum1 olduğunu və ola bilsin ki, Məhkum1 şəxsiyyət vəsiqəsinin surətini həmin vaxt çıxardığını və bu barədə ona heç bir söz demədiyini bildirsə də, Məhkum2 ifadəsində göstərdiyi bü xususatlar Məhkum1 tərəfindən təkzib olunmuş, Zərərçəkmiş şəxs da həmin xüsusatları təsdiq etməmişdir. İş üzrə yeganə şahid olan P.Ə.Mərdalıyevin ifadəsində göstərdiyi xüsusatlar isə Məhkum2 adına olan kredit qovluğunda zaminlik müqaviləsinin, zaminlik üçün razılıq ərizəsinin və eləcə də zaminin şəxsiyyət vəsiqəsinin surətinin olduğunu, qeyd edil ən sənədlərin zamin tərəfindən imzalanmış olduğunu təsdiq edir. Qeyd edilən xüsusatlar həmçinin göstərilən sənədlərin Zərərçəkmiş şəxs tərəfindən imzalanmasını inkar etməyə əsas vermir. Məhkum1 irəli sürülmüş ittihamda onun filialın kredit şöbəsinin mütəxəssisi vəzifəsində işləmiş Məhkum2 adına 27.08.2015-ci il tarixdə 136GTUM152390101 saylı krediti rəsmiləşdirərkən, sonuncunun xahişi və maneələri aradan qaldıraraq köməkçiliyi ilə həmin gün filialdan özünə kredit götürmüş Zərərçəkmiş şəxs məlumatı olmadan, sonuncunun adından zaminlik müqaviləsi, MKR razılıq ərizəsi, MKR-dən çıxarışı və zaminlik üçün razılıq ərizəsini, yəni həmin rəsmi sənədlərə sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatların daxil edilməsi ilə tərtib edib Məhkum2 götürdüyü kredit vəsaiti üzrə Zərərçəkmiş şəxs qanunsuz ola raq zamin kimi rəsmiləşdirdiyi və həmin məlumatları elektron qaydada mərkəzləşmiş kredit reyestrinə işlədiyi göstərilsə də, Məhkum2 maneələri aradan qaldıraraq Məhkum1 köməkçiliyinin nə də ifadə olunduğu, hansı maneələri aradan qaldırdığı aydın deyildir və ümumiyyətlə iş materiallarında həmin halı təsdiq edə bilən hər hansı bir sübut mövcud deyildir. O cümlədən Məhkum2 ifadəsində həmin məlumatı təsdiq edə bilən heç bir məlumat yoxdur. Bundan başqa, birinci instansiya məhkəməsinin Məhkum1 təqsirliyini sübut edən sübutetmə vasitəsi kimi götürdüyü iş materiallarında olan sənədlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədlərdə Məhkum1 tərəfindən Məhkum2 adına 27.08.2015-ci il tarixdə 136GTUM152390101 saylı krediti rəsmiləşdirərkən, sonuncunun xahişi və maneələri aradan qaldıraraq k öməkçiliyi ilə həmin gün filialdan özünə kredit götürmüş Zərərçəkmiş şəxs məlumatı olmadan, sonuncunun adından zaminlik müqaviləsi, MKR razılıq ərizəsi, MKR-dən çıxarışı və zaminlik üçün razılıq ərizəsini, yəni həmin rəsmi sənədlərə sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatların daxil edilməsi ilə tərtib edib Məhkum2 götürdüyü kredit vəsaiti üzrə Zərərçəkmiş şəxs qanunsuz olaraq zamin kimi rəsmiləşdirməsini təsdiq edən hər hansı bir dəlil, məlumat yoxdur. Bu baxımdan da həmin sənədlər də Məhkum1 təqsirliliynin müəyyən edilməsi üçün əsas ola bilməz. Odur ki, məhkəmə kollegiyası həmin sənədləri Məhkum1 təqsirliliyini sübutetmə vasitəsi kimi qəbul edilməsini qanuni və əsaslı hesab etmir. Ən başlıcası isə budur ki, Məhkum1 tərəfindən bilə-bilə yalan məlumatların daxil edilməsi ilə tərtib edi ldiyi iddia edilən zaminlik müqaviləsinin və zaminlik üçün razılıq ərizəsinin maddi sübut kimi ortada olmaması, həmin sənədlərin saxtalaşdırılmasmı şübhə altına alır. Qeyd edilən sənədlər mövcud olmadığından onların saxtalaşdırıldığını müəyyən etmək praktiki olaraq mümkün deyildir. Belə olan halda isə Məhkum1 ona irəli sürülmüş ittihamda göstərilən əməlləri törətməkdə təqsirliliyi yalnız ehtimallar əsasında müəyyən edilmiş olur ki, bu da cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə görə yol verilməzdir. İş üzrə Zərərçəkmiş şəxs zaminlik müqaviləsini və zaminlik üçün ərizəni imzalamaması və digər təqsirləndirilən şəxs Məhkum2 ümumiyyətlə zaminlik müqaviləsinin olmaması ilə bağlı ifadələrində göstərdikləri xüsusatların ziddiyyətli olması, bu ifadələrin bir-biri ilə uzlaşmaması, təqsirləndirilən şəxs Məhkum1 tərəfindən həmin xüsusatların təkzib edilməsi, iş üzrə yeganə şahid X3 ifadəsində göstərdiyi xüsusatların zaminlik müqaviləsinin və zaminlik üçün razılıq ərizəsinin Zərərçəkmiş şəxs tərəfindən imzalanmasını inkar etməməsi, saxtalaşdırıldığı iddia edilən zaminlik müqaviləsinin və zaminlik üçün razılıq ərizəsinin sübut kimi ortada olmaması, iş materiallarında olan sənədlərdə isə zaminlik müqaviləsinin və zaminlik üçün razılıq ərizəsinin Məhkum1 tərəfindən saxtalaşdırılmasmı təsdiq edən hər hansı bir məlumatın olmaması Zərərçəkmiş şəxs və Məhkum2 ifadələrinin həqiqəti əks etdirib-etdirmədiyini, yəni onların verdiyi məlumatların həqiqiliyini şübhə altına alır. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünə görə işin faktiki hallarının təqsirləndirilən şəxs Məhkum1 qarşı CM-nin 308.1 və 313-cü maddələri ilə irəli sürülmüş ittihamda təsvir edildiyi qaydada müəyyən edilməsinə həlledici şəkildə Zərərçəkmiş şəxs verdiyi ifadələrin əsas olması, bu ifadələrin isə həqiqəti əks etdirməsinin şübhəli olması həmin ittihamın sübut olunmasını da şübhə altına alır. Məhkəmə kollegiyası hazırkı işin xüsusiyyətlərini nəzərə alaraq həmçinin qeyd edir ki, iş üzrə ittihamın sübut olunmasında yaranmış şübhələri digər sübut vasitələri ilə aradan qaldırılması mümkünsüzdür. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaran şübhələri digər sübutlar vasitəsi ilə aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təvsir edilir. Təsvir olunanlardan görünür ki, birinci in stansiya məhkəməsi Məhkum1 qarşı irəli sürülmüş ittihamın əsaslılığı və qanuniliyi nəticəsinə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair CPM-in 144, 145 və 146-cı maddələrinin tələblərinə əməl etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzif ələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub- olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza t əyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığı hallarda, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işləri üzrə 21 yanvar 2007-ci il tarixli Qərar). Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Yan de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994cü il tarixli Qərar). Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum1 ona qarşı irəli sürülmüş CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əmə llərini törətməsini ittiham tərəfinin sübutu və təsdiq edəcək heç bir dəlili yoxdur. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 CM-in 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddələrilə verilmiş ittiham üzrə ona bəraət verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, digər təqsirləndirilən şəxs Məhkum2 tərəfindən birinci instansiya məhkəməsinin hökmündən şikayət verilməsə də, CPM-in 397.2-ci maddəsinin tələblərini nəzərə alaraq ona irəli sürülmüş ittiham Məhkum1 irəli sürülmüş ittihamla bağlı olduğundan və həmin ittihama görə Məhkum1 tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması ilə nəticələnən vəzifə səlahiyyətlə rindən sui-istifadə etmə və sair şəxsi niyyətlə vəzifə saxtakarlığı cinayətlərini törədilməsində əməlləri ilə yardım göstərməklə köməkçi kimi iştirak etməkdə təqsirləndirildiyindən eyni əsaslara görə, yəni həmin cinayət əməllərinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona CM-in 32.4,308.1 və 32.5,313-cü maddələri ilə bəraət verilməlidir. Bununla yanaşı, Məhkum2 CM-in 326.1-ci maddəsi ilə əməli sübuta yetirildiyindən həmin maddənin sanksiyası həddində ona cəza təyin edilməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi iş üzrə mövqeyini hökmdə göstərmiş, ittihamla razılaşmadığının səbəblərini açıqlamış, sübutlara ayrı-ayrılıqda və məcmu qaydasında qiymət vermiş, onlarda olan məlumatların hansılarına əsaslandığını, üstünlük verdiyini göstərmiş, bunlara dair gəldiyi nəticən i iş materiallarına, işin hallarına, qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində ittiham tərəfinin təqdim etdiyi sübutlar sadalanaraq (onların məzmunu göstərilməklə) ittihamın sübuta yetirildiyi iddia olunur. Kassasiya protestində belə fikir irəli sürülsə də, apellyasiya məhkəməsinin həmin sübutlarla əlaqədar gəldiyi nəticənin düzgün olmadığı qənaətinə gəlməyə əsas verən konkret bir dəlilə istinad edilməmiş, apellyasiya məhkəməsinin hökmündə istinad edilən şübhələrlə əlaqədar (ittihamın sübuta yetirilməsində yaranmış) konkret bir fikir söylənilməmiş, həmin şübhələrin aradan qaldırılmasının artıq mümkün olmadığı və onların təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməli olduğuna dair fikir (apellyasiya məhkəməsinin hökmündə göstərilən) təkzib edilməmiş, belə fikirlərin əsassız olmasını göstərən hər hansı bir dəlilə istinad olunmamışdır. Apellyasiya məhkəməsi ittiham tərəfinin təqdim etdiyi hər bir sübutu ayrı-ayrılıqda və məcmu qaydada tədqiq edib yoxlayaraq təhlil etmiş və qiymətləndirmişdir. Həmin məhkəmə sübutların hər birində Məhkum1 vəzifə cinayətini törətməsinə, Məhkum2 bu cinayətlərdə iştirak etməsinə dair məlumatların olub-olmadığını, sübutlarda göstərilənlərin qe yd olunan şəxslərin təqsirliliyi qənaətinə gəlməyə əsas verib-vermədiyini kifayət qədər ətraflı şəkildə yoxlamış, həmin şəxslərin və şahidlərin ifadələrində olan məlumatların vəzifə cinayətlərinin törədilməsi barədə birmənalı fikir söyləməyə əsas vermədiyi qənaətinə gəlmiş, ittihamda təhrif edilməsi, saxtalaşdırılması iddia olunan sənədlərin əldə edilmədiyinə və bu baxımdan ittihamda göstərilən vəzifə cinayətlərinin törədilməsi barədə qəti və birmənalı fikir söyləmək mümkün olmadığına da əsaslanaraq qeyd olunan şəxslərin vəzifə cinayəti törətməkdə təqsirliliklərinin sübuta yetirilmədiyi nəticəsinə gəlmişdir. Kassasiya protesti isə apellyasiya məhkəməsinin hökmündə göstərilən həmin fikirləri təkzib edə bilən hər hansı bir sübuta və ya dəlilə istinad olunmamışdır. Kassasiya protestində bir s ıra prosessual normalara istinad edilərək onların tələbləri pozulduğu göstərilsə də, bu pozuntuların konkret olaraq nədə ifadə olunduğu açıqlanmamışdır. İş materiallarının təhlili isə göstərir ki, protestdə istinad edilən və digər normaların tələbləri də pozulmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 28.5, 125.1, 145.3, 146.1, 351.2 və 33.2-ci maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs in təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə görə isə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası işdə olan sübutları və işin hallarını yuxarıda göstərilən normaların tələbləri baxımından bir daha təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin iş üzrə mövqeyi iş materiallarına uyğun olmaqla qanunidir. Kassa siya protestində bir sıra cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarına istinad edilərək, bu normaları və qərarların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarları ilə heç bir ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə bəraət almış Məhkum1, Azərbaycan Respubl ikası CM-nin 32.5, 308.1 və 32.5, 313-cü maddələri ilə bəraət almış, Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar