Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-513/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 1(106)-734/2022 nömrə li qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ.İşin halları: Məhkum2 02 mart 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2 İran İslam Respublikasına qanunsuz yolla getmək məqsədilə 30 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Azərbaycan Respublikası vətəndaşı Məhkum1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sə rhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonu ərazisində yerləşən 18-ci sərhəd zastavanın xidməti ərazisindən Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçməyə cəhd edərkən sərhəd naryadı tərəfindən saxlanılmış, bununla da o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bundan başqa, 30 oktyabr 2021-ci il tarixdə Məhkum2 idarə etdiyi **-TP-*** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” markalı avtomobilə baxış keçirilən zaman sonuncuya məxsus olan bir ədəd əl çantasının içərisindən Məhkum2 naməlum vaxtda, naməlum şəraitdə və naməlum şəxslərdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə təmiz halda çəkisi 0,184 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür. 3.Füzuli Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 1(064)-22/2022 nömrəli hökmü ilə Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilmiş, Azərbaycan Respublikası CM-nin 29, 318.3-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 4.Hökmdən dövlət ittihamçısı kassasiya protesti, təqsirləndirilən şəxs Məhkum2 tərəfindən apellyasiya şikayəti verilmişdir. 5.Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci tarixli, 1(106)-734/2022 nömrəli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Füzuli Rayon Məhkəməsinin Məhkum2 barəsində 05 iyul 2022-ci il tarixli, 1(064)-22/2022 nömrəli hökmü apelyasiya şikayəti və ap ellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 6.Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 1(106)-734/2022 nömrəli qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən kassasiya protesti verilmişdir. İİ. Kassasiya protestinin dəlilləri 7.Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eyni olmuş, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkəmələr Azərbaycan Respublikası CPM-nin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həm in maddə ilə bəraət verməklə əsassız və qanunsuz qərar qəbul etmişlər. 8.Belə ki, iş materiallarından göründüyü kimi, Məhkum2 məhkəmədə yalnış, işin faktiki hallarına uyğun gəlməyən xüsusatlar göstərərək cinayət məsuliyyətindən yaxa qurtarmaq və özünümüdafiə xarakterli ifadələr verməsi öz təsdiqini tapır.Hər iki instansiya məhkəməsinin yekun qərarlarından görünür ki, məhkəmə tərəfindən ümumiyyətlə Məhkum2 ibtidai istintaqda verdiyi həmin ifadəyə və toplanılmış materiallara heç bir əhəmiyyət verilməyərək, ibtidai istintaq orqanı tərəfindən toplanılmış sübutlar tərif edilərək, əsassız, ədalətsiz və qeyri-obyektiv nəticəyə gəlmişlər. 9.Bundan başqa, məhkəmə baxışlarında özünü təqsirli bilməyən Məhkum2, ibtidai istintaq dövründə CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməməsinin səbəbini D SXin əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə izah etməsini məhkəmə dərhal qəbul edib, digər sübutlarla müqayisə etməmişdir.Halbuki, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Məhkum2 ibtidai istintaq zamanı fiziki təzyiqə məruz qalmasından heç bir şikayət etməmiş, barəsində qətimkan tədbiri seçildiyi zaman, yəni prokurorluğun nümayəndəsi və məhkəmə qarşısında olduğu zaman fiziki təzyiqə məruz qalması səbəbindən CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsi barədə heç bir şifahi və yazılı müraciət etməmişdir. 10.Bundan əlavə məhkəmə nəzərə almamışdır ki, məhkəmə-narkoloji ekspertizasının rəyindən göründüyü kimi, Məhkum2 kannabinoidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar ol unur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.Buna baxmayaraq hər iki instansiya məhkəmələri Məhkum2 psixotrop maddələrinin qəbulu nəricəsində narkomaniya xəstəliyindən əziyyət çəkməsi ilə yanaşı idarə etdiyi avtomobildə psixotrop maddə metamfetaminin aşkar edilməsini də, onun CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair sübut kimi qəbul etmək istəməyərək, yekun qərarlarını əsaslandırmadan, güya onun “fiziki təzyiqə məruz qalaraq CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilməsi”nə dair heç bir mötəbər sübut təqdim etməyən Məhkum2 öz müdafiəsi üçün irəli sürdüyü digər dəlilləri, o cümlədən avtomobillə baxış və ya axtarış keçirilməsində iştirak etməməsi, həmin avtomobildən n arkotik maddə çıxarmasından onun xəbəri olmaması, onun avtomobilində psixotrop maddəsinin olmaması barədə ifadəsini əsas tutaraq Məhkum2 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini sübuta yetirilməmişkimi qəbul etmişlər. 11.Beləliklə,bu hallar bir daha onu təsdiq edir ki, ibtidai istintaq orqanı Məhkum2 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair qənaətinə gəlməsini həm iş üztə toplanılmış mötəbər sübutlarlara, həm də daxili inamına əsaslanaraq onu CM-in 234.1-ci maddəsində də nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. 12.Kassasiya protestində göstərilənləri nəzərə alaraq cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərə k Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir. Hüquqi məsələlər 13.Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. 14.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edil ən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 15.Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 16.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəy yən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Dövlət ittihamçısı kassasiya protestində məhkəmənin Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə ona həmin maddə ilə bəraət verməklə əsassız və qanunsuz qərar qəbul etdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərt ləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. 18.Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 19.Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqs irləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 20.Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). 21.Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulm uş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. 22.Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CinayətProsessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
23. Azərbaycan R espublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 24.Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir ed ilir.
25. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.
26. Kassasiya protestində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər han sı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
27. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baxış və ya axtarış istintaq hərəkətində hal şahidi kimi cəlb edilmiş Ş.Kərimov və O.Əlimərdanov hadisə baş verən vaxt təqsirləndirilən şəxsləri bilavasitə saxlayan DSX N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının hərbi qulluqçuları S.İbrahi mli və R.Bəşirovla birlikdə hərbi xidmətdə olmaqla tabelilik və xidməti asılılıq münasibətlərində olmuşlar və hətta təqsirkar şəxslərin saxlanılmalarında iştirak etmişlər. Məhkəmə, həmçinin hesab etmişdir ki, bu hal şahidlərinin məhkəmə istintaqı zamanı dəqiq olmayan və hətta bir-birinə ziddiyyətli ifadələr vermələri bu şahidlərin obyektiv və qərəzsiz olmalarına əsaslı şübhələr yaradır və həmin şahidlər işin nəticəsində maraqlı olmayan şəxslər hesab edilə bilməz.
28. Kassasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi və apelyasiya məhkəməsinin razılaşdığı işin bu faktiki hallrı və məhkəmələr tərəfindən gəlinən qənaəti əsaslı və qanuni hesab edir.
29. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bu şahidlər hətta işin nəticəsində maraqlı olmasalar da belə, onların verdikləri bu qeyri-müfəssəl ifadələr Məhkum2 CM-in 234.1-ci maddəsi ilə təqsir bilinməsinə dəlalət etmir. Belə ki, baxış keçirilmiş avtomobil gümüşü rəngdə olduğu halda şahidlərin ikisi də avtomobilin qırmızı rəngdə olduğunu, bir şahid baxışın gündüz vaxtı, digər şahid isə qaranlıq vaxtı aparıldığını, bir şahid təqsirləndirilən şəxsin (avtomobilin sahibinin) özünün də avtomobilə baxışda iştirak etdiyini, digər şahid isə iştirak etmədiyini bildirmişdir. Hər iki hal şahidi narkotik vasitənin tərəzidə çəkilməsini və qablaşdırılmasını görmədiklərini bildirmişlər. Bütün bu hallar isə onu deməyə əsas verir ki, aparılmış baxış və ya axtarış adlandırılan bu istintaq hərəkətində əslində hal şahidləri və eləcə də avtomobilin sahibi təqsirləndirilən şəxs Məhkum2 özü də iştirak etməmiş və xx.xx.2021-ci il tarixli protokol sonradan real olmayan vəziyyətdə tərtib edilərək adı qeyd olunan şəxslərə imzalatdırılmışdır. Hazırkı cinayət işi üzrə Məhkum2 avtomobilinə baxış və ya axtarış keçirilməsində hal şahidlərinin iştirak etməməsini təsdiq edən yuxarıda qeyd edilən sübutlara məhkəmə hüquqi qiymət verərək belə qənaətə gəmişdir ki, ümumiyyətlə avtomobilə baxış keçirilməsində hal şahidlərinin iştirak etmələri sübuta yetirilmir və həmin protokol sonradan formal olaraq tərtib olunmaqla imzalanmışdır.
30. Kassasiya məhkəəsi qeyd edir ki, birinci instansiya məhkəməsinin işin faktiki halları ilə əlaqədar gəldiyi nəticə cinayət işinin materialları üzrə əks olunmuş sübutlara öz təsdiqini tapır və mübahisə doğurmur. 31.Beləliklə, iş materiallarında olan məhkəmə qərarlarının tədqiqi belə nəticəyə gəlməyə imkan ver ir ki, hazırki kassasiya protestində irəli sürülən bütün dəlillər aşağı instansiya məhkəmələri tərəfindən ətrafı araşdırılmış, onlar geniş şəkildə təhlil edilmiş və məhkəmələrin gəldiyi nəticələr istər Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyi, istərsə də işin hallarına aid Avropa Məhkəməsinin qərarlarında əks edilmiş müvafiq hüquqi mövqeyinə əsaslanmaqla yetərli dərəcədə təsvir edilmişdir. 32.Əlavə olaraq, aşağı instansiya məhkəmələrinin ibtidai istintaq dövründə əldə edilmiş şahid ifadələri ilə müqayisədə şahidlərin məhkəmə istintaqı dövründə verdiyi ifadələrinə üstünlük vermələri ilə bağlı kassasiya protestinin dəlillərinə münasibətdə məhkəmə Avropa Məhkəməsi yanaşmasına istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, çəkişmə əsasında aparılan ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, ittiham tərəfinin təqdim etdiyi şahidin məhkəməyədək dövrdə aparılmış dindirmə protokolu ilə müqayisədə məhkəmələr daha çox sonuncunun bilavasitə onlar qarşısında iclasda verdiyi ifadəsinə əhəmiyyət versinlər. Digərləri ilə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, ibtidai istintaq dövründə dindirmə nəticəsində əldə edilmiş ifadə ittiham tərəfinin məhkəmədə ittihamı müdafiə etmək üçün toplanılan məlumatların hissəsini təşkil edir, məhkəmə istintaqını aparan tribunalın vəzifəsi isə müttəhimin təqsirinin məhkəmədə faktiki olaraq təqdim edilmiş bütün sübutların bilavasitə tədqiqinə əsaslanan ədalətli qiymətləndirmə nəticəsində müəyyən edilməsindən ibarətdir (Hüseyn və Digərləri Azərbaycana qarşı, № 35485/05 və s., § 211, 26 iyul 2011). 33.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin qəbul etdiyi bir çox qərarlarında müəyyən edilmişdir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmeti yalnız hüquqi məsələlər olduğu kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmamışdır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020). 34.Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində qaldırılan iddialardan fərqlənmir, kassasiya protestinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Məhkəmə kollegiyası bu halı kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və bir daha qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya protestində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr protest müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya də yişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan, apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. 35.Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:. Məhkum2 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 1(106)-734/2022 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.