Məhkəmə qərarları › İş №1(102)-512/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-512/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-512/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-745/2022 nömrəli, 17 oktyabr 2022-ci tarixli qərar ından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 21 avqust 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamışdır. 2. 05 may 2018-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 07 sentyabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünün guya bir ədədinin dəyəri 900 ABŞ dolları olan orijinal “İphone 6S” markalı mobil telefonların Azərbaycan Respublikası ərazisində pərakəndə qaydada satışı ilə məşğul olduğunu bildirib həmin işə pul vəsaiti yatıracağı təqdirdə hər 1000 ABŞ dollarına görə ona maya dəyərindən əlavə 75 (yetmiş) manat gəlir verəcəyini vəd edərək aldatmış, etibarından sui-istifadə edərək ondan 2016-cı ilin mart ayından 24 iyul 2016-cı il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ayrı-ayrı vaxtlarda və yerlərdə özü əlbəəl, eləcə də Şahid3 vasitəsilə, sonuncu dəfə isə 24 iyul 2016-cı il t arixdə ünvan 3 ünvanın qarşısında Şahid3 vasitəsilə 2000 ABŞ dolları olmaqla, ümumilikdə 55.500 ABŞ dolları və 900 avro pul almış, həmin pulun 18.000 ABŞ dolları və 900 avro olmaqla bir hissəsini qaytarsa da qalan, həmin dövrdə məzənnəsi 61.563,6 manat təşkil edən 37.500 ABŞ dollarını geri qaytarmayaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, nəticədə Zərərçəkmiş şəxs3 61.563,6 (altmış bir min beş yüz altmış üç manat altmış qəpik) manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, təkrarən, Zərərçəkmiş şəxs2 özünün guya bir ədədinin dəyəri 900 ABŞ dolları olan orijinal “İphone 6S” markalı mobil telefonların Azərbaycan Respublikası ərazisində pərakəndə qayda da satışı ilə məşğul olduğunu bildirib həmin işə pul vəsaiti yatıracağı təqdirdə hər 1000 ABŞ dollarına görə ona maya dəyərindən əlavə 100 (yüz) manat gəlir verəcəyini yalandan vəd edərək aldatmış, etibarından sui-istifadə edərək guya həmin işə sərf edəcəyi adı ilə ondan 07 iyun 2016-cı il tarixdə ünvan 4 ünvanın qarşısında Şahid3 vasitəsilə həmin dövrdə məzənnəsi 32.301,6 (otuz iki min üç yüz bir manat altmış qəpik) manat təşkil edən 21.500 ABŞ dolları, 10 iyun 2016-cı il tarixdən 24 iyul 2016-cı il tarixədək olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi ev 66 saylı binanın həyətində və ünvan 4 ünvanın qarşısında hissəhissə olmaqla bir neçə dəfəyə, həmin dövrdə məzənnəsi 118.873,44 (yüz on səkkiz min səkkiz yüz yetmiş üç manat qırx dörd qəpik) manat təşkil edən 75.600 ABŞ dolları pul alıb ələ keçirmiş, lakin verdiyi vədlərə əməl etməyərək ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 151.175,04 (yüz əlli bir min yüz yetmiş beş manat dörd qəpik) manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, təkrarən, Zərərçəkmiş şəxs1 özünün guya bir ədədinin dəyəri 900 ABŞ dolları olan orijinal “İphone 6S” markalı mobil telefonların Azərbaycan Respublikası ərazisində pərakəndə qaydada satışı ilə məşğul olduğunu bildirib həmin işə pul vəsaiti yatıracağı təqdirdə hər 1000 ABŞ dollarına görə ona maya dəyərindən əlavə 80 (səksən) manat gəlir verəcəyini və onu inandırmaqdan ötrü verəcəyi pulların zəmanəti olaraq ona orijinal “İph one 6S” markalı mobil telefonları girov qismində verəcəyini yalandan vəd edərək onu aldatmış, etibarından sui-istifadə edərək 13 iyul 2016-cı il tarixdə ünvan 5 ünvanda orijinal “İphone 6S” markalı mobil telefon kimi təqdim etdiyi əslində isə orijinal olmayan 59 ədəd Çin Xalq Respublikasında istehsal olunmuş, həssas təzyiqlə (sensorlu) çalışan, respublika ərazisində satışı qadağan olunmuş kontrafakt məhsullar olan, faktiki olaraq qiymətləndirilməsi aparılmayan üzərində “İphone S A 1688” yazıları olan smartfonları pul əvəzində girov qismində verməklə guya həmin işə sərf edəcəyi adı ilə Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs4 vasitəsilə həmin dövrdə məzənnəsi 78.833,43 (yetmiş səkkiz min səkkiz yüz otuz üç manat qırx üç qəpik) manat təşkil edən 50.700 ABŞ dolları və guya həmin mobil telef onları Azərbaycan Respublikasına idxal edən şəxsə verəcəyi adı ilə hər bir ədəd mobil telefona görə 20 manat olmaqla 1.180 manat, sonuncu dəfə isə 21 iyul 2016-cı il tarixdə ünvan 5 ünvanda orijinal “İphone 6S” markalı mobil telefon kimi təqdim etdiyi əslində isə orijinal olmayan 55 ədəd Çin Xalq Respublikasında istehsal olunmuş, həssas təzyiqlə (sensorlu) çalışan, respublika ərazisində satışı qadağan olunmuş kontrafakt məhsullar olan, faktiki olaraq qiymətləndirilməsi aparılmayan üzərində “İphone S A 1688” yazıları olan smartfonları pul əvəzində girov qismində verməklə guya həmin işə sərf edəcəyi adı ilə Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs4 vasitəsilə həmin dövrdə məzənnəsi 77.052,63 (yetmiş yeddi min əlli iki manat altmış üç qəpik) manat təşkil edən 49.100 ABŞ dolları pul alıb ələ keçirmiş, lakin verdiyi vədlərə əməl etməyərək, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 157.066,06 (yüz əlli yeddi min altmış altı manat altı qəpik) manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, təkrarən, Zərərçəkmiş şəxs4 özünün guya bir ədədinin dəyəri 900 ABŞ dolları olan orijinal “İphone 6S” markalı mobil telefonların Azərbaycan Respublikası ərazisində pərakəndə qaydada satışı ilə məşğul olduğunu bildirib həmin işə pul vəsaiti yatıracağı təqdirdə hər 1000 ABŞ dollarına görə ona maya dəyərindən əlavə 80 (səksən) manat gəlir verəcəyini və onu inandırmaqdan ötrü verəcəyi pulların zəmanəti olaraq orijinal “İphone 6S” ma rkalı mobil telefonları ona girov qismində verəcəyini yalandan vəd edərək onu aldatmış, etibarından sui-istifadə edərək orijinal “İphone 6S” markalı mobil telefon kimi təqdim etdiyi, əslində isə işlək vəziyyətdə olmayan istifadəyə yararsız olduğundan qiymətsiz 02 ədəd “iPhone 6S” markalı “A1688” modelli, 01 ədəd “iPhone 6S” markalı “A1700” modelli, hər birinin dəyəri 100 manat təşkil edən 13 ədəd “iPhone 6S” markalı “A1688” modelli, 01 ədəd “iPhone 6S” markalı “A1700” modelli və 01 ədəd “iPhone 6S” markalı “A1633” modelli üzərlərində olan markalanma göstəricisinə əsasən Çin Xalq Respublikasında istehsal edilmiş, həssas təzyiqlə (sensorlu) çalışan, kontrafakt smartfonları pul əvəzində girov qismində verməklə guya həmin işə sərf edəcəyi adı ilə Zərərçəkmiş şəxs4 21 iyul 2016-cı il tarixdə ün van 5 ünvanda həmin dövrdə məzənnəsi 16.634,58 (on altı min altı yüz otuz dörd manat əlli səkkiz qəpik) manat təşkil edən 10.600 ABŞ dolları və sonuncu dəfə 29 iyul 2016-cı il tarixdə eyni ünvanda həmin dövrdə məzənnəsi 8.559,54 (səkkiz min beş yüz əlli doqquz manat əlli dörd qəpik) manat təşkil edən 5.400 ABŞ dolları pul alıb ələ keçirmiş, lakin verdiyi vədlərə əməl etməyərək ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 25.194,12(iyirmi beş min yüz doxsan dörd manat on iki qəpik) manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-53/2022 nömrəli, 01 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsir li bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ibtidai istintaq dövründə həbsdə olduğu 1 (bir) gün müddətin təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib qadın olduğunu və ağır xəstəliklərdən əziyyət çəkdiyini əsas götürməklə hökmün dəyişdirilməsi və ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Hökmdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verib cinayət işinin obyektiv araşdırılmadığını, cinayətkara verilmiş cəzanın yüngül olduğunu qeyd edərək, hökmün qismən ləğv olunması, Məhkum daha ağır cəza verilməsi və tərəflərindən verilmiş mülki iddiaların təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-745/2022 nömrəli, 17 oktyabr 2022-ci tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxslərin apellyasiya şikayətləri mülki iddialarına dair hissədə qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)53/2022 nömrəli, 01 fev ral 2022-ci il tarixli hökmü mülki iddiaya dair hissədə dəyişdirilmiş, Zərərçəkmiş şəxs4 Məhkum qarşı mülki iddiasının təmin olunaraq ona dəymiş maddi zərəri təşkil edən 25.194,12 (iyirmi beş min yüz doxsan dörd manat on iki qəpik) manat məbləğin tam həcmdə Məhkum tutulub Zərərçəkmiş şəxs4 ödənilməsi, Zərərçəkmiş şəxs1 Məhkum qarşı mülki iddiasının təmin olunaraq ona dəymiş maddi zərəri təşkil edən 157.066,06 (yüz əlli yeddi min altmış altı) manat məbləğin tam həcmdə Məhkum tutulub Zərərçəkmiş şəxs1 ödənilməsi, Zərərçəkmiş şəxs3 Məhkum qarşı mülki iddiasının təmin olunaraq ona dəymiş maddi zərəri təşkil edən 37.500 (otuz yeddi min beş yüz) manat məbləğin tam həcmdə Məhkum tutulub Zərərçəkmiş şəxs3 ödənilməsi qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məh kum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində təyin edilmiş cəzanın ağır, təmin olunan mülki iddiaların isə əsassız olduğu iddia edilməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-745/2022 nömrəli, 17 oktyabr 2022-ci tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi və mülki iddiaların rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmə lər tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv ed ilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-745/2022 nömrəli, 17 oktyabr 2022-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. mə hkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, o nun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

23. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

24. Məhkəmə kollegiyası Məhkum ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

25. İş materiallarından göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hal kimi cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının orta həddində cəza müddətini seçməklə cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir.

26. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül c əzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

27. Kassasiya şikayətinin təmin olunan mülki iddialara aid hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 181.1 və 181.1.1-ci maddələrinin ümumi məzmununa görə, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır.

28. Baxılan cinayət işinin materiallarından isə görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qanunla müəyyən edilmiş qaydada məhkum və mülkü cavabdeh olan Məhkum qarşı mülki iddialarla birinci instansiya məhkəməsinə müraciət etmiş, iddialarında tələb etdikləri məbləğlər ittiham aktında məhkumun vurduğu ziyanın məbləğlər ini əks etmiş, məhkəmələr qəbul etdikləri ittiham məhkəmə aktlarında (birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən qərarı) istintaq orqanı tərəfindən məhkumun vurduğu ziyanın miqdarı olaraq qeyd etdiyi məbləğləri dəyişmədən təsdiqləmişlər. Belə olan halda, verilmiş mülki iddiaların təmin edilərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyanın zərərçəkmiş şəxslər tələb etdiyi miqdarda Məhkum tutulub onlara ödənilməsi barədə qərarın çıxarılmasında apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olmuşdur.

29. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qa ydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 1(103)-745/2022 nömrəli, 17 oktyabr 2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-745/2022 nömrəli, 17 oktyabr 2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar