Məhkəmə qərarları › İş №1(102)-516/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-516/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-516/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Qubadlı rayonu, Başarat ərazi dairəsi Milanlı kən dində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hal hazırda cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 1(103)-2270/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 1(001)416/2022 nömrəli hökmü ilə (sədrlik edən hakim: V.A.Tağıyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rej imli cəzaçəkmə müəssisində çəkməklə cəzasının əvvəli 10 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), Z.B.Babayev və Z.A.Şirinovdan ibarət tərkibdə) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 mart 2022-ci il ta rixdə saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Natavan küçəsi, 9 nömrəli evin həyətində daşla hasarlanmış əraziyə qanunsuz daxil olaraq orada yerləşən, Zərərçəkmiş şəxs1 məxsus əmlakları saxladığı saxlanc yeri hesab olunan qarajın qapısındakı kilidin üzərində açarın olmasından istifadə edərək onu açıb qarajın içərisinə qanunsuz daxil olaraq, oradan dəyəri 100 manat olan “Akula” markalı “MP-3204” modelli laqonda, dəyəri 200 manat olan yeni, qutuda aksessuarları ilə birlikdə olan “Siemens” markalı drel, dəyəri 100 manat olan böyük ölçülü bağ qayçısını özü ilə gətirdiyi torbaya yığıb gizli yolla talamış, daha sonra vahid niyyətlə əhatə edilən qəsdlə oğurluq əməllərini davam edərək 06 mart 2022-ci il tarixdə saat 03 radələrində yenə də həmin qaraja qanunsuz daxil olub oradan ümumi dəyəri 200 manat olan 200 metr xarici istehsallı televizor kabeli, hər birinin dəyəri 5 manat olan 100 manatlıq 20 ədəd istifadə olunmamış elektrik cərəyan yuvaları (rozetkalar), dəyəri 150 manat olan antik qulplu mis qab, dəyəri 200 manat olan bir ədəd böyük ölçülü mis qazan, dəyəri 50 manat olan dərin həcmli “Tefal” markalı qazan, dəyəri 50 manat olan Türkiyə Respublikasının istehsalı olan paslanmayan poladdan olan çaydan, dəyəri 200 manat olan açar və alətlər dəsti, dəyəri 100 manat olan xarici istehsallı ütü, dəyəri 200 manat olan 10 metr uzunluğunda mis metallardan hazırlanmış list parçaları, dəyəri 100 manat olan 100 metr uzunluğunda mis naqillərdən olan kabel, hər birinin dəyəri 100 manat olan cəmi 200 manatlıq 2 ədəd Türkiyə Respublikasının istehsalı olan su kranl arı, dəyəri 50 manat olan antik kəllə qəndi qıran dəsti özü ilə gətirdiyi torbalara yığıb gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 mart 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, YHüseynov küçəsi, 17 nömrəli evin həyətində hasarlanmış əraziyə qanunsuz daxil olaraq orada yerləşən, Zərərçəkmiş şəxs2 məxsus əmlakları saxladığı saxlanc yeri hesab olunan yardımçı tikilinin giriş qapısının açarını sındıraraq içərisinə qanunsuz daxil olub, həmin tikilidən hər birinin dəyəri 25 manat olaraq cəmi 500 manat dəyərində 20 ədəd metal gövdəsi və ayqları olan, oturacaq və arxa hissələri qəhv əyi rəngli süni dəridən olan oturacaqları, ümumi dəyəri 100 manat olan santexnik ütü və alətlər dəstini, hər birinin dəyəri 20 manat olaraq 05 ədəd cəmi 100 manat dəyərində Türkiyə Respublikasının istehsalı olan işlənmiş su kranlarını gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 700 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilərək, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə qeyri-humanist və ədalətsiz hökm çıxardığı halda, apellyasiya instansiyası məhkəməsi də işi tam araşdırmadan əsassız olaraq hökmdən onun tərəfindən verilmiş apellyasiy a şikayətini təmin etməmişdir. Belə ki, məhkum öz kassasiya şikayətində bildirir ki, o, əməlini etiraf edir və səmimi peşmançılıq hissi çəkir. Bundan başqa onun himayəsində bacısının azyaşlı övladları və xəstə anası var. Lakin məhkəmələr bu halları kifayət qədər nəzərə almamış və nəticədə onun barəsində ədalətsiz qərarlar qəbul etmişlər. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilməsini, ona azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül növdə cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi mü əyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya Məhkum kassa siya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın mə qsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsində sadalanan, eləcə də həmin maddədə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsas ların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona ədalət və humanizm prinsipləri ilə bir araya sığmayan həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum onun barəsində ədalətsizliyə yol verilməsi haqqında iddianı və birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəzaya dəyişdirilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya m əhkəməsi Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halın – cinayətlərin residivinin olmasını, şəxsiyyətinə aid başqa məlumatları, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən cəza təyin etmişdir. Mahiyyət etibarı ilə cəzanın mübahisələndirilməsi üçün verilmiş apellyasiya şikayətini təkrarlayan kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edən dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş cəzanı yüngülləş dirən halları Məhkum cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsa slara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 1(103)-2270/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 1(103)-2270/2022 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar