Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-514/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 07 noyabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Tərlan Əkbərov) 07 sentyabr 2018-ci il tarixli hökmü ilə 28 iyun 1984-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki və bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmamış, ünvan 1 ünvanda yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin h alları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, 27 aprel 2018-ci il tarixdə saat 18 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercury Mariner” markalı, **-LX- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zaqulba şosesi ilə Buzovna qəsəbəsindən Bakı şəhəri istiqamətində avtomobil yolunun 9-cu kilometrliyində, dayanacağın yaxınlığında sağ tərəfdən birinci hərəkət zolağında saatda 20-30 km sürətlə arxa istiqamətdə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, avtomobili arxaya hərəkət etdirməzdən əvvəl arxada hərəkət üçün heç bir maneənin olmamasına əmin olmalı və piyadanın olması şəraitində piyada avtomobilin ar xaya hərəkət etdiyi hissədən kənarlaşdıqdan sonra avtomobili arxaya doğru hərəkət etdirməli olduğu halda bunu etməmiş və ehtiyatsızlıqdan yolu sol tərəfdən sağ tərəfinə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin arxa tərəfi ilə vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs sağ bazu sümüyünün başının çıxığı və cərrahi boyunun qapalı sınığı, sağ dizin əzilməsi ilə nəticələnən, sağlamlığın uzun müddət pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Həsən Əhmədovdan ibarət tərkibdə) 07 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü dəyişdir ilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin və barəsində islah işləri növündə cəzanın təyin olunması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs onunla əsaslandırır ki, həm birinci, həm də apellyasiya instansiya məhkəməsinin hökm və qərarı ədalətsiz və qanunsuzdur. Belə ki, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin notarial qaydada verdiyi ərizəsini, valideyinləri tərəfindən 1350 manat məbləğində pulun zərərçəkmiş şəxsə qohumlarının iştirakı ilə ona verilməsi barədə qəbzi, himayəsində 3 azyaşlı uşağın olmasını, Çernobıl əlili olan atasının və onkoloji xəstə anasının olmasını nəzərə almamışdır. Bundan başqa, cinayət işinin materiallarında olan və 28 aprel 2018-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Xəzər rayon prokurorluğuna ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizənin surətindən görünür ki, 27 aprel 2018-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi və aldığı xəsarətlə bağlı onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. 28 aprel 2018-ci il tarixli yazılı qeyddən görünür ki, Təqsirləndirilən şəxs atası X3 Zərərçəkmiş şəxs onun istədiyi 1350 manatı verərək adları çəkilən adamların iştirakı ilə həmin qeydi tərtib edib imzalamışdı r. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili təyin edilmiş cəzanın sərtliyinə və şəxsiyyətinə uyğun olmaması, azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmayan cəza təyin edilməli olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə 1 (bir) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin edərkən onun törətmiş olduğu cinayət əməlini hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıq üzündən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində yetkinlik yaşına çatmayan iki və bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin sanksiyasında üç cəza növü, yəni beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi ona maddənin sanksiyasının orta həddində (1 il) olan cəzanı təyin etmişdir. Belə cəzanı heç də ağır hesab etmək olmaz. Digər tərəfdən, təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Bundan əlavə, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində Zərərçəkmiş şəxs ilə barışdığını və ona maddi yardım göstərdiyini qeyd etsə də, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, sonuncu Təqsirləndirilən şəxs tərəfindən ona heç bir maddi kömək göstərmədiyini, ondan şikayətçi olduğunu göstərməklə onun cinayət məsuliyyət inə cəlb olunmasını xahiş etmişdir. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində qeyd etdiyi dəlillər işin materialları ilə təkzib edilir. Təyin olunmuş cəza ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan məhkəmələrin Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, cəza təyini zamanı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmışdır və cəza növünün dəyişdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məh kəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018 -ci il tarixli qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cimaddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2018-ci il tarixli məhkum Təqsirləndirilən şəxs barəsindəki qərar dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-514/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-514/2019
16.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver