Məhkəmə qərarları › İş №1(102)-519/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-519/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-519/2022 30.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Novruzov X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2021-ci il tarixli, 1(104)-13/2021 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxx 1973-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Ukrayna Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ukrayna Respublikası Xarkov şəhəri, Novovodolaqa rayonu, Staniçnıy qəsəbəsi, Dobrovolsovo küçəsi, ev 7 ünvanında yaşamışdır. 2. ünvan 2-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 -cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 28 mart 2018-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə digər məsələlər həll edilmişdir.

3. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir.

4. Hökmdən Məhkum və onun müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

5. Hökmdən həmçinin məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 315.2-ci maddələri ilə bəraət hökmünün çıxarılmasınıxahiş etmişlər.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2021-ci il tarixli, 1(104)-13/2021 nömrəli qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. X5 Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir.

8. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsindən ərizə ilə müraciət edib, onun tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər

9. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

10. Məhkəmə kollegiyası Məhkum onun tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı dövlət ittiha mçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2021-ci il tarixli, 1(104)-13/2021 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2021-ci il tarixli, 1(104)-13/2021 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar