Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-518/2023 15.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxx 1965-ci ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü ilə (hakimlər: Ə.A.Əliyev (sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyev) Məhkum – Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 2 avqust 2021-c i il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmişdir. Məhkum elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi xaric edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), R.M.Cəfərov və İ.Q.Abdullayev) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 may 2022-ci il tarixli hökm ü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Təqsirləndirilən şəxs Məhkum məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdar hesab edilən 01 ədəd bükümdə 12,904 qram çəkidə narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 02 avqust 2021-ci il tarixdə saat 16.15-də onun cinayət törətməsi barədə məlumat almış Daxili İşlər Nazirliyinin baş narkotiklərlə mübarizə idarəsinin cənub bölgəsində regional şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılıb Biləsuvar şəhərinin Heydər Əliyev prospekti, 3 “A” üvanda yerləşən ticarət obyektlərinin qarşısında, etibarnamə əsasında idarə etdiyi “Mersedes-benz 190” markalı 10ZS948 dövlət qeydiyyat nişanlı avtomobilə oturduğu zaman saxlanılaraq Regional şöbənin Lənkəran şəhəri, Paşa Təhmə zov, 8 ünvanda yerləşən inzibati binasına gətiriləndən sonra üstündə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı əynindəki köynəyinin sol cibində bir bükümdə 12,904 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi hesab edir ki, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə yanaşı CM-in 206.3.2 və 234.4.1-ci maddələri ilə də təqsirli bilinməlidir. Belə ki, Məhkum İran İslam Respublikası (bundan sonra – İİR) vətəndaşı “X10” adlı şəxslə satış məqsədi ilə qanuns uz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə, eləcə də qaçaqmalçılıq, yəni narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi barədə qabaqcadan əlbir olması, X10 adlı şəxsin İİR-nın ərazisində əldə etdiyi narkotik vasitənin Azərbaycan Respublikasına göndərilməsini təmin etməsi, 2021-ci ilin iyul ayının sonu-avqust ayının əvvəlində X10 adlı şəxsin 12,904 qram təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsini təmin etməklə göndərməsi, həmin narkotik vasitənin Biləsuvar rayonu ərazisində Biləsuvar gömrük idarəsinə gedən yolun kənarında yol nişanının yanında şər ti yerə çatdırılması barədə məlumat alandan sonra Məhkum narkotik vasitənin gizlədildiyi yerə 145 manat qoyub 12,904 qram çəkidə külli miqdarda narkotik vasitə heroini götürüb əldə etməklə daşıması, yaşadığı ünvana gətirib orada satış məqsədi ilə saxlaması, Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb üzərində şəxsi axtarış aparılarkən 12,904 qram çəkidə külli miqdarda narkotik vasitə heroinin aşkar edilib götürülməsi tam sübuta yetirilmişdir. Dövlət ittihamçısının fikrincə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlayarkən ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyek tiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, işdəki sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməmişdir. Bundan başqa, dövlət ittihamçısı hesab edir ki, Məhkum təyin olunmuş cəza da yüngül olmaqla, onun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respub likası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məs ələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, Məhkum əməlində ittiham edildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq, məhkəmə həmin sübutla rı kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində CM-in 206.3.2-ci maddəsi ilə bəraət hökmü çıxarmış, CM-in 234.4.1-ci maddəsini isə əsassız olaraq ittihamdan xaric etmişdir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə görə “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və d igər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi”nə görə; Azərbaycan Respublikası CM-in 206.3-cü maddəsində isə “Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 206. 3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə; Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234. 4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə” cinayət məsuliyyətini nəzərdə tutulur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Ci nayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkil də cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngüll əşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum CM-in 206.3.2 və 234.4.1-ci maddələri ilə bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri onun xeyrinə həll etmiş, apellyasiya məhkəməsi də həmin hökmü tam əsaslı olaraq dəyişdirilmədən qüvvədə saxlamışdır. Belə ki, məhkəmələr haqlı olaraq hesab etmişlər ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, Məhkum özünün ibtidai araşdırma dövründə və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri əsasında Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi cinayətini t örətməsi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası prostestdə göstərilən dəlillərlə razılaşmayaraq qeyd edir ki, aşağı instansiya məhkəmələrinin istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində məhkumun Azərbaycan Respublikasının CM-in 206.3.2 və 234.4.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlilindən görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-in 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Qanunun mənasına görə, qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən iki və daha çox şəxsin qabaqcadan razılaşması dedikdə, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılığa gəlmələri, yəni cinayət əməlinin iştirakçılarının birlikdə və ya fərdi qaydada qarşılıqlı razılaşma əsasında qaçaqmalçılıq əməlinin törədilməsinə yönələn dispozitiv hərəkətləri törətmələri başa düşülür. Bu mənada qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış qrupun üzvü cinayətin törədilməsi məqsədi ilə uğurlu şəraitin yaradılması və ya törədilməsi üçün hər hansı hərəkət etdikdə o, cinayətin iştirakçısı olur. Qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin əlamətlərinin dəqiq dairəsi də Azərbayc an Respublikası CM-nin 206-cı maddəsinin dispozisiyasında göstərilmişdir. Həmin dispozisiyada nəzərdə tutulmuş bütünhərəkətlərin eyni şəxs tərəfindən törədilməsi digər şəxslərin həmin cinayətin törədilməsində iştirakını istisna edir. Qaçaqmalçılıq yolu ilə, yəni əşyanın gömrük sərhəddindən keçirilməsindən sonra həmin əmlakı qəbul etmiş şəxsin hərəkətlərində qaçaqmalçılığa görə cinayət məsuliyyəti nəzərdə tutan həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərdən hər hansı birinin olmaması şəxsin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin tərkibinin olmasını istisna edir. Baxılan cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin cinayət əməlinin predmetini təşkil narkotik vasitənin xarici ölkənin ərazisində əldə olunmasında, onun saxlanılmasın da, daşınmasında, gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilməsində iştirak etməsini təsdiq edən sübut müəyyən olunmamışdır. Göründüyü kimi, Məhkum narkotik vasitəni İİR-dan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində şəxsiyyəti məlum olmayan şəxslər, o cümlədən İranın ərazisində olan hər hansı bir şəxs və ya şəxslərlə (o cümlədən iranlı olması güman edilən “X10” adlı şəxslə) birgə iştirak etməmiş və onlarla birlikdə, yəni qabaqcadan əlbir olmaqla cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri (o cümlədən qabaqcadan vəd verməklə köməklik etməklə) icra etməmişdir. Həmçinin iş materiallarından görünür ki, Məhkum qaçaqmalçılıq cinayətini törətməsinin yeganə sübutu kimi ittiham tərəfi Məhkum ibtidai i stintaq zamanı verdiyi 03 və 04 avqust 2021-ci il tarixli ifadələrində göstərilən halları, yəni narkotik vasitə olan heroini İİR-da olan “X10” adlı şəxsin göndərməsi barədə aralarında razılıq olmasına, daha sonra “X10” adlı şəxsin narkotik maddəni danışdıqları kimi Azərbaycan Respublikası ərazisinə çatdırıb, Biləsuvar gömrük məntəqəsi yaxınlığında məntəqəyə gedən yolun kənarında üçbucaqlı formalı yol nişanı löhvəsinin altına qoyub ona həmin yer barədə məlumat verməsi və onun həmin maddəni qoyulduğu yerdən götürməsinə dair halları sübut kimi qəbul etmiş, lakin narkotik vasitənin İİR-dan Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilməsində Məhkum rolunun nədən ibarət olması, yəni həmin narkotik vasitəni nə vaxt, harada, hansı şəraitdə əldə etməsi, eləcə də onun digər şəxslərlə qabaqcadan hər ha nsı bir razılaşmasının olmasını təsdiq edən hər hansı bir sübutlar istintaq orqanı tərəfindən əldə edilməmiş və belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Hazırki iş üzrə cinayət qanunvericiliyinin qeyd olunan normaları baxımından təqsirləndirilən şəxs Məhkum CM-nin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törətməsi, yəni onun İran vətəndaşı olması güman edilən və şəxsiyyəti məlum olmayan “X10” adlı şəxsin arasında qeyd olunan cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməsi və yaxud cinayətin törədilməsi üçün müxtəlif rolların yerinə yetirilməsi ilə bağlı (yəni iştirakçılardan birinin bilavasitə cinayət törətməsi, digərlərinin isə ona cinayətin icrası ilə bağlı razılaşmalarına uyğun olaraq müxtəlif vəzifələrin yerinə yetirilmələri) cinayətin icraçısının fəaliyyət ilə yaxından, yaxud da uzaqdan əlaqəda, rabitədə olmaları, yəni iştirakçıların birgə fəaliyyətinin yaranması istintaq orqanı tərəfindən təqdim olunmuş, eləcə də məhkəmədə tədqiq edilmiş sübutlarda öz təsdiqini tapmır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarında göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Hazırki cinayət işi üzrə Məhkum qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı şəkildə iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Məhkəmə kollegiyası ibtidai araşdırma orqanı tərəfindən Məhkum CM-nin 234.4.1-ci maddəsi ittiham verilməsi ilə əlaqədar kassasiya protestinin dəlilləri ilə bağlı qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilən ibtidai araşdırma orqanı onun əməlinin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ittihama görə Məhkum 2021-ci ilin iyul ayının sonu-avqust ayının əvvəlində “X10” adlı şəxsin 12,904 qram təşkil edən, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsini təmin etməklə göndərməsi, həmin narkotik vasitənin Biləsuvar rayonu ərazisində Biləsuvar gömrük idarəsinə gedən yolun kənarında yol nişanı nın yanında şərti yerə çatdırılması barədə məlumat alandan sonra Məhkum narkotik vasitənin gizlədildiyi yerə 145 manat qoyub 12,904 qram çəkidə külli miqdarda narkotik vasitə heroini götürüb əldə etməklə daşımış, yaşadığı ünvana gətirib orada satış məqsədi ilə saxlamış, Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb üzərində şəxsi axtarış aparılarkən 12,904 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinin şərhini zəruri hesab edir. CM-nin 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-nin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №li Qərarın 11-ci bəndində qeyd edilir ki: “Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həm in maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.” İş materiallarından müəyyən edilir ki, Məhkum narkotik vasitəni tanımadığı,istintaqla şəxsiyyəti müəyyən edilməmiş “X10” adlı şəxsdən 145 manata almış və yaşadığı ünvana gətirib orada satış məqsədi ilə saxlamış, Daxili İşlər Nazir liyinin Baş narkotiklərlə mübarizə idarəsinin Cənub bölgəsində regional şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb üzərində şəxsi axtarış aparılarkən 12,904 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri nəticəyə görə Məhkum İİR-nın vətəndaşı kimi qəbul edilən və şəxsiyyəti məlum olmayan «X10» adlı şəxslə əlaqəsi yalnız sonuncunun Məhkum ödədiyi pulun müqabilində ona külli miqdarda – 12,904 qram çəkidə narkotik vasitə heroini satmasından ibarət olmuşdur. İstintaqla şəxsiyyəti müəyyən edilməmiş “X10” adlı şəxs tərəfindən qeyd edilən narkotik vasitələrin əldə edilməsi, daşınması və sair qanunsuz d övriyyəsi ilə bağlı hərəkətlərində Məhkum iştirak etməsi, eləcə də Məhkum narkotik vasitələri “X10” adlı şəxsdən pulla aldıqdan sonra sonuncunun Məhkum həmin narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar etdiyi hərəkətlərdə iştirakının konkret hansı hərəkətlərdə ifadə olunması iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, narkotik vasitləri və ya psixotrop maddələri satan şəxslə həmin narkotik vasitələri və ya psixotrop maddələri pulla alan şəxsin (yəni satıcı ilə alıcının) hərəkətlərinin isə cinayət əlaqəsi kimi qiymətləndirilməsi cinayət qanunvericiliyinin cinayətdə iştirakçılıqla bağlı yuxarıda istinad edilən normalarına ziddir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrinin Məhkum ittihamından Azərbaycan Respublikası CM-in 234.4.1- ci maddəsinin xaric edilməsinə dair gəldikləri nəticə qanuna uyğundur. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının CPM-nin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəb ər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki,istintaq orqanı tərəfindən Məhkum CM-in 206.3.2 və 234.4.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməsi mötəbər sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməllərini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının “təqsirsizlik prezumpsiyası”ndan bəhs edən 63-cü maddəsinə əsasən isə “hər kəsin təqsir sizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3 -cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol ve rilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2022ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-518/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-518/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver