Məhkəmə qərarları › İş №1(102)-516/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-516/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-516/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayə t işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihmaçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Səfərli Cavid Şamil oğlunun sədrliyi, hakimlər Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə ibdə) 06 iyul 2022-ci il tarixli hökmü ilə 31 avqust 1987-ci ildə Türkmənistan Respublikası, Krasnovodsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara şəhəri, N.Nərimanov küçəsi ev 350-də qeydiyyatda olan, faktiki olaraq Astara şəhəri, H.Əliyev prosapekti ev-350 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi i lə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 fevral 2022-ci il tarixdən hesablanması, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması haqqında yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi və məruzəsi, Əhmədov İsmayıl Həmid oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibd ə) 07 sentyabr 2022-ci il tarixli qərarı ilə dövlət ittihamçısı Nəhmətov Rahim Nəhmətulla oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 1(099)411/2022 nömrəli hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları:

2. Məhkəmənin hökmü ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 2022-ci ilin fevral ayının əvvəllərində özünə məlum olan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, dax il olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 24 fevral 2022-ci il tarixdə, saat 09 radələrində Məhkum Astara rayonun Pensər kəndində yerləşən işıqforun yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 04 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,632 qram, 0,612 qram, 0,524 qram və 0,667 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar təşkil edən 2,435 qram psixotrop maddə metamfetamin və idarə etdiyi “Mersedes Benz 208 D” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa keçirilən baxış zamanı mikroavtobusun salonunda, sürücü oturacağının yuxarı sol tərəfində olan kəsilmiş yerdə gizlətdiyi 01 ədəd bükümdə 0,828 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri:

3. Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası qərar çıxararkən əməlin tövsifi ilə bağlı hissədə Cinayət Prosessual Qanunvericiliyin tələblərinə müvafiq olaraq ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamının hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq etməmiş və əməlin tövsifində səhvə yol vermişdir. İş materiallarında olan məhkəmə fiziki-ki myəvi ekspertizasının 24 fevral 2022-ci il arixli 19/234 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Məhkum üzərindən aşkar olunmuş 04 ədəd bükümdə metamfetaminə Dənzər kütlə və avtomaşında aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə olan heroinə oənzər və 01 ədəd falqa kəsiyi "sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd Dükümdə təmiz çəkisi: -0,828 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:-0,632 qram, -0,612 qram, -0,524 qram, 0,667 qram: ümumi təmiz çəkisi:-2,435 qram olan ağ -əngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. İş materiallarında olan “ambulator məhkəmə-narkoloji eksperti za” üzrə 28 fevral 2022-ci il tarixli, 243 saylı rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 04 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri-0,632 qram, 0,612 qram, 0,524 qram və 0,667 qram olmaqla ümumi təmiz çəkisi-2,435 qram psixotrop maddə olan metamfetamin külli miqdarda olmuşdur. Hökm və qərarlardan göründüyü kimi, məhkəmələrin gəldiyi nəticəyə görə Məhkum psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, həmin psixotrop madd əni satmaq niyyətində olması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi halları müəyyən edilməmiş, məhkəməyə onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etməsi qənaətinə gəlmək üçün əsas olmuşdur. Bundan başqa, psixotrop maddəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edibetməməsiilə şərtləndirilə bilməz. Çünki, psixotrop maddəni və narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu ba rədə sövdələşmənin olması, sifarişə uyğun olaraq psixotrop maddə metamfetaminin külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarş ısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Sadalananlardan görünür ki, məhkəmələr təqsirləndirilən şəxs Məhkum cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilən konkret cinayət əməlinin cəhətləri ilə CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında tam uyğunluq olmasını nəzərə almamış, nəticə etibarilə CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olan Məhkum əməlini düzgün tövsif etməməklə Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Bundan başqa, məhkəmələr Məhkum əməlini Cinayət Məcəlləsinin ağır maddəsindən yüngül maddəsinə tövsif edərkən Məhkum tutulmamışdan 10-15 gün əvvəl iki m üxtəlif çeşiddə narkotik vasitə heroinin və psixatrop maddə metamfetaminin əldə etməsinə baxmayaraq tutulan gün hər ikisini üzərində gəzdirməsini, onun tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən 04 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri0,632 qram, 0,612 qram, 0,524 qram və 0,667 qram olmaqla ümumi təmiz çəkisi- 2,435 qram psixotrop maddə olan metamfetaminin bükümlər şəklində və külli miqdarda olmasını, aşkar olunmayacağı təqdirdə ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla onlarla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, Məhkum tərəfindən törədilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixatrop maddə metamfetamin və narkotik vasitə heroinin əldə edilməsindən ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almayaraq təqsirləndirilən şəxs Məhkum əməlinin tövsif edilməsinin səbəblərini hökmdə əsaslandırmamışdır. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər:

4. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir.

5. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxı şının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.

6. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

7. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir.

8. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

9. Kassasiya protestində mübahisələndirilən məsələ Məhkum törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə məhkəmələrin gəldiyi nəticənin səhv olması barədədir.

10. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir:

11. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlid ir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

12. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun un “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi)

14. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azə rbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır.

15. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir.

16. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinc i instansiya məhkəməsi düzgün olaraq məhkəmədə təqdim edilmiş sübutları hərtərəfli, obyektiv və tam tədqiq edib sübutların toplusuna məcmuyu halında qiymət verməklə Məhkum əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilmişdir.

16. İbtidai araşdırma orqanı tərəfindən Məhkum elan ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, o, 2022-ci ilin fevral ayının əvvəllərində özünə məlum olan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axta rış tədbiri nəticəsində 24 fevral 2022-ci il tarixdə, saat 09 radələrində Məhkum Astara rayonun Pensər kəndində yerləşən işıqforun yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 04 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,632 qram, 0,612 qram, 0,524 qram və 0,667 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar təşkil edən 2,435 qram psixotrop maddə metamfetamin və idarə etdiyi “Mersedes Benz 208D” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı mikroavtobusuna keçirilən baxış zamanı mikroavtobusun salonunda, sürücü oturacağının yuxarı sol tərəfində olan kəsilmiş y erdə gizlətdiyi 01 ədəd bükümdə 0,828 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.

17. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 fevral 2022-ci il tarixli 19/234 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Məhkum üzərindən aşkar olunmuş 04 ədəd bükümdə metamfetaminə bənzər kütlə və avtomaşında aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər və 01 ədəd falqa kəsiyi ”sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: -0,828 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:-0,632 qram, -0,612 qram, -0,524 qram, -0,667 qram: ümumi təmiz çəkisi:-2,435 qram olan ağ rəngli kristal formada olan maddələr metamf etamindirlər, xarici görnüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər və 1 ədəd falqa kəsiyi üzərində narkotik vasitə və ya psixotrop maddələrin izləri yoxdur. Heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxildir. 18.İş materiallarında olan 28 fevral 2022-ci il tarixli 243 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiy yata alınması məsləhət görülür. 19.Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur.

20. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən h ərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum narkotik vasitəni satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməli, narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməli idi.

24. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayə t işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkil ib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

22. Məhkəmə baxışı zamanı tədqiq olunan Məhkum qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan raportda Məhkum qanunsuz şəkildə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması göstərilsə də, məhkəmə raportda göstərilmiş məlumatın formal xarakterli olması nəticəsinə gəlir. Belə ki, raportda Məhkum ümumi qaydada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məşğul olması göstərilsə də, onun məhz kiməsə narkotik vasitə satması göstərilməmişdir.

23. İş materiallarından göründüyü kimi məhkum olunmuş şəxs ibtidai və məhkəmə istintaqı zamanı verdiyi izahat və ifadələri ndə narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını, norkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir.

24. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində məhkəmə istintintaqı zamanı şahid qismində dindirilmiş, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 oğlu və Şahid1 ifadələrində Məhkum əvvəllər konkret olaraq kimə narkotik vasitə satmasını müəyyən edilmədiklərini göstərmişlər. Bundan başqa, əgər Məhkum narkotik vasitələri satması barədə əməliyyat məlumatı mövcud olmuşdursa, Məhkum məhz bu istiqamətdə ifşa edilməsi məqsədilə şərti alıcı cəlb olunmaqla və digər zəruri hərəkətlər yerinə yetirilməklə, vacib əməliyyat tədbirləri keçirilməli idi. Cinayət işinin materiallarında isə ümumiyyətlə, belə əməliyyat tədbirləri keçirilməsi görünmü r.

25. Apellyasiya məhkəməsi sübutlara qiymət verərək, qeyd etmişdir ki, “işləməyən təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni satın almaq üçün pulu haradan əldə etməsi, həmçinin aşkar olunmuş heroinin və metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə çox olmaqla, ümumilikdə 05 bükümdə olması Məhkum həmin narkotik vasitələri məhz satış məqsədi ilə daşıması barədə” dəlillərini əsassız hesab edir. Belə ki, apellyasiya protestinin qeyd olunan dəlillərindən də göründüyü kimi həmin dəlillər mülahizə və gümanlardan ibarət olmaqla ittiham tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla təsdiq olunmur.

26. Bundan başqa Məhkum satış məqsədi ilə külli miqdarda, 2,435 qram çəkidə narkotik vasitə metamfetamini və 0,828 qram narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi ba rədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün deyil, ittiahm tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur. Bundan başqa apellyasiya protestinin Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsini və həmin əsaslarla da birinci instansiya məhkəməsinin onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməsinin düzgün olmaması barədə dəlillərini mülahizə (ehtimal) xarakterli dəlillər kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək məhkum olunmuş şəxsin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulm uş cinayət əməlini törətməsinin sübuta yetilmiş hesab olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz.

27. Bundan başqa birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qənaətə gələrkən, törətdilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini kifayət qədər nəzərə almış və məhkum olunmuş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olubolmaması, təyin olunmuş cəzanın çəkilməli olub-olmadığı məsələlərini müzakirə edərək cəzanın məqsədinə, cəza təyin etmənin ümumi əsaslarına, iş materialları ilə müəyyən olunmuş faktiki və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara uyğun qərar qəbul etmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tö vsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamasının birbaşa və ya dolayı yolla hər hansı sübutla təs diq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir.

29. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir;

30. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir;

31. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikd ir.

32. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

33. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

34. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, a pellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq həmin məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

35. Məhkəmə qeyd edir ki, kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir.

36. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protest inin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmişdir. Buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir.

37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı Cəbrayılov Elşad Vaqif oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar