Məhkəmə qərarları › İş №1(102)-515/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-515/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-515/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin, Məhkumun iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Əli-Bayramlı (hazırda - Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, xxxx qeydiyyatda olan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 1(106)-679/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 1(099)-520/2023 nömrəli hökmü ilə (hakimlər: N.F.Quliyev (sədrlik edən), V.İ.Əhmədov və N.N.Hüseynovdan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin 16 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsin in həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), E.İ.Xasməmmədov və K.S.Bəşirovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 20 oktyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Şirvan şəhəri, Naxçıvan küçəsində əvvəldən tanıdığı qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun on a qarşı nalayiq ifadələr işlətməsindən hiddətlənərək baş və yumruğu ilə onun baş və sifət nahiyyəsinə çoxsaylı zərbələr endirərək Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyin maddəsinə qansızma, sol paraorbital nahiyədə qançır, sol gözaltı nahiyədə şişkinlik, sol gözün ağlı qişasında qansızma, sol göz yarığının daralması, burun sümüklərinin qəlpəli, açıq, yerdəyişən, sağ haymor boşluğunun üst divarının qəlpəli, basılmış sınıqları, burunüstü nahiyədə əzilmiş-cırılmış yara kimi həyat üçün həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışlar ki, o qanunsuz yollarla əldə edilmiş sübutl ar əsasında (ekspertiza rəyi mübahisələndirilir) törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmışdır. Məhkumun kassasiya şikayətində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasının ziddiyyətli sübutlar əsasında müəyyən edildiyi iddia edilir. Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarını dəyişdirərək, onun əməlinin düzgün tövsif edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyə n edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) old uqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində əməlinin qəsdən sağlamlığa ağır zərər vurma kimi – Cinayət Məcəlləsininin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmadığını iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görü r və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddə sinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmu ş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum kassasiya şikayətindən görünür ki, o, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs ittihamda qeyd olunan a ğırlıqda deyil, yüngül zərər vurduğunu iddia etməklə, əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmaması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyə n edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətində irəli sürülmüş əməlinin düzgün tövsif olunmaması səbəbindən məhkəmə qərarının dəyişdirilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və Məhkum məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən dey il, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, nə Məhkum, nə də ki, onun müdafiəçisi - hökmdən verdikləri apellyasiya şikayətlərində müəyyən edilmiş işin faktiki hallarına və həmin hallara cinayət qanunu normasının tətbiqinə (əməlin hüquqi tövsifinə) dair birinci instansiya məhkəməsinin mövqeyini mübahisələndirməmişlər, yalnız cəzanın yüngülləşdirilməsi, şərti məhkum etmənin və CMnin 62-ci maddəsinin tətbiq edilməsi barədə tələblər irəli sürüb bu mövzuda dəlillər gətirmişlər. Bununla belə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsində təsbit edilmiş tələbdən (apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin normalarına əməl olunub-olunmamasını yoxlamaq vəzifəsindən) çıxış edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiyada faktiki hallar müəyyən edilərkən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozuntularına və yaxud təqsirkarın cinayət əməlinin hüquqi tövsifində (cinayət qanunu normasının tətbiqində) səhvə yol verildiyini müəyyən etməmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət əməlini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, məhkəmənin Məhkum Zərərçəkmiş şəxs sağlamlığına qəsdən məhz ağır zərər vurması və Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticələri CPM-in 145,146-cı maddələrinə müvafiq olaraq qiymətləndirilmiş işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, Məhkum məhkəmədə vermiş olduğu ifadəsində göstərmişdir ki, əvvəlcə əlində olan telefonu X atmış, sonra da onun üz nahiyyəsindən kəlləsi ilə vurmuşdur. Həmin vaxt atası X idarə etdiyi avtomobillə oraya gəlib onları ayırmaq istəyərkən X atasına təpik atmışdır. Həmin vaxt X ona şərəfsiz deyib, əlində olan çanta ilə onu vurmuş, o da təpiklə X vurmuşdur. X üzü qan içində olduğundan o əyni ndəki maykanı çıxarıb X üzünə basmışdır. Sonra da o atası ilə avtomobilə minib oradan getmişdir. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində dindirilərkən 20 oktyabr 2022-ci il tarixdə təxminən saat 15 radələrində işlədiyi X4 idarəsindən yaşadığı evə gedərkən Tural onu saxlayıb niyə onu söydüyünü deyib, onunla mübahisə etmiş, sonra da onlar tutaşmışlar. Tural başı ilə onun burun nahiyyəsinə vurmuş, daha sonra başı ilə və təpiklə onu vurmuşdur. Məhkəmə-tibbi ekspertizanın 08 dekabr 2022-ci il tarixli, 651 nömrəli rəyinə, eyni ilə təkrar məhkəmə-tibbi ekspertizasının 13 aprel 2023-cü il tarixli, T201/2023 nömrəli rəyinə görə Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş olan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Hökmdə bu və digər sübutlar təsvir edil ib ətraflı şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutlar üzərində qurduğundan, kassasiya şikayətində isə məhkəmələrin yuxarıda şərh olunan məsələlər üzrə çıxardıqları nəticələri təkzib edə və araşdırmanın obyektivliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, məhkəmələrin Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair nəticələrini şübhə altına almaq üçün əsas görmür. Məhkum təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – qəsdən sağlamlığa ağır zərər vurma Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında aşağı həddi 3 ildən olmaqla yuxarı həddi isə 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi isə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin cəzanı yüngülləşdirən hallara və cəzanı ağırlaşdıran halların olmamasına dair nəticələri ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsində aparılan icraat dövründə zərərçəkmiş şəxslə – Zərərçəkmiş şəxs ilə barışdığını, onun məhkuma qarşı şikayət və tələbi olmaması haqqında notaria l qaydada təsdiq olunmuş 18 dekabr 2024-ci il tarixli ərizə daxil olmuşdur. Zərərçəkmiş şəxs cəzasını ağırlaşdıran halların olmaması, cəzasını yüngülləşdirən halların mövcudluğu, xüsusilə də zərərçəkmiş şəxslə razılıq əldə olunmaqla barışması şəraitində, ona təyin olunmuş 4 il müddətə azadlıqdan məhrum etmə cəzası cəzanın təyin edilməsinin ümumi əsaslarının (CM, maddə 58.3), ədalət prinsipinin (CM, maddə 8), cəzanın məqsədlərinin (CM, maddə 41.2) ehtiva etdikləri şərtlər kontekstində ədalətli, cəzanın məqsədlərini təmin etmək üçün zəruri olan tədbir hesab edilə bilməz. Bu üzdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sözügedən cəzanı yüngülləşdirən və təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar, cəzanı ağırlaşdıran halların olmaması Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilə n digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı və Məhkum hökmlə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) ildən 03 (üç) ilə endirilməlidir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərindən, o cümlədən cəzanın cinayət törətmiş şəxsə münasibətdə islahedici, digərlərinə münasibətdə xəbərdaredici rolunun təmin edilməsi zərurətindən çıxış edərək məhz bu şəkildə Məhkum cəzasının azaldılmasını mümkün gördüyündən, təsvir olunanları kassasiya şikayətinin qismən təmin edilməsini, mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halın mövcud olması kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və zərərçəkmiş şəxsin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 1(106)-679/2023 nömrəli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1 26.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 1(106)-679/2023 nömrəli qərarı dəyişdirilsin. Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2023cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) ildən 03 (üç) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar