Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-514/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 145.3, 182.2.1, 182.2.3, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(124)27/2022 nömrəli (hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Fikrət Hüseyn oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxx xxx-cü il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 3 i l müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 2 ilə endirilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-in 145.3, 182.2.1, 182.2.3, 228.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası CM-in 145.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1 və 182.2.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinmiş və ona cəza təyin edilməmiş, CM-in 66.3-cü maddə sinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum cəzaçəkmə müddətinin başlanğıcının 16 sentyabr 2020-ci il tarixindən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da təqsirli bilinərək məhkum edilmiş, o cümlədən məhkəmə məsrəfləri və maddi sübutların taleyi də müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və müdafi əçisi Məmmədov Adəm Məhərrəm oğlu, Təqsirləndirilən şəxs2 müdafiəçisi Süleymanov Mərdəli Binəli oğlu, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Nağıyev İqbal Adil oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli 1(105)-95/2023 nömrəli (hakimlər: Rəhimov Elman Gülbaba oğlu (sədrliyi və məruzəsi ilə), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü Məhkum münasibətdə dəyişdirilmiş, hökmlə Məhkum təyin edilmiş Azərbaycan Respublikası CM-in 145.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-i n 182.2.1 və 182.2.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək, ona CM-in 145.3-cü maddəsi ilə 7 (yeddi) il, CM-in 182.2.1 və 182.2.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən hazırki qərarla ona təyin edilmiş cəzalar və hökmlə CM-in 228.1-ci maddəsi ilə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanmaqla Məhkum üzərində qəti olaraq 11 il (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi qərara alınmışdır, hökm q alan hissədə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu-narkomaniya xəstəliyindən əziyyət çəkib, narkomaniya xəstəliyindən əziyyət çəkməyən, lakin çətənə bitkisi preparatlarından periodik istifadə edən tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, habelə istintaqla müəyyən edilməyən digər iki şəxslə qabaqcadan əl bir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayan, Yevlax rayon sakini Zərərçəkmiş şəxs narkotik vasitələrin əldə edilməsi və satışı ilə bağlı qanunsuz fəaliyyətlə məşğul olması barədə məlumat əldə edib sonuncunu aldatma yolu ilə görüşə, oradan isə özünün kirayədə yaşadığı, yaxınlıqda yerləşən xxx nömrəli mənzilə dəvət etdikdən sonra, özlərinin daim narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi üçün tələb olunan, eləcə də digər xərclərini qarşılamaq üçün Zərərçəkmiş şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı fəaliyyətlə sərbəst şəkildə, onlar tərəfindən heç bir maneə yaradılmadan məşğul olmasına “icazə verilməsi” müqabilində qeyd olunan qanunsuz fəaliyyətdən əldə etdiyi gəlirin bir hissəsini müntəzəm olaraq on lara verilməsini, eyni zamanda onları da müxtəlif narkotik vasitələr və psixotrop maddələrlə təmin etməsi üçün Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan azadlıqdan məhrum edib, sərbəst hərəkət etməsinə mane olmaq və zor tətbiq edib onun iradəsini qırmaqla əmlakını-nağd pul vəsaitini hədə-qorxu ilə tələb edərək ələ keçirmək barədə qabaqcadan razılığa gəlib cinayət əlaqəsinə girmişlər. Bundan sonra Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs kimi öz hərəkətlərini bir-biri ilə uzlaşdırıb, 23 avqust 2020-ci il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs kirayədə yaşadığı yaşayış binasının həyətinə gəlmişlər və Məhkum istifadəsində olan mobil telefonla Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək, onu həyətə çağırıb aldatma yolu ilə yaşadığı xxx nömrəli mənzilə dəvət etmiş, orada Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsində təsbit olunmuş azadlıq hüququnun yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilinəcəyi və qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəsin sərbəst hərəkət edə bilməsi ilə bağlı hüquqlarını pozaraq, əvvəlcədən razılaşdıqları kimi Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eləcə də qrupun istintaqla müəyyən edilməyən digər üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs mənzili tərk etməsinin qarşısını zorakı üsullarla alıb, onu öz arzusu və iradəsi əleyhinə həmin mənzildə qanunsuz saxlamaqla və sərbəst hərəkət etməsinə mane olmaqla azadlığını 8 saat 20 dəqiqə müddətində, yə ni 23 avqust 2020-ci il tarixdə saat 04:00-dan 12:20-dək məhdudlaşdırmaqla adam oğurluğu ilə bağlı olmayan qanunsuz olaraq azadlıqdan məhrum etmişlər. Bu müddətdə Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qrupun istintaqla müəyyən edilməyən digər üzvləri ilə razılaşdıqları kimi məqsədlərinə çatmaqdan ötrü zərərçəkmiş Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmişlər. Belə ki, Məhkum silah qismində istifadə etdiyi soyuq silah hesab edilən nunçaki ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qrupun istintaqla müəyyən edilməyən digər üzvləri isə istintaqla müəyyən olunmayan silah qismində istifadə etdikləri əşyalarla Zərərçəkmiş şəxs döyərək ona digər ağır nəticələrə, yəni sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağ ır zərərvurmaya aid «sol 8-9-cu qabırğalarda qapalı sınıqları” kimi xəsarətlər yetirib, ondan tələb etdikləri nağd pul məbləğin verilməsi müqabilində həyat və sağlamlığı üçün yaratdıqları təhlükəni aradan qaldıraraq azad edilməsi üçün Zərərçəkmiş şəxs 3.000 (üç min) manat pulu hədə-qorxu ilə tələb etmiş, tələb edilən məbləği verməyəcəyi halda onun yaxın qohumlarına qarşı da zor göstəriləcəyi ilə onu hədələmişlər. Bundan sonra, ona tətbiq edilən zor və hədə-qorxulardan canını qurtarıb azad olmaq üçün Zərərçəkmiş şəxs tələb olunan pulun 1.000 (min) manatını həmin gün, digər hissəsini isə sonrakı vaxtlarda verəcəyi barədə qrupun üzvləri ilə razılığa gəldikdən sonra, həmin gün, yəni 23 avqust 2020-ci il tarixdə saat 08:30 radələrində arvadı X3 istifadəsində olan mobil nömrəyə zəng edərək, gələ cəkdə ailə üzvlərinə qarşı qanunsuz hərəkətlər edilməsinin qarşısının alınması üçün ona yalandan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulduğunu və buraxılması üçün 1.000 (bir min) manat pul lazım olduğunu deyib, həmin məbləğdə pulu hazırlayıb oğlu Şahid3 vasitəsilə çatdırılmasını xahiş etmiş, arvadı X da 1.000 manat pulu hazırladıqdan sonra saat 09 radələrində Şahid3 həmin məbləğdə pulu Abşeron rayonu Xırdalan şəhəri, “AAAF Park” yaşayış massivində yerləşən “Qala market”-in yaxınlığında qrupun üzvü Məhkum verdikdən sonra Zərərçəkmiş şəxs saat 12:20 radələrində Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qrupun istintaqla müəyyən edilməyən digər üzvləri tərəfindən azad edilmişdir. Bundan sonra Məhkum, həm Zərərçəkmiş şəxs, həm onun ailə üzvləri arvadı X-ya və o ğlu Şahid3 tələb etdikləri pulun qalan hissəsinin ödənilməsini təmin etmək üçün özündə hədə ifadə edən çoxsaylı zənglər və mesajlar göndərsə də, Zərərçəkmiş şəxs xəstəliyi ilə bağlı 14 sentyabr 2020-ci il tarixdə kəskin mədə-bağırsaq qanaxmasından “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də öldüyündən Məhkum, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və qrupun istintaqla müəyyən edilməyən digər üzvləri tələb etdikləri pulun qalan hissəsini ala bilməmişlər. Bundan başqa, Məhkum istintaqla müəyyən olunmayan mənbədən qanunsuz olaraq qaz silahı hesab edilən, içərisində qaz halında maye olan 1 ədəd sprey balon, 1 ədəd “İJ” modelli, 16 kalibrli, nömrəsi silinmiş, hamar (yivsiz), patronluğunun uzunluğu 70 mm olan, zavod üsulu ilə istehsal edilsə də, konstruktiv dəyişikliklərə məruz qalaraq son radan lülələri kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş, yalnız sağ lüləsi atəş açmaq üçün yararlı olan odlu silah hesab edilən qoşa lüləli odlu ov tüfəngi (ov tüfənginin kəsiyi), nunçaku tipində kustar üsulla hazırlanmış soyuq silah hesab edilən birinin açıq vəziyyətdə ümumi uzunluğu 595 mm, vurucu elementlərinin uzunluğu 210 mm, digərinin açıq vəziyyətdə ümumi uzunluğu 700 mm, vurucu elementlərinin uzunluğu 274 mm olan 2 ədəd predmet, kustar üsulla hazırlanmış, ümumi uzunluğu 585 mm, tiyəsinin uzunluğu 425 mm olan, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən 1 ədəd metal xəncəri əldə edib saxlamış, daşımış və üzərində gəzdirmiş və 16 sentyabr 2020-ci il tarixdə saat 04 radələrində xxx yaşayı ş kompleksində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə dəvət edildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əlində olan 2 ədəd qəhvəyi rəngli üzərində “Nike” sözləri yazılmış və çiyindən asma əl çantalarından qeyd olunan odlu, soyuq və qaz silahları aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən ona elan olunmuş ittiham üzrə əməlinə düzgün hüquqi qiymət verilməmişdir və barəsindəki ekspert rəyləri bir-biri ilə ziddiyyət təşkil edir. Odur ki, göstərilənlərə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarının ləğv edilərək, barəsində düzgün, ədalətli və qanuna müvafiq qərarın qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum çıxış edərək, psixi pozuntusunun olduğunu bildirib verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıl arı qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya mür aciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsi rliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksi ni tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla qanunsuz azadlıqdan məhrum etmə, qabaqcadan əlbir olan b ir qrup şəxs halında zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə və qanunsuz olaraq odlu silahı, qaz silahını, o cümlədən soyuq silahı əldə etmə, saxlama, daşıma və gəzdirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 145.3, 182.2.1, 182.2.3, 228. 1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-in 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-in 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı n əticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumun kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə də vət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməməli olduğu göstərilərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə və ya dəyişdirməkl ə müvafiq qərarın qəbul edilməli olduğu iddia edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən, təqsirləndirilən şəxs Məhkum ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməli olması, lakin anlaqlığını istisna etməyən psixi pozuntusu olmasına görə barəsində məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli olmasına dair yanlışlığa yol verməmişdir. Belə ki, kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq olunan komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 oktyabr 2021-ci il tarixli 2547 saylı rəyindən görür ki, Məhkum “üz vi şəxsiyyət pozuntusu” aşkar edilir. Məhkum olan üzvi şəxsiyyət pozuntusu ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaması dərəcəsində ifadə olunmamışdır. Məhkum ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Bununla yanaşı Məhkum onda aşkar edilən üzvi şəxsiyyət pozuntusu diaqnozlu xəstəliklə əlaqədar o, əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsiri altına düşür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Bundan əlavə cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan olunaraq tədqiq olunan stasionar məhkəmə psixiatrik ekspertiza sının 14 aprel 2023-cü il tarixli 1164 saylı rəyindən görünür ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Cinayət Məcəlləsinin 22.1-ci maddəsinə görə anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 22.2-ci maddəsinə görə anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma anlaqlığı istisna etməyən psixi pozuntuya görə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq apellyasiya məhkəmə kollegiyası Məhkum barəsində məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi iş üzrə mövqeyini işin hallarına və qanunun tələblərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarına istinad edərək ətraflı şərh etmə klə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına, işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də apellyasiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Beləliklə, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum ona apellyasiya instansiyası məhkəməsində istinad edilən, cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-14 6-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəm əsinin qərarı əsaslı olduğundan Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.2.1, 182.2.3, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-514/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-514/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver