Məhkəmə qərarları › İş №1(102)-519/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-519/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-519/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əli Əliyev (sədrlik edən), Oruc Cəlilov və Xamməd Nuriyev) 18 avqust 2021-ci il tarixli, 1(099)-465/2021 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 1(099)465/2021 nömrəli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasına dair ərizə ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə müraciət etmiş və sözügedən hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılm ış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakim Əli Əliyev) 17 yanvar 2021-ci il tarixli, 1(099)-465/2021 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər 18 avqust 2021-ci il tarixli, 1(099)-465/2021 nömrəli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair Məhkum tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Kamil Bəşirov) 18 mart 2022-ci il tarixli, 1(103)-339/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2021-ci il tarixli, 1(099)-465/2021 nömrəli qər arı dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. 24 oktyabr 2022-ci il tarixdə Məhkum kassasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. İş materiallarından görünür ki, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddəti buraxılmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apelyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində kassasiya şikayəti verilir. İş materiallarından gö rünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2022-ci il tarixdə qərarı 28 mart 2022-ci il tarixdə Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkum həmin qərarı 2022-ci ilin iyun ayında qəbul etmişdir. Məhkum tərəfindən qərarın qəbul edilməsi barədə qəbz Şırvan Apellyasiya Məhkəməsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin 13 iyun 2022-ci il tarixli məktubu ilə 08 iyul 2022-ci il tarixdə daxil olmuşdur. Kassasiya şikayəti isə 24 oktyabr 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, kassasiya şikayəti kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxılmaqla verilmişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Yuxarıda göstərilən hallar hazırki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayətinə baxılmasına mane edir. Azərbaycan Respublikası CPM-in 412.1 və 415-ci maddələrinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir və həmin şikayəti n və protestin mümkünlüyünə baxılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-in 410.1.3-cü maddəsi nəzərə alınmaqla məhkəmə kollegiyası bildirir ki, Məhkum yazdığı kassasiya şikayətinin verilmə müddəti 13 iyul 2022-ci il tarixdə bitmiş, lakin apellyasiya məhkəməsi tərəfindən həmin kassasiya şikayətlərinin mümkünlüyünə baxılmamışdır. Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 413-cü maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələş dirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apelyasiya instansiyası məhkəməsinə qaytarır. Odur ki, məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum kassasiya şikayəti baxışdan çıxarılmalı və mümkünlüyünə baxılması üçün cinayət işi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 418.3-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2022-ci il tarixli 1(106)-339/2022 nömrəli tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılsın və cinayət işi ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar