Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-512/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Zərərçəkmiş şəxs iştirakları ilə, Hacıqabul Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Hacıqabul Rayon Məhkəməsinin (sədrlik edən hakim: X11) 17 fevral 2022-ci il tarixli hökmü ilə xx.xx.1985-cı ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində üç azyaşlı uşağı olan, məhkumluğu olmayan, Hacıqabul şəhəri Şirvan küçəsi ev 85-də qeydiyyatda olmaqla yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 01 (bi r) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Məhkum1 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəza çəkmə müddətinin əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin Məhkum2 da məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə) 26 iyu l 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələri ilə məhkum edilmələrinə dair Hacıqabul Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 1(071)-9/2022 saylı hökmü Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilməmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində ictimai yer hesab edilən Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən «Nur» kafesinin həyətində olarkən ünvanına nəlayiq ifadələr işlədilməsini eşidib mətbəx bıçağı ilə silahlanaraq nəlyiq ifadələrlə onu təhqir edən Məhkum2 oturduğu masaya yaxınlaşıb söyüşlərin ona ünvanlanmış olduğunu soruşmuş, Məhkum2 onu təhqir edib sifət nahiyyəsindən yumruqla vurduqdan sonra yerə yıxılmış, ayağa qalxaraq üzərinə təkrarən hər hansı bir şəxsin hücumu olmadığı halda ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına qarşı saymazlıq, vətəndaşların üzərində zor tərbiq edilməsi ilə müşayiət edilən qər əzli hərəkətlər edərək insanların mütəmadi olaraq giriş çıxışının olduğu həmin yerdə, kənar şəxslərin gözü qarşısında, onların istirahətini kobud şəkildə pozub həmin vaxt kafedə olan vətəndaşlara məhəl qoymayaraq silah qismində istifadə etdiyi bıçağı saxladığı şalvarının kəmər hissəsindən çıxarıb ünvansız nalayiq söyüşlər söyərək ilk olaraq Məhkum2 üzərinə, daha sonra isə Zərərçəkmiş şəxs üzərinə hücum edib, bıçaqla zərbə endirməyə cəhd etmiş, Zərərçəkmiş şəxs özünü hadisə yerindən götürdüyü oturacaqla müdafiə etdiyindən, daha sonra ondan uzaqlaşdığından sonunuya xəsarət yetirmədiyini görüb öz xuliqanlıq hərəkətlərinin davam etdirərək, təkrarən Məhkum2 üzərinə hücum edib sonuncunu bir dəfə bıçaqla vuraraq, ona qəsdən sağ budun 1/3 hissəsinin deşilmiş-kəsilmiş yarası kimi, dərəcəsinə görə s ağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmiş və bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq, yəni şəxslərin üzərində zor tərbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərmişdir ki, X6 yüngül cəza verilməsi ilə razı deyil. Belə ki, o, əvvəllər müxtəlif maddələrlə məhkum edilmiş, təhlükəli cinayətkardır. Onun törətdiyi əməl çox təhlükəlidir, daha ağır maddələrlə məsuliyyətə cəlb edilməli, daha ağır cəza almalıdır. Bundan əlavə, hadisə zamanı onunla birlikdə olan və onunla birlikdə köməkləşərək oğlu Məhkum2 bıçaqla xəsarət yetirmiş, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər yetirmiş digər dörd nəfər şəxs: Şahid3, Şahid6, X9 və X7 da məsuliyyətə cəlb edi lməli olduğu halda, istintaq tərəfindən onlar kənarda qalmış, Hacıqabul rayon Məhkəməsi onların məsuliyyət məsələsini həll etməmiş, cinayət işini istintaqa qaytarmamışdır. Z.Ə.Rəfıyev və digər dörd nəfər şəxs qrup halında quldurluq və hədə- qorxu ilə ondan külli miqdarda, yəni 8500 manat pul tələb etmələrinə görə də məsuliyyət daşıyırlar. Bu səbəbdən də iş yenidən istintaqa qaytarılmalı, onlar Azərbaycan Respublikası CM-in 181 və 182-ci maddələri ilə quldurluq və hədə-qorxu ilə pul tələb etməyə görə barələrində cinayət işi qaldırılmalı, məhkəməyə verilməli, öz cəzalarını almalıdırlar. Bundan əlavə cinayət işi üzrə təqsirləndirilən şəxs Ziya Rəfıyev hadisə zamanı istifadə etdiyi, oğluna xəsarət yetirdiyi soyuq silah olan bıçağı da istintaqa, məhkəməyə təqdim etməmiş, əvəzində istintaqı alda daraq mətbəx bıçağını təqdim etmişdir ki, səbəbi də ondan ibarətdir ki, soyuq silah bıçağa görə əlavə maddə və cəza verilməsin. O və oğlu Məhkum2 istintaq və məhkəmə zamanı vəsatətlər qaldıraraq Z.Rəfıyevin cinayət zamanı istifadə etdiyi əsil bıçağın tapılaraq istintaqa, məhkəməyə təqdim edilməsini tələb və xahiş etsələr də, bu vəsatətlərinə baxılmamış, heç müzakirə də edilməmişdir. İstintaqa, məhkəməyə, hadisə yerindən çəkilmiş və təqdim etdikləri disklərə baxış keçirilərsə məlum olar ki, Z.Rəfıyev həmişə üzərində gəzdirdiyi kustar üsulla düzəldilən soyuq silah hesab edilən bıçaqdan istifadə etmişdir. Oğlu Məhkum2 dəyən maddi ziyanın ödənilməsi təmin edilməlidir. Belə ki, xx.xx.2021 -ci il tarixdə Z.Rəfıyev digər 4 nəfərin - yoldaşlarının köməyi ilə oğlunu bıçaqladıqdan sonra oğluna əvvəl cə Hacıqabul rayon Xəstəxanasında tibbi yardım göstərilmiş, xəsarət ağır olduğuna görə xüsusi təcili tibbi yardım maşını ilə Bakı şəhərinə, Topçubaşov adına “Damar Cərrahiyyəsi” Eksperimental xəstəxanasına aparılmış, orada əməliyyat olunub, 8 sm uzunluğunda bud nahiyəsində damara tikiş düşmüş, 5 gün reanimasiyada qaldıqdan sonra çıxarılmış, evə gətirilmiş, Hacıqabul rayonunda xəstəxana və ev şəraitində Bakı həkimlərinin nəzarəti altında müalicə olunmuşdur ki, o indi də yeriyə bilmir, ayağında problem var, müalicəsi davam edir. Ümumilikdə oğlu Məhkum2 müalicəsi üçün ən azı 8000 manat xərc çəkilmişdir. Vəsatət və tələb irəli sürsələr də, heç bir orqanda bu işə baxılmamış, təqsirləndirilən şəxs Z.Rəfıyev və digərləri, eləcə də Z.Rəfıyevin valideynləri tərəfindən maddi ziyanları heç bir manat da ödənilməmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində cinayət işinin Apellyasiya məhkəməsinə qaytarılması, cinayətkarların cəzasını alması, daha 4 nəfər haqqında CM-in 181, 182-ci maddələr üzrə cinayət işinin qaldırılması, cinayət zamanı istifadə olunan kustar üsulla düzəlmiş bıçağın tapılıb ortaya çıxarılması, cinayət işində olan, onun adından yazılan ərizədəki imzanın ekspertizaya göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəy yən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasi ya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunlar ı normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Zərərçəkmiş şəxsin kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biri cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədədir. Bununla əlaqədar kassasiya məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 303-cü maddəsində məhkəmənin hazırlıq iclasının yekununda qəbul edil ən qərarlardan birinin- cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarın qəbul edilməsi qaydası və əsasları təsbit edilmişdir. CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Qanunvericiliyin şərh oluna n maddəsinin məzmunundan aydın olur ki, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsi məhkəmənin hazırlıq iclasının predmeti olmaqla işə mahiyyəti üzrə baxılarkən qanuni həll edilməsini qeyri-mümkün edən kobud pozuntularının aşkar olunduğu halda həll edilir. Cinayət işinin materiallarında olan Hac;qabul Rayon Məhkəməsinin 18 yanvar 2022ci il tarixli qərarından və məhkəmə iclas protokolundan görünür ki, cinayət işi üzrə göstərilən tarixdə hazırlıq iclası keçirilmiş, təqsirləndirilən şəxs Məhkum1 məhkəməyə verilmiş və məhkəmə baxışı təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında CPM-in 303-cü maddəsində təsbit olunmuş kobud pozuntular müəyyən edilməmiş, proses iştirakçıları, o cümlədən təqsirləndirilən şəxs və ya müdafiəçi, zərərçəkmiş şəx s tərəfindən cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət verilməmişdir. Demokratik, hüquqi dövlətdə ədalət mühakiməsi həyata keçirilərkən Konstitusiyanın, CPM-in, Azərbaycan Respublikasının digər qanunlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl edilməsi məhkəmələrin və cinayət prosesinin iştirakçılarının əsas vəzifəsi olmalıdır. Ədalət mühakiməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş prosessual hüquq normaları çərçivəsində həyata keçirilməli və məhkəmələr tərəfindən cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara dəqiq riayət olunmalıdır. Bununla yanaşı, kassasiya instansiyası məhkəməsi öz səlahiyyətləri çərçivəsində ədalət mühakiməsini həyata keçirən mə hkəmələrin yol verdikləri prosessual pozuntuları aradan qaldıraraq vahid məhkəmə təcrübəsini formalaşdırmalı, bununla da cinayət-prosessual normaların düzgün tətbiq edilməsinə zəmin yaratmalıdır (“Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 aprel 2012-ci il tarixli Qərarı). Hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14cü maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqla rın müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində təsbit edilmişdir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) Qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin kassasiya şikayətinin, cinayət işinin istintaq orqanına qaytarılması ilə bağlı dəlilləri hər hansı hüquqi əsasa söykənən dəlillər deyil və bu baxımdan təmin oluna bilməz. Cinayət işinin istintaq orqanına qaytarılması birinci instansiya məhkəməsində hazırlıq iclasının predmeti olmaqla həmin iclasda işə mahiyyəti üzrə baxılarkən qa nuni həll edilməsini qeyri-mümkün edən kobud pozuntular aşkar olunmamış və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs məhkəməyə verilərək cinayət işi baxılmağa təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dörd nəfər şəxsin məsuliyyətə cəlb olunması barədə dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışının hədlərinə həsr edilmiş Azərbaycan Respublikası CPM-nin 318.1ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cina yət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Eyni zamanda CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş ş əxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, CPM-in 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bu qərarında Konstitusiya Məhkəməsi belə hüquqi mövqe ifadə etmişdir ki, məhkəmələr şikayət olmadıqca sübutların qiymətləndirilməsi haqqında qərarı öz təşəbbüsü ilə ləğv etməyə haqlı deyil. Belə qərarın qüvvədə olduğu müddətdə isə məhkəmə işlərə verilən ittiham daxilində baxmalı və ittihamdan kənara çıxmamalıdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş şəxs tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hans ı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Belə yanaşma CPM-in məhkəmə baxışının hədlərini müəyyən edən 318.1-ci maddəsinin tələblərindən də irəli gəlir. Həmin müddəalara əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxılır. Qeyd olunanlar həmçinin beynəlxalq hüquqi sənədlərin müvafiq normalarından irəli gəlir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (bundan sonra - BMT) Baş Assambleyasının 29 noyabr 1985-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Məhkəmə orqanlarının müstəqilliyinə dair BMT-nin Əsas prinsipləri”nə müvafiq o laraq məhkəmə orqanlarının müstəqilliyi prinsipi məhkəmə orqanlarına hüquq verməklə yanaşı, onlardan məhkəmə araşdırmasının ədalətli aparılması və tərəflərin hüquqlarına riayət olunmasının təmin edilməsini də tələb edir. BMT-nin İqtisadi və Sosial Şurasının 1989-cu il 24 may tarixli 1989/60 saylı qətnaməsi ilə təsdiq olunmuş “Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsiplərinin effektiv həyata keçirilməsinin Prosedurları”na əsasən heç bir hakimdən onun müstəqil statusuna uyğun olmayan funksiyaların həyata keçirilməsini tələb etmək olmaz. “Hakimlərin davranışına dair Banqalor prinsipləri”ndə nəzərdə tutulmuş obyektivlik və qərəzsizlik prinsipinə müvafiq olaraq hakim öz vəzifələrinin icrası zamanı hər hansı üstüntutma hallarından, qabaqcadan formalaşmış yanlış fikirlərdən və qabaqcadan h asil olan qənaətlərdən azaddır. “Hakimlərin davranışına dair Banqalor prinsiplərinin Kommentariyası”na görə hakim işin hallarının dəqiqləşdirilməsi üçün suallar verə bilər, lakin əgər o, məhkəmə iclasının gedişinə mütəmadi müdaxilə edirsə və mülki iş üzrə icraatı praktiki olaraq öz nəzarətinə götürürsə və ya cinayət işi üzrə icraatda prokurorun rolunu yerinə yetirirsə və baxılan iş üzrə çıxarılan qərarda nəticələrə gəlmək üçün onun apardığı dindirmənin nəticələrindən istifadə edirsə, bu halda hakim həm də vəkil və şahidə çevrilir ki, bunun nəticəsində tərəflərin ədalətli məhkəmə araşdırması hüququ reallaşdırılmamış qalır. Hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14cü maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində təsbit edilmişdir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 318.2-ci maddəsi təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatət irəli sürməsi hüququnu təsbit etmişdir ki, hazırki cinayət işi ü zrə zərərçəkmiş şəxs tərəfindən aşağı instansiya məhkəmələrində belə bir vəsatət irəli sürülməmişdir. Buna görə də məhkəmə kollegiyası kassasiya şikayətinin hadisə yerində olmuş Şahid3, Şahid6, Şahid1 və Şahid7 barəsində cinayət işi qaldırılmalı olması tələbinin də əsassız hesab edir və qeyd edir ki, cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi qərarından görünür ki, qeyd edilən şəxslərin hərəkətlərinə münasibətdə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, Zərərçəkmiş şəxs həmin qərarla tanış olduqdan sonra heç bir vəsatətinin olmamasını bildirməklə qərarla tanışlıq protokolunu imzalamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən işə verilmiş ittiham daxilində baxılmış və cinayət prosessual qanunvericiliyin məh kəmə baxışının hədlərinə dair tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəymiş zərərin ödənilməsinin təmin edilməsi tələbi ilə bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs və Məhkum2 iş üzrə mülki iddiaçı kimi tanınmamış və Məhkum2 bu tələblə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Kassasiya şikayətinin zərərçəkmiş şəxs tərəfindən təqdim edilən vəsatətlərə baxılmaması və obyektiv hüquqi qiymət verilməməsi ilə bağlı dəlillərinə münasibətdə kasssasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-bir i ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə və onların məcmusuna ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum1 CM-in 127.1 və 221.3-cü maddələri ilə təqsirli bilinməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Məhkum1 təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya da münasibət bildirməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi mə hkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası təyin olunmuş cəzanın yüngül olması barədə kassasiya şikayətinin dəlillərini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, məhku m edilmiş şəxs Məhkum1 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59, 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən törətdiyi cinayət əməlini qismən etiraf etməsi, əməlindən peşman olması, öhdəsində üç azyaşlı uşağı olması, digər təqsirləndirilən şəxs Məhkum2 onun ünvanına təhqiramiz ifadələr işlətməklə, yumruqla onu vurması və davanı başlatması, dava zamanı özünün də xəsarət alması kimi cəzasını yüngülləşdirə n halların müəyyən olunması, cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmış, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edərkən onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış, ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə qanuni və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı Məhkum1 cəzasını yüngülləşdirən hər hansı bir əlavə hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkuma təyin edilmiş cəzanın yüngül olması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, yuxarıda şərh olunanlara əsasən məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddi ədalətli, qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəza larının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olu nur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməl idir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzasının həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının kassa siya şikayətinə əsasən ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-512/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-512/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver