Məhkəmə qərarları › İş №1(102)-514/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-514/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-514/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 senty abr 2022-cü il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Cəlil Nəbiyev, hakimlər Cavid Səfərli və Müşfiq Məmmədov) 31 may 2022-ci il tarixli, 1(099)-340/2022 nömrəli hökmü ilə, xx xxxxx 1992-ci ildə Kürdəmir rayonunun Xırdapay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər Kürdəmir rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını tam çəkməmiş, həmin ünvanda qeydiyyatda olmaqla orada ya şamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1, 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən Kürdəmir Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 5 (beş) ay 12 (on iki) günün iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 8 (səkkiz) ay 21 ( iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdiri lməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 2,644 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,328 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, 24 yanvar 2022-ci ildə axşam saat 20 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarı ş tədbirləri zamanı, Kürdəmir rayonunun Xırdapay kəndində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin qabaq sol cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 2,644 qram psixotrop maddə metamfetamin və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,328 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 1(106)-732/2022 nömrəli 12 sentyabr 2022-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı2 ka ssasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldikləri nəticələr əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Məhkum cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli onun tərəfindən törədilməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və iş üzrə toplanıl mış digər materiallarla təsdiq edilmişdir. 24 yanvar 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, 24 yanvar 2022-ci ildə saat 20 radələrində Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, video çəkilişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Məhkum ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş və bu təklifdən sonra Məhkum üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirmiş, əynində olan qara rəngli dəri materialdan olan qış gödəkcəsi nin qabaq sol cibindən bir ədəd “ARQO” markalı siqaret qutusunu çıxarmış, qutunu açaraq içərisində iki ədəd göy rəngli kağız bükümləri təqdim etmişdir. Şifahi sorğu zamanı Məhkum, üzərindən aşkar edilmiş kütlələrin ona məxsus olduğunu və həmin kütlələri İran İslam Respublikasının vətəndaşı “Seyid” ləqəbli şəxsdən “Vatsap” vasitəsilə danışaraq əldə etmişdir. Əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Məhkum üzərində aşkar edilərək götürülmüş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini hansı şəraitdə və hansı mənbədən əldə etməsini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Məhkum narkotik vasitə heroin və psixotrop maddə metamfetam inin qanunsuz istifadəsi və satışı ilə məşğul olmuş, əvvəllər də onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Onun həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, o, narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə üzərində saxlamışdır. Əlavə olaraq bildiririk ki, Məhkum narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi “Seyid” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Beləliklə iş materiallarından göründüyü kimi, Məhkum ifadələrində, onun narkotik vasitələri və psixotrop maddələrinin qanu nsuz dövriyyəsi ilə əlaqədar CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsinə baxmayaraq, həmin narkotik vasitənin satış məqsədilə əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası əməlin hüquqi tövsifinə dair nəticəyə gələrkən faktiki olaraq yalnız təqsirləndirilən şəxsin qeyd olunan, işin obyektiv hallarına uyğun gəlməyən özünümüdafiə xarakterli ifadələrinə əsaslanmış, işin digər hallarını ümumiyyətlə nəzərə almamışdır. Göründüyü kimi, Məhkum şəxsi axtarış zamanı özü təqdim etdiyi ümumi təmiz çəkisi 2,644 qram metamfetamin şəxsi istehlak miqdarından 17,626 dəfədən, külli miqdarından isə 0,644 qram çox olmuş və ümumi təmiz çəkisi 0,328 qram heroin şəxsi istehlak miqdarından 2,186 dəfədən çox o lmuş, lakin apellyasiya instansiyası məhkəməsi iş üzrə cinayət əməlinin tövsifi ilə bağlı nəticəyə gələrkən mühüm əhəmiyyət kəsb edən bu faktiki hallara qiymət verməmiş, onları araşdırmamışdır. Narkotik vasitə və ya psixotrop maddənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə təqsirləndirilən şəxs Məhkum aşkar olunmuş metamfetaminin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən təxminən 17,626 dəfədən çox olmuşdur. Beləliklə, Məhkum üzərində aşkar olunmuş narkotik vasitənin heroinin külli miqdarda olması sonuncunun həmin narkotik vasitəni üzərində satış məqsədilə saxlamasına dəlalət edir. Belə ki, şəxsin narkotik vasitə və ya psixotrop maddənin hər hansı şə xsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, narkotik vasitəni hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə heroinin külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2022-ci il tarixli 472 nömrəli rəyindən görünür ki, Məhkum narkomaniya xəstəliyindən əziyyət çəkmir, onda narkotik vasitələr və psixotrop maddələrdən epizodik istifadə halları olmuşdur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yo xdur. Həmçinin, narkotik vasitəni əldə etmiş şəxs daima özünün ifşa olunması təhlükəsi ilə üz-üzə olduğunu bilir və dərk edir. Belə olan halda isə külli miqdarda metamfetamin və şəxsi istehlak miqdarından 2 dəfə artıq heroin əldə etmiş şəxs onu üzərində saxlayaraq axşam vaxtı ictimai yerə üzərində daşıması, həmin maddələri şəxsi istehlakı üçün əldə etməsi inandırıcı deyildir. Həmin hal bir daha onu sübut edir ki, Məhkum gündəlik ehtiyacının yuxarı həddindən 17 dəfədən çox olmuş metamfetamini və şəxsi istehlak miqdarından 2 dəfə artıq heroini məhz satış məqsədilə əldə edib, üzərində saxlayaraq axşam vaxtı yaşadığı kənd ərazisində daşıyıb, real alıcı axtarışında olmuşdur. Belə ki, məhkəmə, narkomaniyadan əzab çəkməyən, narkotik vasitə və psixotrop maddələrdən epizodik istifadə edən Məhkum gü ndəlik ehtiyacının yuxarı həddindən təxminən 17,626 dəfədən çox olmuş metamfetamini və gündəlik ehtiyacının yuxarı həddindən təxminən 2,186 dəfədən çox olmuş heroini axşam saatlarında yaşadığı kəndin ərazisində üzərində saxlayaraq daşımasının səbəblərini də araşdırmamış, nəticədə əməlin tövsifində səhvə yol vermişdir. Məhkəmə bunlara əhəmiyyət verməyərək Məhkum göstərilən çəkidə psixotrop maddə metamfetamini və narkotik vasitə heroini hansı məqsədlə əldə etdiyini düzgün araşdırmayaraq sonuncunun əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmişdir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Apellyasiya instasiya məhkəməsi nəzərə almamışdır ki, narkoman olmayan Məhkum üzərində istehlak miqdarından artıq miqdarda heroin daşıma sı ilə yanaşı, külli miqdarda psixotrop maddə olan metamfetaminin də daşıması məhz həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib, üzərində saxlamaqla, daşımasını bir daha sübüt edir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi Məhkum ifadələrinə digər sübutlarla müqayisəli yanaşmamış, özünümüdafiə xarakterli olmasını nəzərə almadan yekun nəticəyə gələrkən onun ifadələrini əsas götürmüşdür. Beləliklə məhkəmə kollegiyası ibtidai istintaq zamanı heç bir qanun pozuntusu olmadan əldə olunmuş və məhkəmə istintaqı zamanı tətqiq edilmiş yuxarıda qeyd olunan sübutlara (məhkum edilmiş şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolları, digər istintaq hərəkətlərinin protokolları) deyil, yalnız öz subyektiv mülahizələrinə və ehtimallara əsassız olaraq üstünlük vermişdir. Məhkəmə Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əməlini CMin 234.1-ci maddəsinə tövsif edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almayaraq təqsirləndirilən şəxs Məhkum əməlinin tövsif edilməsinin səbəblərini yekun qərarında əsaslandırmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlanma, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri edilməlidir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, həm birinci instansiya, həm də apellyasiya ins tansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən külli miqdarda 01 ədəd kağız bükümdə təmiz çəkisi 2,644 qram psixotrop maddə metamfetamin və 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,328 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum məhkəmə istintaqı zamanı verdiyi qismən etiraf edici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Birinci instansiya məhkəməsi Məhkum aşkar olunmuş 2,644 qram miqdarında psixotrop maddə olan metamfetaminin külli miqdarda olmasını qəbul etsə də, nəticəyə gəlmişdir ki, onun qeyd olunan psixotrop maddənin satış məqsədi ilə əldə edib saxlaması və daşıması, habelə kiməsə satmaq istəməsi barədə cinayət işinin materiallarında hər hansı sübut olmamışdır. Həmçinin Məhkum üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə və heroin çəkilib xırda bağlamalara bükülməmiş, hərəsi bir bükümdə olmuş, psixotrop maddə və heroinin satışı ilə bağlı məhkumun hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi müəyyən olunmamışdır. “Narkotik vasitələrin, ps ixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Məhkum aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Belə ki, Məhkum heroin və metamfetamini öz istifadəsi üçün almasını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Kürdəmir RPŞ-in Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəmədə verilən suallara cavab olaraq ifadələrində göstərmişdir ki, Məhkum narkotik vasitənin əldə edilməsi və saxlanması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkumda aşkar edilmiş psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin miqdarı da (müvafiq olaraq 2,644 qram və 0,328 qram) həmin psixotrop maddənin və narkotik vasitələrinin məhz satış məqsədi ilə əldə edilməsi barədə nəticəyə gəlmək əsas vermir. Bununla da məhkum edilmiş şəxs Məhkum psixotrop maddənin və narkotik vasitənin hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərl əsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi, narkotik vasitə olan heroinin çəkilib xırda bükümlərə bükməsi müəyyən edilməmiş və bunun üçün onda hər hansı avadanlıq da aşkar edilməmişdir. Həmçinin Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunsa da, həmin qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onda aşkar edilərək götürülmüş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı da Məhkum narkotik vasitələrinin qanunsuz satışı ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə sübut əldə edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin əldə etməsi, saxlaması və daşımasına dair hər hansı bir mötəbər sübut olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir sübut olmadığından həm birinci instansiya məhkəməsinin hökmü, həm də apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlin in tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan birinci instansiya məhkəməs i isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun narkotik vasitəni və psixotrop maddəni qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olm ası işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyasi məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda gös tərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Həmçinin işə baxılması zamanı məhkəmələr tərəfindən cinayət-prosessual qanununun və Avropanın İnsan Hüquq və Əsas azadlıqları haqqında Konvensiyanın 6-ci maddəsinin tələblərinin pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 2 sentyabr 2022-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 sentyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar