Məhkəmə qərarları › İş №1(102)-518/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-518/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-518/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Məhkum və onun müdafiəçisi Sultanova Günay Bəşir qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Mə hkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi G.B.Sultanova tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər Abasov Əliövsəd Məzahir oğlu (sədrlik edən və məruzəçi), Ağalarov Mahmud Muradxan oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, heç yerdə işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il müddətə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2016-cı il tarixli Qanununun tətbiqi ilə əlaqədar həmin hökmlə təqsirli bilindiyi CM-nin 178.2.4cü maddəs i CM-nin 178.1-ci maddəsinə tövsif edilməklə 02 (iki) il müddətə, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ötlənilməmiş. ünvan 1-də qevdiyyatda olmaqla yaşamış, CM-nin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə, CM-nin 310-cu maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 8 (səkkiz) il müddətə, CMnin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) il 6 (altı) ay 17 (on yeddi) gün hissəsi hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilib hökmlərin məcmusu üzrə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılarkən 2013-cü ilin yanvar-aprel aylarında əvvəlcədən arala rında yaranmış münasibətlərə görə mütəmadi olaraq Bakı şəhər sakini X28 və X31 yaşadıqları mənzillərində istifadələrində olan +99***-***-**-** stasionar və X10in istifadəsində olan +99***-***-**-** və +99***-***-**-** mobil telefon nömrələrinə zəng vurub söhbət edərkən sonuncunun dövlət müəssisələrində iş axtardığını öyrənib, işə düzəltmək adı ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə qərarına gəlmiş, niyyətini həyata keçirmək üçün cəzaçəkmə müəssisəsində saxlanıldığını gizlədərək, haqqında etibarlı şəxs olmasına dair müsbət fikir formalaşdırmaq üçün özbaşına özünü vəzifəli şəxs - Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edib ona olan inam və etimaddan istifadə edərək veriləcək 12700 manat maddi nemət-rüşvət qarşıl ığında qeyd olunan Nazirlikdə məsul vəzifəyə təyin etdirəcəyi adı ilə pul vəsatini vəzifəli şəxsə verilməsi üçün tələb edərək, 2013-cü ilin yanvar-aprel aylarında Bakı şəhərində müxtəlif ünvanlarda istintaqa məlum olmayan şəxslər vasitəsilə cəmi 12700 manat pulu əldə etməklə X10i vəzifəli şəxsə rüşvət verməyə təhrik edib, ona məxsus xeyli miqdarda özgə əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, hüquqi şəxsi nüfuzdan salmaqla, qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla özbaşına özünü vəzifəli şəxs kimi təqdim etmişdir. Bundan başqa o, təkrarən 7 saylı cəzaçəkmə müəssisəsində saxlanıldığı müddətdə onunla birlikdə həmin müəssisədə cəza çəkən X9 Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına əri zə yazdığını eşidib, bu məlumatdan istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 2015-ci ilin avqust ayının əvvəllərində sonuncunun atası X3 yaşadığı mənzildəki +99***-***-**-** stasionar telefon nömrəsinə zəng edərək özbaşına özünü vəzifəli şəxs - Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasında işləyən məsul şəxs kimi təqdim edib, ona olan inam və etimaddan istifadə edərək veriləcək 2500 manat maddi nemət-rüşvət qarşılığında şahid 1 adının əfv olunanların siyahısına saldıracağını vəd etmiş, həmin məsələnin həll olunması üçün rüşvət olaraq veriləcək 2500 manat maddi nemətin - pul vəsaitinin poçt vasitəsi ilə göndərilməsini tələb edərək, cinayətdən xəbərsiz olan tanışı- Bakı şəhər sakini X5 guya Türkiyədə yaşayan valideyinləri tərəfindən ona pul göndərilməsini, həmin pulları qəbul edib ona çatdırmasını xahiş etmiş, bu üsulla «xxxx» MMC-nin poçt şöbəsi vasitəsilə X2nın adına köçürülmüş xx xxxxxx 2015-ci il tarixli ********* nömrəli qəbzlə 1500 manat, xx xxxxxxxx 2015-ci il tarixli, ********* mədaxil qəbzlə 700 manat, xx xxxxxxxx 2015-ci il tarixli ********** nömrəli qəbzlə 300 manat olmaqla cəmi 2500 manat pulu X2 vasitəsi ilə əldə edərək, şahid 2 vəzifəli şəxsə rüşvət verməyə təhrik etməklə həmin əməli təkrarən törətmiş, sonuncuya məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, həmin əməlləri ilə hüququ şəxsi nüfuzdan salmaqla, qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etmişdir. Bundan əlavə o, təkrarən 7 saylı cəzaçəkmə müəssisəsində saxlanıldığı müddətdə onunla birlikdə həmin müəssisədə cəza çəkən X24 Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına ərizə yazdığını eşidib, bu məlumatdan istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 2015-ci ilin oktyabr ayında sonuncunun atası X32 oğlunun yaşadığı mənzildəki +99***-***-**-** stasionar telefon nömrəsinə zəng edərək özbaşına özünü vəzifəli şəxs - Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasında işləyən məsul şəxs kimi təqdim edib, ona olan inam və etimaddan istifadə edərək veriləcək 5000 manat maddi nemət-rüşvət qarşılığında X11un adının əfv olunanlar ın siyahısına saldıracağını vəd etmiş, 3000 manata razılaşdıqdan sonra, həmin məsələnin həll olunması üçün rüşvət olaraq veriləcək 3000 manat maddi nemətin - pul vəsaitinin poçt vasitəsi ilə göndərilməsini tələb edərək, cinayətdən xəbərsiz olan tanışı Bakı şəhər sakini X5 guya Türkiyədə yaşayan valideyinləri tərəfindən ona pul göndərilməsini, həmin pulları qəbul edib ona çatdırmasım xahiş etmiş, bu üsulla «xxxx» MMC-nin poçt şöbəsi vasitəsilə X2 adına köçürülmüş xx xxxxxxx 2015-ci il tarixli ********* nömrəli qəbzlə 500 manat, anası X4 adına köçürülmüş xx xxxxxx 2015-ci il tarixli ********* nömrəli qəbzlə 2500 manat olmaqla, cəmi 3000 manat pulu X2 və sonuncunun qohumları vasitəsi ilə əldə edərək, X6 vəzifəli şəxsə rüşvət verməyə təhrik etməklə həmin əməli təkrarən törətmiş, sonuncuya məxs us əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, həmin əməlləri ilə hüquqi şəxsi nüfuzdan salmaqla, qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etmişdir. Həmçinin o, təkrarən onunla birlikdə 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan X37 ilə söhbət edərkən, sonuncunun Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına ərizə yazdığını eşidib, bu məlumatdan istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 2015-ci ilin oktyabr-noyabr aylarında X7 anası X10 +99***-***-**-** mobil telefon nömrəsinə cəzaçəkmə müəssisəsindən zəng edərək özbaşına özünü vəzifəli şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasında x adlı məsul əməkdaşı kimi təqdim edib, ona olan inam və etimaddan istifadə edərək veriləcək 4000 manat maddi nemət-rüşvət qarşılığında x7in adını əfv olunanların siyahısına saldıracağını vəd etmiş, həmin məsələnin həll olunması üçün rüşvət olaraq veriləcək 4000 manat maddi nemətin - pul vəsaitinin poçt vasitəsi ilə göndərilməsini tələb edərək, cinayətdən xəbərsiz olan tanışları Bakı şəhər sakini X16 və X1 guya Türkiyədə yaşayan valideyinləri tərəfindən ona pul göndərilməsini, həmin pulları qəbul edib ona çatdırmalarını xahiş etmiş, bu üsulla «xxxx» MMC-nin poçt şöbəsi vasitəsilə X2 adına köçürülmüş xx xxxxxx 2015-ci il tarixli ********* nömrəli qəbzlə 1500 manat, xx xxxxxx 2015-ci il tarixli EAÇ/22N9180804 nömrəli qəbzlə 10 00 manat, xx xxxxxx 2016-cı il tarixli ********* nömrəli qəbzlə x3 adına köçürülmüş 500 manat, cəmi 3000 manat pulu X2 və X3 vasitəsi ilə əldə edərək, x2 vəzifəli şəxsə rüşvət verməyə təhrik etməklə həmin əməli təkrarən törətmiş, sonuncuya məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, tələb etdiyi 40xx xxxxxxxx 1000 manatının iradəsindən asılı olmayan səbəbə, yəni zərərçəkmiş şəxs tərəfindən həmin vəsaitin verilməməsinə görə ələ keçirə bilməyib dələduzluq etməyə cəhd etmiş, həmin əməlləri ilə hüququ şəxsi nüfuzdan salmaqla, qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etmişdir. Bundan başqa o, təkrarən 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə onunla birlikdə həmin cəzaçəkmə müəssisəsində saxlanılan X38 vasitəsi ilə 2016-ci ilin iyul ayında X17 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul etdirilməsi üçün atası Bakı şəhər sakini X6 vəzifəli şəxslərlə münasibəti olan tanış axtarması barədə ümumi söhbətlərdən məlumat əldə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə qərarına gəlib, bu məqsədlə X13in +99***-***-**-** mobil telefon nömrəsinə zəng vurub özünü geniş səlahiyyətlərə malik vəzifəli şəxs - X7 təqdim edib, veriləcək rüşvətin müqabilində X22i Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vəzifəli şəxsləri ilə olan münasibətindən istifadə edərək İdman Akademiyasına qəbul etdirə biləcəyini bildirmiş, rüşvət olaraq veriləcək 3500 manat maddi nemətin - pul vəsaitinin poç t vasitəsi ilə göndərilməsini tələb edərək, cəza çəkdiyi müəssisənin komissiyon mağazasında satıcı işləyən cinayətdən xəbərsiz olan tanışı X21a guya Türkiyədə yaşayan valideyinləri tərəfindən ona pul göndərilməsini, həmin pulları qəbul edib ona çatdırmasını xahiş etmiş, bu üsulla «xxxx» MMC-nin poçt şöbəsi vasitəsilə köçürülmüş xx.xx.2016-cı il tarixli ********* nömrəli qəbz əsasında 1000 manat, xx.xx.2016-cı il tarixli ********* nömrəli qəbz əsasında 2000 manat, xx.xx.2016-cı il tarixli ********* nömrəli qəbz əsasında 500 manat olmaqla cəmi 3500 manat pulu X21 vasitəsilə əldə edərək, X33u vəzifəli şəxsə rüşvət verməyə təhrik etməklə həmin əməli təkrarən törətmiş, sonuncuya məxsus əmlakı aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, həmin əməllər i ilə hüquqi şəxsi nüfuzdan salmaqla, qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etmişdir. Bundan əlavə o, təkrarən 7 saylı cəzaçəkmə müəssisəsində saxlanıldığı müddətdə onunla birlikdə həmin müəssisədə saxlanılan X18 Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına ərizə yazdığını eşidib, bu məlumatdan istifadə edərək aldatma və etibardan sui- istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə 2017-ci ilin noyabr ayında sonuncunun anası X22 +99******-**-** nömrəli telefon nömrəsinə zəng edərək özbaşına özünü vəzifəli şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasında işləyən X38 adlı əməkdaşı kimi təqdim edib, ona olan inam və et imaddan istifadə edərək veriləcək 1500 manat maddi nemət- rüşvət qarşılığında X34nin adının əfv olunanların siyahısına saldıracağını vəd etmiş, həmin məsələnin həll olunması üçün rüşvət olaraq veriləcək 1500 manat maddi nemətin - pul vəsaitinin poçt vasitəsi ilə X25 adına göndərilməsini tələb etmiş, bu üsulla X35m vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və həmin əməli təkrarən törətmiş, lakin sonuncu aldandığını başa düşdüyündən pulun verilməsindən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməməklə X35ya məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən ələ keçirməyə cəhd etmiş, həmin əməlləri ilə hüquqi şəxsi nüfuzdan salmaqla, qanuni mənafelərinin əhəmiyyətli dərəcə də pozulmasına səbəb olmaqla təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi G.B.Sultanova kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kas sasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən xx xxxx 2015-ci il tarixdə qəbul edilmiş qərarında istinad edən və işin faktiki hallarını mübahisələrindən müdafiəçi G.B.Sultanova kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum heç kimi aldatmaq niyyəti olmamış, heç kimdən pul tələb etməmiş və özünü heç kimə vəzifəli şəxs kimi təqdim etməmişdir. Müdafiəçinin fikrincə, məhkəmənin hökmü və apellyasiya məhkəməsinin qərarı əsassız, heç bir mötəbər sübutlara əsaslanmadan çıxarılmışdır. Müdafiəçi G.B.Sultanova qeyd olunanları nəzərə alaraq apellyasiya instansiya məhkəməsinin qərarın lə ğv edilməsini və Məhkum bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Müdafiəçi G.B.Sultanovanın kassasiya şikayətindən göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkumun ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəçisi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya q ərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçisi G.B.Sultanovanın şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəy yən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya ins tansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslX38aq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməs i və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin madd ədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı hissəsində və hazırki qərarın “İşin halları” hissəsində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçnin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai araşdırma zamanı heç bir təsir göstərilmədən müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı, şahidlərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən məhkəmə kollegiyası təkrarən həmin sübutların hazırki qərarda təsvirinə ehtiyac görmür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsindən, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törəd ilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Odur ki, müdafiəçi G.B.Sultanovanın kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və həmin qərarın ləğv edilməklə Məhkum bəraət verilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İşə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və ob yektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum hüququ şəxsin nüfuzuna zərər vurmaqla, qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli və bundan az miqdarlarda pul şəklində əmlaklarını ələ keçirərək təkrarən dələduzluq etmiş və vətəndaşları bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassas iya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən Məhkum əməlinin CM-nin 178.2.2, 178.2.4, 310, 32.4, 312.2-ci maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddələrlə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin həmin nəticəsi dələduzluq cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılma sı məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən xx xxxx 2015-ci il tarixdə qəbul edilmiş “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarında əksini tapmış tövsiyələrlə də uzlaşır. Belə ki, həmin qərarda məhkəmələrə nəzərə almaları tövsiyə olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yal an, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliy ini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçinin irəli sürdüyü əsas dəlil ondan ibarətdir ki, Məhkum heç kimi aldatmaq niyyəti olmamış, ozünü vəzifəli şəxs kimi təqdim etməmiş və heç kimdən pul almamışdır. Lakin, məhkəmə iclaslarında araşdırılmış sübutlarla müəyyən olmuşdur ki, məhkum müxtəlif vaxtlarda özünü Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının X38 adlı əməkdaşı kimi təqdim edərək, məhkum edilmiş şəxsləri və onların qohumlarını aldadaraq həmin şəxslərin adlarını əfv edilən şəxslərin siyahısına salacağını vəd edərək bunun müqabilində müxtəlif mə bləğlərdə pul vəsaitlərini onun göstərdiyi şəxslərin adlarına köçürülməsinə nail olmuş və sonradan sonunculardan həmin pulları əldə edərək öz ehtiyaclarına xərcləmişdir. İş üzrə araşdırılmış sübutlarla həmçinin təsdiq edilir ki, Məhkum hətta müəyyən şəxsləri işə düzəltmək və ali təhsil müəssisəsinə qəbul etdirmək barədə də vədlər versə də, bunun üçün aldığı pulları rüşvət şəklində hər hansı vəzifəli şəxsə vermək niyyətində olmamış, lakin ona pul vermiş şəxslər bu pulların vəzifəli şəxslərə çatdırılması üçün XXX verib guman etdikləri vəzifəli şəxslər tərəfindən onların xeyrlinə müvafiq hərəkətlər ediləcəyəni gözləmiş, Məhkum isə həmin şəxslərin pullarını ona görə ələ keçirmişdir ki, o, vermiş olduğu vədləri həyata keçirmək səlahiyyətində olmadığı səbəbindən, pulları digər vəzifəli şəxslərə vermək adı ilə belə qərarların həmin şəxslər tərəfindən qəbul ediləcəyini vəd edərək rüşvət verməyə cəhd etmiş həmin şəxslərin bu vədlərə inanmalarına nail olmuşdur. Yəni Məhkum elan olunmuş ittihamın bütün epizodları üzrə sübuta yetirilmişdir ki, o, müxtəlif şəxsləri onların xeyrinə bu və ya digər hərəkətlərin adlarını göstərmədiyi vəzifəli şəxslər tərəfindən müvafiq hərəkətlərin edilə biləcəyinə inandıraraq onlardan guya həmin vəzifəli şəxslərə verilməsi adı rüşvət şəklində müxtəlif məbləğlərdə pullar almış, yəni sonuncuları rüşvət verməyə təhrik etmiş, lakin aldığı pulları heç bir vəzifəli şəxslərə verməyərək həmin pulları öz ehtiyaclarına xərcləmiş və hər hansı səlahiyyətə malik olmadığına görə rüşvət verməyə cəhd etmiş şəxslərin xeyrinə heç bir hərəkət eməmişdir. Sübuta yetirilmiş bu hallardan görünən odur ki, Məhkum həm rüşvətxorluqda “yalançı vasitəçi” rolunu oynamış, həm də aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə dələduzluq əməllərini törətmişdir. İşin bu hallarını təhlil edərək məhkəmə kollegiyası yenə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən xx xxxx 2015-ci il tarixdə qəbul edilmiş “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərardakı tövsiyələrə müraciət etməyi zəruri sayır. Həmin Qərarın 36-cü bəndində məhkəmələrin diqqəti dələduzluq cinayətlərinə dair işlərə baxarkən bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilmişdir. Məhkəmələrə izah edilmişdir ki, dələduzluğun törədilməsi zaman ı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəl i şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Həmçinin izah edilmişdir ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırm aq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) e dilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. İşin müəyyən edilmiş faktiki halları və Ali Məhkəmənin tövsiyələri məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, başqa vəzifəli şəxslərə vermək adı ilə özü ilə birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların qohumlarının pul şəklində əmlakını almış, lakin onlara verdiyi vədə əməl etməyərək və həmin pulu hər hansı vəzifəli şəxsə verməyərək onu ələ keçirmiş həm həmin şəxsləri rüşvət verməyə təhrik etmiş, həm də dələduzluq əməlini törətmişdir. Qeyd edilən şəxslərin müxtəlif məbləğlərdə Məhkum tərəfindən ələ keçirilməsi isə həmin şəxslərin ifadələri ilə yanaşı işdə heç bir marağı olmayan və hazırki iş üzrə şahid qismində dindirilmiş digər şəxslərin ifadələri ilə və iş materiallarına əlavə olunmuş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq olunur. Bu baxımdan, məhkəmə kollegiyası Məhkum həmin əməlləri törətməsinin sübuta yetirilməsi ilə yanaşı onların həm də CM-nin 178.2.2, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə tövsif edilməsi barədə məhkəmələrin gəldikləri nəticəni də düzgün sayır və buna görə də bu məsələ ilə bağlı kassasiya şikayətinin dəlillərini qəbuledilməz hesab edir. Ümumiyyətlə isə, məhkəmə kollegiyası kassasiya şikayətinə məhkəmə baxışının yekunu olaraq belə qənaətə gəlir ki, müdafiəçinin kassasiya şikayətində göstə rdiyi dəlilləri işdə olan sübutlarla təkzib edilir və buna görə həmin dəlillər məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəymşdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində müdafiəçi G.B.Sultanova Məhkum təqsirli bilindiyi maddələrlə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürmədiyindən, apellyasiya instansiyası məhkəməsi isə onun barəsində cəza tədbiri seçərkən iş üzrə müəyyən olunmuş bütün halları n əzərə alaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçi G.B.Sultanovanın kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Bakı Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar