Məhkəmə qərarları › İş №1(102)-519/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-519/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-519/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun, zərərçəkmiş şəxsin hüquqi varisi Akif Əliyevin, məhkumun müdafiəçiləri Müdafiəçi3 və Toğrul Babayev in iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Hüseyn Səfərov) 1(004)-235/2023 nömrəli, 08 iyun 2023-cü il tarixli hökmü ilə xx xxxx 1961-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Orucov küçəsi ev 46, mənzil 23-də qeydiyyatda olan, Abşeron rayonu Qobu qəsəbəsi S.Axundov küçəsi 2-ci döngədə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi təqsirli bilinib 02 il 06 ay müddətinə n əqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 09 noyabr 2022-ci il tarixdə saat 06:40 radələrində «B» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus “QAZ-2410” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindən Yasamal rayonu Kənar dairəvi yol istiqamətində Nazim Hikmət küçəsi ilə 52 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Re spublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi ilə Ümid Ələkbərov küçələrinin kəsişməsində - Ümid Ələkbərov küçəsi 101 ünvanın qarşısında yolu sağdan sola keçən piyada X2 idarə etdiyi həmin avtomobillə vuraraq ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan onurğa beyninin boyun şöbəsinin əzilməsi, l-ll boyun fəqərələrinin sınığı, sol Vİİ-Xİ qabırğaların, döş sümüyünün, sağ çanaq sümüklərinin, sol baldır sümüklərinin sınıqları, başın ənsə nahiyəsinin əzilmiş yaras ı, sağ budun qançırı xəsarətləri ilə müşayiət olunan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Anar İbrahimov) 30 avqust 2023-cü il tarixli 1(103)-1579/2023 nömrəli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1(004)-235/2023 saylı hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 i l (beş) müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq, ona 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 avqust 2023-cü il tarixdən hesablanmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 1(103)-1579/2023 saylı hö kmünün dəyişdirilməsini, Məhkum barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)235/2023 saylı, 08 iyun 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qeyri-obyektiv, qərəzli, əsassız, qanunsuz, birtərəfli, subyektivdir, tərəflərin bərabərlik hüququnun və maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, təqsirləndirlən Məhkum məhkəmə istintaq zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, hadisədən sonra, özünü mənəvi günahkar hiss etdiyi üçün, yaxınları vasitəsilə ölən şəxsin ailəsinə kömək etməyə çalışmışdır. İlkin olaraq isə çəkilmiş xərclərə görə zərərçəkənin ailəsinə 3000 manat vermişdir. Həmçinin yaxın qohumları vasitəsi ilə daim əlaqə saxlamış, ehtiyaclarını öyrənmiş və təmin etməyi təklif etmişdir. Hal-hazırda zərərçəkənin hüquqi varisi X4 dəyən ziyan tam ödənilmiş və aralarında barışıq əldə edilmişdir. Zərərçəkənin hüquqi varisi X5 notariat qaydada ərizə verərək ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbayca n Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əm əl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 263.2 -cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum şəxsiyyətini və cəzasını yüngülləşdirici halları nəzərə almadan ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin ş əxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişd ir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59-cu maddəsin ə əsasən onun cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, 62 yaşının olmasını, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etməsini, hazırda etmək istəməsini, lakin zərərçəkənin hüquqi varisinin həmin məbləği qəbul etmək istəməməsini, barışıq üçün real cəhdlər etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə məhkumun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini nəzərə alaraq məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 02 il 06 ay (iki il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il (beş il) müddətinə azadlıqdan məhrum etmə cəzasının müddə ti artırılaraq, ona 02 il 06 ay (iki il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlmişdir. Yuxarıda qeyd olunan cəza təyini tənzimləyən cinayət hüquq normalarından görünür ki, cəza məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması ilə yanaşı sosial ədalətin bərpasına xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş z ərərlə uyğunluğunu təmin etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.2-cü maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə CM-in 59.1.1059.1.13-cü maddələri ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasına təqdim edilmiş sənədlərdən görünür ki, Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddələrinin tələblərini nəzərə alaraq, Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışaraq sonuncunun ona qarşı şikayət və tələbinin olmaması ilə əlaqədar ona təqsirli bilindiyi maddə ilə CM-in 60-cı maddəsində müəyyən edilmiş qaydalar üzrə daha aşağı həddə cəzanın təyin edilməsi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən hall arı nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlilləri qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2023-cü il tarixli qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2023-ci il tarixli qərarı dəyişdirilsin. Qərarla Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi təyin edilmiş 2 (iki) il 6 (altı) ay nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar