Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-515/2022 07.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2021-ci il tari xli, 1(104)-379/2021 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxxxx 1989-cu il tarixdə Şəmkir rayonu Yeni-Həyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Yeni-Həyat kəndində qeydiyyatdadır və yaşayır.
2. Məhkum2 xx xxxxxxxx 1992-ci il tarixdə Şəmkir rayonu Yeni-Həyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, fərd i əməklə məşğul olan, Şəmkir rayonu Yeni-Həyat kəndində qeydiyyatdadır və yaşayır. 3. 30 yanvar 2021-ci il tarixli ittiham aktına görə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. İttiham aktına əsasən Məhkum1 08 oktyabr 2020-ci il tarixdə, saat 11:30 radələrində qardaşı Məhkum2 ilə bir qrup şəxs halında Şəmkir-Çinarlı avtomobil yolunun Yeni-Həyat kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən, ictimai yer hesab olunan iaşə obyektlərinin və darvaza sexinin qarşısında əvvəllər həmkəndliləri İbrahimov Siyavuş Saləddin oğlu və İbrahimov Saləddin Məhərrəm oğlu ilə aralarında olan narazılıqları bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin 15-20 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək idarə etdiyi faktiki mülkiyyətində olan “Hyundai Sonata” markal ı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobildən silah qismində istifadə olunan əşya kimi istifadə edərək Saləddin İbrahimovun ayaq nahiyəsindən qəsdən vuraraq ona sağ bud nahiyəsinin orta üçdə birinin bayır səthinin qançırı xəsarəti ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarət yetirmiş, habelə Məhkum2 silah qismində istifadə etdiyi istintaqa məlum olmayan dəmir alətlə İbrahimov Saləddin Məhərrəm oğluna vuraraq ona təpə nahiyəsinin əzilmiş yarası və sıyrığı xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, həmçinin alın nahiyəsinin sağ yarısının sıyrılmış yarası xəsarəti ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. 4. 16 fevral 2021-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
5. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Məhkum1 törədiyi əməldə xuliqanlıq cinayətinin motivləri olmamış, zərərçəkmiş şəxsə yetirdiyi xəsarətlər isə dərəcəsi təyin olunmayan xəsarətlər olduğundan cinayət tərkibi yaratmır. Məhkum2 törədiyi əməldə xuliqanlıq cinayətinin motivi olmamış, zərərçəkmiş şəxsə yetirdiyi bədən xəsarətləri yüngül zərər vurmaya aid olduğundan onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibini yaradır.
6. Şəmkir Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 1(076)-86/2021 nömrəli hökmü ilə Məhkum1 əməlində cinayət tərkibi olmadığına görə, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət verilmişdir. Həmçinin Məhkum2 zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi hökm edilmişdir.
7. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün ləğv edilməsini və barələrində ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə yeni hökm çıxarilmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, baş vermiş hadisədə xuliqanlıq cinayətinin bütün t övsifedici əlamətlərinin olması iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq hərəkətləri protokolları və məhkəmə tibb ekspertizasının rəyi, eləcə də işin faktiki halları ilə sübuta yetirilməsinə baxmayaraq, məhkəmə Məhkum2 törətdiyi cinayət əməlini şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirməkdə və Məhkum1 əməlində cinayət tərkibinin olmaması kimi qənaətə gəlməkdə haqlı olmamışdır. Məhkəmə Məhkum1 və Məhkum2 ittiham üzrə təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi üzrə düzgün və əsaslı qərar qəbul edilməsi üçün kifayət qədər sübutlar olduğu halda, toplanmış sübutların qiymətləndirilməsində birtərəfli mövqe tutaraq, Məhkum1 əməlində cinayət tərkibinin olmaması, Məhkum2 isə ona verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi kimi düzgün olmaya n nəticəyə gəlmişdir ki, həmin nəticə ilə məhkəmədə tədqiq olunmuş sübutlar arasında əhəmiyyətli ziddiyyətlər yaranmışdır. Nəticədə, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır.
8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2021-ci il tarixli, 1(104)-379/2021 nömrəli ilkin baxış iclasının qərarı ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməsinə, Məhkum2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 1(076)86/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protest üzrə məhkəmə baxışı əlavə sübutlar tələb edilmədən və məhkəmə istintaqı aparılmadan açıq məhkəmə iclasına təyin edilmişdir.
9. A pellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş üzrə şahid İbrahimov Siyavuş oğlu ilə təqsirləndirilən şəxs Məhkum1 arvadı Könül Rəhimova arasında gizli sevgi münasibətləri olmuşdur. Məhkum1 sonradan həmin münasibəti bildikdən sonra Siyavuş İbrahimovla Məhkum1 ailələri arasında düşmənçilik yaranmışdır. İki ailə arasında yaranmış düşmənçilik 08 oktyabr 2020-ci il tarixdə, saat 11:30 radələrində ailə üzvlərinin bir-birini qarşılıqlı təhqir etməsindən sonra qarşılıqlı dava-dalaşa çevrilmiş, dava dalaş zamanı Məhkum2 İbrahimov Saləddin Məhərrəm oğlunu vuraraq yüngül xəsarət yetirmiş, İbrahimov Saləddin Məhərrəm oğlu Məhkum2 vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, İbrahimov Siyavuş Saləddin oğlu isə Məhkum2 vuraraq yüngül xəsarət yetirmiş, sonra daş və çəkiclə Məhkum1 idarə etdiyi “Hyundai Sonata” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön, arxa və yan şüşələrini sındırmışdır. Siyavuşun bu hərəkətlərindən sonra Məhkum1 avtomobilin ön hissəsi ilə İbrahimov Saləddin Məhərrəm oğlunu vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Göründüyü kimi, hadisə heç də, verilmiş ittihamda qeyd edildiyi kimi, təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxslərin aralarında olan narazılıqları bəhanə etməklə heç bir əsaslı səbəb olmadan baş verməmiş, əksinə hadisə iki ailənin arasında ailə münasibətlərindən irəli gələn kifayət qədər ciddi bir münaqişənin, şəxsi münasibətlərin nəticəsində baş vermişdir. Hadisə iştirakçılarının məqsədi də özlərini cəmiyyətin fövqündə qoyub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstər mək məqsədi güdməmiş, yalnız aralarında olan münasibətləri aydınlaşdırmaq məqsədini güdmüşdür. Yəni faktiki olaraq təqsirləndirilən şəxslərin hərəkətləri ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə deyil, şəxsiyyətin sağlamlığı əleyhinə yönəlmişdir. İki ailə arasında baş vermiş münaqişə ictimai qaydanın pozulması və ailə üzvlərindən birinə məxsus əmlakın zədələnməsi ilə müşayiət olunsa da, ailə üzvləri arasında baş vermiş münaqişə, konkret olaraq təqsirləndirilən şəxslərin hərəkətləri şəxsi münasibətlər zəminində olan münaqişədən yaranıb şəxsi xarakter daşıdığına görə onların hərəkətləri xuliqanlıq kimi tövsif edilə bilməz. İbtidai istintaq orqanı hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiy yət vermədən və təqsirləndirilənlərin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrdə hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən cinayət kimi qiymətləndirmişdir. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Məhkum1 və Məhkum2la zərərçəkmiş şəxslər arasında baş vermiş mübahisə heç də istintaq orqanının qeyd etdiyi kimi əsaslı səbəb olmadan baş verməmiş, tərəflər arasında əvvəlcədən münaqişəli vəziyyət mövcud olmuşdur. Qeyd olunan əməllərin isə ictimai yer hesab edilən ərazidə baş verməsinin səbəbi şəxslərin məhz orada qarşılaşması olmuşdur. Belə olan halda Məhkum1 və Məhkum2 əməllərində xuliqanlıq niyyətinin mövcud olmasını müəyyən etmək mümkün deyildir. Hər hansı bir hadisənin yalnız ictimai yer hesab edilən ərazidə baş verməsinə istinad edərək, əməlin motivini və əlavə zəruri tərkib əlamətlərini müəyyən etmədən şəxsi xuliqanlıq cinayət əməlinin törədilməsində təqsirli bilərək məhkum etmək mümkün deyil və qanunvericiliyin tələblərinə ziddir.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum1 və Məhkum2 əməllərində xuliqanlıq motivinin olmasına dair hər hansı sübut toplanmamış, ittiham tərəfi də buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, habelə ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutlar həmin şəxslərin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Müvafiq olaraq apellyasiya instansiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum1 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət vermiş, Məhkum2 isə Azərbaycan Respublikası CM-nin 1 28-ci maddəsi ilə cinayət məsuliyyətindən azad etmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2021ci tarixli, 1(104)-379/2021 nömrəli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 1(076)-86/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır.
12. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2021ci il tarixli, 1(104)-379/2021 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri
13. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eyni olmuş, kassasiya protestinin müəllifi onları təkrarlamaqla kassasiya protestində qeyd etmişdir ki, məhkəmələr tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilmədiyindən, məhkəmələr səhv nəticəyə yol vermişlər. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 1(104)-379/2021 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
14. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılmas ı üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fə rqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum1 əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsini, həmçinin Məhkum2 əməlinin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini əsassız hesab edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
20. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətləri nə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 1(104)-379/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Məhkəmə kollegiyası xatırladır ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hü quqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəx sə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı).
25. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında qeyd edilir ki, Məhkum1 oğlu və Məhkum2 əməllərində xuliqanlıq motivinin olmasına dair hər hansı sübut toplanmamış, ittiham tərəfi də buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, habelə ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutlar həmin şəxslərin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum1 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət vermiş, Məhkum2 isə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad etmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
27. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestind ə qaldırılan iddialardan fərqlənmir, kassasiya protestinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Məhkəmə kollegiyası bu halı da kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və qeyd edir ki, kassasiya protestində mübahisələndirilən məsələlər apellyasiya instansiya məhkəməsinin qərarında cavablandırılmış və məhkəmənin mövqeyi geniş əsaslandırmışdır. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun qaydada tədqiq edilmiş sübutlara, müvafiq prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələr i təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 verilmiş ittihama münasibətdə gəldiyi qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan, apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
29. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 1(104)-379/2021 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barələrində olan 29 sentyabr 2021-ci il tarixli, 1(104)-379/2021 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.