Məhkəmə qərarları › İş №1(102)-518/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-518/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-518/2022 03.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları

1. Məhkum xx xxxx 1994-cü ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Biləsuvar Rayon Məhkəməsinin 02 fevral 2016-cı il tarixli hökmü ilə CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, İmişli şəhəri, Xiyabani küçəsi, 220 saylı evdə qeydiyyatda olmaqla həmin evdə yaşamışdır.

2. İmişli Rayon Məhkəməsinin 06 a prel 2021-ci il tarixli, 1(036)18/2021 saylı hökmü ilə (hakim:X7 oğlu) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM” 177.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum 04 iyun 2020-ci il tarixdən 06 iyun 2020-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz)gün azadlıqdan məhrum etmə cəzası saxlanılması müəyyən edilmişdir

3. Həmin hökmlə X5 da Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir.

4. İmişli Rayon Mə hkəməsininin Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 1(036)18/2021 saylı hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilərək,Məhkum oğlunun CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair İmişli Rayon Məhkəməsininin Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmünün onun barəsində CM-in 62-ci maddəsinin tətbiqinə dair azadlığın məhdudlaşdırılması cəzası və ya cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli 1(106)518/2021saylı qərarı ilə (sədrlik edən R.M.Cəfərov hakimlər E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibi) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 1(036)1 8/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.

6. Hazırda Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İİ. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

7. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cəza təyin edilməsi zamanı ona münasibətdə ikinci qrup əlil olmasını, böyrək və talessemiya xəstəliyindən əziyyət çəkməsini, atasının ağır şəkər xəstəsi olmasını, əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmağını və dəymiş ziyanı tamamilə ödəməsini dair cəzanı yüngülləşdirən çoxsaylı hallar məhkəmələr tərəfindən sadalansa da, həmin hallar kifayət qədər nəzərə alınmamışdır. Bununla da ona təyin edilmiş cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində olsa da, ədalətli deyildir.Ona təyin edilmiş cəza, cəzanı yüngülləşdirən hallar nəzərə almamaqla yanaşı eyni zamanda təyin edilən cəzanın onun həyat şəraitinə təsiri nəzərə alınmadan təyin edilmişdir. Hesab edir ki, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməlidir. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-518/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum oğlu barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, 8 noyabr Zəfər günü münasibətilə verilmiş amnistiya aktının tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Kassasiya müraciətinə baxılmasında iştirak etmiş şəxslərin çıxışları

9. Məhkəmə kollegiyası vaxtında lazı mınca məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş şəxslərin iştirakları olmadan kassasiya şikayətinə baxılmasını mümkün saymışdır.

10. Dövlət ittihamçısı Əliyeva Yaqut Bəşir qızı çıxışında bildirdi ki, kassasiya şikayəti əsassızdır, apellyasiya instansiyası məhkəməsi məhkum barəsində qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir. Buna görə, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2021-ci iltarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. İV. İşə aid qanunvericilik

11. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri aşağıdakıları müəyyən edir: Maddə

8. Ədalət prinsipi “8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüqu qi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır....” Maddə

41. Cəzanın anlayışı və məqsədi “41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Maddə

58. Cəzanın təyin edilməsinin ümumi əsasları “... 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Maddə

70. Şərti məhkum etmə “70.1. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nə zərə alır....”

12. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) müvafiq maddələri aşağıdakıları müəyyən edir: Maddə

416. Məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar “416.1. Kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir:... 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə;...” Maddə

419. Kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması “419.1. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillər indən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.... 419.10. Cinayət prosesi tərəflərinin çıxışından sonra kassasiya instansiyası məhkəməsinin hakimləri yerində müşavirə apararaq və ya məhkəmənin müşavirə otağında aşağıdakı qərarlardan birini çıxarırlar:... 419.10.1. müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq;...” V. Hüquqi məsələlər

13. Azərbaycan Respub likası CPM-nin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır (bax, paraqraf 9).

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, A li Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır (bax, paraqraf 9).

17. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində cəzanın ağır olması mübahisə edilir və məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi barədə qərar qəbul edilmə xahiş olunur. Məhkum təyin edilən cəzanın ədalətli olmadığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edi lməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

18. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır.Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

20. Məhkum еdilmiş şəхs Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkə mə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Apellyasiya məhkəməsi cəza təyin edərkən məhkumun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi və sonuncunun ondan şikayət və tələbinin olmamasını, xəstəliyini, cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə almış, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.1 və 41.2-ci maddələrinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, h əm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (bax, paraqraf 8). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Eyni zamanda, cinayət qanunun mənasına görə, şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Hazırki cinayət işində belə halların mövcud olması aşkar edilmədiyinə görə, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62 və ya 70-ci maddəsinin tətbiq olunması qeyr i-mümkündür. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Məhkum barəsində təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmuşdur.

22. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

23. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə he sab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci iltarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar