Məhkəmə qərarları › İş №1(102)-515/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-515/2019

12.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-515/2019 12.03.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)515-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 12 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum və Müdafiəçi1 iştirakları ilə, İmişli rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarından Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X8) Məhkum –xx xxxxxx 1989-cu il tarixdə Türkmənistan Respublikasının Bezmein şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cə zasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 mülki iddiaları qismən təmin edilmiş, Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 9740 manat məbləğində avtomobilə vurulmuş ziyan, 1500 manat məbləğində maddi ziyan və 1000 manat məbləğində mənəvi ziyan və eləcə də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 2000 manat məbləğində maddi ziyan və 1000 manat məbləğində mənəvi ziyanın alınaraq ödənilməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 04 noyabr 2017-ci il tarixdə saat 18:14-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz olan “DAF XF95” yük markal ı ***** dövlət qeydiyyat nişanlı avtomobili HRD markalı **** yarımqoşqu ilə birlikdə İmişli rayonu ərazisində ikinci dərəcəli torpaq yoldan baş yol olan Hacıqabul-Horadiz yolunun 103-cü kilometrliyinə doğru 20-25 km\saat sürətlə hərəkət etdirərək həmin yola çıxan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş, nəticədə torpaq yoldan baş yol olan Hacıqabul-Horadiz yoluna çıxmış, həmin vaxt Hacıqabul-Horadiz yolu ilə Hacıqabul is tiqamətində düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mersedes Benz 180” minik markalı ***** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi HRD markalı ***** yarımqoşqunun sol yan hissəsi ilə toqquşmuş və Məhkum hərəkət təhlükəsizliyi qaydalarını pozaraq ehtiyyatsızlıqla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Mersedes Benz 180” minik markalı ***** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər, həmin avtomobildə sərnişin kimi olan Zərərçəkmiş şəxs3 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər, Zərərçəkmiş şəxs1 məxsus “Mersedes Benz 180” minik markalı **** dövlət qeydiyyat nişanlı avtomobilə 9740 manat, Zərərçəkmiş şəxs2 məxsus HRD markalı **** dö vlət qeydiyyat nişanlı yarımqoşquya 4000 manat məbləğində maddi ziyan dəymişdir. Hökmdən müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət tərkibdə) 15 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarından Müdafiəçi1 kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək, Məhkum əməlində cinayət tərkibi olmadığına görə onun barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kas sasiya şikayətini onunla əsaslandırmışdır ki, müstəntiq hadisədə təqsirli olan Mersedes Benz 180 minik markalı, **** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs1 cinayət məsuliyyətindən yayındırmaq məqsədilə iş üzrə uydurma bir hadisə mexanizmi fikirləşmişdir. Həmin uydurma mexanizmə görə, guya «Məhkum 04 noyabr 2017-ci ildə, saat 1814 radələrində idarə etdiyi texniki cəhətdən saz olan DAF XF95 yük markalı, ***** dövlət qeydiyyat nişanlı avtomobili HRD markalı, ***** yarımqoşqu ilə birlikdə İmişli rayonu ərazisində ikinci dərəcəli torpaq yoldan baş yol olan Hacıqabul-Horadiz yolunun 103-cü kilometrliyinə doğru 20-25 km\saat sürətlə hərəkət etdirərək həmin yola çıxan zaman, həmin sürətlə yola girdiyindən, toqquşma yerinə çox yaxın olan Zərərçəkmiş şəxs1 idarə etdiyi Mersedes Benz 180 minik markalı, ***** dövlət nömrə nişanlı avtomaşını saxlaya bilməmiş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd etdiyim kimi Zərərçəkmiş şəxs1 təqsirsiz şəxsə çevirmək üçün müstəntiq Q6 uzunluğu 17,5 metr olan yarımqoşqulu yük avtomaşınını biri digərinə nəzərən 90 dərəcəli bucaq altında olan yolda, durduğu yerdən sağa doğru 20-25 km/saat sürətlə yerindən sıçratmışdır. Silahdan atılan güllə güllədir, onun da atəş zamanı başlanğıc və sonrakı uçuş sürəti olur. Lakin, göründüyü kimi Məhkum avtomaşını yerindən 6 metr məsafə qət edənə kimi 90 dərəcəli döngədə 6-7 metr məsafəyə 20-25 km/saat orta sürətlə sıçraya bilmişdir. Bununla bağlı tərəfindən istintaq eksperimenti keçirilməsi barədə müstəntiqə vəsatət verildi və həmin vəsatət təmin olundu. İstintaq eksperimenti zamanı müəyyən edildi ki, ümumiyyətlə Məhkum avtomobili həmin döngədə birbaşa dönə bilmir və dönmə üçün o dəfələrlə avtomobili irəli-geri sürməlidir ki, dönmə əməliyyatını başa çatdıra bilsin. Müəyyən edildi ki, dönmə əməliyyatının başa çatdırılması üçün Məhkum minimum 15 saniyədən artıq vaxt lazımdır. Bu isə o deməkdir ki, o yola daxil olub, hərəkət hissəsini tam tutduqdan sonra Zərərçəkmiş şəxs1 60 km/saat sürətlə hərəkətdə olmuş (bu səbəbdən də hər saniyədə 16 metr 66 sm məsafə qət edən) avtomaşını toqquşma yerindən 200 metrdən də aralı məsafədə olmuşdur və onun avtomaşını bir-neçə dəfə saxlamağa imkanı olmuşdur. Göstərilən şərtlərlə müstəntiq əlavə ekspertiza təyin edib keçirmək məcburiyyətində qalmış və müdafiə tərəfinin vəsatəti əsasında belə bir ekspertiza təyin edilib keçirilmişdir. Lakin Məhkum qarşı müstəntiqlə eyni qərəzli mövqedən çıxış edən ekspertlər bu dəfə hadisədə hər iki sürücünün təqsirli olması barədə, daha doğrusu hər iki sürücünün hadisənin qarşısını almağa texniki imkanlarının olması və bu səbəbdən də əməllərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»-nun tələblərinə uyğunsuzluq olması barədə nəticəyə gəldilər. Ekspertizanın bu nəticəsi Məhkum münasibətdə son dərəcə qərəzlidir. Ona görə ki, ictimai təhlükəli əməllə-ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Əməllə baş vermiş nəticə arasında səbəbli əlaqə olmadıqda, bu əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Beləliklə də, ittihamın mahiyyətindən belə görünür ki, sürücü Məhkum günahkar olub-olmaması onun dönmə əməliyyatını icra etməsi ilə hadisənin baş verməsi arası nda səbəbli əlaqənin olub-olmamasından asılıdır. İstintaq orqanı belə hesab etmişdir ki, Məhkum hərəkətləri ilə hadisə arasında səbəbli əlaqə var və bu səbəbdən də ona ittiham vermişdir. Hesab edir ki, Məhkum əməli ilə yol-nəqliyyat hadisəsi arasında heç bir səbəbli əlaqə yoxdur. İstintaq orqanı və məhkəmə nəinki Məhkum vətəndaş hüquqlarını və azadlıqlarını gözləməmiş və qorumamış, əksinə istintaq orqanı və məhkəmə onun bu hüquqlarını qəsdən, ən kobud surətdə pozaraq onu azadlıqdan məhrum etmə cəzasına məhkum etməklə, məhkəmə zalından həbs etmişdir. Yəni məhkəmə Konstitusiyanın 71-ci maddəsinin tələblərini qəsdən pozaraq, əməlində cinayət tərkibi olmayan şəxsin barəsində ittiham hökmü çıxarmaqla, onu azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətin in təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxl ayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Kassasiya şikayətinin dəlilləri məhkuma bəraət verilməsi barədədir. Məhkum cinayət işinin materiallarında olan 13.11.2017-ci il tarixli izahatında göstərmişdir ki, İmişli rayonu ərazisindən gəldiyi torpaq yoldan Hacıqabul- Horadiz istiqamətindəki əsas yola dönərkən həmin yolda 1 km məsafədə maşın görmüş və idarə etdiyi avtomobilin sürətinin saatda 10 km sürətlə dönmə əməliyyatına başlamışdır. 11.12.2017-ci il tarixli şahid ifadəsində isə əsas yola dönmə zamanı idarə etdiyi avtomobilin sürətinin saatda 15-20 km olduğunu göstərmişdir. Lakin cinayət işi üzrə müstəntiq X3 yol-nəqliyyat ekspertizası təyin edilməsi barədə 12.12.2017 tarixli və əlavə yol-nəqliyyat ekspertizası təyin edilməsi barədə 19 mart 2018-ci il tari xli qərarda Məhkum idarə etdiyi DAF XF 95 markalı yük avtomobilinin sürətini toqquşma ərəfəsində 20-25 km/saat olduğunu göstərmişdir. Keçirilmiş hər iki yol-nəqliyyat ekspertizalarında avtomobilin sürəti müstəntiqin həmin qərarında göstərildiyi kimi 20-25 km/saat götürülmüşdür, baxmayaraq ki bunu təsdiq edən heç bir sübut cinayət işinin materiallarında mövcud deyil. Hadisə yerinin görüntülərini əks etdirən 7 ədəd disklərə baxış keçirilməsi barədə müstəntiqin tərtib etdiyi 02 mart 2018-ci il tarixli protokolda göstərilir ki, DAF yük markalı avtomobil yola daxil olduğu andan Mersedes-benz minik markalı avtomobillə toqquşanadək 29-30 saniyə vaxt keçmişdir. Bundan başqa istintaq eksperimenti keçirilməsi barədə müstəntiqin tərtib etdiyi 17 mart 2018-ci il tarixli protokoldan isə görünür ki, DAF markalı yük avtomobilin köməkçi yoldan əsas yola dönməsi 3 dəfə təkrarlanmış və hər dəfə müvafiq olaraq dönməyə 14, 15 və 16 saniyə vaxt sərf etmişdir. Cinayət işinin materiallarından görünür ki, DAF markalı yük avtomobil ilə toqquşmuş Mersedes-benz minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 ifadələrində idarə etdiyi avtomobili hadisə ərəfəsində Hacıqabul- Horadiz yolu ilə düzünə istiqamətdə saatda 50-60 km/saat sürətlə idarə etdiyini göstərmişdir. Cinayət işinin materiallarında 17 yanvar 2018-ci il və 4 aprel 2018-ci il tarixli iki yolnəqliyyat ekspertiza rəyləri olsa da, birinci instansiya məhkəməsi hökmdə yalnız 4 aprel 2018-ci il tarixli rəyə istinad etmişdir. Cinayət işinin materiallarında olan 17 yanvar 2018-cı il tarixli rəyin nəticə hissəsi belədir:

1. DAF XF95 markalı * **** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məhkum idarə etdiyi DAF XF5 markalı avtomobili Hacıqabul-Horadiz yoluna daxil edərkən yolun ortasında olan bütöv xətti kəsdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.

2. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə: - hərəkət üçün təhlükə yaranan anda Mercedes Benz markalı ***** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 41,6 metrd ən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda Mercedes Benz markalı **** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 41,6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 Gülcumalı oğlunun hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində ««Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin ibtidai istintaqını 14.04.2017-ci il tarixdən sonra davam etdirmiş müstənti q X1 qiymətləndirilməsi barədə 25.04.2018-ci il tarixli qərarı ilə müstəntiq Qəzənfər Mansurov tərəfindən qəbul edilmiş məhkəmə-yol-nəqliyyat ekspertizası təyin edilməsi barədə 12.12.2017-ci il tarixli qərar, həmin qərara əsasən verilmiş 17.01.2018-ci il tarixli 32280 saylı rəy hadisənin baş vermə mexanizminə uyğun olmadığından sübut kimi qəbul edilməmişdir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən hökmdə istinad edilmiş 4 aprel 2018-ci il tarixli yol-nəqliyyat ekspertizasının nəticə hissəsi belədir:

1. DAF XF95 markalı *********dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş v ə onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. Mercedes Benz markalı *********** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 tədqiq olunan şəraitdə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkum elan edilmiş ittihamdan və onun məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum 4 aprel 2018-ci il tarixli yol-nəqliyyat ekspertizasının nəticə hissəsi əsas götürülməklə ikinci dərəcəli torpaq yoldan baş yol olan Hacıqabul-Horadiz yolunun 103-cü kilometrliyinə doğru 20-25 km\saat sürətlə hərəkət etdirərək həmin yola çıxan zaman «Yol hə rəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmişdir. Cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 aprel 2018-ci il tarixli, 7044 saylı rəyinin Məhkum aid hissəsinə istinad etmiş, lakin rəyin Zərərçəkmiş şəxs1 aid hissəsinə istinad etməmiş, rəyin həmin hissəsinə münasibət bildirməmişdir. Rəyin həmin hissəsində Mercedes Benz markalı 30BG811 dövlət qeydiyyat nişanlı av tomobilin sürücüsü Zərərçəkmiş şəxs1 tədqiq olunan şəraitdə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması göstərilmişdir. X7 26.04.2018-ci il tarixli qərarı ilə Mercedes Benz markalı 30BG811 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 tədqiq olunan şəraitdə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğuna görə o da CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və istintaqdan gizləndiyinə görə ittiham elan edilməsi üçün barəsində axtarış barədə qərar qəbul ed ilmiş və cinayət işi ayrılmışdır. Bundan başqa birinci instansiya məhkəməsinin hökmündə cinayət işinə əlavə edilmiş hadisənin görüntüləri olan DVD diskə baxış keçirilməsi barədə protokola istinad edilsə də, həmin görüntülərdə DAF markalı yük avtomobilinin yola daxil olduğu andan Mersedes-benz minik markalı avtomobillə toqquşanadək 29-30 saniyə vaxt keçməsinə münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündə istintaq eksperimenti keçirilməsi barədə müstəntiqin tərtib etdiyi 17 mart 2018-ci il tarixli protokola da istinad edilməmiş, eksperiment nəticəsində müəyyən edilmiş, DAF markalı yük avtomobilinin köməkçi yoldan əsas yola dönməsi zamanı 3 dəfə təkrarlanmış eksperiment zamanı dönməyə 14, 15 və 16 saniyə sərf etməsini tədqiq edib qiymət verməmişdir. Beləliklə birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış bütün sübutların tam, hərtərəfli və obyektiv qiymətləndirilməsi üzrə qanunla nəzərdə tutulmuş vəzifələri yerinə yetriməmişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin yol verdiyi pozuntunu aradan qaldırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, yol-nəqliyyat hadisəsi zamanı hər iki sürücünün hadisənin qarşısını almağa texniki imkanının olub-olmamasını müəyyən edilməsi üçün həm yol-nəqliyyat ekspertizasının rəyi ilə müəyyən edilmiş hallar, həm hadisə yerinin görüntülərinin baxışı zamanı və həm də istintaq eksperimenti zamanı müəyyən edilmiş hallar tam, hərtərəfli və obyektiv araşdırılmadığı üçün təqsirlilik məsələsinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, kassasiya şikayətində də göstərildiyi kimi hadisə za manı Mersedes-benz markalı avtomobilin saatda 60 km sürətlə hərəkət etməsi nəzərə alınarsa onda həmin avtomobil hər saniyədə (60000:60:60=16,67) 16,67 metr məsafə qət etmişdir. DAF markalı avtomobilin təhlükə yarandığı andan toqquşma baş verənədək 29-30 saniyə vaxt keçdiyi nəzərə alınarsa, Mercedes-benz markalı avtomobil təhlükə yaranan andan toqquşma yerinədək (16,67x29 və ya 16,67x30) 483,43 metr və ya 500,1 metr məsafədə olmuşdur. Məhkəmə eksperimenti zamanı DAF markalı avtomobilin dönməyə sərf etdiyi zamanı (14, 15 və 16 saniyə) nəzərə alsaq onda Mercedes-benz markalı avtomobil təhlükə yaranan andan toqquşma yerinədək (16,67x14; 16,67x15 və ya 16,67x16) 233,38 metr, 250,05 metr və ya 266,72 metr məsafədə olmuşdur. Beləliklə yol-nəqliyyat ekspertizasının 17 yanvar 2018-cı il tarixli rəy inin nəticə hissəsi nəzərə alınmaqla Mercedes-benz markalı avtomobil təhlükə yaranan andan toqquşma yerinədək 41,6 metrdən böyük məsafədə olduğundan hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan 17 yanvar 2018-cı il tarixli rəyin nəticə hissəsində sürücüsü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması, onun idarə etdiyi DAF XF5 markalı avtomobili Hacıqabul-Horadiz yoluna daxil edərkən yolun ortasında olan bütöv xətti kəsdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələ blərinə uyğunsuzluq olması müəyyən edilmişdir. 4 aprel 2018-ci il tarixli yolnəqliyyat ekspertizasının nəticə hissəsində isə sürücü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması müəyyən edilmiş. Nə istintaq orqanı, nə də cinayət işinə baxmış məhkəmələr bu ziddiyyəti aradan qaldırmamış sürücü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun hansı maddəsinin pozulduğu dəqiq müəyyən edilməmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci d ərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən. Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürmə lidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göstərilən hüquq normalarının mənasından görünür ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsində və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə nəzərdə tutulmuş normalar yol hərəkəti üçün təhlükə yaranmaması üçün sürücülər və yol hərəkətinin iştirakçılarının davranışını nizamlayır, qanunun 50-ci maddəsinin 1-ci hissəsi isə həm də sürücünün yol hərəkəti üçün təhlükə yarandıqda necə davranmalı olmasını nizamlayır. Yol-nəqliyyat ekspertizasının 4 aprel 2018-ci il rəyinin nəticə hissəsinə görə DAF XF95 markalı *********dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində t ədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, yəni yol hərəkətinin digər iştirakçısının hərəkəti üçün təhlükəli şərait yaratmışdır. Mercedes Benz markalı 30BG811 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 tədqiq olunan şəraitdə hərəkətin intensivliyini, hərəkət istiqamətində görmə şəraitini nəzərə almamış, hərəkət üçün təhlükə yarandığını görməli olduğu halda nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmişdir. Cinayət məsuliyyətinə səbəb olan yol-nəqliyyat hadisəsinə düzgün hüquqi qiymət vermək üçün baş vermiş nəticənin məhz hansı sürücünün sonuncu hərəkətindən (hərkətsizliyindən) sonra baş verdiyi müəyyə n edilməlidir. Məhkəmə kollegiyası hesab edir cinayət işinə baxmış məhkəmələr hər iki sürücü tərəfindən yol verilmiş Yol hərəkəti haqqında qanun pozuntusunun hansının nəticə ilə səbəbi əlaqə yaratdığını düzgün müəyyən etməmişlər. Bununla əlaqədar yol-nəqliyyat ekspertizalarının rəyləri, hadisənin videogörüntüləri və keçirilmiş məhkəmə eksperimentinin nəticələri tam, hərtərəfli və obyektiv tədqiq edilməmiş, toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş və təqsirlilik barədə məsələni düzgün həll etməmişlər. Beləliklə sübutların tədqiqi və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CPM 416.0.1-ci və 416.0.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hə rtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi hissəsində qismən təmin edilməli və qərarın təsviri hissəsində göstərilən, məhkəmə iclasında tədqiq edilməmiş sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun araşdırılaraq hüqu qi qiymət verilməli olduğundan cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum edilməsi barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar