Məhkəmə qərarları › İş №1(102)-519/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-519/2020

01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-519/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Məhkum iştirakları ilə, Məhkum Astara Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 288.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Astara Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov Mübariz İsfəndiyar oğlu) Məhkum, xx xxxxxxxx 1997-ci il tarixdə Astara rayonunun Şahağaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 qeydiyyatda olan və yaşayan, CM-nin 288.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx xxxxxx 2018-ci il tarixdə saat 16 radələrində qanuni qüvvədə olan Astara Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin icrası ilə əlaqədar olaraq borclu olan anası X3 730 (yeddi yüz otuz) manat məbləğində pulun tutularaq tələbkar XXX qızına ödənilməsini təmin etmək üçün borclu ilə birgə yaşadıqları Astara rayonu, Şahağacı kəndində yerləşən fərdi yaşayış evinə gəlib xidməti vəzifələrini yerinə yetirən, Azərbaycan Respublikası Ədliyyə nazirinin xx xxxxx 2017-ci il tarixli, əmri ilə Astara rayon icra və Probasiya şöbəsinin icra məmuru vəzifəsinə təyin edilmiş İ dərəcəli ədliyyə qulluqçusu X5 borclunun birgə nikahda olduğu dövrdə əl də edilmiş və həmin ünvanda aşkar olunan əmlakları-asma mühərrikli qayığın mühərrikinin sonuncu tərəfindən siyahıya alınaraq üzərinə həbs qoyulmaması və aparılmamasını tələb edib məhkəmə qərarının qanunamüvafıq icrasının təmin olunmasına mane olmaq məqsədi ilə icra məmuru tərəfindən əmlakın siyahıya alınması barədə rəsmiləşdirmə aparılması zamanı XXX üzərinə gedərək əlində evdən götürdüyü bıçağı nümayiş etdirib hədələyərək, əli ilə xidməti geyimini zədələməklə müşayiət olunan zor tətbiq etmiş, əməllərini davam etdirib məhkəmə qərarını icrası ilə bağlı gələn şəxsləri yaşadığı evin həyətindən qovmaq üçün həyətdən götürdüyü taxta parçasını da XXX üzərinə atıb ona hər iki said nahiyələrində sıyrıqları və sol bud nahiyəsində qançır kimi həyat və sağlamlığı üçün təhlükəli olmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, habelə sonuncunun istifadəsində olan VAZ-21074 markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilə taxta parçası atıb sol ön qanadını zədələməklə 150 (yüz əlli) manat məbləğində ziyan vurmuşdur. Hökmdən Məhkum müdafiəçisi Hacızadə Novruz Xudadat oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiya sı məhkəməsinin qərarın ləğv edilməsini və ona təyin edilmiş cəzadan azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiya məhkəməsi cinayət işinə baxaraq iş üzrə cəzanı yüngülləşdirici halları, yəni onun ailə vəziyyətinin ağır olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini və sonuncuların ona qarşı şikayətlərinin və tələblərinin olmamasını nəzərə almamış, nəticədə onun ağır cəza ilə cəzalandırması haqqında hökmün qüvvədə saxlanıması haqqında düzgün olmayan və ədalətsiz qərar qəbul etmişdir. Buna görə məhkum onun barəsində olan cinayət işinə yenidən baxılaraq ona təyin edilmiş cəzadan azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəm ə baxışının keçirilməsi vaxtı və yeri haqqında zərər çəkmiş şəxs X8 müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, naməlum səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməs i və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları (ibtidai araşdrma zamanı toplanmış bəzi fərqli sübutlarla birgə) araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası mə hkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən törədilmiş ictimai təhlükəli əməllərin bütün cəhətlərini cinayət qanunvericiliyinin tələbləri ilə birlikdə təhlil edib nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, onun həmin əməli CM-nin 288.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və kassasiya şikayətində istər bu məsələ, istrəsə də onun təqsirliliyinə dəlalət edən sübutl arın kifayət etməsi məsələsi mübahisələndirilmədiyindən, habelə törədilmiş əmələ cinayət qanunu norması düzgün tətbiq edildiyindən kollegiya bu məsələlərin təkrarən təhlil edilməsinə ehtiyac görmür. Kassasiya şikayətinin məzmununa görə, Məhkum ona təiyn edilmiş cəzanın cəzanı yüngülləşdirən hallara uyğun olmayaraq həddindən artıq olmasını mübahisələndirir və həmin cəzanın onun həbsdə olduğu müddətədək azaldılaraq cəzadan azad edilməsi haqqında qərarın qəbul edilməsini xahiş edir. Şikayətdə göstərilən dəlillə və irəli sürülmüş tələblə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CM-nin 288.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 288.2-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni işin və ya müvafiq materialların məhkəmədə baxılması və ya ibtidai istintaqın aparılması, hökmün yaxud d igər məhkəmə qərarlarının icrası ilə əlaqədar prokuror, müstəntiq və ya təhqiqatçı, müdafiəçi, ekspert, icra məmuru, habelə onların yaxın qohumlarına həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edildikdə belə əməlləri törətmiş şəxs üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CPM-nin 416.1.21-ci maddəsində məhkəmə tərəfindən cəzanı yüngü lləşdirən və ağırlaşdıran hallar nəzərə alınmadan cəzanın təyin edilməsi apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsası kimi nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əmə lin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarı n şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkum barəsindəki hökmə əsasən, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs haqqında cəza tədbiri seçərkən onun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri ilə yanaşı, cəzanı yüngülləşdirən hal kimi onun yaşayış yerindən müsbət cəhətdən xasiyyətləndirilməsini, habelə onun haqqında cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və ona bu hallar uyğun olaraq təqsirli bilindiyi CM-nin 288.3-cü maddəsinin sanksiyasının ən aşağı hədində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə cəza təyini hissəsində də birinci instansiya məhkəməsi ilə razılaşmışdır. Kassasiya şikayətində göstərilmiş tələbin təmin olunması, yəni Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin daha az müddətdə müəyyən edilməsi üçün isə qanunverici mütləq şərt kimi CM-nin 62-ci maddəsində təsbit edilmiş cəzanı yüngülləşdirən müstəsna halların müəyyən olunmasını tələb edir. Belə ki, cinayət törətmiş şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən az cəzanın və ya həmin cəzadan daha yüngül cəzanın təyin edilməsi əsasları CM-nin 62-ci maddəsində öz əksini tapmışdır. CM-nin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi za manı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələbinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Hazırki cinayət işinin iş materiallarından Məhkum barəsində nəzərə alınmış cəzanı yüngülləşdirən halların hər hansı şəkildə müstəsna lıq təşkil etməsi müəyyən edilmir və buna görə də, məhkəmə kollegiyası məhkumun haqqında CM-nin 62-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanının müddətinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən az müddətədək endirilməsini və bu əsasla (CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş) kassasiya şikayətinin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının isə dəyişdirilməsini mümkün bilmir. Odur ki, məhkəmə kollegyiası kassasiya şikayətinin təmin edilməsi barədə məhkumn Məhkum, həmin şikayətin təmin edilməməsi haqqında isə dövlət ittihamçısının çxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 288.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 288.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar