Məhkəmə qərarları › İş №1(102)-515/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-515/2020

15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-515/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum müdafiəçisi-vəkil Əhmədova Ulduzə Mehdi qızının iştirakları ilə, Astara Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündən Məhkum müdafiəçisi-vəkil Əhmədova Ulduzə Mehdi qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.İ.Məmmədov) Məhkum- xx xxxx 1973-cü ildə Astara rayonunda andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş, məhkumluğu olan, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olan, A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunduğu əməl həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə ona təyin edilmiş 08 (səkkiz) il azadlıqdan məhrun etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 13 (on üç) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki cəza ilə qismən birləşdirilmiş və Məhkum 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 02 (iki) il sınaq müddətinə şərti hesab edilm işdir. İşin halları: Məhkum ona görə ittiham edilmişdir ki, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 14 ədəd kibrit qutusunun içərisində, ayrı-ayrılıqda təmiz çəkiləri 1,72 qram, 3,10 qram, 2,81 qram, 3,0 qram, 3,85 qram, 2,15 qram, 2,85 qram, 2,94 qram, 4,08 qram, 2,08 qram, 3,94 qram, 3,56 qram, 3,57 qram və 2,82 qram, ümumi təmiz çəkisi 42,47 (qırx iki tam yüzdə qırx yeddi) qram narkotik vasitə olan marixuananı əldə edib daşıyaraq xx xxxxxx 2018-ci il tarixdə, saat 11:05 radələrində Astara rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Şahağacı kəndində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə keçirilən axtarış zamanı aşkar edilib götürülənədək göstərilən bükümlərdə və çəkilərdə narkotik va sitə olan marixuananı yaşadığı evin giriş qapısı ilə üzbəüz otağın giriş qapısından sağ tərəfdə oturacaq divanının altından 5 (beş) ədəd kibrit qutusu, otağa giriş qapıdan sol tərəfdə “Samsung” markalı televizor aparatının sağ tərəfində 3 (üç) ədəd kibrit qutusu, otağın mərkəzində masanın üzərində 1 (bir) ədəd kibrit qutusu, giriş qapısından sağ tərəfdə 2-ci otağa giriş otağında kardon qutunun içərsində 5 (beş) ədəd kibrit qutusunda qablaşdıraraq saxlamışdır. Hökmdən dövlət ittihamçısı Böyükağa Panəliyev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: E.Ə.Camalov (sədrlik edən və məruzəçi), E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə apellyasiya protestini təmin edərək, Astar a Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünü ləğv etmiş, yeni hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesablanması, ərazi narkoloji kabinetində qeydə alınması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündan Məhkum müdafiəçisi-vəkil Əhmədova Ulduzə Mehdi qızı kassasiya şikayəti verərək, onun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci madəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilərək, CM-nin 70-ci maddəsinə əsasən şərti məhkum edilməsini xahiş etmişdir. Kassasiya şikayəti nin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Əhmədova Ulduzə Mehdi qızı kassasiya şikayətində göstərmişdir ki, Məhkum hər iki məhkəmə instansiyasında ifadələrində özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, 1-ci qrup əlil olmaqla ağır formada sümük vərəmi və “Hepatit C” virus xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ağır xəstəlik olduğundan güclü ağrılar olur. Həmin ağrıların qarşısını almaq üçün narkotik vasitə qəbul etməyə məcburdur. Narkotik vasitəni yalnız özünün istifadəsi üçün əldə edib saxlamışdır. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barə də dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyy ən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində müdafiəçi Məhkum cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci madəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilərək, CM-nin 70-ci maddəsinə əsasən şərti məhkum edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dai r cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narko tik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkum şəxsi istehlak miqdarından artıq miqdarda 14 ədəd kibrit qutusunun içərisində, ayrı-ayrılıqda təmiz çəkiləri 1,72 qram, 3,10 qram, 2,81 qram, 3,0 qram, 3,85 qram, 2,15 qram, 2,85 qram, 2,94 qram, 4,08 qram, 2,08 qram, 3,94 qram, 3,56 qram, 3,57 qram və 2,82 qram, ümumi təmiz çəkisi 42,47 (qırx iki tam yüzdə qırx yeddi) qram narkotik vasitə olan marixuana aşkar edilməsi göstərilən plenum qərarının izahına görə həmin narkotik vasitələrin satış məqsədi ilə əldə edilib daşınmasına dəlalət edən haldır. Ona görə də məhkumun əməlində satış məqsədinin olmaması və onun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barəd ə kassasiya şikayətinin dəlili əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, məhkəmə cəza təyin edərkən Məhkum 1-ci qurup əlil olmaqla, ağır formada sümük vərəmi xəstəliyindən əziyyət çəkməsini, həmin xəstəliklər nəticəsində onun aşağı ətrafları işləməməsini və buna görə də əlil arabasında, kənar şəxslərin yardımı ilə hərəkət etməsini, müsbət xasiyyətnamə ilə səciyələnməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində qeyd edilən cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Hökmdə göstərilmişdir ki, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs Məhkum şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları onun 1-ci qurup əlil olmaqla, ağır formada sümük vərəmi xəstəliyindən əziyyət çəkməsini, həmin xəstəliklər nəticəsində onun aşağı ətrafları işləməməsini və buna görə də əlil arabasında, kənar şəxslərin yardımı ilə hərəkət etməsini, müsbət xasiyyətnamə ilə səciyələnməsini habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsiri və uşaqların saxlanması üçün aliment ödənilməsi baxımından onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsini qanuni və əsaslı hesab etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da cəza təyini zamanı həmin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, Azərbaycan Respublikası CM-nin 8.1-ci və 58.3-cü maddələrində sadalanan halları nəzərə alaraq məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasının nisbətən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum residiv yaradan əvvəlki məhkumluğu da Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə olmuşdur. Bu halları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən məhkumun cəza çəkmədən islah olunacağına əsas verən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla cinayət işinin faktiki hallarına və cəzanın məqsədi barədə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğundur. Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir qanuni əsas müəyyən edilməmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il t arixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Əhmədova Ulduzə Mehdi qızının kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar