Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-513/2019 05.03.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)513-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 05 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsi məhkəməsinin 19 sentyab r 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsi (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X4 və X7) 19 sentyabr 2018-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs-xx.xx.1988-ci il tarixdə********** şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsiiləbəraət verilmişdir. İşin halları: Təqsirləndirilən şəxs ittiham ona görə verilmişdir ki, küçə avaraçılığı ilə məşğul olduğu üçün 16 noyabr 2017-ci il tarixdə ünvan 2 ünvanında yerləşən Bakı Baş Polis İdarəsinə bilavasitə tabe olan Yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcrid etmə mərkəzinə gətirilərək, kişilər üçün nəzərdə tutulmuş istirahət saxlama otağında saxlanıldığı zaman, həmin tarixdə küçə avarıçılığı və tüfeyli həyat tərzi sürdüyü üçün mərkəzə gətirilmiş Zərərçəkmiş şəxs sərxoş halda səs-küy salaraq istirahət etməsinə mane olduğuna və onun yatdığı iki mərtəbəli çarpayının ikinci mərtəbəsinə qalxarkən, əli ilə ona toxunaraq oyatmasına görə aralarında yaranmış mübahisə zamanı 17 noyabr 2017-ci il tarixdə saat 03:45-də qəsdən sağlamlığa ağır zərər vurmaq məqsədi ilə Zərərçəkmiş şəxs sinə nahiyyəsinə təpiklə vurub itələyərək, iki mərtəbəli çarpayının ikinci mərtəbəsind ən yerə atmış və sonuncu həmin zərbədən yıxılaraq başı istilik sisteminin dəmir qoruyucusunun tininə və yerə dəyməsi nəticəsində hər iki gözün ağlı qişasında qansızmalar, başın sol alın, sağ gözaltı, sol gözaltı və almacıq sağ kürəküstü sağ və sol çiyin qurşağı, sol kürək, döş qəfəsinin sağ və sol yan səthləri sağ bazi, sol said və hər iki baldır nahiyyələrində zəif ifadə olunan qançırlar, sağ gözün üst qapağında, sol dirsək oynağının ön səthi, bel, sağ və sol diz oynaqlarının ön səthi nahiyyələrində sıyrıqlar və üst dodağın sağ yarısının selikli qişasında qansızma kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri, baş beyinin əzilməsi, sağ alın-təpə-gicgah-ənsə nahiyyəsində xronik subdural hematoma, baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar kimi qəsdən sağlamlığa ağır z ərər vuran bədən xəsarətləri almış, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Klinik Tibbi mərkəzinə gətirilmiş və 20noyabr 2017-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs almış olduğu ağır xəsarətlərlə birbaşa səbəbi əlaqədə olan baş beyinin əzilməsi, sağ alın-təpə-gicgah-ənsə nahiyyəsində xronik subdural hematoma, baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar səbəbindən kliniki tibbi mərkəzdə ölmüş, bununla da o, Zərərçəkmiş şəxs ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən: X10, hakimlər: X2 və X6 ibarət tərkibdə) 13 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti təmi n edilməmiş, hökm dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarın ləğv edilərək cinayət işinin yeni apelllyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının qərarında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yatmış olduğu çarpayıya qalxaraq onu oyatmasına görə sonuncunun yuxudan qəfil ayılaraq qeyri-ixtiyari, qarşısına məqsəd qoymadan, heç bir ictimai-təhlükəli əməl törətmədən, refleksiv olaraq mərhum Zərərçəkmiş şəxs itələməsi qənaətinə gəlməsi heç bir sübuta, məhkəmədə araşdırılmış cinayət işinin hallarına əsaslanmadığ ına və sübuta yetirilmədiyinə görə əsassızdır. Cinayət işinin materialları ilə sübut olunmuşdur ki, mərkəzə gətirilmiş Zərərçəkmiş şəxs sərxoş halda səs-küy salaraq istirahət etməsinə mane olduğuna və onun yatdığı iki mərtəbəli çarpayının ikinci mərtəbəsinə qalxarkən əli ilə ona toxunaraq oyatmasına görə aralarında yaranmış mübahisə zamanı 17.11.2017-ci il tarixdə saat 03:45 –də qəsdən sağlamlığa ağır zərər vurmaq məqsədi ilə Zərərçəkmiş şəxs sinə nahiyyəsinə təpiklə vurub itələyərək iki mərtəbəli çarpayının ikinci mərtəbəsindən yerə atmışdır. Məhkəmə kollegiyasının yekun qərarında Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs mübahisə etməsi, Zərərçəkmiş şəxs səs-küy salaraq orada olan şəxsləri yatmağa qoymamasının cinayət işinin materialları ilə təsdiq olunmamasını göstərməsi iş üzrə dindiril miş şahid ifadələri, cinayət işinə əlavə edilmiş cinayət hadisəsini özündə əks etdirən video görüntü və birinci instansiya məhkəməsi istintaqında tədqiq edilərək araşdırılmış sənədlərlə sübuta yetmiş hesab olunur. Təqsirləndirilən şəxs ibtidai istintaqdakı təqsirləndirilən şəxs qismində ifadəsində göstərmişdir ki, o, müvəqqəti saxlama yerinə gətirilərkən, ondan əvvəl orada 10-15 nəfər adam olmuş, adının Ç6 olduğunu sonradan bildiyi şəxs də onların arasında olmuş, içkili olduğuna görə ayaq üstə güclə dayanmış, səs-küy salaraq istirahət etmələrinə mane olmuşdur. O, otağa girəndə sağda ikinci çarpayının üstündə ikinci mərtəbədə yatmışdır. 17.11.2017 tarixdə saat 04 radələrində yatarkən Ç6in ona toxunması nəticəsində qəfil yuxudan oyanmış, Ç6in çarpayıya çıxmasına və onu yuxudan oyatmasına ə səbləşmiş və qorxmuş, hər iki ayağı ilə Ç6ə təpik vuraraq itələmiş, sonuncuya vurmasından sonra Ç6 yerə yıxılmış, orada olan digər şəxslər Ç6i qaldırmış, o isə yatmışdır. Ç6 çarpayıya çıxarkən barmağını onun gözünə vurmuş, amma xəsarət yetriməmişdir. Ç6in çarpayıya çıxmasına və yuxudan onu oyatmasına görə əsəbiləşdiyini, eləcə də qorxduğunu, digər səbəbdən hər iki ayağı ilə ona təpik vuraraq itələdiyini bildirmişdir. Bu hal şahid ifadələri ilə də təsdiq edilmişdir. Şahid ifadələri və təqsirləndirilən şəxsin özünün ibtidai istintaqdakı ifadələri ilə təsdiq edilmişdir ki, Zərərçəkmiş şəxs içkili vəziyyətdə müvəqqəti saxlama yerində səs-küy salması və orada olan digər şəxslərin istirahətinə mane olması və buna görə də orada olan şəxslər və Təqsirləndirilən şəxs tərəfindən ona bir neçə dəfə ir ad tutulmuş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yatdığı çarpayıya çıxması və yuxudan oyatmasına görə əsəbiləşdiyindən və qorxduğundan hər iki ayağı ilə ona təpik vurması öz təsdiqini tapır. Hər iki məhkəmə instansiyası qərarlarında həlledici sübut kimi məhkəmə psixoloji ekspertizasının 17.09.2017-ci il tarixli rəyini əsas götürmüş, həmin rəyi Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsində nəzərdə tutulmuş qaydada qiymətləndirməmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 13 noyabr 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Kassasiya protestinin dəlilləri məhkəmə tərəfindən Azərbaycan Respublikası CPMnin 127, 143, 144 və 145-ci maddələrinin tələblərinin pozulması, sübutların tam, hərtərəfli və obyektiv yoxlanmaması, sübutlara düzgün hüquqi qiymət verilməməsi və göstərilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədədir. Aşağıdakı əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, protestin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi bəraət hökmünü əsaslandırarkən özünün təyin etdiyi məhkəmə-psixoloji ekspertizasının 17.09.2018-ci il tarixli rəyinə istinad etmişdir. Həmin rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində “zəhmətkeşlik”, “ünsiyyətçilik”, “rəhmlilik” və “sadəlövhlük” kimi əlamətlər üstünlük təşkil edir. Təqsirləndirilən şəxs hadisə anında yuxudan qəfil ayılmaqla qeyri-ixtiyari, qarşısına məqsəd qoymadan refleksiv olaraq qıcığa qarşı hərəki cavab vermişdir. Məhkəmə hökmdə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs əsas fərdi-psixi xüsusiyyətlərinin hansılar olmasını və onun hadis ə baş verən an psixoloji mexanizminin nədən ibarət olmasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə istintaqı zamanı məhkəmə-psixoloji ekspertiza təyin etmişdir. Lakin, birinci instansiya məhkəməsi məhkəmə-psixoloji ekspertiza təyin edərkən cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış 26.02.18-ci il tarixli məhkəmə-psixoloji ekspertizanın rəyinin olmasını nəzərə almamış və həmin rəyi məhkəmə iclasında müzakirə etməmişdir. İbtidai istintaq zamanı alınmış məhkəmə psixoloji ekspertizasının rəyi mövcud olduğu halda həmin rəyin hansı nəticələri ilə razılaşmadığını göstərmədən, həmin rəy barədə müdafiə və ittiham tərəflərinin mövqeyini öyrənmədən, yenidən demək olar ki, oxşar suallarla yeni məhkəmə-psixoloji ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası CPM- nin 267.1 və 267.2-ci maddələrinə əsasən qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair müstəntiqin əlavə sualları yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün həmin və ya başqa ekspert tərəfindən əlavə ekspertiza aparılır. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. İbtidai istintaq zamanı alınmış 26.02.18-ci il tarixli məhkəmə-psixoloji ekspertizanın rəyində göstərilir ki: 1.Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur;
2. Təqsirləndirilən şə xs cinayət əməlini törədərkən psixi-emosional sferasında hər hansı bir dəyişiklik (stress, nevrotik hal, psixi-emossional gərginlik, güclü həyacan və s.) yaranmamışdır;
3. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kif ayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Baxılan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin kollegiyası 26.02.18-ci il tarixli məhkəmə-psixoloji ekspertizanın rəyini diqqətdən kənarda qoymaqla Azərbaycan Respublikası CPM-nin 144-cü və 145-ci maddələrinin müəyyən etdiyi qaydanı pozmuşdur. Ümumiyyətlə məhkəmə təcrübəsində və hüquq ədəbiyyatında, nə də qanunvericilikdə “yuxudan qəfil ayılmaqla qeyri-ixtiyari, qarşısına məqsəd qoymadan refleksiv olaraq qıcığa qarşı hərəki cavab verdiyinə görə” cinayət törətmiş şəxsin əməlində cinayət tərkibinin olmaması və ona bəraət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsində cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Eləcə də Azərbaycan Respublikası CM-nin 122-ci maddəsində zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə cinayət tərkibi nəzərdə tutulmuşdur. Məhkəmə Təqsir ləndirilən şəxs zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə törətməsinə dəlalət edən kifayət qədər sübutların mövcudluğu nəticəsinə gəlirdisə onda bunu hökmdə əks etdirməklə onun əməlini Azərbaycan Respublikası CM-nin 122-ci maddəsinə tövsif etməli idi və ya bu vəziyyəti Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi nəzərə ala bilərdi. Bu zaman nəzərə alınmalıdır ki, yuxarıda göstərilən 26.02.18-ci il tarixli məhkəməpsixoloji ekspertizanın rəyinə görə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin kollegiyası cinayət işi üzrə məhkəmə-psixoloji ekspertizaların rəylərini tam, hərtərəfli və obyektiv araşdırmadan Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixoloji vəziyyəti üzrə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi də həmin hökmü dəyişdirilmədən saxlanmışdır. Bundan başqa cinayət işinin materiallarından müəyyən edilir ki, məhkəmə digər sübutları tədqiq edərkən də səhvə yol vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ç6 və adını bilmədiyi digər tüfeyli şəxs içkili olduqlarından səs-küy saldıqlarından mən və digər şəxslər onlara sakit olmalarını yatmağa şərait yaratmalarını deyirdik. Amma onlar özözlərinə danışıb səs salırdılar. Mən otağa girəndə sa ğda ikinci çarpayının üstündə ikinci mərtəbədə yatmışdım. 17.11.2017-ci il tarixdə saat 04 radələrində yatarkən Ç6in mənə toxunması nəticəsində oyandım onun çarpayıya çıxmasına və yuxudan məni oyatmasına əsəbləşdim və qorxdum, hər iki ayağımla ona təpik vuraraq itələdim, mənim onu vurmağımdan sonra Ç6 yerə yıxıldı. Daha sonra onu yerdən qaldırdılar. Mən də yatdım. Ç6 sizə xəsarət yetirmişdirmi sualına cavab verərkən göstərmişdir ki, sadəcə barmağını gözümə vurmuşdu, amma xəsarət yetirməyib. Təqsirləndirilən şəxs məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, 17.11.2017-ci il tarixdə saat 04 radələrində yatdığım vaxt gözümə nəyinsə soxulduğunu hiss edib və nəyinsə də üstümdə olduğunu görüb anidən yuxudan oyanıb hər iki ayağımla itələdim. Bundan sonra yuxudan ayılıb çarpayıdan aşağıya baxdı qda yerə yıxılanın insan olduğunu gördüm. Suallara cavab verərkən göstərmişdir ki, Ç6i öldürmək niyyəti olmayıb, yuxudan ani oyandığım və qorxduğum üçün təpiklə itələmişəm. Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyət olsa da ibtidai istintaqdakı ifadəsi elan edilib məhkəmə iclasındakı ifadəsi ilə tutuşdurulmamışdır. Bununla da CPM-nin 144-145-ci maddələrinin tələbinə əməl edilməmişdir. Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri və cinayət işinin digər materialları üzrə onun əməlində iradəvi hərəkətlərin, qisas almaq niyyəti ilə qəsdən törədilən hərəkətlərin əlamətlərinin olması tam, hərtərəfli və obyektiv yoxlanmamış və düzgün hüquqi qiymət verilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasındakı hadisə ərəfəsində və hadisədən sonrakı T əqsirləndirilən şəxs öz əməlinə münasibəti, bunu əks etdirən cinayət işinin materiallarında olan vüdeogörüntülər də nəzərə alınmamışdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 № -li 12 dekabr 2002-ci il tarixli qərarının 1-ci bəndində izah edilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda Apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Res publikası CPM-nin 392.1.1ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş pozuntula rı araşdırıb aradan qaldırmamış, cinayət işi üzrə toplanmış sübutların və törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirləri görməmiş, zərərçəkmiş şəxsin ölümü ilə nəticələnmiş cinayət işinə düzgün hüquqi qiymət verməmişdir. Təqsirləndirilən şəxs hərəkətləri ilə zərərçəkmiş şəxsin ölümü arasında səbəbi əlaqənin olmasını təsdiq edən cinayət işinin materiallarında kifayət qədər sübutlar, o cümlədən məhkəmə tibb ekspertizasının rəyi də mövcuddur. Onun hərəkətlərində zəruri müdafiə və son zərurət əlamətlərinin olmasına dəlalət edən sübutlar mövcud deyildir və məhkəmələr də belə nəticələrə gəlməmişdir. Beləliklə Təqsirləndirilən şəxs tərəfindən cinayətin subyektiv cəhətinə, yəni əməlin qəsdən, güclü ruhi həyəcan (affekt) vəziyyətində və ya ehtiyyatsı zlıqdan törədilməsinə düzgün hüquqi qiymət verilməlidir. Cinayət işinin materiallarında mövcud olan Təqsirləndirilən şəxs ittihamedici sübutlar kifayət qədər araşdırılmadan, onlara qanuna müvafiq hüquqi qiymət verilmədən onun barəsində bəraət hökmü çıxarılması əsassız olduğundan kassasiya protestinin dəlilləri əsaslı hesab edilir və ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tut araq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi həmin məhkəmədə yeni apellysiya baxışına təyin edilsin. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov