Məhkəmə qərarları › İş №1(102)-516/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-516/2019

24.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-516/2019 24.04.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 516/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "24" aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə Abşeron rayo n Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Nəcəfova Şövkət Hüseyn qızı) xx xxxxxxxx 1965-ci ildə Lənkəran rayonu, Separadi kəndində doğulmuş, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Xırdalan şəhəri, ünvan 1 ünvanında yaşamış Məhkum Azər baycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Abşeron rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, cavabdeh kimi ondan qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 30.000 (otuz min) ABŞ dolları məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq, Zərərçəkmiş şəxs verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 08 iyul 2015-ci il tarixli, 2(060)-78/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə y etirmədiyinə görə Abşeron rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 3(012)- 463/2017 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq hərəkətlərini davam etdirməklə qeyd olunan şəhər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Hökmdən Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Zeynallı Fərmayıl Gülmalı oğlu, hakim Cəfərov Vidadi Cəfər oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 30 oktyabr 2018-ci il tarixli qərarı ilə Abşeron rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 306.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qədər endirilmiş, apellyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qeyd olunan qərarını ləğv edilməsini və cinayət işinin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs Məhkumla uzaq qohumluq əlaqələrinin olması və biri-birilərini uzun müddət tanımalarına görə zərərçəkənə bəllidir ki, məhkum Xanağa Bağırovun artıq mənzili, torpaq sahələri və sair əmlakı mövcuddur. O istəsə, borclu olduğu məbləğin hamısını, ən azı isə yarısından çoxunu birdəfəlik ödəyə bilər, sadəcə olaraq, məhkum edilməsinə də baxmayaraq, Məhkum borclu olduğu məbləği ödəməməyə çalışır. Bu səbəbdən də zərərçəkmiş şəxs haqlı olaraq hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən heç bir əsas olmadan Məhkum təyin edilmiş cəza azaldılmışdır. Halbuki CPM-nin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya məhkəməsinin özü üçün birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq zərərçəkmiş şəxsin nümayəndəsi a pellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından gö rünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla qərarda göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın əsassız olaraq endirilməsini iddia edir. Apellaysiya məhkəməsinin qərarında cəza təyini məsələsi ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Apelyasiya şikayətində Məhkum bəraət verilməsi göstərilsə də apelyasiya baxışı zamanı məhkumun müdafiəçisi T.Abbasov Abşeron rayon Məhkəməsinin 12.07.2018-ci il tarixli hökmü dəyişdirilərək, Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutuln aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsinin və ya digər məhkəmə qərarının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Digər tərəfdən, bu əməllə demokratik cəmiyyət və ədalət mühakiməsini n fundamental hüquqlarından biri olan ədalətli məhkəmə araşdırması hüququ real mahiyyət kəsb etməyən xəyali bir hüquqa çevrilir. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, ədalət mühakiməsi cəmiyyətin fundamental dəyərlərinin qorunub saxlanması və bərpa olunmasına, insan toplumunun hüquq və azadlıqlardan yararlanmasına xidmət edən əhəmiyyətli bir mexanizmdir. Ədalət mühakiməsi isə dövlət adından çıxarılan konkret qərarlarda öz əksini tapır. Konkret məhkəmə qərarlarının icra olunmaması isə ədalət mühakiməsinin nüfuzuna zərbə vurmaqla, onun insan hüquq və azadlıqlarının qorunması və bərpa olunmasında yerinə yetirdiyi etibarlı mexanizm rolunu aşağı salır və nəticədə insanların bu mexanizmdən yararlanmasının real mahiyyəti heçə enir. Bu nüfuzun bərpa olunması isə insan hüquq və azadlıqlarının dek larativ deyil, real mahiyyət kəsb etməsi üçün son dərəcə vacibdir. Məhkəmə kollegiyası Məhkum uzun müddət azadlıqdan məhrum edilməsinin nəticədə məhkəmə qətnaməsinin uzun müddət icrasını qeyri mümkün etməsini nəzərə alaraq, qətnamənin icrası ilə yanaşı cəza təyin edilən şəxsin islah olunması üçün hansı imkanların olması və hansı qanuni vasitələrin seçilməsinin müəyyənləşdirməsinin çox vacib olduğunu qeyd edir. Məhkəmə kollegiyasının qənaətinə görə qətnamə üzrə borcun ödənilməsində yaranan gecikmələri, ümumiyyətlə ödəməkdən yayınmanı və ya imtina etməni fərqləndirmək lazımdır. Hər iki halda qərəzlilik mövcud olsa da birinci halda təqsirkarın bu istiqamətdəki cəhdləri də unudulmamalı və cəza tətbiq edilərkən nəzərə alınmalıdır. İş materiallarından görünür ki, Məhkum zərərçəkmiş şəxsə borcund an birinci instansiyası məhkəməsində 2000 (iki min) manat ödəmiş, apelyasiya baxışı zamanı isə 1000 (min) manat məbləğində pul ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirkarın ödəmələri qismən də olsa davam etdirdiyi bir şəraitdə onun uzun müddət azadlıqdan məhrum edilməsi qətnamə üzrə borcun ödənilməsinin təminatını minimuma endirir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalı, o cümlədən, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Belə ki, islah olunma perspektivləri baxımından ci nayət törədənin şəxsiyyətinin düzgün qiymətləndirilməsi üçün onun cinayətin törədilməsindən sonrakı davranışının, xüsusilə törətdiyi əmələ münasibətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Çünki, təqsirkar şəxsin əməlinin zərərli nəticələrinin aradan qaldırılmasına, azaldılmasına cəhdlər etməsi onun cinayətə tənqidi münasibətini ifadə etməklə, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğunu göstərir. Bu kimi hallar əvvəl cinayət törətmiş, cəza çəkmiş, cinayət qanununun təsbit etdiyi güzəştli institutlardan yararlanmış şəxslərin işlərində xüsusilə mühüm əhəmiyyət daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarda həmçinin, məhkəmələrə izah edilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununda cəzaya verilən anlayışdan başqa, Konstitusiya Məhkəməsi də məsələ ilə bağlı çoxsaylı qərarlarında hüquqi mövqelərini ifadə etmişdir. Belə qərarlarından birində məhkəmə qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədi lməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərar). Kollegiya qeyd edir ki, cinayət nəticəsində təyin olunan cəza-sosial ədalətin bərpasına, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəlməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəza əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözl ənilən nəticəni vermədikdə, yalnız bundan sonra son tədbir kimi cinayət hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ilk dəfə cinayət əməli törətməsi, törətdiyi cinayət əməlindən səmimi peşman olması, zərərçəkmiş Zərərçəkmiş şəxs olan borcundan 2000 manat məbləğində ödəniş etməsi və himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olması birinci instansiya məhkəməsi tərəfindən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınsa da Məhkum sərt cəza təyin etmişdir. Məhkəmə kollegiyası Məhkum zərərçəkmiş şəxsə borcundan birinci instansiya məhkəməsində 2000 (iki min) manat, apelyasiya baxışı zamanı 1000 (min) manat ödədiyini cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan və əməlinin zərərli nəticələrini aradan qaldırılan hallar kimi nəzərə alaraq hesab edir ki, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi azaldılmalı və yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla, tövsif olunan cinayət maddəsinin sanksiyasının aşağı həddində cəza təyin edilməlidir....”. Göründüyü kimi, apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin hallarına və qanunun tələblərinə tam uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır, kassasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, bu məsələdə qanun pozuntusuna yol verilməmişdir (cəzanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin və digər normaların tələbləri, habelə onun CM-nin 41.2-ci maddəsində nəzərdə tutu lan məqsədlərə nail olmasına xidmət etməsi baxımından yüngül olması qənaətinə gəlməyə əsas yoxdur). Belə nəticəyə gələn məhkəmə kollegiyası həm də "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının izahlarını da nəzərə alır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həm də qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şikayətdə isə belə bir dəlilə istinad olunmamışdır ki, apellyasiya məhkəməsi tərəfindən cəza məsələsi həll edilərkən hər hansı bir məsuliyyəti ağırlaşdıran halların nəzərə alınmadığı və ya yüngülləşdirən halların qanunsuz olaraq nəzərə alındığı qənaətinə gəlməyə əsas versin. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı (Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə), kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qərarı Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar