Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-515/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum 2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CMnin) 32.5,206.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarından Məhkum2 və onun müdafiəçisi Zeynalov Orxan Rauf oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) Məhkum2, xx xxxxxx 1957-ci il tarixdə Ağcəbədi rayonunda anadan olmuş, orta təhsilli, ailəl i, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 31 may 2005-ci il tarixli hökmü ilə CM-nin 32.3,206.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddləri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət İşləri və İnzibati Hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 09 avqust 2006-cı il tarixli həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) ilədək endirilmiş, Nizami Rayon Məhkəməsinin 05 iyul 2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 (iki ) il 02 (iki) ay 07 (yeddi) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2013-cü il tarixli qərarı ilə həmin qərar ləğv olunaraq cəzasının çəkilməmiş qalan 02 (iki) il 02 (iki) ay 07 (yeddi) gün müddətində hissəsini çəkməkdən ötrü ümumi rejimli cəzaçəkmə müəssisəsinə qaytarılmış, 27 fevral 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, heç yerdə işləməyən, Ağcəbədi rayonunun Avşar kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış, CM-nin 32.5,206.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-nin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 CM-nin 32.5,206.2, 228.4, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 206.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti qəsdən törətdiyinə görə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2005-ci il tarixli, A-0313/2005 nömrəli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu, məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yəni cinayətin residivini törədərək, tanışı Rusiya Federasiyası vətəndaşı Məhkum1, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasında yaşayan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün bir ədəd səs işarəverici qaz tapançasının və külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasında yaşayan şəxs zavod üsulu ilə istehsal edilmiş, 12 mm kalibrli, “RETAY 17” modelli, “RTGA 18120042” nömrəli, istifadəyə yararlı bir ədəd səs işarəverici qaz tapançasını və külli miqdarda narkotik vasitə olan təmiz halda çəkisi 8 kq 545 qram qurudulmuş marixuananı İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitəni və bir ədəd səs işarəverici qaz tapançasını istintaqa dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, o, bu barədə 04 may 2020-ci il tarixdə cinayətkar qrupun üzvü Məhkum1 məlumat verdikdən sonra, sonuncu «VAZ 21074» markalı avtomaşınla Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 22-ci sərhəd zastavasının arxa hüdudunda yerləşən Beyləqan rayonunun Əhmədli kəndi ərazisinə getmiş, yolun kənarına qoyulmuş həmin külli miqdarda narkotik vasitəni və bir ədəd səs işarəverici qaz tapançasını qeyd olunan tarixdə saat 23:30 radələrində Məhkum2 “WhatsApp” mobil internet tətbiqi vasitəsilə izah etdiyi yerdən qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, Məhkum1 və hadisə yerindən cinayətkar qrupa məxsus 03 ədəd bağlamada həmin külli mi qdarda narkotik vasitə olan təmiz halda çəkisi 8 kq 545 qram qurudulmuş marixuana və zavod üsulu ilə istehsal edilmiş, 12 mm kalibrli, “RETAY 17” modelli, “RTGA 18120042” nömrəli, istifadəyə yararlı bir ədəd səs işarəverici qaz tapançası aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum2 müdafiəçisi O.R.Zeynalov, digər Məhkum1 və onun müdafiəçisi Məmmədzadə Ayaz Eyvaz oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 22 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökm ü isəapellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarından Məhkum2 və onun müdafiəçisi O.R.Zeynalov ayrı-ayrılıqda kassasiya şikayətləri, Məhkum2 isə kassasiya şikayətinə əlavə verərək aşağıdakıları xahiş etmişlər: - Məhkum2 cinayət işinə ona aid olan hissədə yenidən baxılmasını, kassasiya şikayətinə əlavədə isə mövcud qanunvericiliyə əsasən barəsində olan cinayət işi üzrə məhkəmə baxışının təxirə salınmasını; - müdafiəçi O.R.Zeynalov - apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istər ibtidai araşdırma, istərsə də məhkəmə istintaqı zamanı barəsində olan cinayət işi üzrə toplanmış sübutlar və dəlillər nəzərə alınmamış, özü və müdafiəçisi tərəfindən verilmiş vəsatətlərə heç bir hüquqi qiymət verilməmiş, məhkəmə iclasları onlayn formatda keçirilmiş, texniki qüsurlar olduğundan proseslər keçirilərkən ziddiyətli məqamlar olmuşdur. Həmçinin şikayət müəllifi bildirir ki, narkotik maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsinin qarşısının alınması və həmin narkotik vasitələrin aşkar edilərək müsadirə olunması barədə məlumatı o, Füzuli RPŞ-nin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid6 mobil telefon vasitəsilə vermiş, əməliyyat keçirilərkən ondan asılı olmayan səbəblərdə n əməliyyat uğursuz olmuş, bundan sonra o, özü həbs olunmuşdur. Qeyd olunanları nəzərə alaraq şikayət müəllifi kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi O.R.Zeynalov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) tələblərinin pozulması ilə əldə olunmuş bir sıra istintaq hərəkətinin aparılması haqqında protokolların sübutlar siyahısından çıxarılması barədə vəsatət verilsə də məhkəmə bu vəsatətətə münasibət bildirməyərək ciddi pozuntuya yol vermişdir. O, həmçinin bildirir ki, baş vermiş cinayət haqqında Məhkum2 Füzuli Rayon Polis Şöbəsinin Eyvaz adlı əməkdaşına məlumat versə də, DSX əməkdaşları tərəfindən Məhku m1 saxlanıldığı üçün Füzuli RPŞ əməkdaşları tərəfindən keçirilməli olan əməliyyat tədbiri baş tutmamışdır. Bu hal həmçinin Füzuli RPŞ-nin 15 fevral 2021-ci il tarixli məktubu ilə də sübuta yetirilmişdir. Belə ki, həmin məktubda qeyd olunmuşdur ki, Məhkum2 03 may 2020-ci il tarixdə saat 23 radələrində istifadəsində olan mobil telefonla Polis Şöbəsinin əməkdaşı Şahid6 istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng vuraraq törədiləcək cinayət barədə məlumat vermişdir. CM-nin 234-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınma sında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Hazırki iş üzə də Məhkum2 məhz törədiləcək cinayət barəsində məlumat verdiyindən onun əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməli idi. Cinayət işinin materiallarında olan 04 may 2020-ci il tarixli «şəxsin saxlanılması, baxış və götürmə aparılması haqqında» və eyni tarixli «aşkar edilərək götürülmüş predmetlərə baxış keçirilməsi haqqında» protokollar qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış, məhkəmə istintaqı zamanı sözügedən protokolların saxta olduğu, qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi, protokolu tərtib edən şəxsin əslində Şahid3 olmadığı, adı çəkilən şəxsin həmin protokoldan xə bəri belə olmadığı müəyyən edilmişdir. 04 may 2020-ci il tarixli protokollar tərtib olunarkən xarici vətəndaş olan Məhkum1 faktiki olaraq saxlanılsa da, onun müdafiə hüququ pozulmuş, maddi sübutların götürülməsində, onlara baxış keçirilərkən müdafiəçinin iştirakı təmin edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş hal şahidi Şahid4 narkotik vasitə aşkar edildiyi ərazidə olmadığını, onların götürülməsində iştirak etmədiyini, təqsirləndirilən şəxs Məhkum1 ilk dələ məhkəmə prosesində gördüyünü bildirsə də, 04 may 2020-ci il tarixli «şəxsin saxlanılması, baxış və götürmə aparılması haqqında» protokol saxtalaşdırılmış, guya onun iştirak etməsi barədə qeydlər edilmişdir. Həmçinin Şahid4 narkotik vasitəyə sərhəd zastavasında keçirilmiş baxış zamanı təcrid olunaraq təklikdə ot ağa salındığını, otaqda digər hal şahidini və saxlanılan şəxsi görmədiyini bildirsə də, baxış keçirilməsi haqqında protokolda guya iki hal şahidinin iştirakları ilə baxış keçirdiyi qeyd edilmişdir. Bundan başqa hal şahidi Şahid4 DSX tərəfindən digər cinayət işi üzrə də hal şahidi qismində dəvət olunduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, 04 may 2020-ci il tarixdə Məhkum1 onun tərəfindən saxlanılmış, saxlanılan ərazidə aşkar olunan narkotik vasitələrə baxış digər yüksək rütbəli hərbiçilər tərəfindən keçirilmişdir. Müdafiə tərəfinin sualına cavab olaraq o, göstərmişdir ki, ona təqdim edilən 04 may 2020-ci il tarixli «şəxsin saxlanılması, baxış və götürmə aparılması haqqında» protokol tərəfindən tərtib edilməmiş, ümumiyyətlə, onun nar kotik vasitəyə baxış keçirmək və ya onu təhvil vermək səlahiyyəti olmamışdır. Narkotik vasitəyə baxış keçirilməsini və onun aidiyyəti üzrə təhvil verilməsini digər zabitlər həyata keçirmişlər. DSX-nin hərbi qulluqçuları olan şahidlər Şahid3, Şahid1 və Şahid2 izahatlarında narkotik vasitəyə aşkar olunduğu yerdə, yəni Beyləqan rayonunun Əhmədli kəndi ərazisində, istintaq orqanına verdikləri ifadələrində isə kisələrin Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən hərbi hissəyə aparılaraq təhqiqatçıya təhvil verildiyini və bundan sonra orada baxış keçirildiyini göstərmişlər. Göründüyü kimi verilən ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur. Həmçinin narkotik vasitələrə onların aşkar olunduğu yerdə yox, məhz Füzuli rayonuna aparılıb orada baxış istintaq hərəkətinin keçirilməsi sual doğ urur və həmin narkotik vasitələrin miqdarı barəsində şübhələr yaradır. Sərhədçilərin verdikləri ifadələrin əksinə olaraq hal şahidləri istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrində narkotik vasitəyə baxışın Beyləqan rayonunun ərazisində yerləşən sərhəd zastavasında keçirildiyini göstərmişlər. Həmçinin müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, DSX-nin rəsmi internet səhifəsində «xx.xx.2020. 09-59. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatı» başlıqlı yazısında 04 may 2020ci il tarixdə Məhkum1 saxlanıldığı və ərazidən 115 kq narkotik vasitənin aşkar olunduğu qeyd edilmiş, sonuncunun saxlanıldığı ərazidə narkotik vasitələr və silah açılmış fotoşəkilləri çəkilmişdir. Azərbaycan Respublikasının Qanunvericiliyinin tələbləri pozularaq baxış dərhal keçirilməli old uğu halda bu müddət uzadılmış, bu da işin obyektiv şəkildə araşdırılmasına dair ciddi şübhələr yaratmışdır. CPM-nə əsasən baxış zamanı şahidlər olmadığı təqdirdə videoçəkilişdən istifadə olunmalı və işin materiallarına əlavə olunmalı idi. Bununla yanaşı, səlahiyyətli şəxs tərəfindən ilkin baxış keçirilməmişdir. Odur ki, şikayət müəllifi kassasiya şikayətinin təmin edilməsini, hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Həmçinin Məhkum2 verdiyi kassasiya şikayətinə əlavədə səhhətində baş verən ağır psixoloji durumla bağlı olaraq, həmçinin baş nahiyyəsində kəskin problemlərin olması, ürək-damar və təzyiq xəstəliyindən əziyyət çəkdiyi üçün barəsində olan cinayət işi üzrə əlavə sübut və dəlillər toplaya bilmədiyini nəzərə alaraq kassasiya şikayətinə baxılmasının təxirə salınmasına dair qərar qəbul edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə baxılmasının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin müdafiəçi O.R.Zeynalov naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, Məhkum2 isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirsə də məhkəmə kollegiyası aşağıdakı əsaslara görə onun məhkəməyə gətirilməsini məqsədə uyğun hesab etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlav əyə Məhkum2 və onun müdafiəçisi O.R.Zeynalovun iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2023-cü il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyasında baxılanadək məhkumun müdafiəçisi O.R. Zeynalov 13 mart 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edib hüquqlarını müdafiə etdiyi şəxsin kassasiya şikayətini geri götürmək niyyətinin olmasını bildirərək Şirvan Apelyasiya Məhkəməsinin 22 aprel 20222-ci il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Həmçinin kassasiya şikayətinə baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum2 06 mart 2023-cü il tarixli ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizədə o, özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərini (kassasiya şikayətinə eldilmiş əlavə ilə birlikdə) geri götürdüyünü bildirmiş və həmin şikayətlərin və əlavənin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun ərizəsi 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 13 mart 2023-cü il tarixli 3-16-17/27/2-710/2023 saylı məktubla müşaiyət edilmişdir. Məhkum2 kassasiya şikayətində məhkəmədə iştirakının təmin olunmasını xahiş etsə də, bundan sonra tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə barəsində olan kassasiya şikayətinə baxılmasının təxirə salınmasını gələcəkdə yenidən kassasiya şikayəti ilə məhkəmə müraciət edəcəyini bildirdiyindən, habelə müdafiəçisi və özü tərəfindən verilmiş kassasiya şikayətlərinin (kassasiya şikyətinə əlavə ilə birlikdə) geri götürülməsi haqqında ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə kollegiyası həm onun, həm də müdafiəçinin ərizəsinə məhkumun iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. Müdafiəçi O.R.Zeynalovun və Məhkum2 ərizələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Məhkəmə kollegiyası müdafiəçi O.R.Zeynalovun ərizəsində göstərilən halları və Məhkum2 ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, müdafiəçi öz kassasiya şikayətini hüquqlarını m üdafiə etdiyi şəxsin razılığı ilə geri götürür. Mhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsində isə göstərilmişdir ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum2 və onun müdafiəçisi O.R.Zeynalovun ərizələrini nəzərdən keçirib kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin geri qaytarılması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 32.5,206.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 Şahavat oğlunun barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi O.R.Zeynalov tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavə geri qaytarılmalı və həmin kassasiya müraciətləri üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 və onun müdafiəçisi O.R.Zeynalovun ərizələri təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 aprel 2022-ci il tarixli qərarından Məhkum2 və müdafiəçisi O.R.Zeynalov tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri və məhkum tərəfindən kassasiya şikayətinə verilmiş əlavə geri qaytarılsın və həmin kassasiya müraciətləri üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-515/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-515/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver