Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-515/2024 05.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Bəraət almış şəxsin və onun müdafiəçiləri Seyidov Cavanşir Nəriman oğlunun və Layıc Aqil Tacir oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli, 1(103)-1212/2023 nömrəli qərarından apellyasiya instan siya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: sədrlik edən İ.Quliyev, Ə.M.Sarıyev və S.Ə.Əzizov) 05 aprel 2023-cü il tarixli, 1(101)-72/2023 hökmü ilə, 09 fevral 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X7 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 149.1-ci maddəsi ilə bəraət verilmiş, X5 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, bəraət alması ilə əlaqədar X7 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olmasının izah olunmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), Z.A.Şirinov və İ.A.İbrahimli) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 1(101)-72/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişd ir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən X7 qarşı irəli sürülmüş ittihama görə o, Azərbaycan Respublikasının vətəndaşı kimi Azərbaycan Respublikasının hüdudlarından kənarda 07 mart 2016-cı il tarixdə axşam saatlarında Rusiya Federasiyası, Tatarıstan Respublikası, Kazan şəhəri, Müştəri küçəsi, ev 12 ünvanında yerləşən "X” adlı klubda olarkən, orada alkoqollu içki qəbul etdiyindən sərxoş vəziyyətdə əvvəllər tanımadığı, həmin gün klubda tanış olduğu Zərərçəkmiş şəxs həmin gün saat 23:30 radələrində klubun birinci mərtəbəsində yerləşən sanitar qovşağı istiqamətində getdiyini görüb, sonuncu ilə cinsi əlaqəyə girmək niyyətinə düşmüş, həmin niyyəti həyata keçirmək üçün Zərərçəkmiş şəxs arxasınca gedərək sanitar qovşağına daxil olmuş, lakin sonuncu onun bu təklifindən imtina etdiyindən, qapını arxadan bağlayaraq öz cinsi tələbatını ödəmək məqsədi ilə sanitar qovşağında olan Zərərçəkmiş şəxs üzərinə hücum çəkib güc tətbiq edərək yerə yıxmış və müqavimətini qırmaq məqsədi ilə onun əllərini belinə buraraq üzərinə oturmaqla öz çəkisi ilə onu yerə sıxıb hərəkət etməsinə imkan vermədən zor tətbiq edərək, sonuncunun baş nahiyəsinə qəsdən əlləri ilə çoxsaylı yumruq zərbələri endirməklə ona sağ əmgək nahiyəsində on ədəd, sağrı nahiyəsində iki ədəd, sağ çiyin oynağının arxa səthində iki ədəd, sağ çiyin oynağının arxa səthində iki ədəd, aşağı üçdə bir nahiyədə bir ədəd, sağ kürək nahiyəsində bir ədəd, sol budun ön səthində aşağı üçdə bir nahiyədə bir ədəd, sol baldırın xarici yan səthində bir ədəd, sol diz oynağının ön səthində bir ədəd, sol sağrı nahiyəsinin yuxarı xarici kvadrantı nda iki ədəd, burun-dodaq nahiyəsinin sol tərəfində yuxarı dodağın selikli qişasında, daxili səthində iki ədəd, aşağı dodağın selikli qişasında, daxili səthində iki ədəd qançırlar kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən çoxsaylı xəsarətlər yetirib fiziki ağrılar verərək əynindəki paltarlarını zorla çıxarmış, onun kömək çağırmasının qarşısını almaq məqsədi ilə ağzını əlləri ilə tutub 08 mart 2016-cı il tarixdə saat 03:00 dəqiqəyədək olan müddətdə Rusiya Federasiyası, Tatarıstan Respublikasının Kazan şəhərində Şamatovskaya llnariya İlnurovnanın iradəsinə və istəyinə zidd olaraq zərərçəkmişə qarşı zor tətbiq etməklə onunla təbii yolla cinsi əlaqədə olaraq onu zorlamış, Rusiya Federasiyasının ərazisini hadisədən sonra tərk etməsi səbəbindən bu cinayətə görə Rusiya F ederasiyasında məhkum olunmamışdır. Birinci instansiya məhkəməsi X5 Zərərçəkmiş şəxs iradəsinə və istəyinə zidd olaraq, zor tətbiq etməklə onunla təbii yolla cinsi əlaqədə olaraq onu zorlamasının sübuta yetirilməməsi barədə nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 12.1, 149.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermiş, həmin nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) normalarına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə istinad edərək işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi ha zırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, birinci instansiya məhkəməsi tərəfindən X7 CMnin 12.1, 149.1-ci maddəsi ilə bəraət verilərkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən məhkəmə istintaqı zamanı keçirilmiş ziddiyyətli ekspertiza rəylərinə əsaslanmış baxmayaraq ki, bəraət almış şəxsin ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi araşdırılmış sübutlarla tam təsdiq edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Bakı Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli hökmünün X7 CM-nin 12.1, 149.1-ci maddəsi bəraət verilməsi hissəsində ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qan ununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin müddəalarını pozmaqla X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 149.1-ci maddəsi ilə əsassız olaraq bəraət verdiyini və həmin hökmün eyni pozuntulara yol verilməklə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət- prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində itt ihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessul Məcəllənin 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə g östərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə im kan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, birinci və apellyasiya instansiyalarında məhkəmə baxışının, çıxarılmış bəraət hökmünün və apellyasiya məhkəməsinin yekun qərarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışları qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmələr tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Xya bəraət verilməli olmasına dair yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Belə ki, ibtidai istintaq zamanı toplanmış sübutlardan görünür ki, cinayət təqibi orqanın X7 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 149.1-ci maddəsi ilə irəli sürdüyü ittiham həlledici şəkildə Zərərçəkmiş şəxs ifadəsi və onun ilkin məhkəmə-tibbi müayinələrinə dair ekspertiza rəyləri ilə əsaslandırılmışdır (ittiham tərəfinin məhkəməyə təqdim etdiyi şahid ifadələri isə əsasən cinayət hadisəsinin bilavasitə müşahidə edilməsinə əsaslanmır). Zərərçəkmiş şəxsin ifadəsinə diqqət yetirdikdə, o ifadəsində təxminən saat 23 radələrində siqaret çəkmək üçün klubdan bayıra çıxdığını, bu zaman yan masada oturan oğlanlardan biri, sonradan adının X olduğunu bildiyi şəxsin ona yaxınlaşıb adını və harada yaşadığını maraqlanaraq tanış olmaq istədiyini, onunla tanış olmaq istəmədiyini deyərək yenidən kluba qayıtdığını və bundan təxminən 30 dəqiqə sonra klubun yuxarı mərtəbəsinə qalxaraq tualetə daxil olub qapını kilidləmədən örtdüyünü, bundan sonra Xnın tualet ə daxil olaraq onu zorladığını göstərmişdir. Lakin, məhkəmələrdə Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq surətdə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi yoxlanılarkən onun işin həqiqi halları ilə uzlaşmayan ifadələr verməsi müəyyən edilmişdir. O cümlədən, müəyyən edilmişdir ki, hadisə günü Zərərçəkmiş şəxs ilə birlikdə kluba gedən və hazırkı iş üzrə şahid qismində dindirilmiş Şahid1 bütün ifadələrində 08 mart 2016cı il tarixdə təxminən saat 01:30-da ərinin onun mobil telefonuna zəng edərək evə çağırdığını, onun isə bir azdan gələcəyini bildirdiyini, sonra İlnariyaya yaxınlaşaraq evə getmək lazım olduğunu dediyini, sonuncunun isə bir qədər də klubda qalıb dincəlməyi təklif etdiyindən razılaşdığını, daha sonra siqaret çəkmək üçün artırmaya çıxdıqlarını və siqaret çəkib qayıtdıqdan sonra Zərərçəkmiş şəxs sanitar qovşağına getdiyini bildirmişdir. Göründüyü kimi, cinayətin törədilmə vaxtı baxımından istintaq orqanının gəldiyi nəticə ilə Zərərçəkmiş şəxs və hadisənin əsas şahidlərindən olan Şahid1 ifadələri arasında ciddi ziddiyyətlər mövcuddur. Digər tərəfdən, hadisənin baş verdiyi “X” adlı klub ictimai iaşə obyektidir və oranın sanitar qovşağı ümumi istifadədədir. Cinayət işinə əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və əlavə olunmuş fotoşəkildən görünür ki, klubda cəmi 1 sanitar qovşaq mövcud olmuşdur. Hadisə baş verən vaxt klubda digər müştərilərin və çoxsaylı işçi personalının da olması nəzərə alınsa, təxminən 3 saat yarım (verilmiş ittihama diqqət etdikdə X 23:30 radələrindən 03:00 dəqiqəyədək olan müddət ərzində Şamatovskaya llnariya İlnurovnanın iradəsinə və istəyinə zidd olaraq, zor tətbiq etməklə onunla təbii yolla cinsi əlaqədə olaraq onu zorlamışdır) müddətində həmin sanitar qovşağında zorlama cinayətinin törədilməsi və bundan heç kimin məlumatının olmaması məhkəmə üçün inandırıcı görünmür. Zərərçəkmiş şəxs ifadəsində (ibtidai istintaqda verdiyi ifadələrdə olduğu kimi) cinsi zorakılığa məruz qalması üzərində israr etsə də, bu iddianın iş üzrə keçirilmiş məhkəmətibbi ekspertizasının rəyində göstərilənlərlə ziddiyyət təşkil etməsi müəyyən edilmişdir. Belə ki, iş materiallarından görünür ki, hadisədən dərhal sonra polis əməkdaşları Kazan şəhəri, Müştəri küçəsi, 12 ünvanında yerləşən “X” kafesinə gəlmiş, Zərərçəkmiş şəxs 08 mart 2016-cı il tarixdə, yəni hadisənin baş verdiyi gün Rusiya Federasiyası DİN Kaz an şəhər idarəsinin 2 saylı “Vişnyovsk” Polis bölməsinə Kazan şəhəri, Müştəri küçəsi, 12 ünvanında yerləşən “X” kafesində iradəsinin əleyhinə ona qarşı zorlama əməlini törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə müraciət etmiş, həmin tarixdə saat 03:50-dən 05:40-dək müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilmiş və maddi sübutlar götürülmüş, müvafiq fotoşəkillər çəkilib protokola əlavə olunmuş, həmçinin Zərərçəkmiş şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə tibbi müayinə keçirilmiş və 08 mart 2016-cı il tarixli 996 №-li protokolun 14-cü bəndinə görə, müayinə olunan şəxsdə alkoqoldan istifadə faktı müəyyən olunmuş və sərxoşluq əlaməti aşkar edilmişdir. Eyni zamanda müqayisəli tədqiqat üçün nümunələrin götürülməsi haqqında 08 mart 2016-cı il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi həmin gün saat 08:45-də Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatından müxtəlif nümunələr götürülmüş, ekspertizaya təqdim olunaraq tədqiqatlar aparılmış, lakin həmin möhtəviyyatda kişi cinsinə aid DNT aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunmuş molekulyar-genetik ekspertizasının xx.xx.2016-cı il tarixli KZNE161- 2016 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs uşaqlıq yolunun möhtəviyyatından götürülmüş nümunələrdə (ob. № - 5, 6, 7, 8, 9, 10, 11, 12), həmçinin qan nümunəsi alınmış hüceyrə çöküntülərindən ayrılmış DNT nümunələrində kişi DNT aşkar olunmamışdır. Həmin obyektlər üzərində olan DNT nümunələrindəki epitel hüceyrələri Zərərçəkmiş şəxs məxsusdur. Molekulyar-genetik ekspertizasının xx.xx.2016-cı il tarixli KZN-E162-2016 saylı rəyinə əsa sən, köynəkdə (1 saylı obyekt), kolqotkada (8, 10 saylı obyektlər), alt tumanda (12 saylı obyekt) insan qanı, tək-tək epitel hüceyrələri aşkar edilmiş, köynəkdə (5 saylı obyekt), kolqotkada (7, 9 saylı obyektlər), alt tumanda (11 saylı obyekt) tək-tək epiteli hüceyrələri və fraqmentləri aşkar olunmuş, spermatazoidlər aşkar edilməmişdir. Kolqotkada (8 saylı obyekt) bioloji material qarışığından (qan, epitel hüceyrələr) DNT preparatında aşkar edilmiş qarışıq DNT profili Zərərçəkmiş şəxs məxsus bioloji materialın iki və daha çox kişi genetik cinsinə məxsus bioloji materialın qarışmasının nəticəsidir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında təyin olunaraq keçirilmiş maddi sübutların komisyon ekspertizasının 10 fevral 2023-cü il tarixli 690/2022-MTBS №-li rəyi ilə müəyyən edil mişdir ki, genetik identifikasiya testi nəticəsində Ob. № 8-də (kolqotka) müayinənin aparılmasında istifadə olunan autosom STR lokusların hamısı üzrə təqsirləndirilən şəxs X ilə tam şəkildə uyğunluq aşkarlanmamış, bu isə həmin nümunədə Xya məxsus bioloji materialın olmamasını göstərir. Həmçinin həmin rəyə əsasən, genetik identifikasiya testi nəticəsində həm Ob.№ 4, həm də Ob.№ 8-də testin aparılmasında istifadə olunan Y-STR lokusların hamısı üzrə təqsirləndirilən şəxs X ilə tam şəkildə uyğunluq aşkarlanmamış, bu isə həmin nümunədə Xya məxsus bioloji materialın olmamasını göstərir. Ekspertizanın qeyd olunan rəyinin nəticə hissəsində ekspertlər nəticəyə gəlmişlər ki, qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Zərərçəkmiş şəxs məxsus kolqotka və ha disə yerindən götürülmüş şərf üzərində aşkar edilmiş kişi cinsinə məxsus qarışıq olan bioloji material X7 məxsus deyildir. Qeyd olunan maddi sübutların komisyon ekspertizasının 10 fevral 2023-cü il tarixli 690/2022MTBS saylı rəyi üzrə məhkəmədə ifadə verən ekspert X8 bildirdi ki, genetik profilin Xya aid olması qənaətinə gəlinməsi üçün 100 % ona məxsus olması zəruridir, bütün lokslar üzrə uyğunluq müəyyən edilməlidir. 4 saylı cədvəl üzrə isə müəyyən edilmişdir ki, burada 7 loks uyğun deyil, sadəcə rəqəmlər eynidir, 6 loks fərqin olması isə artıq onlara belə nəticəyə gəlməyə əsas verir ki, aşkar olunmuş epitel hüceyrələr Xya məxsus deyildir. Rəyin 13-cü vərəqində cədvəl tərtib olunmuşdur, orada nəticə qeyd olunub və nəticədə göstərilmişdir ki, uyğun deyildir. 8-ci obyektə keçib baxanda or ada da 7 ədəd uyğunsuzluğun olması müəyyən edilir. Beynəlxalq standartlara uyğun olaraq sadəcə 1-2 uyğunsuzluğun olması artıq inkar deməkdir. Əgər insanın profili orada aşkar olunmuşdursa, bu, 100 %, yəni tam uyğun olmalıdır, bu, 99 % ola bilməz. Rusiyada keçirilmiş ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş nümunələr kişi və qadın cinsinə aid qarışıq material olmuşdur. Rusiyada alınmış rəyə görə, aşkar olunan qan qadına məxsusdur, kolqotkada aşkar olunan material isə sperma deyildir. Epitel hüceyrələr dəridən ayrılan hüceyrədir, mübahisədə, dartışmada və sürtünmədə yaranan hüceyrələrdir. STR lokus gendə olan hissələrdir. Genetik ekspertizanın nəticələri ya 100 % təsdiq, ya da ki, 100 % inkar olmalıdır. Tədqiqat zamanı müəyyən edilmişdir ki, hadisə yerindən aşkar olunmuş və R usiyadan göndərilmiş maddi sübutlar üzərində olan materiallar və hüceyrələr Xya məxsus deyildir. Göründüyü kimi məhkəmə istintaqı zamanı Rusiya Federasiyasının müvafiq istintaq orqanı tərəfindən təqdim olunmuş maddi sübutlar üzərində Xya məxsus genetik və bioloji nümunələr götürülməklə müqayisəli tədqiqatlar aparılmış, həmin maddi sübutlar üzərində sonuncuya məxsus hər hansı epitel hüceyrələri və bioloji material aşkar edilməmişdir. Zorlama cinayətinin zəruri əlaməti kişinin qadınla cinsi əlaqədə olması faktıdır, belə olan halda X9 ifadəsində ona isnad edilən əməli törətmədiyini, Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədiyini və onunla cinsi əlaqədə olmadığını göstərmişdir ki, yuxarıda şərh olunan səbəblər üzündən nə məhkəmə ekspertizalarının rəyləri, nə də ki, digər sübutlarla Xnın mövqeyi təkzib edilməmişdir. Məhkəmələrin baxılmış hazırkı cinayət işi ilə bağlı sübutların tədqiqinə dair cinayətprosessual qanunun 143-146-cı maddələrinin tələblərini pozduqlarını, bu və ya digər materialın tədqiqindən imtina etdiklərini, öz nəticələrini əsaslandırarkən yoxlanılmayan, yolverilməz sübutlardan istifadə etdiklərini göstərən hallar mövcud deyil. Kassasiya protestində iddia olunanların əksinə olaraq, məhkəmə istintaqı (məhkəmənin araşdırdığı yeni faktiki məlumatlardan) zamanı əldə olunmuş ekspertizaların nəticələri arasında hər hansı bir ziddiyyət mövcud deyil, onların təyin edilməsi, keçirilməsi, rəylərinin tədqiq edilməsi, qiymətləndirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə, o cümlədən 127-ci, 331-ci maddələrinə və XXXV fəslinin müddəalarına əməl olunmuşdur. Birinci in stansiya məhkəməsinin cinayət prosessual qanunvericiliyinin tələblərindən və Avropa Məhkəməsinin qərarlarında istinad edilmiş hüquqi mövqeyindən çıxış etməklə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 149.1-ci maddəsi ilə bəraət verməsi, apellyasiya instansiyası məhkəməsinin həmin qənaətlə razılaşması əsassız və qanunsuz nəticələr kimi, bu nəticələrin mübahisələndirilməsinə dair kassasiya protesti isə əsaslı müraciət kimi qiymələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər s übutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi də cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı mad dələri, hökmün əsaslılığına dair müddəalar (CPMnin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Odur ki, məhkəmədə baxılmış sübutlar Xnın göstərdiklərini təkzib etmədiyi v əziyyətdə birinci instansiya məhkəməsinin Xnın təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlib ona Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsinə əsasən bəraət verməsi, apellyasiya instansiyası məhkəməsinin isə həmin hökmü dəyişdirilmədən saxlaması sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən CPM-in 145.3-cü maddəsinə, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə uyğun olan nəticələr kimi özünü göstərir. Təsvir edilənlər apellyasiya məhkəməsi tərəfindən kassasiya protestində iddia olunan Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol veril mədiyini, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı X2 və həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxsin və onun müdafiəçilərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və X9 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli, 1(103)-1212/2023 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Bəraət a lmış şəxs X9 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli, 1(103)-1212/2023 nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-515/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-515/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver