Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-514/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəx s Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən C.C.Nəbiyev, hakimlər: M.V.Məmmədov və İ.Q.Abdullayevdən ibarət tərkibdə) 06 may 2021-ci il tarixli hökmü ilə xx xxxxxxx 1990-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Cəlilabad şəhəri Səttarxan küçəsi evdə yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu 12 noyabr 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin X9 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi və X8 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X11 və X1 ibarət tərkibdə) məhkumlar Təqsirləndirilən şəxs və X9 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə X9 CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 06 noyabr 2020-ci ildə Cəlilabad şəhər sakini X2 30 (otuz) manat pulun müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -3,868 qram, 0,095 qram, 0,115 qram, ümumi təmiz çəkisi - 4,078 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 08 noyabr 2020-ci ildə, saat 14 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq şöb əyə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Həmin hökmlə Təqsirləndirilən şəxs Rəzzaq oğlu CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, məhkum edilmişdir ona görə ki, o, qazanc əldə etmək üçün satış məqsədi ilə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi -26,809 qram olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşımış, həmin narkotik vasitəni 06 noyabr 2020-ci ildə Cəlilabad şəhər sakini X5 120 manata satmışdır. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 202 1-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək həmin qərarın qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyini vurğulamışdır. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə çıxarılmış hökmdür, məhkəmədə araşdırılmış sübutlara əsasən həm irəli sürülmüş ittihamlar üzrə, həm də hökmdə göstərilmiş cinayət əməli üzrə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq ittiham hökmü çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi də bu xüsusatlara heç bir diqqət göstərmədən birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Məhkum həmçinin qeyd edir ki, heç bir zaman narkotik vasitə qəbul və istifadə etmədiyi halda onda narkomaniya xəstəliyinin müşahidə və aşkar olunması barədə ambulator məhkəmə-narkoloji ekspertizası tərəfindən verilmiş 16 noyabr 2020-ci il tarixli 90 saylı rəy saxtadır. O, narkotik maddə heç vaxt istifadə etməmiş, onun daşınması və satışı ilə məşğul olmamışdır, ona qarşı irəli sürülmüş ittiham əsassız olmuşdur. Cinayət işinin materiallarında da onun həmin cinayəti törətməsi, həmin cinayət hadisəsində iştirak etdiyini təsdiq və sübut edən heç bir sübut yoxdur. Məhkum qeyd olunanların nəzərə alınmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyə tinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, təqsirləndirilən şəxs X8 məhkəməyədək icraat zamanı verdiyi ifadələrində göstərmişdir ki, 06 noyabr 2020-ci ildə Cəlilabad şəhəri, H.Əliyev prospektində yerl əşən “Ana Heykəli”nin yaxınlığında tanışı Rahim adlı şəxslə görüşüb ondan 120 manat müqabilində narkotik vasitə heroin almış, həmin gün Xəyal adlı Cəlilabad rayonu, Göytəpə şəhər sakini olan tanışı onun istifadəsində olan 055 774-23-78 saylı mobil nömrəsinə zəng edərək, ondan narkotik vasitə heroin istəmiş, o da həmin gün Xəyalla Cəlilabad rayonu, Göytəpə şəhərinin mərkəzində yerləşən H.Əliyev parkın yaxınlığında görüşüb ona 30 manat pulun müqabilində üç ədəd bükümdə narkotik vasitə heroin satmış, Rahib adlı şəxsdən aldığı narkotik vasitənin qalan hissəsini isə öz istifadəsi üçün üzərində saxlamış, polis əməkdaşları onu saxlayaraq şöbəyə aparıb orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd bükümdə narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizası 16 noyabr 2020ci il tarixli 90 saylı rəyindən görünür ki, müayinə zamanı X6 tiryək alkoolidlərini tərkibdə saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan, məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxslər arasında müdafiəçilərinin iştirakları ilə 12 noyabr 2020-ci ildə keçirilmiş üzləşmədə dindirmə protokolunun məzmunundan görünür ki, Fəhmin Həsənli onun üzərində aşkar olunmuş narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs 120 manat müqabilində pul vermək lə satın almasını Təqsirləndirilən şəxs üzünə deməklə Təqsirləndirilən şəxs Fəhmin Həsənliyə narkotik vasitə olan heroin satması bir daha təsdiq edilmişdir. Apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair dəlillərə qiymət verərək hesab etmişdir ki, iş üzrə müəyyən olunmuş faktiki hallara, o cümlədən 12 noyabr 2020-ci il tarixli üzləşmə zamanı Fəhmin Həsənli üzərində aşkar olunmuş narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs 120 manat müqabilində pul verməklə satın almasını sonuncunun üzünə deməsi ilə təkzib olunduğundan Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən məhkəmə baxışı zam anı Fəhmin Həsənli və Təqsirləndirilən şəxs ifadələrini obyektiv ifadə kimi qəbul edilməməklə, həmin ifadələrin işin faktiki hallarına uyğun olmaması və özlərini müdafiə xarakteri daşıması barədə düzgün qənaətə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 4 2-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə məhkum Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər məhkumun eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya ş ikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2021-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-514/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-514/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver