Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-517/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 mart 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 mart 2022-ci il tarixli 1(099)-181/2022 nömrəli (hakimlər: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1956-cı il tarixdə Masallı rayonu, x kəndində doğulmuş, Azərbaycan Respublikasının və təndaşı, İİ qrup əlil, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının onun həbsdə olduğu müddətin cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 23 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində olan həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji kabinetində qeydiyyata alınması müəyyən edilmişdir. Həmin hökmlə həmçinin, Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələlər həll edilmişdir. Məhkəmənin hökmündən Məhkum müdafiəçisi Atakişiyev Faiq Mehrəli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2022-ci il tarixli 1(106)-453/2022 nömrəli (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən, məruzəçi hakim), Bəşirov Kamil Sücəddin oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 mart 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli qə rarından məhkum edilmiş şəxs Məhkum kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət vermişdir. Həmin vəsatətə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyul 2024-cü il tarixli 1(106)-453/2022 nömrəli (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət əsassız olduğuna görə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırm ışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyul 2024cü il tarixli qərarının ləğv edilməsini və buraxılmış müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyul 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının çıxışını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir: 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından — onl arın çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilə bilər. Belə ki, cinayət işində olan sənədlərdən müəyyən olunur ki, məhkəmənin qərarı proses iştirakçılarının, o cümlədən məhkumun iştirakı ilə elan edilmiş, 26 may 2022-ci il tarixli müşayiət məktubu ilə məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli qərarından kassasiya şikayəti ilk dəfə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 2 fevral 2023-cü il tarixli müşayiət məktubu ilə ape llyasiya məhkəməsinə ünvanlanmışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2023-cü il tarixli 1(102)-1235/2023 nömrəli (hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti, elə onun ərizəsinə əsasən geri qaytarılmışdır. İş materiallarından görünür ki, kassasiya şikayəti daha sonra, buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət ilə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin 24 may 2024-cü il tarixli müşayiət məktubu Şirvan A pellyasiya Məhkəməsinə ünvanlamış, yəni Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli qərarının göndərilməsindən təqribən 2 (iki) il sonra vermişdir. Göründüyü kimi, Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli qərarının çıxarıldığı vaxtdan kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra kassasiya şikayəti vermək qərarına gəlmiş və şikayətini qanunla müəyyən edilmiş müddətdə verə bilməməsinin səbəbini heç bir sübut ilə əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız aşağıd akı hallarda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik olmaması, həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə bərpa oluna bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Məhkum tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermə müddətinin buraxılmasına səbəb olan hallar üzrlü səbəblər kimi qəbul edilə bilməz və bu səbəbdən də, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməmə lidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 411 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 mart 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 8 iyul 2024-cü il tarixli qərarı verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-517/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-517/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver