Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-519/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X13, Məhkum, müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, Balakən Rayon Məhkəməsinin 28 dekabr 2018-ci i l tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinməsi barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən birgə verilmiş, həmçinin Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Balakən Rayon Məhkəməsinin (hakim: X8) 28 dekabr 2018-ci il tarixli hökmü ilə 13 mart 1950-ci ildə Balakən rayonunun YYY kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, pensiyaçı, ünvan 1 ünvanda yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələrində n əzərdə tutulan cinayət hadisəsinin olmamasına görə bəraət verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasinın 08 may 2019-cu il tarixli, 1(107)-73/2019 saylı qərarı ilə təqsirləndirilən şəxs X2 müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 28 dekabr 2018-cu il tarixli, 1(019)-43/2018 saylı hökmü verilmiş apelyasiya şikayətlərinə və apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2019cu il tarixli, 1(102)-1343/2019 saylı qərarı ilə məhkum İkramat A bdullayevanın müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxslərin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasinın 08 may 2019cu il tarixli, 1(107)-73/2019 saylı qərarı Məhkum aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə) zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş apelyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli bəraətverici hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinmiş, Cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyinə görə ona cəza təyin edilməmişdir. İşin halları: İttihama əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.3-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Balakən RİHB-nin YYY kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu YYY kənd sakini Zərərçəkmiş şəxs5 Balakən rayon YYY kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna g örə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verdikdən sonra bu iş üçün ayrılmış puldan sonuncuya 5000 manat pul qaytaracağına inandırıb yalandan vəd etməklə etibarından sui-istifadə edib aldatma yolu ilə Zərərçəkmiş şəxs5 20 fevral 2013-cü il tarixli kredit müqaviləsi əsasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 1500 manat pulunu həmin tarixdə Balakən RİHB-nin YYY kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən RİHB-nin YYY kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu YYY kənd sakini Zərərçəkmiş şəxs2 Balakən rayon YYY kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verəcəklərini bildirib bir həftə ərzində qaytaracaqlarına inandırıb yalandan vəd etməklə etibarından sui-istifadə edib aldatma yolu ilə Zərərçəkmiş şəxs2 07 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 2000 manat pulunu həmin tarixdə Balakən RİHB-nin YYY kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən RİHB-nin YYY kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu YYY kəndində yaşayan Zərərçəkmiş şəxs4 Balakən rayon YYY kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verəcəklərini bildirib bir həftə ərzində qaytaracaqlarına inandırıb yalandan vəd etməklə etibarından sui- istifadə edib aldatma yolu ilə Zərərçəkmiş şəxs4 07 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 2000 manat pulunu həmin tarixdə Balakən RİHB-nin YYY kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. B undan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən RİHB-nin YYY kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu YYY kənd sakini Zərərçəkmiş şəxs3 Balakən rayon YYY kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verəcəklərini bildirib bir həftə ərzində qaytaracaqlarına inandırıb yalandan vəd etməklə etibarından sui- istifadə edib aldatma yolu ilə Zərərçəkmiş şəxs3 07 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 2000 manat pulunu həmin tarixdə Balakən RİHB-nin YYY kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən RİHB-nin YYY kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu Gərəkli kənd sakini Zərərçəkmiş şəxs1 Balakən rayon YYY kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verəcəklərini bildirib bir həftə ərzində qaytaracaqlarına inandırıb yalandan vəd etməklə etibarından sui-istifadə edib aldatma yolu ilə Zərərçə kmiş şəxs1 07 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 2000 manat pulunu həmin tarixdə Balakən RİHB-nin YYY kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Balakən RİHB- nin YYY kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu Kortala kənd sakini Zərərçəkmiş şəxs6 Balakən rayon YYY kənd sakinlərinin zəlzələdən zərər çəkmiş evlərinin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verdikdən sonra bu iş üçün ayrılmış puldan sonuncuya 2000 manatdan artıq pul qaytaracağına inandırıb yalandan vəd etməklə etibarından sui-istifadə edib aldatma yolu ilə Zərərçəkmiş şəxs6 27 may 2013- cü il tarixli kredit müqaviləsi əsasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 1500 manat pulunu 27.05.2013-cü ildə Balakən RİHB-nin YYY kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən birgə, həmçinin Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayətləri vermişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Şəki apellyasiya məhkəməsi kassasiya məh kəməsinin qanunsuz göstərişlərinə müvafiq formal olaraq qismən istintaq aparmaqla işə yenidən baxmış və bunun nəticələrinə dair Məhkum “zərəçəkmiş şəxslər” Zərərçəkmiş şəxs5 və K K münasibətdə dələduzluq etməsində təqsirli olması barədə əsassiz qərar vermişdir. Baxmayaraq ki bu proses zamanı da “zərərçəkmiş şəxslər” özlərini bir daha ifşa etdilər: biri-digərini əks etdirən ziddiyyətli ifadələr verən K K bu dəfə birinci instyansiya məhkəməsində veridyi ifadələrindən imtina edərək, Məhkum əvvəllər tanımadığını, heç zaman onun iş otağında olmadığını, “xxxx” ASC-dən aldığı pulları RR RRya veridyini, sonuncunun həmin pulları Məhkum çatdırdığını görmədiyini, aldığı kredit pullarını “ xxxxa” RR RR və sonuncunun bacısı Hapisət Əfəndiyeva tərəfindən qaytarıldığını qeyd etmişdir (bu hal apellyasiya məhkəməsinin iclas protokolunda əks olunmuşdur). Zərərçəkmiş şəxs5 hazırda məhkəməyə verdiyi ifadələrinin tam yalan olması həmçinin onunla təstiq olunur ki, hadisə 2012-ci il də baş verdiyi halda, o Məhkum qarşı şikayət ərizəsini prokurorluğa yalnız 2018-ci ildə təqdim etmişdir, özü də əlbir olan digər şəxslərlə birlikdə Bundan əlavə məhkəmə iclasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs5 Balakən rayonu Püştətala kəndində anadan olmuş, Balakən rayonu YYY kəndinə qəlin gəlmişdir. Onun kənddə evi olmamış, qayınatasının evində yaşamışıdır, 2010-cu ildə, yəni zəlzələdən əvvəl ərindən boşanaraq Balakən şəhər sakini X6 ilə evlənib Balakən şəhərində kirayə mənzildə yaşamışdır. Zəlzələ baş verən zaman onun evi olmamış və bu səbəbdən evin bərpa ilə bağlı pul almaq hüququqna malik olmamışdır. İşin bu halları bir daha təstiq edir ki Zərərçəkmiş şəxs5mn şikayəti əsassızdır, söylədikləri tam yalandır: evi olmayan şəxsə Məhkum kompensasiya pulu yazdıra bilməzdir və sonuincunun ona belə bir təklif edilməsi absurddur. Bundan əlavə Zərərçəkmiş şəxs5 2012-ci ilin fevral ayında YYY kənd icra nümayəndəliyinə gəlib yaşayış yerindən arayış almasına dair dedikləri də tam yalandır. Bu barədə YYY kənd nümayəndəliyində hazırda fəaliyyət göstərən icra nümayəndəsi tərəfindən məhkəməyə rəsmi arxiv arayışı təqdim edilmişdir. X7 gəldikdə isə, bu saxta işlərə onu cəlb edən Zərərçəkmiş şəxs5dır. Məhz bu səbəbdən o, 2012-ci ildə baş vermiş hadisələr barəsində yalnız 2018-ci ildə S S Ermçiyeva ilə birlikdə şikayət etmişdir. X16 RRya yaxın olan şəxsdir. 2012-ci İl fevral ayında Zərərçəkmiş şəxs5 Bankdan kredit götürmüş və köhnə kredit ödəyib bağlamadığı üçün Bank ona yeni kredit verməkdən imtina etmişdir. Ona görə o Zərərçəkmiş şəxs6 müraciət edib, onun adından kredit götürüb şəxsi məqsədləri üçün xərcləmişdir. Zərərçəkmiş şəxs6 apellyasiya məhkəməsinə verdiyi sonuncu ifadəsində bu fakt dolayısı etiraf edərək bildirmişdir, xxxxdan kreditə götürdüyü 1 500 manatı Zərərçəkmiş şəxs5 vermişdir. Həmin pulların Məhkum verdiyini S S ona demişdir, Özü başqa kəndin sakini olduğu üçün YYY kənd nümayəndəsi Məhkum tanımamış və onun iş otağında ümumiyyətlə olmamışdır. Mahalama kəndində evi olmadığı üçün kompensasiya almaq hüququna da malik olmamış və bu barədə Məhkumla hər hansı söhbət aparmamışdır. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki Zərərçəkmiş şəxs5 və X12 Mahmudova pul verməsi faktı AR CPM -nin 145-147-ci maddələrini tələblərinə müvafiq sübuta yetirilməmiş, məhkəmə hökmü qeyri-mötəbər, yolverilməz, biri-digəri zidd olan və yekun nəticəyə gəlmək uçun kifayət etməyən sübutlara əsaslanmışdır. Məhkum qeyd olunanların nəzərə alınmasını, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Şəki Apellyasiya Məhkəməsi Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 qarşı dələduzluq cinayətinin törədildiyi qərarına gəlsə də, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qarşı törədilmiş dələduzluq cinayətinə qiymət verməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxslər tərəfindən birgə verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə məhkum və müdafiəçisinin, zərərçəkmiş şəxslər tərəfindən birgə verilmiş kassasiya şikayətinin təmin edilməsi, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxslərin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tə rəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-c i maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və c inayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şik ayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bil dirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlam ağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, Apellyasiya məhkəməsində Zərərçəkmiş şəxs5 ifadə verərək göstərdi ki, o birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsini təsdiq edir. O, Məhkum yanına arayış almaq üçün getmişdir. Orda olan zaman Məhkum ona maddi kömək göstərməsini, qarışılığında isə onun evini bərpa olunacaq evlərin siyahısına yazdıracağını bildirmişdir. O, bankdan kredit götürərək Y Yə 1500 manat pul vermişdir. O, pulu Məhkum şəxsən özünə vermişdir. Məhkum ona 5000 manat verəcəyini bildirmişdir. Lakin, buna baxmayaraq Məhkum onun pulunu qaytarmamış və onun evini də siyahıya yazdırmamışdır. Sonradan Məhkum yanına getsə də o, pulu qaytarmamışdır. Məhkum hətta onun atasının yanına gəlib və xahiş edib ki, o ərizəsini ge ri götürsün. İş materiallarında olan, Apellyasiya məhkəməsində Zərərçəkmiş şəxs6 ifadə verərək göstərdi ki, o birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsini təsdiq edir. S Sin bacısı P P onun qonşusudur. P P ondan kredit götürməyi xahiş etmiş əvəzində ona 50 manat pul verəcəyini bildirmişdir. O da, bankdan 1500 manat kredit götürərək S S və P Plə birlikdə Y Y müəllimə vermişdir. O əvvəllər Y Y müəllimi tanımayıb. Pulu da ona S S və P Pə görə verib. P P ona bildirmişdir ki, Y Y müəllim də ona pul verəcək. P P kreditin bir hissəsini ödəmiş, qalan hissəsini isə o, öz təqaüdü hesabına ödəmişdir. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-i n 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsa slara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Zərərçəkmiş şəxslərin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum yalnız 2 epizod üzrə - zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 aid olan epizodlar üzrə əsaslı olaraq təqsirli bilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2020-ci il tarixli qərarı əsaslıdır və işin faktiki hallarına uyğundur. Apellyasiya məhkəməsi bu qərara gələrkən əsaslı olaraq qeyd etmişdir ki, aşağı instansiya məhkəmələri hazırkı cinayət işinə baxarkən hesab etmişlər ki, hazırkı iş üzrə digər təqsirləndirilən şəxs X5 ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini Məhkumla qabaqcadan əlbir olan bir qrup şəxs olaraq törətmədiyindən İkramat Abdullayevanın əməlində Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin tərkibi yoxdur. Odur ki, Аzərbаycаn Respub^sı Cinayət- Prosessual Məcəlləsinin 318.1 -ci maddəsinə uyğun ola raq Cinayət Məcəlləsinin 178.2.1 -ci maddəsi İkramat Abdullayevaya verilmiş ittihamdan çıxarılmalı, ona təqsirli olduğu CM-in 178.2.2-ci maddəsi ilə cəza təyin edilməlidir. Ali Məhkəmənin Cinayət kollegiyası biirinci və apelyasiya instansiyası məhkəmələrinin gəlmiş olduğu həmin nəticə ilə razılaşdığından hal-hazırda X2 Cınayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Balakən Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(019)-43/2018 saylı hökmü qanuni qüvvəsini almışdır. Göründüyü kimi, İkramat Abdullayeva ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini təkbaşına törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şik ayətlərinin təmin edilməsi və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-519/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-519/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver