Məhkəmə qərarları › İş №1(102)-512/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-512/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-512/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Fərhad Abdulkərim oğlu Kərimov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və məhkumun müdafiəçisi Vüqar İsa oğlu Babayevin iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Vüqar Babayev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü ilə (hakim Azər Tağıyev), xx xxxxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, “Avrasiya” hospitalında həkim-cərrah vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bunda n sonra Cm-in) 314.2-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı ümumilikdə 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddət nəzərə alınaraq cəzası çəkilmiş hesab edilmişdir. Hökmlə həmçinin X12 və X6 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, vəzifəli şəxs olmaqla işə vicdansız və ya laqeyd münasibətləri nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, təqsirləndirilən şəxs Məhkum 15 yanvar 2014-cü il tarixdən etibarən Bakı şəhəri, Yasamal rayonu, 529-cu məhəllə, Mətbuat prospekti 25 ünvanda fəaliyyət göstər ən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətində həkim-cərrah-otolarinqoloq vəzifəsində işləyərkən, «Burun arakəsməsinin yerdəyişməsi. Xarici burun deformasiyası» diaqnozu qoyulmuş, 22 sentyabr 1996-cı il təvəllüdlü X5nın üzərində qeyd olunan MMC-in göstərilən ünvanda fəaliyyət göstərən özəl tibb müəssisəsində 17 mart 2015-ci il tarixdə cərrahiyyə əməliyyatı aparmazdan əvvəl Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19.09.2012-ci il tarixli, 70 saylı əmrinin tələblərini pozmaqla, yəni xəstənin kardioloq, terapevt və rentgenoloq həkimlər tərəfindən müayinəsinin, revmosınaq və exo- ezofaqoqastroqrafiya müayinələrin aparılmasını təmin etməli, laborator-instrumental müayinəsini tam təşkil etməli, xəstənin həyat və xəstəlik anamnezini tam toplamalı,«prolaps» xəstəliyinin olması barədə məlumat veri ldiyi halda buna əhəmiyyət verməklə müvafiq qabaqlayıcı tədbirlər görməli və cərrahiyyə əməliyyatının aparılması üçün xəstənin özünün və yaxın qohumlarının razılığını almaqla əməliyyatın mümkün fəsadları barədə onları xəbərdar etməli olduğuhalda, həmin tələblərə əməletməyərək öz işinə vicdansız və laqeyd münasibət göstərərək xidməti vəzifəsini yerinə yetirməmiş, nəticə də həmin gün saat 10 radələrindən13 radələrinədək iş yoldaşı, həkim anestezioloq-reanimatoloq X2nin iştirakı ilə X5nın üzərində «Rinoseptoplastika» cərrahiyə əməliyyatını həyata keçirərkən anesteziyanın törətdiyi bədxassəli hipertermiya (bədən hərarətinin kəskin şəkildə yüksəlməsi) nəticəsində inkişaf edən tənəffüs-ürək çatışmamazlığı səbəbindən sonuncu saat 13 radələrində cərrahiyyə stolunda ölməklə zərərçəkmiş şəxs X5nın e htiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Qədim Babayev, hakimlər Mirzəli Abbasov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Babayev Vüqar İsa oğlu tərəfindən kassasiya şikayəti verərək S.E.Mehiyev barəsində cinayət işi üzrə icraata əməlində cinayət tərkibi olmadığına görə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdr. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi V.İ.Babayev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 07.11.2018-ci il tarixli qərarı qanunsuz, əsassız və ədalətsizdir. Buna görə də həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməli və S.E.Mehiyev barəsində cinayət işi üzrə icraata əməlində cinayət tərkibi olmadığına görə xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin subyekti vəzifəli şəxsdir. Lakin iş materiallarından da göründüyü kimi Məhkum klinikada həkim-cərrah işləmişdir və vəzifəli şəxs olmamışdır. Bundan əlavə cinayət işinin 2-ci cild 210-217-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ElmiTəcrübi və Tədris Birliyinin 17 aprel 201 5-ci il tarixli 18/MEŞ saylı meyitin ekspertizası rəyindən görünür ki, L.N.Müsrəlovanın meyitində tibbi manipulyasiya yerlərindən başqa xəsarət aşkar edilməmiş, onun ölümünə səbəb isə anesteziyanın törətdiyi bədxassəli hipertermiya (bədən hərarətinin kəskin şəkildə yüksəlməsi nəticəsində inkişaf edən kəskin tənəffüs-ürək çatışmazlığı) olmuşdur. Həmçinin həmin rəylərlə müəyyən edilmişdir ki, bəd xassəli hipertermiya genetik xəstəlik olmaqla əvvəlcədən təyin edilməsi mümkün deyildir və baş verdiyi zaman onun müalicəsində istifadə olunan "dantrolin" dərman vasitəsi Azərbaycan Respublikasına idxal edilmir. Qeyd edilən ekspertiza rəylərində həmçinin aparılan müalicənin bütün mümkün vasitələrlə aparılması da göstərilmiş və hadisənin qarşısının alınması ilə bağlı fıkilər sadəcə ehtimal xarakter li olmuşdur. Göründüyü kimi, bütün ekspertiza rəylərində baş vermiş ölümün anestezioloji ölüm olması qeyd edilmişdir.Yəni başqa sözlə cərrahiyyə əməliyyatını aparan həkim Məhkum heç bir aidiyyatı olmamışdır. Məhkum isə ona görə təqsirli bilinmişdir ki, guya o, AR Səhiyyə Nazirliyinin 19.09.2012-ci il tarixli əmri ilə təsdiq edilmiş müvafiq vəzifə təlimatının tələblərinə riayət etməmişdir.Halbuki məhz hökmün əsası kimi istinad edilən ekspertiza rəyində göstərilmişdir ki, Məhkum xəstəlik tarixində anestezioloqla birlikdə müvafiq qeydlər aparmalı olduğu halda bunu etməmişdir. O cümlədən, məhkəmə apellyasiya şikayətin heç bir dəlilinə qiymət verməmişdir. Məsələn, apellyasiya şikayətində Məhkum vəzifəli şəxs olmadığı və "Star Med" Klinikası ilə onun arasmda bağlanmış 15.01.2014-cü il tarixli əm ək müqaviləsi əsasında "həkim, otolarinqoloqiya" vəzifəsinə işə qəbul edilmişdir.Bu halı apellyasiya instansiyası məhkəməsi öz qərarında da göstərmişdir. Apellyasiya şikayətinin dəlillərindən də biri də bundan ibarət olmuşdur ki, Məhkum vəzifəli şəxs deyildir. Onub təqsirli bilindiyi AR CM-nin 314.2-ci maddəsinin subyekti xüsusi, yəni vəzifəli şəxsdir. Məhkum isə vəzifəli şəxs olmadığı halda ona bu maddə ilə ittihamın elan edilməsi və təqsirli bilniməsi AR CM-nin 5-ci maddəsində nəzərdə tutulmuş Qanunçuluq prinsipinə ziddir. Apellyasiya şikayətinin bu qədər ciddi dəlilinə məhkəmə heç bir hüquqi qiymət vermədiyi halda əsassız olaraq qərarmda dəlillərin hamısına qiymət verdiyini qeyd edir.Apellyasiya instansiyası məhkəməsi bütövlükdə heç bir dəlili araşdırmamış, hüquqi qiymət verməmiş, işdə mövcud olan sübutları sadəcə birinci instansiya məhkəməsinin hökmündə olduğu kimi öz qərarına köçürməklə və nəticədə sadəcə bir cümlə "apellyasiya şikayətinin heç bir dəlili öz təsdiqini tapmadı"- ilə yekunlaşdırmaqla apellyasiya şikayətinin təmin etməmişdir. Bununla da məhkəmə hərtərəfli, tam və obyektiv araşdırma aparmaq prinsipi təsbut edilmiş Azərbaycan Respublikası Konstituisyası, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi və Avropa İnsan Hüquqları Konvensiyasının təqsirsizlik prezumpsiyası ilə bağlı 6-cı maddəsinin tələblərini pozmuşdur. Həmçinin qeyd edilməlidir ki, apellyasiya məhkəməsində aparılan baxış formal olmaqla, xəyali xarakter daşımış və obyektiv həqiqətin üzə çıxarılmasında effektiv olmamışdır. İttiham tərəfi Məhkum təqsirliliyini qəti və təkzibedilməz şəkildə s übut etməli idi. Lakin ittiham tərəfi yalnız yuxarıda göstərilən və Məhkum hərəkətlərində hər-hansı cinayət tərkib olmadığını birbaşa göstərən sübutlar, yəni məhkəmə-tibbi ekspertizasının rəylərini təqdim etmişdir. Məhkəmə isə öz növbəsində həmin sübutları sadəcə sadalamaqla kifayətlənmiş, ittihamın həll edilməsində Məhkum ziyanına qiymətləndirmişdir. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi bu hala da toxunmamışdır. İstər birinici instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi öz hökm və qərarlarında Məhkum təqsirli əməllərinin nədən ibarət olmasını və bunun nəticə ilə hansı əlaqəsinin olmasını şərh etməmişdir. Kassator göstərilənlərə əsasən kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarını ləğv edilməsini və cinayət işinin icraatına Məhkum barəsində bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisi Vüqar Babayevin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və qərardan görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. Məhkum hərəkəti Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin tərkibini yaratdığı üçün düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticə iş materiallarına, işin faktiki hallarına və qanunun tələblərinə tam uyğundur, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, müdafiə tərəfinin kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar iş üzrə süb utları təhlil edərək onların məcmusuna əsaslanıb qərarında qeyd etmişdir ki, “... X8, Məhkum və X3 törətdikləri cinayət əməllərində təqsirləri özlərinin ifadələri ilə yanası, birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə təsdiq olunaraq, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan sübutlar əsasında məhkəmə X8, Məhkum və X3 əməllərini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, X2nin, Məhkum və X9X2clasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi h alları ilə uyğunluq təşkil etmir. Onların məhkəmə iclasınlarda verdikləri ifadələri özlərini müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara birgə qiymət verərək apellyasiya şikayətlərində göstərilən dəlilləri qəbul edilməz hesab edir və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmünün ləğv edilərək X11, Məhkum və X4 bəraət verilməsinə heç bir əsas görmür. Bu səbəblərdən də, apellyasiya şikayətlərinin dəlilləri əsassız hesab olunmaqla təmin olunmamalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarında göstərmiş, bunlara dair gəldiyi nəticəni toplanmış və tədqiq edilmiş sübutlara (onların məcmusuna), işin digər faktiki hallarına, qanunun normalarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə (Məhkum aid hissədə) iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edi lməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Cəza təyini məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının q ənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (müdafiə tərəfinin kassasiya şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq mə hkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar