Məhkəmə qərarları › İş №1(102)-513/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-513/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-513/2024 05.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmü ilə Məhkum Azərb aycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Carçalova Nuranə Həsrət qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmü ilə (hakimlər İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum, xx xxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərk əzində kiçik tibbi qardaşı vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, CM-nin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 126.2.1, 126.2.3, 126.2.4-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə, CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq olunması ilə müşaiyət edilən silah qismində istifadə olunan əşyadan istifadə edilməklə qərəzli xuliqanlıq hərəkətləri törətməklə xuliqanlıq etmiş, qabaqcadan əlbir olub bir qrup şəxslə, xususi amansızlıqla, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Məhkum müəyyən edilməmiş iki nəfər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 12 iyul 2021-ci il tarixdə saat 21 radələrində qonşusu Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsində fərdi tikilmiş evinə gələrək, qeyri-rəsmi nikahda olduğu X7 evin həyətlərində mütəmadi səs-küy saldığından irad tutmasını cüzi səbəb kimi bəhanə edərək, müəyyən edilməyən iki nəfər şəxslə bir qrup şəxs halında əsaslı səbəb olmadan öz şəxsiyyətini dig ər şəxslərin şəxsiyyəti fövqündə qoyub, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs uca səslə nalayiq sözlərlə təhqir edib, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, ətrafdakıların gözü qarşısında cəmiyyət üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib xuliqanlıq edərək, müəyyən olunmamış iki nəfər şəxsin köməyi ilə onların Zərərçəkmiş şəxs müqavimət göstərməməsi üçün qollarından tutmasından istifadə edib Zərərçəkmiş şəxs yumruqla çənə nahiyəsindən zərbələr endirərək xuliqanlıq hərəkətlərini xususi qərəzli formada davam etdirib, orada olan sonuncunun oğlu – xx xxxx 2013-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Şahid10 gözü qarşısında həmin hərəkətləri ilə sonuncuya əzab verdiyini dərk edərək silah qismində istifadə etdiyi naməlum bərk predmetdən istifadə etməklə alın nahiyəsindən zərbə endirməklə alın sümüyünün yerini dəyişən basılmış-qəlpəli sınığı kimi nəticələnmiş bədən xəsarətləri yetirməklə qabaqcadan əlbir olan bir qrup şəxslə, xususi amansızlıqla, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuş, bununla kifayətlənməyərək hərəkətlərini inadla davam etdirib zərbələri nəticəsində yerə yıxılmış Zərərçəkmiş şəxs həmin ünvanda yerləşən “Humay” marketin qarşısına qədər yerlə sürüyərək, əl və ayağı ilə vuraraq ona baş beyin silkələnməsi, alın nahiyəsinin dərialtı he matoması, alın, ənsə nahiyələrinin əzilmiş yaraları, sol yuxarı İ, İİ dişlərinin tac hissəsinin travmatik qopması, həmin səviyyədə üst dodağa qansızma kimi qəsdən sağlamlığa yüngül zərər vuraraq və bədənin çoxsaylı sıyrıqları ilə nəticələnən sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimov Anar Firdovsi oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Talışinski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə) 16 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi N.H.Carçalova kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsin xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının 26 və 28-ci maddələrinə, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) bir çox maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3 və 6-cı maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının bəzi Qərarlarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırımış sübutlara, habelə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi N.H.Carçalova kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış və cinayət işində olan ziddiyyətli sübutlara əsaslanaraq Məhkum cinayət tərkibinin olması müəyyən edilməyən əməllərə görə təqsirli bilinməsi barədə nəticəyə gəlmişlər. Müdafiəçinin fikrincə, Məhkum şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı özünü və qeyri-rəsmi həyat yoldaşını müdafiə etmək üçün Zərərçəkmiş şəxs vurub ona xəsarətlər yetirmişdr. Belə ki, araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs əlindəki bıçaqla onların üzərinə gəlmiş, bu vaxt Məhkum özünü itirmiş, Zərərçəkmiş şəxs X7nı bıçaqla vurduqdan sonra onu da bıçaqla vuracağını fikirləşib yerdən götürdüyü daş parçasını ona ataraq bununla özünü və birlikdə yaşadığı qadını müdafiə etmişdir. Məhkəmələr isə bu hallara düzgün qiymət verməyib Məhkum özünü müdafiə vəziyyətində olmasını nəzərə almamış və sonuncunun barəsində yekun məhkəmə aktları qəbul edərkən yalnız zərərçəkmiş Zərərçəkmiş şəxs həqiqətə uyğun olmayan və ziddiyyətli ifadələrinə əsaslanmışlar. Müdafiəçi həmçinin qeyd etmişdir ki, Məhkum hadisə vaxtı xulinanlıq cinayətini də törətməmiş, 12 iyul 2021-ci il tarixdə onunla Zərərçəkmiş şəxs arasındakı münaqişə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zəminində baş vermiş, bu mübahisənin təşəbbüskarı isə zərərçəkmi ş şəxs özü olmuşdur. Bütün şərh olunanlar ona dəlalət edir ki, özünümüdafiə vəziyyətində olaraq Zərərçəkmiş şəxs xəsarətlər yetirmiş Məhkum əməllərinə münasibətdə maddi hüquq normaları düzgün tətbiq edilməmiş və onun əməllərində hər hansı cinayətin tərkib əlamətlərinin olmamasına baxmayaraq o, əsassız olaraq məhkum edilmişdir. Yuxarıda təsvir edilmiş dəlillərə əsaslanaraq müdafiəçi N.H.Carçalova onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında bütün proses iştirakçıları, o cümlədən Məhkum, onun müdafiəçisi N.H.Carçalova və Zərərçəkmiş şəxs qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək istəməsi arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali M əhkəməyə müraciət etməmiş, onun müdafiəçisi N.H.Carçalova səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyinə görə kassasiya şikayətinə baxılmasının təxirə salınmasını xahiş etsə də, öz müraciəti ilə əlaqədar hər hansı təsdiqedici sənədi məhkəməyə təqdim etməmiş, Zərərçəkmiş şəxs isə məhkəməyə naməlum səbəblərdən gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, onun müdafiəçisi N.H.Carçalovanın və Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmə nin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum müdafiəçisi N.H.Carçalovanın kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi həmin şikayətində işə baxmış məhkəmələr tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina olunmasını, Məhkum elan olunmuş ittiham üzrə təqsirli olmasına dair əldə olunmuş sübutlara düzgün hüquqi qiymət verilmədiyini, yolverilməz sübutlar əsasında əməlində hər hansı cinayətin tərkib əlamətlərinin olması müəyyən edilməmiş sonuncunun əsassız olaraq məhkum olunmasını iddia edərək kassasiya tələbini CPM-nin 416.1.1-416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3 və 416.1.6-cı maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sü butlar təşkil etdikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçi N.H.Carçalovanın kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutla rın mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkə mə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etmə yə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhk əməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hü quqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezum psiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirli liyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldır ılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” A vropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-nin 3-cü maddəsində təsbit edilmi şdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddə sinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə y etirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədal ətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsu siyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibini n və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcbur iyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu M əcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi itt iham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin s übutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törə dilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktı nın və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5-ci maddəsind ə göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmi ş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılma sı üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddə lərinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı k imi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Ci nayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm pr insiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə b ağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudo v Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və a pellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və töbvsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsi yə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Milli qanunvericiliyin və beynəlxalq müqavilələrin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsi nin hüquqi mövqelərindən, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək kassasiya şikayətinin dəlillərinə cavab verilməsi, habelə CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına düzgün əməl edilib-edilməməsinin yoxlanılması üçün məhkəmə kollegiyası Məhkum barəsindəki cinayət işinin materiallarına, o cümlədən həmin iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla müəyyən edilmiş hallara müraciət edərək onları təhlil etməyi zəruri bilir. Müdafiəçi N.H.Carçalovanın kassasiya müraciəti ilə əlaqədar Məhkum barəsindəki cinayət işinin, o cümlədən həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, Məhkum qarşı irəli sürül müş ittiham və onun barəsindəki birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı əsasən Zərərçəkmiş şəxs, onun yaxın qohumlarının digər sübutlarla ziddiyət təşkil edən ifadələrinə əsaslanmış, bu ziddiyyətlər ibtidai araşdırma orqanı kimi məhkəmələr tərəfindən də aradan qaldırılmamış, buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə iş üzrə heç bir araşdırma aparmamış, sübutların bir hissəsinə üstünlük vermələrini, digər hissəsinin isə qəbul edilməməsini kifayət qədər, inandırıcı şəkildə əsaslandırmamışlar. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, 12 iyul 2021-ci il tarixdə baş vermiş hadisənin əsasını ilk olaraq Məhkum hər hansı qanuna zidd hərəkəti deyil, Zərərçəkmiş şəxs X7 sonuncu yaşadığı evdə uca səslə nalayiq ifadələr iş lətməsinə görə irad bildirməsi təşkil etmiş və bu hal məhkumun təqsirli bilindiyi ittiham da əksini tapmışdır. Belə ki, Məhkum ona qarşı ibtidai araşdırma orqanı tərəfindən CM-nin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, müəyyən edilməmiş iki nəfər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 12 iyul 2021-ci il tarixdə saat 21 radələrində qonşusu Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsində fərdi tikilmiş evinə gələrək, qeyri-rəsmi nikahda olduğu X7 evin həyətlərində mütəmadi səs-küy saldığından irad tutmasını cüzi səbəb kimi bəhanə edərək, müəyyən edilməyən iki nəfər şəxslə bir qrup şəxs halında əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti föv qündə qoyub, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs uca səslə nalayiq sözlərlə təhqir edib, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, ətrafdakıların gözü qarşısında cəmiyyət üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib xuliqanlıq edərək, müəyyən olunmamış iki nəfər şəxsin köməyi ilə onların Zərərçəkmiş şəxs müqavimət göstərməməsi üçün qollarından tutmasından istifadə edib Zərərçəkmiş şəxs yumruqla çənə nahiyəsindən zərbələr endirərək xuliqanlıq hərəkətlərini xususi qərəzli formada davam etdirib, orada olan sonuncunun oğlu – xx xxxx 2013-cü il t əvəllüdlü yetkinlik yaşına çatmayan Şahid10 gözü qarşısında həmin hərəkətləri ilə sonuncuya əzab verdiyini dərk edərək silah qismində istifadə etdiyi naməlum bərk predmetdən istifadə etməklə alın nahiyəsindən zərbə endirməklə alın sümüyünün yerini dəyişən basılmış-qəlpəli sınığı kimi nəticələnmiş bədən xəsarətləri yetirməklə qabaqcadan əlbir olan bir qrup şəxslə, xususi amansızlıqla, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuş, bununla kifayətlənməyərək hərəkətlərini inadla davam etdirib zərbələri nəticəsində yerə yıxılmış Zərərçəkmiş şəxs həmin ünvanda yerləşən “Humay” marketin qarşısına qədər yerlə sürüyərək, əl və ayağı ilə vuraraq ona baş beyin silkələnməsi, alın nahiyəsinin dərialtı hematoması, alın, ənsə nahiyə lərinin əzilmiş yaraları, sol yuxarı İ, İİ dişlərinin tac hissəsinin travmatik qopması, həmin səviyyədə üst dodağa qansızma kimi qəsdən sağlamlığa yüngül zərər vuraraq və bədənin çoxsaylı sıyrıqları ilə nəticələnən sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Məhkum ona elan olunmuş ittiham üzrə törətdiyi əməlləri həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən gah qabaqcadan əlbir olmuş bir qrup şəxslə, gah da bir qrup şəxslə naməlum predmetdən istifadə etməklə xuliqanlıq niyyəti ilə, habelə xüsusi amansızlıqla zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurma ilə yanaşı həm də onun ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi qiymətləndirilsə də bu nəticənin həm araşdırılmış bir çox sübutlarla müəyyən edilmiş işin faktiki halları ilə, həm də xuliqanlıq cinayətinə aşağıda verilən təfsirlə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətə verdiyi şərhlə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin cinayətlə bağlı məhkəmələrə ünvanlandığı izah və tövsiyələrlə uzlaşmadığı müəyyən edilir. Bu qənaəti ilə əlaqədar məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nə edilmiş dəyişikliyə görə, CM-nin 221.3-cü maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Bu Məcəllənin 221.1-ci və ya 22 1.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Göründüyü kimi, CM-nin 221.3-ci maddəsinin mənasına görə, şəxsin bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi, yəni əməlin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə qərəzli xuliqanlıq kimi qiymətləndirilməsi üçün birinci növbədə onun CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməsi müəyyən edilməlidir. Belə ki, xuliqanlıq cinayətinin tərkib əlamətləri nəzərdə tutulmuş CM-nin 221.1-ci maddəsinə əsasən, xuliqan lıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssi sə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyə tə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddə ləri ilə tövsif olunmalıdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 fevral 2006-cı il tarixli və 20 may 2011-ci il tarixli Qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004cü il tarixli Qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsi zliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgə yaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, hab elə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozm alıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli Qərarının 1-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud z ədələnməsi ilə müşayiət edildiyi hallarda onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Bu Qərarın 2 və 3-cü bəndlərində məhkəmələrə izah edilmişdir ki, CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedik də isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhin ə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmçinin təhlil edilən Qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qay danın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətind ə təqsirli bilinə bilməz. CM-nin 126.2.4-cü maddəsində də xuliqanlıq niyyətilə sağlamlığıa qəsdən ağır zərər vurmaya görə məsuliyyət nəzərdə tutulduğundan məhkəmə kollegiyası hesab edir ki, bu izah həmçinin şəxsn həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi zamanı da nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 30-cu bəndində qeyd edilir ki, CM-nin müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-nin 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərərçəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək mümkün olsun. Hazırki iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların, o cümlədən Məhkum barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmünün və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının kassasiya qaydasında mübahisələndirilən 16 iyun 2023 -cü il tarixli qərarının yuxarıda təsvir edilənlərlə müqayisəli təhlili göstərir ki, 12 iyul 2021-ci il tarixdə baş vermiş münaqişənin kökündə Zərərçəkmiş şəxs Məhkumlə ər-arvad münasibətlərində olduğu Şahid11 sonuncunun öz yaşadığı evində uca səslə söyüş söyməsinə görə (bu hal ümumiyyətlə nə ibtidai araşdırma orqanı, nə də ki məhkəmələr tərəfindən aydınlaşdırılmamış və həmin xüsusat üzrə hər hansı araşdırma aparılmamışdır) irad bildirərək məhz onların bu zəmində mübahisə etmələri dayanmış (bunu Zərərçəkmiş şəxs də inkar etməmişdir) və həmin vaxt Zərərçəkmiş şəxs özü təkidlə Məhkum gəlib mübahisəyə aydınlıq gətirilməsini tələb etmişdir. Yalnız bundan sonra Şahid11 Zərərçəkmiş şəxslə mübahisələri olduğunu, sonuncunun onu təhqir etməsini Məhkum bildirərək onun evə gəlməsini xahiş etmiş, sonu ncu da dostu X4 ilə birlikdə oraya gəlmişdir. Həmçinin araşdırılmış sübutlara görə, Məhkumla Zərərçəkmiş şəxs arasında münaqişə küçədə baş versə də, istər ibtidai araşdırma orqanı, isərsə də məhkəmələr həmin vaxt ictimai qaydanın pozulması ilə bağlı heç bir halı araşdırmamış, həmin halların müəyyən edilməsi üçün münaqişədə bu və ya digər şəkildə iştirak etmiş şəxslərdən başqa həmin vaxt hadisə yerində olmuş şəxslərin yalnız bir qsmi dindirilmiş, o cümlədən Məhkum qəsdinin Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə yanaşı həm də ictimai qaydanın pozulmasına və cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətləri etməyə də yönəlməsi, zor tətbiq etmə cinayətini xuliqanlı niyyəti ilə və ya başqa niyyətlə, yaxud hər hansı digər səbəbdən və motivlə törətməsi aydınlaşdırılmamışdır. Eyni zamand a, zərərçəkmiş şəxsin, onun yaxın qohumlarının və onun ailəsinə yaxın olan şəxin (Şahid4) ifadələrindən başqa toplanmış və araşdırılmış digər sübutlarla Məhkum başqa şəxslərlə birlikdə qrup təşkil etməsi, gücünü nümayiş etdirərək qalmaqal salmağa meyillik göstərməsi, səs-küy salması, yaxud da ictimai yerdə- küçədə nalayiq ifadələr işlətməsi və, ən əsası, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas alması və ittiham olunduğu cinayətdən də ağır cinayəti törətmək niyyətində olaraq buna cəhd etməsi müəyyən edilmir. Hadisənin sonradan hansı şəraitdə baş verməsinə dair sübutların təhlili göstərir ki, həmin sübutlarla müəyyən edilmiş hallar üzrə kifayət qədər ziddiyyətlər olmasına baxmayaraq həmin ziddiyyətlər aparılmış istintaq hərəkətləri (əsasən məhkumun, zərər çəkmiş şə xsin və ittiham aktında adlaı məhkəməyə çağırılmalı olan şəxslərin siyahısında göstərilmiş şahidlərin dindirilmələri) nəticəsində aradan qaldırılmamış və bunun üçün hər hansı əlavə araşdırmanın aparılması təmin edilməmiş, bir sıra şahidlərin ifadələrinə isə ümumiyyətlə qiymət verilməmişdir. Məhkəmə kollegiyası bu qənaəti ilə bağlı iş üzrə toplanmış və araşdırılmış sübutların bir qisminə hazırki qərarında istinad etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 12 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs onun qeyri-rəsmi yaşadığı həyat yoldaşı X7nın qarşısını kəsib ünvanına təhqiramiz sözlər işlətmiş və 4-5 nəfər qonşuları bunun şahid olmuş, bundan təxminən bir saat s onra isə X7 ona zəng edib bu barədə məlumat vermişdir. O, evə gələn zaman Zərərçəkmiş şəxsin “Humay“ mağazasının yanında avtodayanacaqda dayandığını görmüş, sonuncuya “əgər sözün varsa, mənə de, sənin qadınla nə işin var” sözlərini demiş, Zərərçəkmiş şəxs isə “əcəb etmişəm” cavabını qaytarmışdır. Bu zəmində o, Zərərçəkmiş şəxslə dartışmış, lakin sonradan isə hər kəs öz evinə getmişdir. Bundan təxminən 10-20 dəqiqə sonra Zərərçəkmiş şəxs evdən bıçaq götürərək onların qapısına tərəf gəlmiş, bu vaxt həyat yoldaşı X7 onların arasına keçmiş, Zərərçəkmiş şəxs isə əlində bıçaqla onu söyə-söyə onlara yaxınlaşıb X7i bıçaqla vurmuşdur. Bütün bu hadisələr qonşuların gözü qarşısında baş vermişdir. Zərərçəkmiş şəxs X7ni bıçaqla vurduqdan sonra o, cəld yerdən daş parçası götürüb Zərərçəkmiş şəxs həmin d aşla vuraraq əlindəki bıçağı almışdır. O, Zərərçəkmiş şəxsi vurandan sonra sonuncu silkələnib özünü itirmiş və başı üstə yerə dəymişdir. Həmin gün gecə X7i təcili tibbi yardımla xəstəxanaya göndərmiş, özü isə 14-cü polis bölməsinə Zərərçəkmiş şəxsin hərəkətləri barədə şikayət ərizəsi yazmışdır. Məhkum qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs özünü və X7nı müdafiə etmək üçün vurmuşdur. Belə ki, Zərərçəkmiş şəxs əlində bıçaqla onların üzərinə gəldikdə, o, özünü itirmiş, Zərərçəkmiş şəxsin X7i vurmasından sonra onu da bıçaqla vuracağını zənn etmişdir. Hadisə zamanı tanışları Şahid6 və Şahid5 hadisə yerində - “Humay” marketin yanında olsalar da, onlar münaqişəyə müdaxilə etməmiş və Zərərçəkmiş şəxs qarşı heç bir hərəkət etməmiş, onu döyməmiş və ona hər hansı köməklik göstərməmişlər. İbtidai araşd ırma zamanı verdiyi ifadələrini təsdiq edən (bu ifadələr məhkəmə iclasında tədqiq edilmişdir) Məhkum həmin ifadələrində göstərmişdir ki, 12 iyul 2021-ci il tarixdə axşam saat 20 radələrində o, X7in evinə gələrkən qonşuluqda yaşayan xatırlamadığı kimsə ona Zərərçəkmiş şəxs X7 ilə bir qədər əvvəl mübahisə etdiklərini bildirmiş və o, X7in yaşadığı evdə bu məsələni aydınlaşdırarkən ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs bir gün əvvəl evindən səs gəldiyindən narazı olmasını bildirmək üçün onun gəlişindən bir qədər əvvəl Şahid11 evinin qapısının qarşısında onunla görüşüb mübahisə etmiş, onların, yəni Məhkum və Şahid11 ünvanlarına təhqiredici ifadələr işlətmiş, onların bu məhəllədən köçüb çıxıb-getmələrini tələb demişdir. Bundan sonra o, küçəyə çıxıb orada Zərərçəkmiş şəxs gördükdə baş vermiş mü bahisəyə aydınlıq gətirmək üçün ona yaxınlaşmış və sonuncu ilə elə X7in evinin qarşısında sözlə mübahisə edərək barəsində təhqiredici ifadələr işlətməsinin səbəbini soruşmuşdur. Zərərçəkmiş şəxs isə buna cavab olaraq yaxşı etdiyini, onların evindən onun evinə səs gəldiyini bildirmiş, o, da belə halın olmamasını, söyüş söysəydi, daha da yaxınlıqda yaşayan qonşular da gəlib narazılıqlarını bildirəcəklərini demişdir. Bu mübahisə zamanı onlar tutaşıb itələşmiş, lakin bu zaman bir-birlərini vurmamış və səs-küyə yığışmış xatırlamadığı qonşuları onları ayırandan sonra Zərərçəkmiş şəxs öz evinə getmişdir. Bundan təxminən iki dəqiqə sonra Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq əlində böyük mətbəx bıçağı ilə onun üzərinə gəldikdə həmin vaxt bayıra çıxmış və bunu görmüş X7 vəziyyətin kəskinləşməsini görüb onun qabağına keçmişdir ki, onlar dalaşmasınlar. Bu zaman Zərərçəkmiş şəxs əlindəki bıçaqla X7in qarnının aşağı sağ tərəfinə bir zərbə vurmuş, sonuncu bıçağı əli ilə tutmaq istəyərkən əlindən də yara almış və buna görə o, yəni Məhkum Zərərçəkmiş şəxsi zərərsizləşdirmək üçün yerdən mişar daşının parçasını götürüb təxminən 2-3 metr məsafədən ona tərəf atmışdır. Bu zərbədən Zərərçəkmiş şəxs bir qədər sarsılmış, lakin yıxılmamış və yenə də əlində bıçaqla onun üzərinə gəlmişdir. Bu zaman onlar tutaşmış və o, Zərərçəkmiş şəxsin əlini buraraq onu yerə yıxmış, əlindəki bıçağı ondan almış və ona yumruqla bir neçə zərbə vurmuşdur. Hadisə yerində olan qonşular onları ayırdıqdan sonra o, X7in həyətinə keçərək Zərərçəkmiş şəxsdən aldığı bıçağı orada yerə atmış, daha sonra isə X7 təcili tibbi y ardıma və polisə zəng vurmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 11 iyul 2021-ci il tarixdə axşam saat 23 radələrində o, evinin həyətində olarkən qonşuluqda yaşayan X7nın evindən söyüş sözlərinin işlədilməsini eşitmiş, lakin gecə olduğundan buna görə ona və onunla birlikdə yaşayan Məhkum heç nə deməmişdir. 12 iyul 2021-ci il tarixdə saat 20 radələrində o, məhəllədən keçərkən X7in qonşusundan sonuncunun evində olub-olmamasını soruşmuş, qonşusu da ona X7in evdə olmadığını bildirmişdir. Lakin evinə tərəf gedərkən Şahid11 onun qarşısına çıxmış və o, axşam evindən səs gəldiyinə görə ona iradını bildirmişdir. X7 isə onu təhqir etməyə başlayıb öz həyətinin içində nə istəyirsə, onu da edəcəyini bildirmişdir. Bundan sonra o, öz evinə getmiş, saat 21 radələrində həyətin qapısının döyüldüyünü eşitmiş, qapını açdıqda Məhkumun və onunla birlikdə daha iki nəfər tanımadığı 25-30 yaşlı oğlanlarla dayandığını görmüşdür. Həmin vaxt o, qardaşı Şahid2lə telefonla danışmış və Məhkumi görəndə qardaşına demişdir ki, bir müddət əvvəl qapının qarşısında qonşu ilə mübahisə etmiş və Məhkum münasibətləri aydınlaşdırmaq üçün 2 nəfərlə birlikdə onlara gəlmişdir. Buna görə o da, qardaşından onlara gəlməsini xahiş etmişdir. Elə həmin anda Məhkum və yanında olan oğlanlardan biri onun qollarından tutub “kimin namusuna sataşmışıq?” deyərək Məhkum sol əli ilə onun çənəsinin sağ tərəfindən bir yumruq vurmuş, sonra isə əlini bel kəmərinə apararaq üzərində hansısa silah olması görüntüsünü yaradıb “səni öldürümmü” demiş, bu anda onlardan qapısına gələn şəxslərdən hansısa onun alnından beş barmaqla bir zərbə vurmuş və bu zərbədən o, huşunu itirmişdir. Bu hadisədən sonra o, artıq 3 saylı şəhər Klinik Xəstəxanasında ayılmış və orada orada həkimin dediklərindən ona məlum olmuşdur ki, onun başının arxa tərəfində bıçaq yaraları var. O, müalicəsi başa çatdırıb evə yazılandan sonra qonşularından eşitmişdir ki, o, iki dəfə - birinci dəfə öz qapısının qarşısında, sonra isə «Humay» marketin yanında döyülmüşdür. Qonşularından bir çoxu bu hadisəni görmüş, hətta «Humay» marketin yanında olan avtobus dayanacağında tanımadığı qəsəbə sakinləri də bu hadisəni görüb onun huşsuz vəziyyətdən çıxarılması üçün üstünə su tökmüşlər. Proses iştirakçılarının verdikləri süallara cavab olaraq isə Zərərçəkmiş şəxs bildirmişdir ki, Məhkum və onunla birlikdə gələn şəxslər onu azyaşlı uşaqlarının gözləri qarşısında döymüş, X7nin və Məhkum hadisənin halları barədə düzgün ifadələr verməmiş, hadisə vaxtı Məhkumla birlikdə daha 2 nəfər də olmuş, onlardan biri onun qollarını tutmuş, Məhkum və digər şəxs isə şəxs onu döymüşlər. Həmçinin o, qeyd etmişdir ki, hadisə zamanı onda bıçaq olmamış və X7yə hər hansı xəsarət yetirməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs göstərmişdir ki, Məhkum başqa onu döyən iki nəfərdən birinin adı X6, digərinin adı isə X5dir. Bu şəxslərin (X6nın və X5in) də onu döymələrini Zərərçəkmiş şəxs müxtəlif orqanlara ünvanladığı şikayət ərizələrində də göstərmiş, Şahid6 məhkəmə iclasında, Şahid5 isə ibtidai araşdırma zamanı hər birisi ayrı-ayrılıqda şahid qismində dindirilərkən hadisə yerində olduqlarını, lakin Zər ərçəkmiş şəxs qarşı heç bir qanunsuz əməl törətmədiklərini bildirmişlər. Belə ki, məhkəmə iclasında dindirilməmiş, lakin ibtidai araşdırma zamanı verdiyi ifadələri tədqiq edilmiş Şahid5 cinayət təqibinin həmin mərhələsində göstərmişdir ki, 12 iyul 2021-ci il tarixdə saat 20 radələrində o, Məhkumlə Zabrat qəsəbəsində “Playstation” klubunda oyun oynayrkən Məhkuma zəng gəlmiş və o, telefonla danışandan sonra onunla birlikdə yaşadığı Savalan qəsəbəsinə getməyi xahiş etmişdir. Onlar yolda olarkən Məhkumin arvadı X7 təkrar ona zəng etmiş və kiminsə onu və Məhkumu söydüyünü bildirmişdir. Onlar məhəlləyə daxil olanda Məhkum həmin şəxsi, sonradan adını bildiyi Zərərçəkmiş şəxs “Humay” marketin qarşısında görərək ona yaxınlaşıb nə baş verdiyini soruşmuş, sonuncu da cavabında “sən ağıllı ol, ağzını c ıraram” demişdir. Məhkum Zərərçəkmiş şəxs onu təhqir etməsinin səbəbini soruşub yumruqla sinəsindən zərbə vurmuş və bu zərbənin nəticəsində Zərərçəkmiş şəxs yerə yıxılmışdır. O, Məhkumu Zərərçəkmiş şəxs ayırıb məhəllənin içərisinə, X7nın evinə tərəf aparmış və bu vaxt Zərərçəkmiş şəxs əlində bıçaqla nalayiq ifadələr işlədərək Məhkumu çağırmışdır. Onun səsinə Məhkumun və onun arxasınca X7 bayıra çıxmış, sonuncu Zərərçəkmiş şəxsin əlində bıçaq görüb onun qarşısına getmiş, Zərərçəkmiş şəxs isə əlindəki bıçağı X7ə tərəf bir neçə dəfə istiqamətləndirmişdir. X7nin ayağı sürüşmüş və ikisi də üzü üstə yerə yıxıldıqda Zərərçəkmiş şəxs onun budundan bıçaqla vurmuş, özü isə X7in üstünə yıxılmışdır. X7 yerdə onun ayağından tutmuş, Zərərçəkmiş şəxs ayağa qalxıb bıçaqla Məhkumin üstünə gəlmş, Məhkum d ə özünü müdafiə etmək üçün yerdən mişar daşının parçasını götürüb Zərərçəkmiş şəxs tərəf atmış və daş onun başına dəymişdir. Zərbənin təsirindən o, yerə yıxılanda X7 qışqıraraq əlində qan olmasını bildirmiş, onlar X7i evə aparmış və budunda bıçaqla yetirilmiş xəsarətin olmasını görmüş, bu zaman qonşular Zərərçəkmiş şəxs əlində olan bıçağı gətirərək həyətə qoymuş, sonra isə onun üzünə su vurub evinə aparmışlar. O, Məhkumla Ramana qəsəbəsindəki «Göyçə» kafesinə gəlmişlər. O, Məhkuma Zərərçəkmiş şəxsi vurduğu üçün irad tutmuş və nə üçün onu vurduğunu soruşmuşdur. Məhkum söyüş işlətdiyinə görə vurduğunu bildirmişdir. Bir müddət keçmiş onun telefonuna zəng gəlmişdir. Telefona Məhkum cavab vermişdir. Zəng edən Zərərçəkmiş şəxsin qardaşı olmuşdur. O, Məhkumdən harada olmasını soruşmuş, Məhkum bil dirmişdir ki, “kafedəyəm, istəyirsən gəl”. O, polislə gələcəyini bildirsə də, gəlməmişdir. Təxminən saat 23 radələrində onlar ayrılmış, o isə, evə getmişdir. Səhərisi həmin şəxs onun telefonuna zəng etmiş, xəstəxanada olmasını bildirib Məhkumun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, həmin şəxsə bildirmişdir ki, onunla danışan Məhkum deyil, X5dir. Məhkumin onun yanında olmadığını, ona zəng etməməsini bildirmişdir. Şahid5 ona verilmiş suallara cavab olaraq, Zərərçəkmiş şəxs vurmadığını, Məhkum və Zərərçəkmiş şəxs dalaşan zaman onları ayırdığını, Məhkumun Zərərçəkmiş şəxsi bir dəfə sinə nahiyəsindən əli ilə vurduğunu, sonra isə atdığı daş Zərərçəkmiş şəxsin üz və baş nahiyəsinə dəydiyini bildirmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, 12 iyul 202 1ci il tarixdə 21 radələrində Məhkum ona zəng edərək onun kiminləsə mübahisəsi olduğunu, yaşadığı qadının bıçaqlandğını, dava olduğunu bildirərək tez bir zamanda Savalan qəsəbəsindəki “Humay” marketin yanına gəlməsini xahiş etmiş, o, da avtobusa minərək Məhkumun dediyi yerə getmişdir. Oraya çatdıqda Məhkumun yaşadığı evin qarşısına çoxlu sayda adamların yığışdıqlarını görmüş, bu zaman bilmişdir ki, orada davadalaş olmuşdur. Həmin zaman orada Məhkumi və sonradan adını Zərərçəkmiş şəxs kimi bildiyi şəxsin olduğunu görmüşdür. Adam çox olduğuna görə o, həmin şəxslərə yaxınlaşmamış və oradan çıxıb yaşadığı evə getmişdir. Ondan sonra Məhkumla heç bir danışığı olmamışdır. Şahid6 həmçinin qeyd etmişdir ki, Zərərçəkmiş şəxs heç vaxt tanımamış, dava-dalaş zamanı orada olmamışdır. Eyni zamanda, ibtid ai araşdırma zamanı Zərərçəkmiş şəxs Şahid5la üzləşdirərkən, Şahid6 isə digər şəxslərlə birlikdə ona tanınmaya təqdim edilərkən zərərçəkmiş şəxs onları tanımadığını, onun Məhkumlə birlikdə ikinci şəxs tərəfindən beş-barmaqla vurulmasını bildirsə də, bu məsələyə məhkəmələr heç bir aydınlıq gətirməmiş, istintaq orqanı da zərərçəkmiş şəxsin ifadələrini qismən inandırıcı hesab edərək Məhkum qarşı irəli sürülmüş ittihamda münaqişədə iştirak etmələri ehtimal olunan şəxslərin hər hansı birinin Zərərçəkmiş şəxs döymələrini, yaxud da hansısa əşya ilə vurmalarını deyil, onların Zərərçəkmiş şəxs müqavimət göstərməməsi üçün qollarından tutmasını və bundan istifadə edən Məhkum zərərçəkmiş şəxsi təkbaşına döyməsini qeyd etmiş, sübutların qiymətləndirilməsi haqqında 12 aprel 2022-ci il tarixli qərarda is ə əks nəticəyə gələrək Zərərçəkmiş şəxs döyərək ona xəsarətlər yetirmiş naməlum iki nəfər şəxslərin barəsində CM-nin 221.3-cü maddəsi ilə, eyni tarixli başqa qərarla – CM-nin 126.2.1-ci maddəsi ilə (həmin rəqəm qərarda əllə düzəldilmişdir) cinayət işi başqa icraata ayrılmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs ifadələrində hadisə zamanı iki dəfə - öz evinin qarşısında və “Humay” marketin qarşısında döyülməsi barədə qonşularından eştdiyini göstərmiş, lakin ona belə məlumat verən həmin qonşuları olan şəxslər ibtidai araşdırma zamanı müəyyən edilməyərək dindirilməmiş, məhkəmələr də bu xüsusatı aydınlaşdırmaq üçün heç bir hərəkət etməmişlər. Halbuki ibtidai araşdırma zamanı Məhkum müdafiəçisi Ağayev Akif Mirzə oğlunun vəsatəti əsasında dindirilmiş şahidlər Şahid7, Şahid8 və Şahid9 (Zərərçəkmiş şəxs qonşuları) nəinki zərərçəkmiş şəxsin ifadələri ilə kəskin ziddiyyət təşkil edən, həmçinin Məhkum və Şahid11 ifadələri ilə qismən də olsa uzlaşan ifadələr vermiş və həmin ifadələrini məhkəmə iclasında da təkrarlamışlar. Belə ki, X13 məhkəmə iclasında göstərmişdir ki, 12 iyul 2021-ci il tarixdə axşam saat 20 radələrində o, işdən evə qayıdan zaman qonşusu Şahid7 onu görüb Zərərçəkmiş şəxs axtardığını bildirmiş, o, da bunun səbəbini soruşduqda Şahid7 demişdir ki, Zərərçəkmiş şəxsin deməsinə görə, dünən axşam onun evində ucadan söyüş söyülüb, bu da onun narazılığına səbəb olmuşdur. Həmin an o, Zərərçəkmiş şəxs yaşadığı ev tərəfdən qəzəbli şəkildə ona tərəf gəldiyini görmüş və ondan nə baş verdiyini soruşduqda, sonuncu Məhkum ünvanına nalayiq ifadələr işlədərək onu soraqlamış və söyüş səsi ndən evdə otura bilmədiyini demişdir. O, Zərərçəkmiş şəxsə söyüş söyməməyi, nə sözü varsa, Məhkumun özünə deməyi məsləhət görmüş, Zərərçəkmiş şəxs isə ona Məhkumun onunla əlaqə saxlamasını tələb etmişdir. Bir qədər sonra o, X7 və digər qonşularla küçədə söhbət edən zaman onlardan evindən söyüş səsi gəlib-gəlmədiyini soruşmuş, onlar isə heç bir səs gəlmədiyini bildirmişlər. Bu zaman Məhkum ona zəng vuraraq evə gəldiyini, nəsə almaq lazım olub-olmadığını soruşmuş, o, da Məhkuma Zərərçəkmiş şəxsin onun ünvanına söyüş söydüyünü bildirdikdə Məhkum gəlib Zərərçəkmiş şəxslə söhbət edəcəyini demişdir. Bundan təxminən 20-30 dəqiqə sonra Məhkum evə gəlmiş və ev paltarını geyinib bayıra çıxmışdır ki, Zərərçəkmiş şəxsi tapıb onunla söhbət etsin, o, isə həmin vaxt evinin həyətində olmuşdur. Təxminən 15 dəqiqə sonra o, küçədən ucadan səs gəldiyini eşidib küçəyə çıxdıqda Məhkumin qonşuları X7, X8 və onun atası Xlə söhbət etdiklərini, Zərərçəkmiş şəxsin isə öz yaşadığı ev tərəfdən əlində bıçaqla Məhkumin dayandığı yerə gəldiyini görmüş və onun ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. O, yəni Şahid11 Zərərçəkmiş şəxs qarşısına çıxaraq hər hansı xətanın törədilməsinin qarşısını almaq istəmiş, lakin bu bu zaman Zərərçəkmiş şəxs əlindəki mətbəx bıçağı ilə onun sağ budundan bir zərbə vurmuşdur. O, əvvəlcə bunu hiss etməmiş, yerə yıxılmış və Zərərçəkmiş şəxsi əlləri ilə tutmuşdur ki, onu vurmasın. Bu zaman Məhkumin və adlarını çəkdiyi qonşularının onlara tərəf gəldiklərini görmüş, Məhkum onu qoruyub Zərərçəkmiş şəxsin əlindən bıçağı almaq üçün yerdən daş götürüb onun başından həmin daşl a zərbə endirmiş və sonra da Zərərçəkmiş şəxsi yerə yıxıb bir neçə dəfə yumruq zərbələri ilə onu vurmuşdur. Sonra qonşuları onları ayırmış, o, da ayağa qalxıb evinin qapısına yaxınlaşarkən Zərərçəkmiş şəxsin bıçaq zərbəsi vurduğu nahiyədən istilik hiss etmişdir. Sonra qonşusu Şahid7in həyat yoldaşı Xanım ona ilkin tibbi yardım göstərmiş və çoxlu qan itirdiyinə görə onu evinə aparıb şirin çay vermiş, Məhkum isə oradan çıxıb getmişdir. O, Şahid7gilin evində olan zaman öz evinin həyət darvazasının bərkdən döyüldüyünü və qışqırıq səslərinin gəldiyini eşidib küçəyə çıxdıqda görmüşdür ki, Məhkumdən qisas almaq üçün Zərərçəkmiş şəxs, onun iki qardaşı və anası onların həyətinin içərisinə girmişlər. Həmin vaxtı qonşusu Şahid7 və digər qonşular yanlarında olmuş, onları sakitləşdirmiş və Zərərçəkmiş şəxs qohumları ilə birlikdə öz həyətlərinə qayıtmış, o, isə təcili tibbi yardım maşınında 3 saylı şəhər Klinik Xəstəxanasına aparılmışdır, orada ona tibbi yardım göstərilmiş və yarasına tikiş qoyulduqdan sonra o, xəstəxanada qalmaqdan imtina etdiyinə görə evə buraxılmışdır. Şahid11 həmçinin qeyd etmişdir ki, hadisə vaxtı Məhkum Zərərçəkmiş şəxs əlindən bıçağı almağa müvəffəq olmuş və həmin bıçağı 14-cü Polis Bölməsində polis əməkdaşlarına təqdim etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, 12 iyul 2021-ci il tarixdə səhər saatlarında o, evinin qarşısında olan zaman qonşusu Zərərçəkmiş şəxs ona yaxınlaşıb X7 ilə birlikdə yaşayan Məhkum gecə vaxtı söyüş söydüklərini, buna görə aralarında söz-söhbət olduğunu bildirmiş, o, isə g ecə saat 02 radələrində işdən evə gəldiyini, heç bir söyüş səsi eşitmədiyini demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxsdən aralanmış və evinə getmişdir. Həmin gün axşam o, həyətdə X7lə söhbət edən zaman Zərərçəkmiş şəxs onlara tərəf yaxınlaşmış və X7lə sözlə mübahisə edərək uca səslə ona evindən səs-küy gəldiyini, söyüşlər söyüldüyünü, bununla da onun və evdəkilərin istirahətinin pozulduğunu bildirib eyni zamanda X7ə Məhkumu çağırmasını tələb edərək sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, X7 və Zərərçəkmiş şəxs hərəsi öz evlərinə getmişlər. Həmin gün saat 20 radələrində o, yəni Şahid7 həyətdən səs-küy gəldiyini eşidərək tez çölə çıxmış və küçədə mübahisə olduğunu, ətrafa isə təxminən 15-20 nəfərə yaxın adamın yığışdığını, “Humay” marketin yanında Zərərçəkmiş şəx s oturduğunu görmüşdür. O, Zərərçəkmiş şəxsdən nə baş verdiyini soruşduqda sonuncu huşsuz vəziyyətdə onu kimin vurduğunu ondan soruşmuşdur. O, Zərərçəkmiş şəxsin vəziyyətinin yaxşı olmadığını görüb mağazadan onun üçün su almış, lakin çölə çıxdıqda Zərərçəkmiş şəxsin artıq orada olmadığını görmüş və öz evinə tərəf getmişdir. Bu zaman Zərərçəkmiş şəxs qaçaraq onun yanından keçmiş, o, isə ona dayanmasını, sakit olmasını xahiş etmiş, lakin Zərərçəkmiş şəxs onu dinləmədən qaçaraq yoluna davam etmişdir. O, Zərərçəkmiş şəxsin arxası ilə bir qədər tez gedib ona çatmış, Zərərçəkmiş şəxsin X7in evinin qarşısında Məhkumu axtardığını görmüşdür. Kabutə Zərərçəkmiş şəxsə “utanmırsan, sən mənim üzərimə bıçaqla gəlirsən” sözlərini demiş, bu vaxt orada qonşusu Məmməd və tanımadığı 5-10 nəfər adam olmuşdur. X7lə Zərərçəkmiş şəxs bir-biri ilə ucadan söyüşlə danışmış və həmin an kənardan Məhkum onlara yaxınlaşıb yerdən götürdüyü daş parçasını Zərərçəkmiş şəxsə tərəf atmışdır. Həmin vaxt X7 Zərərçəkmiş şəxsin yaxasından tutmuş vəziyyətdə olmuşdur. Məhkumun daş parçası ilə yetirdiyi zərbənin təsirindən Zərərçəkmiş şəxs və X7 birlikdə yerə yıxılmış, Məhkum isə Zərərçəkmiş şəxsin üzərinə cumaraq ona təpik və yumruqla zərbələr endirmişdir. Qonşular, o cümlədən o, həmin şəxsləri ayırmış, X7i isə evə salmışlar. Əvvəl onlar X7in xəsarət almasını bilməmiş, lakin sonradan o, X7dən ona nəsə olub-olmadığını soruşduqda, sonuncu ayağından qan gəldiyini bildirmişdir. Bu zaman qonşusu Məmməd sarğı və digər tibbi ləvazimatlar gətirib X7in ayağını sarımış və təcili tibbi yardım çağırmışlar. Bayıra çıxanda artıq Məhkumin orada olmadığını görmüş, bununla da hamı dağılışmışdır. Təxminən 1-2 saat sonra X7 onlarda olan zaman Zərərçəkmiş şəxsin anası və qardaşı X7in yaşadığı evə hücum çəkərək Məhkumi çağırmışlar. O, X7lə çölə çıxmış, bu zaman həmin şəxslər sonuncunun yaşadığı evin həyətində olmuşlar. Bu vaxt Zərərçəkmiş şəxsin qardaşı onun üzərinə gələrək, onun da Zərərçəkmiş şəxsi vurduğunu bildirmiş, lakin o, Zərərçəkmiş şəxsi vurmadığını, sadəcə onları araladığını demişdir. Bundan sonra o, Məhkumin telefon nömrəsini Zərərçəkmiş şəxsin qohumlarına vermiş və öz evinə getmişdir. Məhkəmə iclas protokolundan görünür ki, məzmunca Şahid7 ifadələri ilə eynilik təşkil edən ifadələri həmçinin məhkəmə iclasında Şahid8 da vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki 12 iyul 20 21ci il tarixdə saat 19-20 radələrində o, yaşadığı evdə olarkən çöldən səs-küy gəlidiyini eşidib çölə çıxdıqda qonşuları X7 ilə Zərərçəkmiş şəxs sözlə mübahisə etdiklərini görmüşdür. Bu zaman Zərərçəkmiş şəxs X7ə əl atmaq istəmiş, o, həmin şəxslərin arasına girərək buna imkan verməmişdir. Zərərçəkmiş şəxs X7ə onun qeyri-rəsmi yaşadığı Məhkumin gəlməsini tələb etmiş, X7 isə “Məhkum gələr, özün söhbət edərsən” demişdir. Bundan sonra onlar aralaşmış və o, öz yaşadığı evə getmişdir. Təxminən saat 23 radələrində o, küçəyə təcili tibbi yardım avtomaşınların gəldiyini eşidərək nə baş verdiyi ilə maraqlandıqda, ona məlum olmuşdur ki, həmin avtomaşınların biri Zərərçəkmiş şəxs üçün, digəri isə X7 üçün gəlmişlər. Bundan sonra o, bilmişdir ki, onların arasında mübahisə olmuş, lakin dava-dalaşın hansı səbəbdən və hansı şəraitdə baş verməsi barədə onun məlumatı olmamışdır. İş üzrə şahid qismndə dindirilmiş Zərərçəkmiş şəxs anası Şahid3, qardaşı Şahid2 və arvadı Şahid1 ibtidai araşdırma və məhkəmə iclasında hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələrindən görünür ki, həmin şahidlər yuxarıda təsvir olunanlardan fərqli ifadələr verərək Zərərçəkmiş şəxs qonşusu X7 ilə sonuncunun yaşadığı evdə nalayiq ifadələr işlətdiyinə görə mübahisə etdiklərini, buna görə X7lə yaşayan Məhkum və onunla birlikdə iki nəfər şəxsin Zərərçəkmiş şəxsi öz evinin qarşısında yumruq, təpik və beşbarmaqla döyərək ona müxtəlif xəsarətlər yetirdiklərini bildirmişlər. Bu halları həmçinin Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmamış oğlu Şahid10 təsdiq edərək göstərmişdir ki, 12 iyul 2021-ci il tarixdə o, anası ilə birlikdə həyətdə oturmuş, həmin vaxt atası əmisi ilə telefonla danışmışdır. Bu zaman kiminsə qapını bərk döydüyünü eşitmiş, qapıya yaxınlaşıb açmaq istəyən zaman atası onu dayandırmışdır ki, qapını özü açsın. Atası qapını açan kimi 3 nəfər şəxs içəri daxil olmuş və o, nə baş verdiyini anlamamışdır. Həmin şəxslər həyətdə atasını döyməyə başlamışlar. O, atasını buraxmaları üçün qışqırmağa başlamış, lakin həmin 3 nəfər buna məhəl qoymayaraq, söyüşlər söyüb atasını döyməyə davam etmişlər. Onlardan biri atasının baş nahiyəsindən vurmuş və atası zərbədən yerə yıxılmış, yerdə olan zaman həmin şəxslər ona çoxlu sayda zərbələr endirmişlər. Həmin şəxslər atasını əvvəlcə evin həyətində döymüş, daha sonra döyərək çölə çıxarmışlar. O, ağlayaraq atasına tərəf getmək istəmiş, lakin anası qoymamışdır. Bun dan sonra ətrafda olan qonşular atasını döyən şəxsləri ondan ayırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 isə göstərmişdir ki, 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxsin övladları xəstələndiyi üçün o, gün ərzində iki dəfə onlara iynə vurmaq üçün getmişdir. 12 iyul 2021-ci ildə saat 20 radələrində növbəti dəfə iynə vurmaq üçün Zərərçəkmiş şəxs evinə gedərkən sonuncunun evinin yaxınlığındaki avtobus dayanacağında çoxlu adamların yığışmasını, orada bir nəfərin qan içində yerdə uzanmış vəziyyətdə olmasını, üç nəfərin isə həmin şəxsi əlləri ilə və təpiklə vurmalarını, kiminsə ona su atmasını görmüşdür. Həmin vaxt o, yerdə uzanmış şəxsi tanıyıb onun Zərərçəkmiş şəxs olmasını bilmiş, Zərərçəkmiş şəxsi döyənləri isə tanımamışdır. Eyni zamanda Zərərçəkmiş şəxsi döyən şəxslərin b irinin əlində daş parçası, digərinin əlində isə taxta olmuşdur. O, gördüklərindən qorxaraq Zərərçəkmiş şəxsgilə getməyib öz evinə qayıtmışdır. Şahid4 ibtidai araşdırma zamanı ifadələr verərkən ona ünvanlanmış suala cavab olaraq həmçinin bildirmişdir ki, o, Zərərçəkmiş şəxs döyən şəxsləri yalnız arzadan gördüyü üçün onları tanıya bilməz. Göründüyü kimi, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdikləri və yuxarıda təsivr olunmuş ifadələri arasında kifayət qədər ziddiyyətlər olmuş, lakin məhkəmə araşdırmaları zamanı həmin ziddiyyətlər aradan qaldırılmamış, məhkəmə iclasında adları göstərilən şəxslərin çarpaz şəkildə dindirilmələri təmin olunmamış, nəticədə də iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları faktiki olaraq həmin ziddiyyətli ifadələr əsasında qəbul edilmiş, digər tərəfdən isə istər ibtidai araşdırma orqanı tərəfindən şahidlər Şahid11, Şahid7, Şahid8 və Şahid9 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında, hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələrinə hüquqi qiymət verilməmiş, həmin ifadələrin məhkəmələr tərəfindən sübut kimi qəbul edilməməsinin səbəbləri isə nə hökmdə, nə də ki, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi 16 iyun 2023-cü il tarixli qərarda əsaslandırılmamış, bununla da sübutların tədqiqinə və qiymətləndirilməsinə dair qanunvericiliyin tələbləri pozulmuşdur. Digər tərəfdən məhkəmələr hazırki işə baxarkən aşağıda göstərilən bəzi halların tədqiqindən ümumiyyətlə imtina etmişlər, halbuki məhkəmə kollegiyasının qənaətinə görə, bu hallara dair sübutların tədqiqi və qiymətləndirilməsi də Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə bu və ya digər nəticəyə gəlmək üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Belə ki, Məhkum və Şahid11 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında ardıcıl olaraq hər birisi-ayrılıqda təkidlə göstərmişlər ki, X7 ilə Zərərçəkmiş şəxs arasında sözlə mübahisə baş verdikdən sonra sonuncu yaşadığı evə gedib oradan bıçaq götürərək Məhkum üzərinə gəldikdə Şahid11 onun qarşısına çıxmış, həmin an Zərərçəkmiş şəxs onun bud nahiyyəsindən bıçaqla bir zərbə vurub ona xəsarət yetirmiş və yalnız bundan sonra Məhkum həm birlikdə yaşadığı qadını, həm də özünü qorumaq məqsədilə yerdən daş parçası götürüb Zərərçəkmiş şəxsə tərəf ataraq ona baş nahiyyəsindən xəsarətlər yetirmiş, sonra isə onlar əlbəyaxa olarkən Məhkum Zərərçəkmiş şəxs əlindən bıçağı alıb kənara tullamış, sonuncuya əlləri və təpiklə də zərbələr endirmiş, həmin bıçağı isə Şahid11 növbəti gün polis əməkdaşlarına təqdim etmişdir (bıçağın təqdim edilməsi və götürülməsi barədə təhqiqat orqanı tərəfindən heç bir prosessual sənəd tərtib edilməmişdir). Bu halları öz ifadələrində həmçinin şahidlər Şahid7, Şahid8 və Şahid5 da təsdiq etmişlər. Cinayət işinin materiallarından göründüyü kimi, Şahid11 bir ədəd mətbəx bıçağını polis orqanların təqdim etməsi, həmin bıçağın saxlanıldığı yerin müəyyən edilməsi, bıçaq üzrə müvafiq tədqiqatın aparılması, o cümlədən məhkəmə-kriminalistik ekspertizasının keçirilməsi zərurəti ibtidai araşqdırma zamanı tərtib edilmiş bir çox prosessual sənədlərdə əksini tapsa da, ibtidai araşdırma orqanı tərəfindən bu istiqamətdə heç bir təd bir görülməmiş və məhkəmələr də bu kimi hallara diqqət yetirməmişlər. Bununla yanaşı, ilkin araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 13 iyul 2021-ci il tarixli 1027 saylı rəyi ilə müəyyən edilmişdir ki, həmin tarixdə Şahid11 məhkəmə-tibbi müayinəsinə və tibbi arayışa əsaslanaraq ekspert belə nəticəyə gəlmişdir ki, sonuncuda sağ bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası, sağ əlinin kəsilmiş səthi yarası, sol bazı, hər iki kürək, sağ said, sol bud nahiələrinin qançırları aşkar edilmişdir. Xəsarətlərdən sağ bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası kəsici-deşici, sağ əlin kəsilmiş səthi yarası isə kəsici kənara malik alətin (əşyanın), sol bazu, hər iki kürək, sağ said, sol bud nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərin yaranma müd dəti ekspertizanın təyin edilməsi haqqında qərarın təsviri hissəsində göstərilən 12 iyul 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həmin xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xarakterinə və lokalizasiyasına görə, onların müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İbtidai araşdırma orqanı tərəfindən sübutların qiymətləndirilməsi haqqında 12 aprel 2022-ci il tarixli qərarla Şahid11 yuxarıda göstərilən xəsarətlər alması faktı üzrə CM-nin 128-ci maddəsi ilə cinayət işi başqa icraata ayrılsa da, məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarının dəqiq müəyyən edilməsi, yəni Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində tələb edildiyi kimi, həqiqətin müəyyən olunması, habelə CM-n in 36-cı maddəsinin tətbiqi üçün əsasların olub-olması mümkünlüyünün yoxlanılması üçün yuxarıda təsivr edillən sübutların, o cümlədən məhkəmə-tibbi ekspertizasının 13 iyul 2021ci il tarixli 1027 saylı rəyinin tədqiqi zəruri olmuşdur ki, məhkəmələr də heç bir səbəb göstərmədən bu sübutların tədqiqindən imtina etmişlər. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CM-nin 36.1-ci madəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. CM-nin 36.3-cü maddəsinə görə, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Göründüyü kimi, cinayət qanunu şəxsin özünü və ya başqa şəxsləri, dövlətin və cəmiyyətin mənafelərini ictimai-təhlükəli qəsdlərdən qorumaq (müdafiə etmək) hüququnu tanımaqla, həmin şəxsin özünün hərəkətlərinin qeyri-qanuni, ictimai-zərərli olmayıb hüququn və qanuni mənafelərin müdafiəsinə yönəlməsini ehtiva edir. Şəxsin ictimaitəhlükəli qəsdə məruz qalmasını onun özünün ictimai-təhülkəli xarakerli əməllər törətməsini şərtləndiribsə və bu şəxsin zorakılığa məruz qalması onun özünün ictimaitəhlükəli əməllərinin qarşısının alınması, dayandırılması və yaxud qarşılıqlı surətdə törədilən ictimai-təhülkəli hərəkətlərin nəticəsi kimi meydana gəlibsə, artıq o, müdafiə olunan (zəruri müdafiə vəziyyətində olan) kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, hərəkətin müdafiə xarakterli olubolmamasını (o cümlədən, qarşılıqlı dalaşma şəraitində baş verib-verməməsini), onun nə dərəcədə zəruri olduğunu, ictimai-təhlükəli qəsdlə müdafiə arasında uyğunluğun gözlənilib-gözlənilmədiyini düzgün müəyyən etmək üçün hadisədə bilvasitə iştirak edən şəxslərin qarşılıqlı hərəkətləri ilə yanaşı, hadisənin baş verdiyi şərait də, o cümlədən digər şəxslərin hadisəyə cəlb edilib-edilməməsi, əgər cəlb ediliblərsə, onların nə kimi rol oynaması diqqətlə araşdırılmalıdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs sonuncuda aşkar edilmiş xəsarətləri xüsusi amansızlıqla, yəni sonuncunun azyaşlı uşağının gözləri qarşısında törətməsi, bu zaman ona iztirab verməsi ni dərk etməsi də məhkəmələr tərəfindən sonacan araşdırılmamış, apellyasiya instansiyası məhkəməsi isə təhlil edilən tövsifedici əlamətə yalnız aşağıdakı şəkildə təfsir verməklə kifayətlənmişdir: “Cinayət hüququ nəzəriyyəsində xüsusi amansızlıq anlayışı qiymətləndirici əlamətlər kateqoriyasına aiddir. Qanunvericilikdə qiymətləndirici anlayışların mövcudluğu onunla izah olunur ki, onlar sosial vəziyyəti, işin müxtəlif məzmuna malik və özünün konkret təzahüründə müxtəlif formalarda çıxış edən spesifik hallarını yaxşı nəzərə almağa imkan verir. Qiymətləndirici əlamətlər hüququ tətbiq edənə törədilən əmələ adekvat hüquqi qiymət verməyə və ədalətli cəza təyin etməyə imkan verir. Qanun yaradıcılığı və hüququn tətbiqi təcrübəsi göstərir ki, müvafiq əlamətin məzmunu haqqında biliklər və təəssüratl ar toplandıqca, nəzəriyyədə və cinayət qanununda tədricən onun sərhədlərinin daha dəqiq obyektivləşdirilməsi baş verir. Nəticədə qiymətləndirici halın daimi əlamətlər kateqoriyasına transformasiyası baş verir və prosesin belə başa çatması təbii qanunauyğun nəticədir. Xüsusi amansızlığın və onun təzahür formalarının kvintessensiyası zərərçəkmiş şəxsə fiziki və ya psixi əzabın və ya eyni zamanda hər ikisinin verilməsidir. Xüsusi amansızlıq zamanı təqsirkar şəxsin əməlinin subyektiv əlamətləri onunla xarakterizə olunur ki, yuxarıda qeyd olunan hallar şəxs tərəfindən cinayət məqsədinə, lazımi nəticəyə nail olmaq baxımından açıq-aşkar gərəksiz hal kimi dərk olunur. Məhkəmə kollegiyası hesab edir ki, xüsusi amansızlığın mövcudluğunun tipik halları cinayət əməlinin törədilməsindən əvvəl və ya cin ayətin törədilməsi zamanı zərərçəkmiş şəxsə işgəncənin, iztirabın verilməsi və ya onun təhqir olunması və ya təqsirkar tərəfindən zərərçəkmiş şəxsə bilə-bilə xüsusi əzabın verilməsi ilə törədilməsi hesab olunur. Xüsusi amansızlıq zərərçəkmiş şəxsin yaxınlarının yanında, öz hərəkətləri ilə onlara xüsusi iztirablar verdiyini bilə-bilə qətlin törədilməsi ilə də ifadə oluna bilər. Yuxarıda verilən tipik nümunələri iki formaya bölmək olar – xüsusi amansızlıq cinayətin üsulu kimi və cinayətin törədilməsinin şəraiti ilə bağlı xüsusi amansızlıq. İkinci formaya özü-özlüyündə cinayətin üsulu sayılmayan hərəkətləri aid etmək olar – qohumlarının gözü qarşısından cinayətin törədilməsi. Xüsusi amansızlıqla törədilən cinayətlərin tövsifi zamanı bir sıra mühüm problemləri qeyd etmək olar. Problemlərdən bi ri cinayət prosesinin subyekti tərəfindən təqsirləndirilən şəxsin niyyətinin kifayət qədər qiymətləndirilməməsi, törədilən əmələ münasibəti ilə bağlıdır. Məhkəmələr işlərə baxarkən, təqsirləndirilən şəxsin seçdiyi cinayət üsuluna xüsusi amansızlıq kimi subyektiv münasibətini nəzərə almır. İkinci mühüm problem zərərçəkmiş şəxsin çəkdiyi fiziki iztirabların düzgün qavranılmasıdır. Məhkəmələr, bir qayda olaraq, iztirabları və onun xarakteristikalarını cinayətin törədilmə üsulunun obyektiv xüsusiyyətlərinə əsaslanaraq qiymətləndirir, zərərçəkmiş şəxs tərəfindən ona qarşı qeyd olunan fiziki hərəkətlərin subyektiv qavranılmasına lazımi diqqət yetirmir. Belə ki, bəzən obyektiv olaraq əzab sayılmayan hərəkətlər zərərçəkmiş şəxsə sürəkliliyi səbəbindən əzab verə bilər. Həmçinin, qeyd etmək lazımdır ki, əzab təkcə fiziki olmur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən və digər şəxslər tərəfindən cinayəti zərərçəkmiş şəxsin övladının gözü qarşısında törədilməsi onların əməllərinin xüsusi amansızlıqla törədilməsi qənaətinə gəlməyə imkan verir.” Məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona ittiham olunmuş əməli məhz xüsusi amasızlıqla törətməsi barədə nəticəyə gəlmək üçün ilk növbədə araşdırılmış sübutlar bir daha təhlil edilməli və həmçinin “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarında bu tövsifedici əlamətə dair verilən izah və tövsiyələr nəzərə alınmalıdır. Əvvəla, araşdırılmış sübutlarla müəyyən edilir ki, Məhkum Zərərçəkmiş şəxs ağır və digər bədən xəsarətləri ni zərərçəkmiş şəxsin azyaşlı uşağının gözü qarşısında yetirməsi halı yalnız Zərərçəkmiş şəxs özünün və onun yaxın qohumlarının ifadələrində əksini tapmış, məhkum özü isə bu halı inkar etmiş, iş üzrə dindirilmiş başqa şahidlər də öz ifadələrində bununla bağlı heç bir xüsusat göstərməmiş və onlara bu halın həqiqətə uyğun olub-olmaması barədə sual belə verilməmişdir. Halbuki həm Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və azyaşlı Şahid10 verdikləri ifadələrin yoxlanılması, digər tərəfdən isə Məhkum əməlinin digər maddələrlə yanaşı həmçinin CM-nin 126.2.3-cü maddəsi ilə düzgün tövsi edilib-edilməməsi barədə nəticəyə gəlmək üçün apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi, yalnız hüquq nəzəriyyəsində əksini tapmış təfsiin şərh edilməsi deyil, bu istiqamətdə ətraflı araşdırmanın aparılması və eyni zamanda Azərbayccan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2020-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələr nəzərə alınmalıdır. Belə ki, həmin Qərarda məhkəmələrə ilk növbədə izah edilmişdir ki, qanunun mənasına görə, əməlin CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilməsi üçün xüsusi amansızlıqla qəsdən adam öldürmə təqsirkarın həm cinayətin törədilmə üsulu ilə, həm də onun xüsusi amansızlığına dəlalət edən digər hallarla birgə əlaqələndirilməlidir. Əməlin xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi qiymətləndirilməsi üçün cinayətin törədilməsi üsulunun xüsusi amansız olması, həmin cinayətin xüsusi amansız nəticələrə səbəb olması ilə yanaşı həm də cinayət törətmiş şəxsin xüsusilə amansız (qəddarcasına, rəhmsiz) davranmasını təsdiq edən hallar müəyyən edilməlidi r. Digər tərəfdən, belə qiymətləndirmə zamanı nəzərə almaq lazımdır ki, təqsirkarın niyyəti təkcə zərər çəkmiş şəxsi həyatdan məhrum etməyə yox, həm də ona bilavasitə qəsdən öldürməyə qədər və bu cinayəti törətmə mərhələsində xüsusi ağrılar, işgəncə, əzab verməyə yönəlmiş olur. Bütün hallarda belə niyyəti təsdiq edən obyektiv və subyektiv sübutlar əldə edilməlidir. Göstərilən Qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif ed ilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərər çəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrılar verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərər çəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma orqanı ilə yanaşı məhkəmə lər də Məhkum Zərərçəkmiş şəxs xəsarətləri onun azyaşlı uşağının gözü qarşısında törətməsi halını xüsusi amansızlıq kimi qiymətləndirsələr də, məhkumun həmin əməli törədərkən həm də zərərçəkmiş şəxsin azyaşlı uşağına xüsusi əzab verməsini dərk etməsini aydınlaşdırmamışlar. Bütün təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsini sübutetməyə və sübutların qiymətləndirilməsinə dair qanunvericiliyin tələblərinə əməl etmədən, iş üzrə müəyyən edilmiş çatışmazlıqları və ziddiyyətləri aradan qaldırmadan həll etməkdə haqlı olmamışdır, bu isə həmin məhkəmə tərəfindən, kassasiya şikayətində iddia olunduğu kimi, CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutu lmuş pozuntulara yol verilməsinə dəlalət edir. Ümumiyyətlə hazırki iş üzrə mövcud olan çatışmamazlıqların, ziddiyyətli məqamların və qeyri-müəyyən halların aşkar edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hökmdən verilmiş apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılması barədə qərar qəbul etmiş, baxmayaraq ki, məhkum ounun apellyasiya şikayətinə məhkəmə baxışı iclasında öz müraciətində göstərdiyi dəlillərdən fərqli dəlillər və tələb irəli sürmüş və bunları özünün dərk etdiyi şəkildə əsaslandırmağa çalışaraq özünün ona qarşı irəli sürülmüş ittiham üzrə əməlləri törətməkdə təqsirsiz olmasını bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, belə vəziyyətdə, yəni təkrar araşdırmanın aparılması zəruriliyində hazırki iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2023-cü il tarixli qərarının ləğv edilərək Məhkum məhz əməlində hər hansı cinayətin tərkib əlamətlərinin olmaması əsası ilə işin yeni apellyasiya baxışına təyin olunması barədə qərarın qəbul edilməsi mümkün deyil və buna görə bu barədə kassasiya şikayətinin tələbi qəbul edilməz sayılmalıdır. Bununla belə, məhkəmə kollegiyası hazırki qərarda ətraflı təsvir edilmiş qanunvericiliyin tələblərinə əsaslanaraq, araşdırılmış sübutlara onların təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə təqsirli bilinməsi məsələsinə sübutların mümkünlüyü və kifayət etməsi nöqteyi nəzərindən yanaşıb qiymətləndirərək və məhkəmənin hökmünün ehtimallara əsaslana bilməməsi, bütün şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə həll olunmasına dair qanunveri ciliyin tələblərindən çıxış edərək, habelə Məhkum barəsində yekun qərar qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların araşdırılmasına, onların qiymətləndirilməsinə və kifayət etməsinə dair tələblərə əməl olunmaması barədə nəticəyə gələrək və bir daha həmin məhkəmənin CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verdiyini qeyd edərək hesab edir ki, belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı qüvvədə saxlanıla bilməz və buna görə də, həmin qərar ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməli, məhkumun və onun müdafiəçisinin irəli sürdüyü bütün dəlillər ətraflı yoxlanılmalı və araşdırılmış sübutlar qanuna müvafiq qaydada qiymətləndirildikdən sonra iş üzrə qanuni və əsalandırılmış qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası bütün təsvir edilənləri yuxarıda göstərilən qaydada bir daha təhlil edib kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, müdafiəçi N.H.Carçalovanın kassasiya şikayəti qismən təmin edilməklə Məhkum CM-nin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2023-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilə nlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar