Məhkəmə qərarları › İş №1(102)-517/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-517/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-517/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Kərimov Şahbaz Namaz oğlunun iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Kərimov Şahbaz Namaz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.Məmmədov, hakimlər X.Nuriyev və İ.Abdullayevdən ibarət tərkibdə) 01 sentyabr 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2. 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətm əkdə təqsirli bilinərək, CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum, müdafiəçisi Həsənov İbarət Əhəd oğlu tərəfindən ayrıayrılıqda verilmiş apelyasiya şikayətlərinə və Məhkumun müdafiəçisi Kərimov Şahbaz Namaz oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əlavəyə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.Ə.Camalov, hakimlər İ.H.Əhmədov və R.M.Cəfərovdan ibarət tərkibdə) 29 sentyabr 2020-ci il tarixli qərarı ilə Lənkəran Ağır Ci nayətlər Məhkəməsinin 06 mart 2020-ci il tarixli hökmü dəyişdirilmiş, onun əməli CM-nin 206.3.2-ci maddəsindən CM-nin 206.2-ci maddəsinə tövsif olunmuş və həmin maddə ilə təqsirli bilinərək ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, CM-nin 66.3-cü maddəsinə əsasən üzərində qəti olaraq, 05 (beş) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Kərimov Şahbaz Namaz oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Məhkum, şəxsiyyəti məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq kü lli miqdarda narkotik vasitə heroin, metadon, tiryək və psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması və daşınması, habelə qeyd edilən maddələrin İran İslam Respublikasından (bundan sonra-İİR) Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirməsi barədə razılığa gəldikdən sonra, bu məqsədlə 26 oktyabr 2019-cu il tarixdə İİRnın Astara şəhərində olan qrupun şəxsiyyəti məlum olmayan üzvündən qanunsuz əldə etdiyi 3 ədəd şüşə flakonda və 1 bağlamada qablaşdırılmış, ayrı-ayrılıqda çəkiləri 4,068 və 0,168 qram olmaqla, 2 bükümdə külli miqdarda, 4,236 qram heroin narkotik vasitəsini, ayrı-ayrılıqda çəkiləri 2,980 qram və 0,295 qram olmaqla, 2 bükümdə külli miqdarda, 3,275 qram metamfetamin psixotrop maddəsini, ayrı-ayrılıqda çəkilər i 0,654 və 1.522 qram olmaqla, 2 bükümdə 2,176 qram tiryək narkotik vasitəsini və təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən 20 həb metadon narkotik vasitəsini 300 manat pulun və şəxsi istifadə üçün ona veriləcək metadon həblərin müqabilində Azərbaycan Respublikasına gətirib Astara rayonunda cinayətkar qrupun məlum olmayan üzvünə təhvil vermək üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında yerləşdirib saxlamış, İİR-dən Azərbaycan Respublikasına daşımış və həmin gün saat 21 radələrində Astara gömrük postundan gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Kərimov Şahbaz Namaz oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Mə hkum məhkəmə istintaqında ona elan edilmiş ittihamla bağlı özünü qismən təqsirli bilərək heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmadığını, böyrəyində ağrıları olduğunu və çətin nəfəs aldığı üçün metadon həbindən və digər narkotik vasitədən istifadə etdiyini göstərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxunmadan imza etmiş, ibtidai istintaq zamanı ona təzyiq və təsir göstərilmişdir. Həmin ifadədə narkotik vasitələrin Nadir adlı şəxs tərəfindən ona verilərək sərhədi keçdikdən sonra axırıncının dediyi şəxsə şəxsiyyəti məlum olmayan şəxsə çatdırılması və bunun müqabilində guya 300 manat pul və şəxsi istifadəsi üçün 3-4 qram metadon həbi veriləcəyini göstərməsi həqiqət deyil və bunları özü məsuliyyətini yüngülləşdirmək üçün uydurmuşdur. Belə bir hal nə ibtidai istintaq, nə d ə ki, məhkəmə araşdırması zaman müəyyən olunmamışdır. Məhkum özünü yalnız narkotik vasitənin istifadəçisi kimi təqsirli bilir və həmin əməlinə görə peşimandır. Bundan başqa, məhkəmələr Məhkum barəsində cəzanı yüngülləşdirən halları müəyyən etməmiş, cəza təyin edilməsi zamanı nəzərə almamışdır. Belə ki, Məhkum gənc olmaqla əməlindən peşimandır, əməlini qismən etiraf etməklə özünü qismən təqsirli bilir və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkumun uzun müddət azadlıqdan məhrum edilməsi cəzanın məqsədinə müvafiq olmadığından onun əməlinin CM-nin 206.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 206.2 və 234.1-ci maddələrinə tövsif edilməsini, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin və ya 70-ci maddəsinin tətbiq edil məsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində çıxış edən Məhkumun müdafiəçisi Ş.N.Kərimov şikayətdə qeyd etdiyi xüsusatları bir daha vurğulayaraq şikayətin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respubli kası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilmiş, həmçinin məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsas lılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olu b-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materi allarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkumun qaçaqmalçılıq yolu ilə narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə və satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs h alında külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və ilə bağlı cinayət əməllərini törətməsi apellyasiya instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 206.2, 234.41 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün apellyasiya məhkəməsi tərəfindən tamamilə düzgün olaraq həmin madd ələr ilə tövsif edilmişdir. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkumun qeyd olunan c inayət əməllərini törətməsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Apellyasiya məhkəməsinin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin CM-nin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Kassasiya şikayətinin dəlilləri əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər əsassız olduğundan təmin edilməməlidir. Belə ki, kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş fa ktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların, ağırlaşdırıcı əlamətin müəyyən edilməsi məsələlərində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni araşdırmışdır. Apellyasiya məhkəməsi Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, lakin, onun qaba qcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayəti törətməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək onun əməlini Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin əməlin tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Məhkumun qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayəti törətməsi iş materialları ilə öz təsdiqini tapmadığından onun əməli tamamilə düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə tövsif edilmişdir. Bundan başqa, kassasiya şikayətinin məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə kassasiya şikayətinin dəlili ilə əlaqədar məh kəmə kollegiyası qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Məhkumun birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi, apellyasiya instansiyası məhkəməsinin də raz ılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmələr tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. O cümlədən, əməlin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsifini şərtləndirən xüsusi halların mövcud olmasına (Məhkumun narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasına, narkotik vasitənin külli miqdar təşkil etməsinə) dair nəticələr də sübutlara və maddi hüquq normalarının düzgün təfsirinə əsaslanan nəticələrdir. Odur ki, tədqiq olunmuş iş materialları ilə bir daha təsdiq olunur ki, Məhkumun şəxsi istehlak miqdarından xeyli artıq - külli miqdarda narkotik vasitələri əldə edib saxlaması və daşıması onun satış məqsədinin olmaması, narkotik vasitəni şəxsi istehlak məqsədilə əldə etməsi barədə göstərilənlər həqiqət olmamaqla, cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədilə verilmiş mülahizə xarakterli ifadələrdir. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində həmçinin, məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və məhkumun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq ol unması xahiş edilir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olun muşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək v ə ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkumun müdafiəçisi Kərimov Şahbaz Namaz oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestin i isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Kərimov Şahbaz Namaz oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli qərarı Məhkum müdafiəçisi Kərimov Şahbaz Namaz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar