Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-518/2019 24.04.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 518/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "24" aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştiraklar ı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ilə birlikdə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.Əzizov, hakimlər F.Mahmudov və E.Rüstəmovdan ibarət tərkibdə) xx xxxxx 1993-cü ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu Ağköynək kəndində yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci m addəsi ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; xx xxxxx 1986-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax şəhəri, ünvan 1 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X2 da təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 təqsirli bilinib məhkum edilmişlər ona görə ki, onlar və X2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə, özgə əmlakını ələ keçirmək məqsədi ilə 19.04.2016-cı il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Memar Əcəmi adına metronun yaxınlığında Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinə qanunsuz daxil olaraq oradan qızıl və pul oğurlamaları və əldə etdikləri əmlakı aralarında böləcəkləri barədə razılığa gəldikdən sonra X2 Bakı şəhərində işi çıxdığını deyib orada qalaraq Məhkum2 və Məhkum1 pul verməklə Bakı şəhərindən Ağstafa şəhərinə göndərmiş, sonuncular isə 20.04.2016-cı il tarixdə Ağstafa rayonuna gəlib iki gün Zərərçəkmiş şəxs evinin ətrafında evə daxil olmalarını planlaşdırmaqla və həmin müddətdə pulları qurtardığı üçün X2 onlara cinayətin başa çatdırılması üçün maddi yardım olaraq g öndərdiyi 20 manat pulu xərcləməklə X2 köməkçiliyi ilə 22.04.2016-cı il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinin həyətinin daş hasarından əvvəlcə evin həyətinə, oradan isə evin açıq olan dəmir giriş qapısından evə daxil olaraq evin yataq otağınını giriş qapısını sındırmaqla otaqda olan çarpayının altından zərərçəkmiş şəxsə məxsus Azərbaycan manatına nisbətdə 37.370,60 (otuz yeddi min üç yüz yetmiş manat altmış qəpik) manat dəyərində 25.600 (iyirmi beş min altı yüz) ABŞ dollarını, 3.000 (üç min) manat pulunu və ümumilikdə 19.058 (on doqquz min əlli səkkiz) manat dəyərində 1 ədəd 750 əyarlı 24,26 qram çəkidə 3.590 (üç min beş yüz doğsan) manat dəyərində oval formalı ağ-sarı kombinə edilmiş brilyant qaşlı qızıl üzük və sırğa dəstini, 1 ədəd 750 ə yarlı 14,31 qram çəkidə 996 (doqquz yüz doxsan altı) manat dəyərində brilyant qaşlı qızıl üzük və sırğa dəstini, 1 ədəd 9,98 qram çəkidə 583 əyarlı 890 (səkkiz yüz doxsan) manat dəyərində badam formalı brilyant qaşlı qızıl sırğa cütünü, 1 ədəd 583 əyarlı 3,40 qram çəkidə 136 (yüz otuz altı) manat dəyərində jadeit-şpinel qrupuna aid olan təkqaş qızıl sırğa cütünü, 1 ədəd 750 əyarlı 6,49 qram çəkidə 770 (yeddi yüz yetmiş) manat dəyərində brilyant qaşlı gümüşü rəngli bir tay qızıl sırğanı, 1 ədəd 585 əyarlı 10,90 qram çəkidə 640 (altı yüz qırx) manat dəyərində brilyant qaşlı gümüşü rəngli qızıl qolbağı, 1 ədəd 750 əyarlı 8,89 qram çəkidə, 980 (doqquz yüz səksən) manat dəyərində brilyant qaşlı gümüşü rəngli qızıl üzüyü, 1 ədəd 750 əyarlı 5,93 qram çəkidə 496 (dörd yüz doxsan altı) manat dəyəri ndə brilyant qaşlı qızıl üzüyü, 1 ədəd 750 əyarlı 5,86 qram çəkidə 580 (beş yüz səksən) manat dəyərində brilyant qaşlı qızıl üzüyünü, 1 ədəd 583 əyarlı 5,20 qram çəkidə 365 (üç yüz altmış beş) manat dəyərində brilyant qaşlı qızıl üzüyü, 1 ədəd 583 əyarlı 3,10 qram çəkidə 185 (yüz səksən beş) manat dəyərində brilyant qaşlı qızıl üzüyü, 1 ədəd 500 əyarlı 2,52 qram çəkidə 115 manat dəyərində sirkon qaşlı ağ-sarı kombinə edilmiş qızıl üzüyü, 1 ədəd 375 əyarlı 0,17 qram çəkidə 5 (beş) manat dəyərində nazik qızıl halqanı, 1 cüt 585 əyarlı 6 qram çəkidə, 240 (iki yüz qırx) manat dəyərində təkqaş brilyant qaşlı qızıl sırğanı, 1 dəst 750 əyarlı 30 qram çəkidə 1500 (min beş yüz) manat dəyərində brilyant qaşlı iri gül şəkilli 7 gözəl sarı qızıldan ibarət üzük və sırğa dəstini, 1 ədəd 385 əyarlı 35 qr am çəkidə 1400 (min dörd yüz) manat dəyərində sarı qızıldan ibarət brilyant kalyeli boyunbağını, 1 ədəd 585 əyarlı 12 qram çəkidə 400 (dörd yüz) manat dəyərində ağ qızıldan olan boyunbağını, 1 ədəd 585 əyarlı 12 qram çəkidə 480 (dörd yüz səksən) manat dəyərində ağ qızıldan olan brilyant klonu, 1 ədəd 750 əyarlı 10 qram çəkidə 500 (beş yüz) manat dəyərində ilan formalı qızıl boyunbağını, 1 ədəd 585 əyarlı 5 qram çəkidə 200 (iki yüz) manat dəyərində düymə formalı sarı qızıldan olan klonu, 1 ədəd 750 əyarlı 12 qram çəkidə 600 (altı yüz) manat dəyərində sarı qızıldan olan zəncir formalı üstündə bir ədəd göz muncuqlu klonu, 1 ədəd 750 əyarlı 15 qram çəkidə 750 (yeddi yüz əlli) manat dəyərində brilyant qaşlı üzüyünü, 1 ədəd 585 əyarlı 7 qram çəkidə 280 (iki yüz səksən) manat dəyərində sarı qızıl dan olan kəpənək şəkilli sırğa cütünü, 1 ədəd 750 əyarlı 35 qram çəkidə 1400 (min dörd yüz) manat dəyərində sarı qızıldan olan gilənar çəyirtdəkli brilyant qaşlı qadın saatını, 1 ədəd 750 əyarlı 35 qram çəkidə 1.400 (min dörd yüz) manat dəyərində sarı qızıldan ibarət qızıl qolbağını, 6 ədəd 585 əyarlı ümumilikdə 4 qram çəkidə 160 (yüz altmış) manat dəyərində nazik həftəlik qızıl kalisoları gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 59.428,60 (əlli doqquz min dörd yüz iyirmi səkkiz manat altmış qəpik) manat dəyərində, küllü miqdarda zərər vurub əldə olunun puldan isə 2.000 (iki min) manatını X2ə verərək, X2də həmin məbləğdə pulu əldə edərək oğurluq etmişlər. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim T.Muxtarov, hakimlər E.Xasməmmədov və Ə.Abdullayevdən ibarət tərkibdə) 09 oktyabr 2018-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin olunmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ilə birlikdə kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin apellyasiya məhkəməsində yenidən baxılmasının təyin edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışlar ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrin in işin faktiki hallarına əhəmiyyət verməmiş, nəticədə zərərçəkmiş şəxsin hüquqları pozululmuş zərərçəkmiş şəxsin mənzilindən üç dəfə oğurluq edilmiş, Məhkum1 anası X9nın zərərçəkmiş şəxs Mahir Əhmədovanın rəfiqəsi olmuş, X9 qızıl alqı-satqısı ilə məşğul olmuş, zərərçəkmiş şəxsin mənzilindən oğurlanmış bütün əmlakın da onun X9dan aldığı qızıllardan ibarət olmuş, X9 qızılları Zərərçəkmiş şəxs sonuncunun mənzilində satdığını və zərərçəkmiş şəxsin qızılları hara qoyduğunu bildiyini, nəticədə Məhkum1 qızılların yerini deyən və istiqamət verən şəxsin cinayət məsuliyyətindən kənarda qaldığını, X9 barəsində ilkin olaraq, cinayət işi başlansa da, sonradan işə xitam verildiyini, məhkəmələrin ibtidai istintaq zamanı yol verilmiş qanun pozuntularına hüquqi qiymət vermədən, cinayət əməlinin təşkilatçı sı olan X9nın məsuliyyətdən kənarda qalmasına nail olaraq, ona dəymiş maddi ziyanın ödənilməsi üçün heç bir köməklik etmədiklərini, qanunvericiliyin tələblərinə əməl olunmadığını, məhkumların öz təqsirlərini etiraf etmələrinə baxmayaraq, iş üzrə vurulmuş ziyanın ödənilmədiyini, məhkumların əmlakı oğurlamalarını etiraf etsələr də, qızılların kimdə olduğunu demədiklərini, Məhkum1 və Məhkum2 təyin edilmiş cəzanın yüngül olduğunu bildirmişlər. Ona görə də zərərçəkmiş şəxs və onun nümayəndəsi apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin apellyasiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müza kirə edərək, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ilə birlikdə verilmiş kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarı isə bu şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ilə birlikdə verdikləri kassasiya şikayətində Məhkum1 və Məhkum2 təqsirli bilinməsi və əməlin tövsifi məsələləri mübahisələndirilmir. Həmin şikayətdə Məhkum1 və Məhkum2 onların təqsirli bilindiyi maddələrin yuxarı həddində cəza təyin edilməli olduğu və X5 cinayət məsuliyyətinə cəlb edilməsi iddia edilir, bununla bağlı bir sıra dəlillərə istinad edilir. Belə dəlillər zərərçəkmiş şəxsin apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, qeyd olunan məhkəmə buna dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “... zərərçəkmiş şəxsin də apelyasiya şikayətində məhkumların əməllərinin tövsifi, işin faktiki halları və təqsirlilik məsələsini mübahisə doğurmamış, yalnız Məhkum2 və Məhkum1 təyin edilmiş cəzanın yüngül olması, onlar barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ağırlaşdırılması iddia edilmişdir. Məhkəmə kollegiyası məhkumlar Məhkum2 və Məhkum1 təyin edilmiş cəzaya münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxsləri n şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Məhkum1 cəza təyin edərkən onun törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, Məhkum2 oğluna cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzalarını ağırlaşdıran halın olmamasını, eləcə də təqsirləndirilən şəxs Məhkum2 atası X1 qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin qalıq əlamətləri, postkontuzion sindrom, travmadan sonra inkişaf etmiş ensefalopatiya, nevrotik sindromla sol tərəfli spastik hemiparezi xəstəliyindən əziyyət çəkməklə İ qrup əlil, anası X7 ürəyin işemik xəstəliyi ndən, gərginlik sitenokardiyası, İH-fs tez-tez tutmalarla xəstəliyindən, hipertoniya xəstəliyi İİ st. Astenonevrropatik sindromu xəstəliyindən əziyyət çəkməklə İİ qrup əlil olmasını, habelə təqsirləndirilən şəxslərin ailə və sosial vəziyyətlərini nəzərə alaraq onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasını orta hədlərində təyin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Təyin edilmiş cəza işin hallarına və məhkumların şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkumların cəzasının həddinin daha da ağırlaşdırılması, eləcə də yüngülləşdirilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəz anın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1 -ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəs inə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkumlara təyin edilmiş cəza kifayət qədər ciddi və ağır, eləcə də, məhkumların törətmiş olduqları cinayət əməlinə uyğundur. Bu halda məhkumlara təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi CM-in ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkumlara işgəncə vermək və onlardan qisas almaq kimi qiymətləndirilə bilər. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini və onlar barəsində olan yüngülləşdirici halları, təyin ediləcək cəzanın məhkumların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, təyin edilmiş cəzanın ağırlaşdırılmasmı və ya yüngülləşdirilməsini məqsədəmüvafiq hesab etmir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçir ən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkumlara birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkumlar tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumların şəxsiyyətinə uyğundur... Zərərçəkmiş şəxs verdiyi bütün ifadələrində israrla qeyd etmişdir ki, onun evindən oğurluq edən şəxslərin başında oğurluq edən Məhkum1 anası X9 dayanır, çünki onun qızıllarını və pulunu harada saxladığını X9 görmüşdür, X9 ollduğu zaman o, X9dan qızıl aldığı vaxt, X9a pulu həmin otaqdan götürüb vermişdir. Məhkum1 onun pulunun harada olduğunu bilməmiş, çünki Məhkum1 heç vaxt onun evində olmamışdır. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. İşdə olan Ağstafa Rayon Məhkəməsinin “Məhkəmə nəzarəti qaydasında şikayətə baxılması haqqında” 31 oktyabr 2017-ci il tarixli qərarından görünür ki, Ağstafa RPŞ-nin İB-nin rəisi X8 “Sübutların qiymətləndir ilməsi haqqında” 01.05.2017-ci il tarixli qərarı X5 barəsində cinayət təqibinə xitam verilməsi hissəsində ləğv edilmiş və həmin hissə üzrə araşdırma aparılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin “Məhkəmə nəzarəti qaydasında şikayətə baxılmasına dair birinci instansiya məhkəməsinin qərarının qanuniliyinin və əsaslığının yoxlanılması barədə” 16 noyabr 2017-ci il qərarından görünür ki, Ağstafa Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, 6(015)08/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Ağstafa rayon Polis şöbəsinin İstintaq Bölməsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 noyabr 2017-ci il tarixli qərarından görünür ki, X5 Məhkum2, Məhkum1 və X2lə qaba qcadan əlbir olaraq bir qrup şəklində Zərərçəkmiş şəxs evindən oğurluq etməsi xüsusatı öz təsdiqini tapmadığından barəsində əməlində cinayət tərkibi olmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Ağstafa Rayon Məhkəməsinin “Məhkəmə nəzarəti qaydasında şikayətə baxılması haqqında” 04 aprel 2018-ci il tarixli qərarından görünür ki, Ağstafa RPŞ-nin İB-nin rəisi X8 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23.11.2017-ci il tarixli qərarı ləğv edilmiş və X9ma münasibətdə əlavə araşdırma aparılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. İşdə olan Ağstafa rayon Polis şöbəsinin İstintaq Bölməsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 aprel 2018-ci il tarixli q ərarından görünür ki, X5 Məhkum2, Məhkum1 və X2lə qabaqcadan əlbir olaraq bir qrup şəklində Zərərçəkmiş şəxsnm evindən oğurluq etməsi xüsusatı öz təsdiqini tapmadığından barəsində əməlində cinayət tərkibi olmadığından CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra, Zərərçəkmiş şəxsnm Ağstafa Rayon Məhkəməsinə verdiyi şikayəti əsasında Ağstafa RPŞ-nin İB-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 aprel 2018-ci il tarixli qərarı 23 may 2018- ci il tarixdə məhkəmə nəzarəti qaydasında ləğv edilmiş, əlavə yoxlama aparılması üçün qaytarılmışdır. Ağstafa RPŞ-nin İB-nin əlavə araşdırması zamanı Zərərçəkmiş şəxs izahatı alınmış, onun təqdim etdiyi səs yazıları olan CD disklər götürülmüşdür. 23 iyun 2018-ci il tarixdə Ağstafa RPŞ-nin İB tərə findən aparılan araşdırma ilə X9 Məhkum2, Məhkum1 və X2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs evindən oğurluq etməsinin öz təsdiqini tapmaması qənaətinə gəlinməklə CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra, Ağstafa RPŞ-nin İBnin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 iyun 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavininin 05 iyul 2018-ci il tarixli qərarı ilə ləğv edilmiş və material əlavə araşdırmanın Ağstafa RPŞ-nin İB-də aparılmasının təmin edilməsi üçün Ağstafa rayon prokurorluğuna göndərilmişdir. Aparılmış araşdırma zamanı Ağstafa RPŞ-nin İB-nin 15 iyul 2018-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ilə X9 Məhkum2, Məhkum1 və X2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs evindən oğurluq etməsinin öz təsdiqini tapmaması qənaətinə gəlinməklə CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, CinayətProsessual Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Hamin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə b axışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarlardan məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi Ağstafa RPŞ-nin İB-n in 15 iyul 2018-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ilə X9 Məhkum2, Məhkum1 və X2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs evindən oğurluq etməsinin öz təsdiqini tapmaması qənaətinə gəlinməklə CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessual qərardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmiş və mübahisələndirilməmişdir. Həmçinin, işdə olan 15 may 2017-ci il tarixli ittiham aktından görünür ki, Məhkum2 və Məhkum1 qarşı CM-in 177.3.2-ci maddəsi, X2 qarşı CM-in 32.5,177.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və məhkəmə də haqlı olaraq həmin ittiham daxilində işə baxmışdır... Qeyd olunanları nəzərə alaraq mə hkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. X9nın əməlinə istintaq orqanının qərarı ilə qiymət verilmiş, həmin qərarla X9 Məhkum2, Məhkum1 və X2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında X9ndən oğurluq etməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, X9nın cinayət məsuliyyətinə cəlb edilməsinə dair zərərçəkmiş şəxsin apelyasiya şikayətiX9ırki cinayət işinin araşdırmasının predmeti deyil və zərərçəkmiş şəxsin qeyd olunan iddiası tam əsassızdır. Qeyd edilənləri yekunlaşdırar aq məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Məhkum2 və Məhkum1 CM-in 177.3.2-ci maddəsi, X2 CMin 32.5,177.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «23» aprel 2018-ci il tarixli, 1(088)-16/2018 nömrəli hökmü apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin apellyasiya şikayətində göstərilmiş dəlillərinə, o cümlədən X9nın cinayət məsuliyyətinə cəlb edilməsi dəlilinə də qərarda münasibət bildirmiş, iş üX9əni işin faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətində və apellyasi ya məhkəməsinin qərarında göstərilənlər baxımından işdə olan məlumatları, o cümlədən müdafiə tərəfinin özünün təqdim etdiyi sübutları bir daha təhlil edərək qeyd edir ki, şikayətdə göstərilən həmin halları təsdiq edən sübutlar və ya hər hansı bir digər məlumat iş materiallarında yoxdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə isə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin hallarına və qanunun tələblərinə tam uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır, kassasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, bu məsələdə qanun pozuntusuna yol verilməmişdir (cəzanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin və digər normaların tələbləri, habelə onun CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmasına xidmət etməsi baxımından yüngül olması qənaətinə gəlməyə əsas yoxdur). Belə nəticəyə gələn məhkəmə kollegiyası həm də "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının izahlarını da nəzərə alır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həm də qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şikayətdə isə belə bir dəlilə istinad olunmamışdır ki, apellyasiya məhkəməsi tərəfindən cəza məsələsi həll edilərkən hər hansı bir məsuliyyəti ağırlaşdıran halların nəzərə alınmadığı və ya yüngülləşdirən halların qanunsuz olaraq nəzərə alındığı qənaətinə gəlməyə əsas versin. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanıl malı (Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ilə birlikdə verdikləri kassasiya şikayətinə münasibətdə), kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barələrində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarı Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ilə birlikdə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-518/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-518/2019
24.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver