Məhkəmə qərarları › İş №1(102)-514/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-514/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-514/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X20 və onun müdafiəçisi, Lənkəran rayon Vəkil Bürosunun vəkili Həsənov İbarət Əhəd oğlunun iştirakları ilə x xxxx 1991-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2024-cü il tarixli 1(106)-742/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X17ov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 4 iyun 2024-cü il tarixli 1(049)-11/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim Muradağa Qasımov), X16 - Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətm əkdə təqsirliliyinin sübuta yetirilməməsi əsası bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2024-cü il tarixli 1(106)-742/2024 nömrəli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), H.X.Həşimov və E.İ.Əliyev) apellyasiya protesti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 4 iyun 2024-cü il tarixli 1(049)-11/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X16 qarşı Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 18 yanvar 2023-cü il tarixdə Lənkəran şəhəri "Böyük Bazar” adlanan ərazidən istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq, 4 (dörd) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,222 qr; 0,220 qr; 0,352 qr; 0,274 qram; ümumi təmiz çəkisi - 1,068 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, həmin narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının 18 yanvar 2023-cü il tarixdə saat 18:50-də Lənkəran şəhəri Z.Əliyeva küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə heroin şəffaf rəngli sellofana kəsiklərinə bükülmüş halda əynində olmuş qara rəngli qış gödək çəsinin sol yan cibindən və gödəkçənin sağ cibindən üzərində narkotik vasitə heroin izləri olan işlək vəziyyətdə bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilməmiş və bunun nəticəsi olaraq X16 CM-in 234.2-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlanmışdır. Belə ki, ibtid ai istintaq zamanı şübhəli şəxs, eləcə də təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən X20 cinayət əməlini etiraf edərək ifadələrində göstərmişdir ki, 5 ildir ki, narkotik vasitə heroindən zərdə çəkmək üsulu ilə qəbul edir. 18 yanvar 2023-ci il tarixdə saat 11 radələrində Lənkəran şəhəri Böyük Bazar ərazisində əvvəllər də narkotik vasitə heroin aldığı üzdən tanıdığı şəxsdən, 4 bükümdə 20 manata heroin almışdır.Həmin gün Lənkəran şəhəri Z.Əliyeva küçəsi ilə piyada hərəkət edən zaman mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşmış və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişdir. Onlar ona narkotik maddələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib, onu Lənkəran şəhər rayon polis şöbəsinə gət irmişlər. Üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. O da Lənkəran şəhəri Böyük Bazar ərazisində aldığı və üzərində saxladığı 4 büküm heroinin və üzərində gəzdirdiyi elektron tərəzini çıxarıb, təqdim etmiş və bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzərindən aşkar edilmiş 4 bükümdə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 1,41 qram olmuşdur. Sonra aşkar olunmuş 4 bükümdə heroin bükümləri və bir ədəd elektron tərəzi ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyub bağlanmış və möhürlənmişdir. Şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, təqsirləndirlən şəxsi narkotik vasitələrin istifadəçisi kimi tanıyır. Daxil olmuş əməliyyat məlumatına əsasən onu mikrorayon ərazisində saxlayıb Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşakar olunmuş kütlənin təyin olunması üçün qablaşdırılmışdır. Təqsirləndirlən şəxsdən aşkar olunmuş elektron tərəzi ilə bağlı təqsirləndirlən şəxsə sual verildikdə, sonuncu bildimişdir ki, həmin tərəzini narkotik vasitəni aldığı zaman onun aldatmasınlar deyə ölçmək məqsədilə üzərində gəzdirmişdir. Təqsirləndirlən şəxsin narkotik vasitəni satmaq istədiyi şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Şəxsi axtarış aparılan zaman təqsirləndirlən şəxsin yanında müdafiəçisi olmuşdur. Təqsirləndirlən şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuş və onlar onu 18-ci binanın ətrafında saxlamışlar. Əgər üç təqsirləndirən şəxsi bir yerdə yaxa lasaydılar, onda elə də rəsmiləşdirərdilər. Təqsirləndirlən şəxsin şəxsi axtarışı zamanı yalnız bir dəfə videoçəkiliş aparılmışdır. Ona zor tətbiq olunmamışdır. Şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ifdadəsinə uyğun ifadə vermişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 19/79 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Şəxsin üzərindən çıxan narkotik vasitəyə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri: -0,222 qr; -0,220 qr; -0,352 qr; 0,274 qr; ümumi təmiz çəkisi: 1,068 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi kompanent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərin də “Vət.bəraət almış şəxs oğlunun üzərindən aşkar olunan 01 ədəd elektron tərəzi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik heroinin izləri vardır. Tədqiqatdan sonra heroinin qalığı 0,868 qram olmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X14 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2021ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxs - ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X20 narkotik vasitələrin istifadəçisi, daşınması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməl iyyat aparatına əməliyyat məlumatları daxil olmuşdur. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar olsa da, üzərindən aşkar olunmuş narkotik vasitə heroini kimdən əldə etməsini və kimlərə satmasını müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyataxtarış tədbirləri davam etdirilir. Bundan başqa, Lənkəran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(049)-28/2023 nömrəli qərarından görünür ki, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən X20 bildirmişdir ki, gündə iki dəfə səhər və axşam olmaqla narkotik vasitə qəbul edir, CM-in 234.1-ci maddəsi üzrə özünü tam təqsirli bilir, üzərindən aşkar olunmuş narkotik vasitə və elektron tərəzi özünə məxsusdur Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və ya fiziki təzyiq və tə sirlər olmamışdır. Tələbnamədən, hökm, qərarların surətlərindən görünür ki, X7 dəfə xx.xx.2021-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin amnistya aktı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 6 ay müddətinə azaldılmış, xx.xx.2022- ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Lənkəran rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı araşdırma aparılmış və araşdırma zamanı hər hansı cinayət hadisəs i olması faktı öz təsdiqini tapmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi ibtidai istintaq zamanı X4 məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması cinayəti törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, şahid ifadəsi və iş üzrə toplanılmış, yuxarıda sadalanan digər materiallarla tam sübuta yetirilmiş, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddələri ilə tövsif olunmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri mötəbər hesab etməmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında fiziki zora məruz qalması barədə ifadəsi məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazir liyi Tibb Baş İdarəsindən alınmış bəraət almış şəxsnin adına açılmış 669/2023 nömrəli məhkumun tibbi kitabçasına müvafiq olaraq müayinə zamanı bəraət almış şəxsnin bədənində xəsarət aşkar olunmamasına və təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı araşdırma aparılaraq cinayət hadisəsi olması faktı öz təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilməsinə baxmayaraq məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini iş üzrə əhəmiyyəti və obyektiv həqiqətin müəyyən edilməsi üçün zəruri sübut növü kimi qiymətləndirmişdir. Hər hansı nəzarət orqanı tərəfindən ləğv edilməyən yəni qüvvədə olan həmin qərarın surətinin cinayət işinin materiallarında olmasına baxmayaraq, məhkəmə öz hökmündə bəraət almış şəxsyə qarşı polis əməkdaşları tərəfindən zor tətbiq e dilməsi nəticəsində etirafedici ifadə verməsi qənaətinə gəlmişdir ki, bu da anlaşılan deyildir. Həmçinin, məhkəmə bəraət almış şəxsnin xəsarət alması ilə bağlı toplanılmış material üzrə istintaq orqanı tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın olmasına baxmayaraq, hökmdə həmin qərarın əsassız sayılmasına dair hər hansı əsaslandırma və qiymətləndirmə aparmadan sözügedən qərarın həqiqiliyini şübhə altına almışdır. Bundan başqa, məhkəmə qanunsuz və əsasız olaraq qanuni qüvvəyə minməmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-175/2024 nömrəli hökmünə istintad edərək hazırki iş üzrə əlavə şahid qismində dindirilmiş X11, X12, X2 ifadələrini həmin hökmdən olduğu kimi köçürərək sübut qismində qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Bundan başqa, hökmdə göstərilmişdir ki, X12 videokonfrans əlaqə sistemi vasitəsilə əlavə şahid qismində dindirilən zaman göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir". İbtidai istintaqda dindirilməmiş şahidin hansı ifadəsini təsdiq-edib etməməsi barədə sual verərək aldığı cavabı məhkəmə hökmündə göstərməklə qeyrimüəyyən nəticəyə gəlmişdir. Dövlət ittihamçısı yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxs bəraət almış şəxsnin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla və cinayət işinin materiallarında olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli ş əkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs bəraət almış şəxsnin və müdafiəçi İ.Həsənovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, m ötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, bəraət almış şəxsnin əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həm in sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli o lduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühaki məsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsyə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamış, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusa tların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. İbtidai istintaq orqan tərəfindən X16 ittiham verilmişdir ondan ötrü ki, o, 18 yanvar 2023-cü il tarixdə Lənkəran şəhəri "Böyük Bazar” adlanan ərazidən istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq, 4 (dörd) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,222 qr; 0,220 qr; 0,352 qr; 0,274 qram; ümumi təmiz çəkisi - 1,068 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, həmin narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının 18 yanvar 2023-cü il tarixdə saat 18:50-də Lənkəran şəhəri Z.Əliyeva küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə heroin şəffaf rəngli sellofana kəsiklərinə bükülmüş halda əynində olmuş qara rəngli qış gödəkçəsinin sol yan cibindən və gödəkçənin sağ cibindən üzərində narkotik vasitə heroin izləri olan işlək vəziyyətdə bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X20 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri, 2-ci m/rayon, 18-ci binanın 5-ci mərtəbəsində dostunun mənzilində iki nəf ər dostu ilə mənzildə yatdığı zaman, qəfildən qapı sındırılmış və polislər mənzilə daxil olmuşlar. Axtarış nəticəsində onun və bir dostunun üzərindən narkotik vasitə çıxmamış, lakin dostu X3 üzərindən 6 büküm aşkar edilmişdir. Sonuncu bunu gördükdə olduqları 5-ci mərtəbədəki mənzildən özünü 4-cü mərtəbəyə, oradan 3-cü mərtəbəyə və s. ataraq oradan uzaqlaşmışdır. Polislərdən X10 adlı şəxs ona bildirmişdir ki, təqdim edəcəkləri bükümləri etiraf etməsə, "onun evindən 2 kilo mal çıxaracaqdır”. Onu da qeyd etmişdir ki, hadisə yerindən yayınmış dostu sonradan tutularaq ona "5 kilo mal yükləmişlər”. Həmin vaxt dostunun anası ilə bacısını öz evlərinə buraxmayaraq həmin evdə iki nəfər polis saxlamışlar. Əməliyyatçı X10 ona bildirmişdir ki, 234.1 üstünə 1 gələndə 234.2 olur. Onunla mənzildə qalmış d igər dostuna 234.2, oradan qaçmış dostuna isə daha ağır maddə ilə cinayət işi başlamışlar. Dörd dəfə videoçəkiliş aparılıb. Hər dəfə bükümləri boynuna almadığına görə çəkilmiş kadrlar silinərək yeni çəkilişlər aparılmışdır. X10 onu təpiklə döymüşdür. Bundan əlavə müstəntiq də bir sıra imzalarını saxtalaşdırmışdır. Belə ki, cinayət işinin 15, 18-22, 24 və 32-ci vərəqələrindəki imzalar ona məxsus deyildir. Bundan əlavə müstəntiq ona vəkili ilə bərabər cinayət işinin materialları ilə tanış olması üçün cəmi 3 dəqiqə vaxt ayırmışdır. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, bədənindəki ağrılarının qarşısını almaq məqsədilə bir müddətdir ki, narkotik vasitə heroindən istifadə etmişdir. Üzərində elektron tərəzi olmamışdır. Şəxsi axtarış vəkilin iştirakı ilə videoçəkilş lə aparılmışdır. 31 yanvar 2024-cü il tarixdə əlavə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə günü Lənkəran şəhəri, 2-ci m/rayon, 18-ci binanın 5-ci mərtəbəsindəki mənzildə saxlanıldıqları vaxt orada əməliyyatçılardan X11, X12, X13 və digərləri olmuşlar. Məhkəmə iclasında bəraət almış şəxs verilən sualları cavablandıraraq göstərmişdir ki, ittiham aktı ilə ona ittiham olunan 04 ədəd bükümdə narkotrik vasitə ona məxsus deyildir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə, mənzildə özlərinin istifadələri üçün şprisə doldurulmuş heroin deyildir. Döyülməsi ilə bağlı Lənkəran rayon prokurorluğunun adını bilmədiyi əməkdaşı onu Kürdaxanıda dindirsə də, ona tibbi müayinədən keçməyi təklif etməmişdir. Onu mənzildə əməliyyatçılardan X13 döymüşdür. Hətta həmi n vaxt bunun şahidi olan X15 X13ə öz iradını da bildirmişdir. Ən çox döyülən o olmuşdur. İbtidai istintaq zamanı onu tibbi ekspert X14in yanına aparsalar da, X14 onu müayinə etməmiş, sadəcə "Səndə xəsarət var?” sualını vermiş, cavabında "yox” eşitdikdə onda xəsarətin olmaması barədə rəy vermişdir. Onların hər üçünü eyni vaxtda polis şöbəsinə aparmışlar. Şprisə doldurulmuş heroini hərəsi 10 manat qoymaqla özlərinin istifadələri üçün almışlar. 30 yanvar 2024-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxsi narkotik vasitələrin istifadəçisi kimi tanımış. Daxil olmuş əməliyyat məlumatına əsasən onu mikrorayon ərazisində saxlayıb polis şöbə sinə gətirmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilmişdir. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş kütlənin təyin olunması üçün qablaşdırılmışdır. Təqsirləndirlən şəxsdən aşkar olunmuş elektron tərəzi ilə bağlı təqsirləndirlən şəxsə sual verildikdə, sonuncu bildimişdir ki, həmin tərəzini narkotik vasitəni aldığı zaman onun aldatmasınlar deyə ölçmək məqsədilə üzərində gəzdirmişdir. Təqsirləndirlən şəxsin narkotik vasitəni satmaq istədiyi şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Şəxsi axtarış aparılan zaman təqsirləndirlən şəxsin yanında müdafiəçisi olmuşdur. Təqsirləndirlən şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuş və onlar onu 18-ci binanın ətrafında saxlamışlar. Əgər üç təqsirləndirən şəxsi bir yerdə yaxalasaydılar, onda elə də rəsmiləşdirərdilər. Təqsirləndirlən şəxsin şəxsi axtarışı zamanı yalnız bir dəfə videoçəkiliş aparılmışdır. Ona zor tətbiq olunmamışdır. 30 yanvar 2024-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nın CAB-nin əməliyyat müvəkkilləri Şahid3 göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən qrup yaradılmışdır. Sonradan təqsirləndirlən şəxsi saxlayıb Polis şöbəsinə gətirmişlər. Şöbədə üzərində şəxsi axtarış aparılmış və təqsirləndirlən şəxs hər şeyi etiraf etmişdir. Verilən suallara cavab olaraq əlavə olaraq bildirmişdir ki, əməliyyat məlumatı X11 müəllimə daxil olmuş, qrupa o, X11 və X16 daxil olmuşlar. Təqsirləndirilən şəxs mikrorayon ərazisində, küçədə tək saxlanılmışdır. Təqsirləndirlən şəxsin üzərində şəxsi axtarış apar ılan zaman videoçəkiliş aparılmışdır. Təqsirləndirlən şəxsin üzərindən elektron tərəzi də aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildimişdir ki, həmin tərəzini narkotik vasitəni aldığı zaman onun aldatmasınlar deyə ölçmək məqsədilə üzərində gəzdirmişdir. Həmin hadisədən 01 ilə yaxın vaxt keçsə də, hadisə yadındadır. Onlar hətta beş nəfəri bir yerdə tutsalar belə, onu elə də sənədləşdirəcəklər. Təqsirləndirilən şəxsin narkotik vasitələrinin satışı ilə bağlı onlarda məlumat yoxdur. Təqsirləndirlən şəxsi axşam tərəfi saxlamışlar. 18 aprel 2024-cü il tarixdə müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 göstərmişdir ki, o, təqsirləndirlən şəxsi tanıyır və sonuncu ilə bərabər Şahid lə də dostluq edir. Üç dost çox vaxtları binalarının yanındakı çayxanada vaxtlarını keçirilər. xx.xx.2023-cü il tarixdə hər üç dost birləşərək adama 10 manatdan pul qoyub heroin almış, onu yaşadığı mənzilə gətirib hazırlayıb şpritsə dolduraraq vurmaq istədikləri zaman mənzillərinin qapısını sındıraraq mənzilə polislər daxil olmuş, onu yerə yıxmışlar. Daha sonra onu qaldıraraq yoxlamışlar. Sonradan polislər onları döyməyə başlamışlar. Gedən-gələn onu döymüşdür. Sonra onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində X10 ona cinayəti etiraf etdirib çəkiliş aparmışdır. Çəkilişdən sonra onu yenidən mənzillərinə aparmışlar. Verilən suallara cavab olaraq əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə o, mənzilində saxlanılan zaman onun yanında dostları bəraət almış şəxslə Şahid də olmuşlar. Hadisəni görən qonşular onun bacısına zəng vurmuş, bacısı hadisə yeri nə gəldikdə mənzillərinin qapısının sınmış vəziyyətdə olduğunu görüb onu çəkmişdir. Üzərilərində narkotik vasitə olmamışdır. Şprisə doldurduqları heroini tanımadığı şəxsdən almışdır. İş materiallarından görünür ki, 4 iyun 2024-cü il tarixdə müdafiəçinin vəsatəti əsasında Bakı İstintaq Təcridxanasında saxlanılan X12 videokonfrans əlaqə sistemi vasitəsilə əlavə şahid qismində dindirilən zaman göstərmişdir ki, bəraət almış şəxsi tanıyır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. xx.xx.2023-cü il tarixdə, mikrorayonda, o, bəraət almış şəxs və X17 özlərinin istifadələri üçün adama 10 manat pul qoyub X17ə vermişlər ki, gedib "mal” alsın. Həmin gün X17 "mal” almış və onlar X17in valideynlərinə məxsus 18-ci bina, 3-cü blok və 5-ci mərtəbədə yerləşən mənzilə daxil olub heroini bişirib şprisə doldurmuşlar ki, özlərinə vursunlar. Bu zaman, təxminən saat 11-12 radələrində onların olduqları mənzilin qapısı sındırılmış və mənzilə polis əməkdaşları daxil olub mənzili "ələk-vələk” etmişlər. Lakin heç nə tapa bilməmişlər. Sonra onların hər üçünü polis şöbəsinə aparmışlar. Polis şöbəsində onun vərəm xəstəsi olmasına baxmayaraq onu incitmişlər və ona hədə qorxu gəlmişlər. Orada onların qabaqlarına elektron tərəzi və 5 ‘‘çet” narkotik vasitə qoyaraq onlara bildirmişlər ki, cinayəti etiraf etdikləri təqdirdə onları 234.1 ilə "oformit” eləyəcəklər. Lakin sonradan başa düşmüdür ki, polis əməkdaşları onları aldatmışlar. Onların bir yerdə tutularaq polis şöbəsinə gətirilmələrini X17in qonşuları da təsdiq edə bilərlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, hər üçü barəsində ittiham aktlarında xx.xx.2023-cü il tarixdə axşam vaxtı tutularaq polis şöbəsinə gətirildikləri göstərilsə də, əslində onların hər üçü eyni mənzildə, eyni saatda tutularaq, eyni polis avtomaşını ilə polis şöbəsinə gətirilmişlər. Həmin hadisəni orada olmuş X17in bacısı və qonşusu X15 də görmüşlər. Onun özünü əməliyyatçı X saxlamışdır. Orada olan əməliyyatçılardan Xla X10ni tanımışdır. Onlar 7-8 nəfər, polis əməkdaşlarının digər qismi isə binanın həyətində olmuşlar. Ondan sonra bəraət almış şəxsi istintaq təcridxanasına köçürüldükdən sonra görmüşdür. "Voronok”da olduğu zaman bilmişdir ki, bəraət almış şəxsin də üzərinə elektron tərəzi və 4 "çet” narkotiok vasitə qoyublar. Polis əməkdaşları onları, eləcə də bəraət almış şəxsi həm mənzildə, həm də polis şöbəsində döymüşlər. Lakin bəraət almış şəxsi kim döyüb, bilməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli "şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş X15 üzərində keçirilən şəxsi axtarış zamanı bəraət almış şəxsnin əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 4 ədəd şəffaf rəngli büküm, gödəkçənin sağ yan cibindən isə 1 ədəd elektron tərəzi aşkar edilmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi həmin 4 ədəd bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra bəraət almış şəxsnin üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. bəraət almış şəxsnin üzərindən aşkar olunaraq götürülmüş 4 bükümdə narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilər ək zərflərə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şifahi sorğu zamanı bəraət almış şəxs bildirmişdir ki, narkotik vasitə heroini qəbul etmək üçün 18 yanvar 2023-ci il tarixdə Lənkəran şəhəri Böyük Bazar adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını, lakin satışı ilə də məşğul olmadığını, üzərində aşkar edilmiş elektron tərəzini isə narkotik vasitələrin çəkisini bilmək və narkotik vasitələri alan zaman aldanmamaq üçün istifadə etdiyini bildirmişdir. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 19/79 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Şəxsin üzərindən çıxan narkotik vasitəyə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda tə miz çəkiləri: -0,222 qr; -0,220 qr; -0,352 qr; 0,274 qr; ümumi təmiz çəkisi: -1,068 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi kompanent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində "Vət.bəraət almış şəxs oğlunun üzərindən aşkar olunan 01 ədəd elektron tərəzi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik heroinin izləri vardır. Tədqiqatdan sonra heroinin qalığı 0,868 qram olmuşdur. Ekspertiza xərci 60 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X14 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiya cı vardır. Ərazi narkoloji xəstəxanasında 2021-ci ildən "Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Cinayət işi materiallarında olan Lənkəran rayon prokurorluğunun "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı araşdırma aparılmış və araşdırma zamanı hər hansı cinayət hadisəsi olması faktı öz təsdiqini tapmadığından, material üzrə cinayətiçinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-175/2024 nömrəli hökmün surətindən görünür ki, bəraət almış şəxs ilə bir yerdə saxlanılaraq tutulmuş X5 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona bər aət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq elə qənaətə gəlmişlər ki, işin faktiki halları ilə X15, həmçinin onunla birlikdə saxlanılmış X5 və X6 məhkəmədə verdiyi ifadələri həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. Məhkəmələrin X1, polisə aparılmasının, X15 üzərindən narkotik vasitənin aşkar edilməsinin gedişatı ittiham aktında göstərildiyi kimi yox, şahidlər X5, X13, X6, X2, X15 özünün ifadələrində göstərildiyi kimi baş vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxla nıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, qanunun tələbləri kobud pozulmuş, əməliyyat-qeydiyyat işi başlanılmamış və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalı olduğu halda qeydiyyata alınmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndinə əsasən CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirlər i nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətl ərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələbl ərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib- törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkün lüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsasl ı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin m üddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X16 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X15 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hes ab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsnin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsnin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsnin əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxsnin əməlində həqiqətən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qər əzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətmək də təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CP M-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsnin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X20 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 avqust 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar